____________Milli Kitabxana____________
151
müstəqilliyin qəhrəmanıdırlar və müstəqillik Azərbaycan üçün artıq bütün
şəraitləri yaradıbdır. Bax buna görə də Azərbaycan belə vəziyyətə düşübdür. Son
illər Azərbaycanda gedən proseslər təəssüf ki, respublikanın iqtisadiyyatına,
sosial həyatına, elminə, mədəniyyətinə çox böyük zərər vurub.
Burada çıxış edən natiqlər bəzi fikirlər söylədilər. Mən onlarla razıyam. Lakin
bu fikirlər də Azərbaycan Respublikasının həyatına həmin proseslərin vurduğu
zərərlərin hamısını əks etdirə bilmir. İndi biz müstəqillik şəraitindən istifadə
edərək, Azərbaycan Respublikasının iqtisadi, sosial, intellektual, elmi, mədəni
potensialından səmərəli istifadə edərək nəinki vurulan zərərləri aradan götürməli,
həm də daha yüksək səviyyəyə qalxmalıyıq. Biz müstəqillik şəraitində
həyatımızın bütün sahələrini vətəndaşlarımızın tələbatına uyğun olaraq inkişaf
etdirməli, qurub-yaratmalıyıq.
Azərbaycan bundan sonra hansı yolla gedəcək, hansı iqtisadi-siyasi sistemi
seçib inkişaf edəcək? İndi bu sual qarşıda durur. Bu yolun eniş-yoxuşlarını,
çətinliklərini dərk etməyən adamlar, sadəcə olaraq, şüarlarla yaşamışlar. Buna
görə də onlar bu yolun daha da genişlənməsi, yəni müstəqillik yolunun çoxşaxəli
olması lüzumu, daha da müvəffəqiyyətlə irəliyə getmək lüzumu meydana çıxan
kimi öz cılız fikirlərini ortaya atır, başqalarını günahlandırmağa çalışırlar ki, yox,
siz bizim müstəqilliyimizi əldən vermək, geri qaytarmaq istəyirsiniz
.
Mən Milli Məclisin iclaslarında da öz fikrimi bildirmişəm, sizin
qarşınızda da bunu deməyi özümə borc bilirəm ki, Azərbaycan müstəqillik
yolundan dönməməlidir. Azərbaycan ilk dəfə əldə etliyi bu tarixi fürsəti əldən
verməməlidir, nəyin bahasına olursa-olsun müstəqilliyini qoruyub saxlamalı
və müstəqil dövlət kimi inkişaf etməlidir. Buna Azərbaycan Respublikasının
təbii sərvətləri, iqtisadi, elmi-mədəni, intellektual potensialı imkan verir.
Lakin bu potensialların bəziləri qurumuş vəziyyətdədir, bəziləri durğun
haldadır. Bunları canlandırmaq, hərəkətə gətirmək, inkişaf etdirmək,
bunlardan səmərəli istifadə etmək lazımdır. Təəssüf ki, müstəqillik haqqında
çox bağıran adamlar bu milli sərvətlərimizi həm görməyiblər, həm də
onlardan istifadə etməyi bacarmayıblar, yaxud da ki, istifadə etmək
istəməyiblər.
Dediyim kimi, çox vacibdir ki, respublikamız müstəqil bir dövlət kimi
hansı siyasi, ictimai, iqtisadi sistem üzrə gedəcəkdir. Bizim yolumuz
demokratiya yoludur, biz demokratiya yolundan dönməməliyik. Bizim
yolumuz siyasi plüralizm yoludur, biz bu yoldan dönməməliyik. Biz
Azərbaycanda çoxpartiyalı sistem, çoxpartiyalı cəmiyyət üçün şərait
yaratmalıyıq. Əmin olun ki, mən bu mövqeyimdən dönməyəcəyəm.
Azərbaycanda insan azadlığı, təşəbbüs azadlığı, din azadlığı, dil azadlığı,
sahibkarlıq azadlığı - bütün azadlıqlar təmin olunub. İnsan hüquqları, insan
haqları qorunmalıdır. Azərbaycan müstəqil dövlət kimi öz vətəndaşlarının
hüquqlarını qorumağı əsas vəzifələrindən biri hesab etməlidir. Azərbaycan
keçmiş kommunist rejiminə, sosialist siste-
____________Milli Kitabxana____________
152
minə, keçmiş iqtisadi-siyasi sistemə qayıtmamalıdır. Mən Azərbaycanda
yenidən fəaliyyətə başlamışam, bu mövqedə dururam və güman edirəm ki,
Azərbaycan vətəndaşlarının əksəriyyəti belə fikirdədir və ziyalılar da yəqin
ki, bu fikirləri qəbul edərlər. Bilirəm ki, ziyalıların əksəriyyəti bu fikirlərlə
yaşayır.
