____________Milli Kitabxana____________
146
etməlisiniz. Ona görə də sizə belə yüksək etimad göstərilir, ona görə də siz
xüsusi statusa malik olan, xüsusi rütbələri və xüsusi geyimi olan, silah
gəzdirmək hüququ və başqa səlahiyyətləri olan adamlarsınız. Bunları sizə
elə-belə vermirlər ki, başqa vətəndaşlardan fərqlənəsiniz. Ona görə verirlər
ki, siz qalan bütün vətəndaşların hüquqlarını, rahat yaşayışını, əmin-
amanlığını qoruyasınız. Bunun üçün də cinayətkarlarla mübarizə aparmaq,
istintaq işini, axtarış işlərini, bütün tədbirləri gücləndirmək lazımdır. Bunların
hamısı sizdən tələb olunur və bilməlisiniz ki, əgər kimsə bu tələblər
səviyyəsində deyilsə, o, şəxsiyyətindən, keçmiş xidmətiidən asılı olmayaraq,
kənara çəkilməlidir. Yenə də deyirik: biz polis orqanlarında, Daxili İşlər
Nazirliyində xüsusi peşə hazırlığı olan, bilikli, təcrübəli, təhsilli, eyni
zamanda yüksək mənəvi keyfiyyətlərə malik adamlara güvənirik. Əgər kimsə
bu keyfiyyətlər səviyyəsinə qalxa bilmirsə, bu tələblərə cavab verə bilmirsə,
şübhəsiz ki, onlar kənara çəkilməlidir və rəhbərlik onları öz sıralarından
çıxarmalıdır.
Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca
sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat
Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını
təmin etməlidir. Biz dəfələrlə demişik ki, Azərbaycanda demokratik
prinsiplər əsasında dövlət qurulur, demokratiyanın inkişafına tam şərait
yaradılıb, bundan sonra da yaradılacaq, Azərbaycanda siyasi plüralizm,
çoxpartiyalı sistem əsasında demokratik dövlət qurmaq niyyətindəyik. Eyni
zamanda, Azərbaycanın İqtisadiyyatı bazar iqtisadiyyatı istiqamətində inkişaf
etməlidir.
Hazırda iqtisadiyyat dağılıb, bərbad haldadır. Bizim sənaye, kənd
təsərrüfatı potensialından demək olar ki, heç 20 faizi səviyyəsində istifadə
olunmur. Bunun bir səbəbi də ondan ibarətdir ki, dövlətə, yaxud xalqa, yaxud
da ayrı-ayrı şəxslərə mənsub olan əmlakın oğurlanması, dağıdılması halları
mövcuddur. Siz bunların qabağını almalısınız. Biz demokratiyanı inkişaf
etdirərək, siyasi plüralizmə şərait yaradaraq, demokratik dövlət qurmaq
əzmində olaraq, eyni zamanda həm cəmiyyətdə, həm də dövlətdə nizam-
intizamı möhkəmlətməliyik. Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq
deyildir, xaos deyildir. Demokratiya yüksək mədəniyyət, yüksək nizam-
intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət
orqanlarına hörməti, dövlətin vətəndaşlara hörməti, sayğısı və qayğısıdır.
Bunların əsasında biz Azərbaycanda demokratik dövlət qurmaq yolu ilə
gedirik və demokratik cəmiyyət təşkil olunmasını istəyirik.
Bu sahədə Daxili İşlər Nazirliyi orqanlarının, polis orqanlarının çox
böyük vəzifələri var, sizin üzərinizə çox böyük məsuliyyət düşür və siz qanun
çərçivəsində hərəkət edərək bu prin-
____________Milli Kitabxana____________
147
siplərin həyata keçirilməsini təmin etməlisiniz. Amma heç kəsin də qanunu
pozmasına, özbaşınalıq etməsinə, hərc-mərclik yaratmasına, vətəndaşların
hüququnu pozmasına yol verməməlisiniz.
Güman edirəm ki, siz və sizinlə birlikdə Azərbaycan Respublikasının
bütün polis işçiləri, Daxili İşlər Nazirliyinin əməkdaşları öz məsuliyyətinizi
yaxşı dərk edirsiniz. Ümidvar olduğumuzu bildirmək istəyirəm ki, öz
vəzifənizi namusla, şərəflə yerinə yetirəcəksiniz. Hamınıza, sizin şəxsinizdə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına, polis
işçilərinə ağır, şərəfli və müstəqil Azərbaycan üçün çox mühüm olan işinizdə
uğurlar arzulayıram.
