MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə54/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   50   51   52   53   54   55   56   57   ...   256

____________Milli Kitabxana____________

129


ərazilərini işğal etmək məqsədi ilə Ermənistan silahlı birləşmələrinin apardığı

müharibə ilə bağlıdır. Digər tərəfdən isə bu böhran artıq son bir neçə il

ərzində Azərbaycanda mövcud

olan siyasi qeyri-sabitliklə bağlıdır.

Hakimiyyət dəyişirdi, lakin nə əvvəlki, nə də sonrakı hakimiyyət ölkəni idarə

edə bilmirdi. Bu böhran həm də iqtisadiyyat və sosial həyat sahəsində yol

verilmiş səhvlərlə, nöqsanlarla bağlıdır.

iqtisadi, sosial böhrandan danışarkən deyə bilərik ki, görünür, bu, vaxtilə

Azərbaycanın da daxil olduğu keçmiş Sovet İttifaqının başqa regionları üçün

də müəyyən dərəcədə xarakterikdir. Lakin respublikada gedən, Azərbaycanın

həyatını səciyyələndirən daxili ziddiyyətlər, siyasi, sosial və ictimai proseslər

bu böhranı dərinləşdirir.

Azərbaycan müstəqil dövlətdir və öz müstəqil daxili və xarici siyasətini

yeridir. Bu müstəqillik nisbətən yaxınlarda qazanılmışdır və əlbəttə, həmin

dövr ərzində Azərbaycanın dövlət istiqlaliyyətinin atributlarını lazımi

səviyyədə yaratmaq mümkün olmamışdır. Bu da hazırda respublikanın

keçirdiyi çətinliklərin səbəblərindən biridir. Buna baxmayaraq, Azərbaycan

müstəqil bir dövlət kimi dünya birliyi tərəfindən tanınmış, Birləşmiş Millətlər

Təşkilatına qəbul olunmuş, bir çox beynəlxalq təşkilatlarda təmsil edilmiş və

şübhə yoxdur ki, Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlaliyyəti artıq

dönməz haldır. Görünür, söhbət yalnız ondan gedir ki, respublika öz dövlət

siyasətini yeritmək və çox mürəkkəb daxili problemlərini beynəlxalq

miqyasda həll etmək üçün öz dövlət və iqtisadi strukturlarını, təsisatlarını nə

dərəcədə tezliklə yarada biləcəkdir.

Müharibə Azərbaycan üçün ən çətin problemdir. Qeyd etdiyim kimi, bu

müharibə respublikamıza qarşı qonşu Ermənistan tərəfindən beş ildən çoxdur

aparılır. Məlumdur ki, artıq müharibəyə çevrilən bu hərbi münaqişənin baisi

Azərbaycan tərəfi deyildir. Əgər qarşıdurma əvvəlcə millətlərarası münaqişə

səciyyəsi daşıyırdısa, sonra silahlı münaqişəyə çevrilmiş, indi isə, bayaq

dediyim kimi, genişlənib qanlı müharibə halını almışdır. Təəssüf ki, bu

müharibədə Ermənistan silahlı birləşmələri son iki-üç ildə Azərbaycan

Respublikasına həm mənəvi, həm də maddi cəhətdən olduqca böyük ziyan

vura bilmişlər.

Bu gün üçün vəziyyət belədir ki, Ermənistan silahlı birləşmələri keçmiş

Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini tamamilə ələ keçirmiş, onun

hüdudlarından xeyli kənara çıxaraq bir neçə rayonu, o cümlədən Laçın,

Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarını işğal etmişlər.

Hərbi müdaxilə, fəal, hətta deyərdim, amansız hərbi əməliyyatlar nəticəsində

bu rayonların milliyyətcə tamamilə azərbaycanlılardan ibarət olan əhalisi

daimi yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmışdır və indi

qaçqınların sayı təxminən bir milyon nəfərdir. Minlərlə dinc sakin qurban

getmişdir. İstər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində, istərsə də

sadaladığım işğal edilmiş rayonlarda adamlar öz ev-eşiyindən, əmlakından

məhrum olmuşlar, hər bir ailədə öldürülənlər, yaralılar, şikəst edilən-




____________Milli Kitabxana____________

130


lər var, yəni fəlakət əslində, bütün Azərbaycan Respublikasını, onun bütün

əhalisini əhatə etmişdir.