Ancaq bu prinsiplərin gerçəkliyini təbliğ etmək, onları həyatımızın bütün
sahələrində tətbiq etmək asan məsələ deyil. Çünki bəzən ayrı-ayrı qüvvələr,
ayrı-ayrı şəxslər öz şəxsi məqsədlərinə nail olmaq üçün bu prinsiplərdən sui-
istifadə edirlər. Bəzən də, siz bunun şahidi olmusunuz, demokratiyanı
özbaşınalıq kimi, qanunsuzluq kimi, xaos kimi anlayan adamlar, hətta dövlət
başında olan adamlar Azərbaycanı gətirib bu ağır vəziyyətə salıblar.
Lakin bu prinsipləri həyata keçirmək üçün xalqın, millətin qabaqcıl
qüvvələri, ağıllı, zəkalı, elmli adamları, ziyalı adamları siyasi meydana
çıxıblar, siyasi, ictimai fəaliyyətdə olublar. Son illəri, yəni təkcə bu bir ili,
Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrü yox, 90-cı ili, 89-cu, 88-ci,
ondan qabaqkı illəri götürün. Bu dövrlərdə böyük bir qarmaqarışıqlıq
içərisində doğrudan da milli azadlıq uğrunda mübarizə aparan qüvvələrlə,
şəxslərlə yanaşı, bu şəraitdən öz şəxsi məqsədləri üçün sui-istifadə edən
adamlar da meydana çıxdılar. Bəzi hallarda onlar üstün gəldilər. Mən
Moskvada yaşayırdım. 88-ci ildə Bakının Azadlıq meydanında yüz minlərlə
adamın iştirakı ilə keçirilən mitinqlərin sədası bəzən oraya da gəlib çatırdı...
Sonra bu meydan bizim ziyalıları da cəlb etdi. Ancaq təəssüf ki, bundan
sonra həmin proseslərdən ayrı-ayrı adamların şəxsi məqsədləri üçün istifadə
olundu. Ona görə də xalq hərəkatdan müəyyən qədər uzaqlaşdı, soyudu.
Mən demirəm ki, daim gərginlik olmalı idi. Ancaq bu, xalq azadlıq
hərəkatı idi. Torpaqları qorumaq əzmi ilə yaşayan Azərbaycan xalqının öz
təzahürünü meydanlarda tapan coşğunluğu, həyəcanı, narahatlığı bundan
sonra ayrı-ayrı qüvvələr tərəfindən bir yandan söndürüldü, bir yandan da
təzyiq altına alındı. Digər tərəfdən də meydana elə adamlar çıxdılar ki, bu
hərəkatdan öz mənfur məqsədləri üçün istifadə etməyə çalışdılar və təəssüf
ki, bir çoxları buna nail oldular.
Azərbaycanda demokratiya prinsiplərini bərqərar etmək, tətbiq etmək
üçün respublikamızın və dövlət orqanlarının ziyalılara çox böyük ehtiyacı
var. Burada bəzi natiqlər Azərbaycan parlamentinin tərkibi haqqında öz
fikirlərini söylədilər. Doğrudur, kiminsə dediyi kimi, vaxtilə norma
qoyulurdu - neçə nəfər kolxozçu, neçə nəfər fəhlə olmalıdır. Bunlar artıq
tarixə keçmiş hallardır. Şübhəsiz ki, həqiqi demokratiya bu yolla təmin edilə
bilməzdi. Lakin sonrakı parlament seçkilərində (mənim xatirimdədir. O
vaxtlar Moskvada idim, sonra Naxçıvana gəldim) bəzi qəzetlərlə oxuyurdum
ki, səkkiz nəfərin namizədliyi irəli sürülüb. Onların arasında professor da ,
akademik də var idi. Məsələn, Ziya Bünyadov kimi məşhur akademik də var
idi. Amma seçicilər nədənsə bir nəfər tanınmayan və Azərbaycan xalqı qarşı-