____________Milli Kitabxana____________
148
AZƏRBAYCAN RESPUBLİKASI
ELMLƏR AKADEMİYASINDA
ZİYALILARLA GÖRÜŞDƏ ÇIXIŞ
21 sentyabr 1993-cü il
Hörmətli ziyalılar, əziz dostlar və həmvətənlər! Uzun fasilədən sonra
Azərbaycan ziyalıları ilə görüşmək mənə nəsib olduğu üçün məmnun
olduğumu bildirmək istəyirəm və görüşdə iştirak etdiyinizə görə, burada çıxış
edən natiqlərin mənim haqqımda dediyi sözlərə görə hamınıza ürəkdən
təşəkkür edirəm.
Ziyalılarla görüşmək həmişə böyük bir bayram təsəvvürü yaradır. Mən
həyatım boyu belə düşünmüşəm, belə fikirləşmişəm. Ona görə, bəlkə görüş
sizin üçün də əhəmiyyətlidir, ancaq mənim üçün həddindən artıq dəyərlidir.
Çünki uzun müddət belə bir imkandan məhrum olmuşdum. Yalnız qəlbim,
ürəyim həmişə Vətəndə, xalqımla və xalqımızın qabaqcıl dəstəsi olan
ziyalılarla, onların yaradıcılığı, işləri ilə bağlı olmuşdur. Ancaq indi
yanyanayıq, üz-üzə durmuşuq. Bu mənim üçün böyük hadisədir. Təşəkkür
edirəm.
Bu gün, şübhəsiz ki, hər bir kəsi, o cümlədən ziyalıları ən çox
maraqlandıran və eyni zamanda ən çox
narahat edən Azərbaycan
Respublikasının indiki vəziyyətidir. Bu hər bir Azərbaycan vətəndaşını
düşündürür, narahat edir və ən çox, şübhəsiz ki, ziyalıları, intellektual
səviyyəli adamları düşündürür. Bizi də, sizi də düşündürür. Azərbaycan öz
həyatının çətin və ağır bir dövrünü yaşayır, böyük imtahanlardan keçir. Bu
imtahanlar müəyyən mənada bizim əsrin əvvəlində başlayıbsa, XX əsrin
sonunda daha ciddi bir xarakter alıb. Bu imtahanların çox ağır dövrü indiki
mərhələdir. Bizim belə əzab-əziyyətə düşməyimizin səbəbləri çoxdur. Bunun
obyektiv səbəbləri də, subyektiv səbəbləri də var.
Mən bu səbəbləri xarakterizə etmək məqsədində deyiləm, buna imkan da
yoxdur. Şübhəsiz ki, bunlarla siz də, biz də bərabər məşğul olmalıyıq. Bu,
çox vacibdir. Ancaq bir neçə kəlmə deməyə ehtiyac duyuram. Birincisi,
şübhəsiz ki, bizim respublikanı bu ağır vəziyyətə salan Ermənistan silahlı
qüvvələri tərəfindən Azərbaycana qarşı beş ildən artıq davam edən hərbi
təcavüzdür və bu təcavüzün nəticəsində Azərbaycan torpaqlarının bir
qisminin işğal olunması, Azərbaycan vətəndaşlarının, sakinlərinin bir
qisminin yurdunu-yuvasını itirməsi, qaçqın düşməsidir. Bu müddətdə
Azərbaycanın nəinki torpaqları işğal edilib, əsrlər boyu yaranan şəhərlər,
kəndlər, qəsəbələr, binalar, insanların yaşayışı üçün lazım olan qurğular
dağılıb viran olur, yandırılır. Bir çox insanlar ağır həyat şəraiti keçirir.
Azərbaycan Respublikası, Azərbaycan xalqı qəsbkarlıq etmir, başqa
respublikanın, başqa xalqın, başqa dövlətin torpaqlarına göz dikmir, hücum
etmir, yalnız müdafiə olunur. Ancaq bəzi sə-