Bu illər ərzində, hərbi münaqişənin təkcə Azərbaycan, Ermənistan və

bütün bölgə üçün deyil, həm də, zənnimcə, bütün dünya birliyi üçün mərhələ-

mərhələ təhlükəli surətdə inkişaf etdiyi dövrdə onun aradan qaldırılması

məqsədilə məqbul qərar tapmaq üçün ümumən müəyyən tədbirlər

görülmüşdür. Amma bu tədbirlər heç bir nəticə verməmişdir. Üstəlik,

müharibənin miqyasları zaman-zaman genişlənmişdir.

Bu məsələ ilə məşğul olmağa başladığımız son aylar ərzində onun

həllinin ağıllı yolunu tapmaq üçün fəal tədbirlər görürük. Sülh danışıqları və

məsələnin daha düzgün həlli üçün, əlbəttə, Azərbaycanın tam ərazi

bütövlüyü, dövlət suverenliyi və dövlət müstəqilliyi prinsiplərinə əməl

edilməklə, şərait yaratmaqdan ötrü biz atəşin dayandırılması, barışıq əldə

olunması mövqeyində dururuq. Lakin bu da bir nəticə vermir. Atəşi

dayandırmaq  və  sülh danışıqlarına  başlamaq üçün  göstərdiyimiz sülhsevər

xarakterli cəhdlər hələlik nəticəsiz qalır, təəssüf ki, beynəlxalq təşkilatlar -

Birləşmiş Millətlər Təşkilatı, onun Təhlükəsizlik Şurası, ATƏM və xüsusi

olaraq Dağlıq Qarabağ probleminə dair ATƏM çərçivəsində yaradılmış

Minsk qrupu mühüm nəticələrə nail ola bilməmişlər. Əslindö, bu məsələnin

həllində   ümumiyyətlə,  heç  bir  nəticə  əldə  edilməmişdir. Halbuki

ümumən vəziyyət kifayət qədər aydındır, hamıya aydındır ki, Ermənistan

silahlı birləşmələrinin Azərbaycana qarşı hərbi təcavüzündən söhbət gedir və

nə isə xüsusi dəlil-sübutlar axtarmağa ehtiyac yoxdur. Bu fikri təsdiq edən ən

inandırıcı sübut odur ki, Azərbaycan ərazisinin xeyli hissəsi Ermənistan

silahlı birləşmələri tərəfindən işğal olunmuşdur, bu rayonların sakinləri - bir

neçə yüz min nəfər adam qaçqına çevrilmişdir və faciəli vəziyyətdədir.

Lakin, bununla belə, təəssüf ki, beynəlxalq təşkilatlar, dünya birliyi

problemin həlli yollarını tapa, cərəyan edən proseslərə təsir göstərə, qan

tökülməsini dayandıra bilməmişlər, atəşin kəsilməsinə və bu məsələnin

beynəlxalq təşkilatlar çərçivəsində sülh yolu ilə həllinə nail ola bilməmişlər.

Yalnız bir şey edilmişdir: Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik

Şurasının iki qətnaməsi - Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunu

işğal etdikdən sonra, bu il aprelin 30-da 822 nömrəli qətnamə, Azərbaycanın

böyük rayonu olan Ağdam rayonunun işğalından azacıq sonra, bu il iyulun

30-da 853 nömrəli qətnamə qəbul olunmuşdur. Lakin bu qətnamələr kağız

üzərində qalmışdır, təəssüf ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilat, onun

Təhlükəsizlik Şurası, həqta ATƏM-in imkanlarından istifadə etməklə, həmin

qətnamələrin yerinə yetirilməsinə nail ola bilmirlər.

Bu qətnamələrdə isə Ermənistan silahlı birləşmələrinin Kəlbəcər və

Ağdam rayonlarından qeyd-şərtsiz, dərhal çıxarılması nəzərdə tutulur. Lakin

ATƏM həmin qətnamələr əsasında və



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə