MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə47/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   43   44   45   46   47   48   49   50   ...   256

____________Milli Kitabxana____________

113


qurtarmaq, xalqı bu çəkişmədən yaranan əziyyətdən xilas etmək lazımdır. Bu

vəzifələri yerinə yetirmək üçün sizin hamınıza müraciət edirəm, bütün

Azərbaycan xalqına müraciət edirəm: Düşünün, anlayın, ayılın. Bilin ki,

Azərbaycan xalqı bir xalq kimi bundan sonra nəinki yaşamalıdır, daha da

qüdrətlənməli, daha da inkişaf etməlidir. Müstəqil Azərbaycan Respublikası

hələ tutmamış qatıqdır. O gərək bərkisin, möhkəmlənsin, gərək öz qüdrətini

toplayaraq daxili potensialından öz xalqının rifahı üçün istifadə edib müstəqil

dövlət kimi gələcək nəsillərə bizdən yadikar olsun. Gələcək nəsillərimiz daim

azad, müstəqil, öz milli ənənələrinə, tarixi ənənələrinə sədaqətli olaraq

yaşaya bilsinlər. Xahiş edirəm, düşünün, fikirləşin. Bütün sahələrdə hər şey

sizin fəaliyyətinizdən asılıdır. Əgər bundan sonra müvəffəqiyyətlərimiz də

olsa, bunlar hamımızın - sizin və bizim müvəffəqiyyətlərimiz olacaqdır.

Uğursuzluqlarımız da olsa, heç kəs özünü kənara çəkə bilməz. Ona görə də

sizə müracət edirəm, bütün Azərbaycan xalqına müraciət edirəm və güman

edirəm ki, xalq, insan daxili gücünü, iradəsini həmişə ağır dövrlərdə büruzə

verir.


Biz, yəni Azərbaycan xalqı böyük imtahan içindəyik və bu imtahandan

ləyaqətlə çıxmalıyıq. Həp bir azərbaycanlı, əgər onun qəlbində doğrudan da

azərbaycanlı hissiyyatı varsa, nəbzi Azərbaycan xalqının ümumi nəbzi ilə

həmahəng vurursa, bu yolla getməlidir. Ümid edirəm ki, xalqımızın, buraya

toplaşmış rəhbər işçilərimizin əksəriyyəti məhz belə düşünürlər, məhz bu

istiqamətdə hərəkət edirlər və belə də hərəkət edəcəklər.

Bu baxımdan qarşımızda bir siyasi problem də durur. Ayın 29-da

Azərbaycanın prezidenti Əbülfəz Elçibəyə münasibət barədə ümumxalq

referendumu keçiriləcək. Siz bilirsinz, artıq hamıya aydındır ki, iyunun 17-

dən 18-nə keçən gecə Azərbaycanın prezidenti Əbülfəz Elçibəy Bakını tərk

edib və iki aydan artıqdır ki, Naxçıvan Muxtar Respublikası Ordubad

rayonunun Kələki kəndində yaşayır. Şübhəsiz ki, bu, Əbülfəz Elçibəyin öz

işidir. Əlbəttə, indi onun hərəkətlərinə qiymət vermək olar, lakin biz

cavabdeh deyilik. Ancaq xalq tərəfindən seçilmiş adam öz eqoizmini gərək

xalqın mənafeyindən yüksək tutmayaydı. Mən Əbülfəz Elçibəyə o vaxt

telefonla da dedim ki, əgər siz xalqın təəssübünü çəkirsinizsə, xalqın içində

olmalısınız. Əgər həlak olsaydınız da, bir qəhrəman kimi həlak olacaqdınız.

Ancaq gedib kənddə gizlənməklə və deməklə ki, mən hələ prezidentəm,

prezident olaraq qalacağam, - bundan sonra prezident olmaq mümkün deyil.

Mən bununla demək istəmirəm ki, xalq öz iradəsini istədiyi kimi

bildirməsin. Ancaq xalq da başa düşməlidir: əgər prezident iki aydan artıqdır

ki, Azərbaycandan uzaqlaşıbsa, deməli, xalq bilməlidir ki, onun dövründə

buraxılan səhvlər, günahlar, Azərbaycanın bu vəziyyətə düşməsi, ordumuzun

belə bərbad vəziyyətdə olması, - bunun əsas günahkarı Rəhim Qazıyevdirsə,

onunla yanaşı həm də Azərbaycanın rəhbərləri, o cümlədən Azərbaycan

prezidenti günahkardır. Təkcə bu prezident deyil, ondan əvvəlki




____________Milli Kitabxana____________

114


prezident də günahkardır. Bunlar hamısı məlum şeylərdir. Ona görə də

güman edirəm ki, bu referendum layiqli səviyyədə keçməlidir.

Bilirsiniz ki, bu salonda Milli Məclisin üzvlərinin bir çoxu, bəlkə  də

əksəriyyəti bu məsələ müzakirə olunarkən dəfələrlə təklif edib ki,

Azərbaycan Konstitusiyasının 121-çi maddəsinin 6-7-çi bəndlərinə əsasən,

Əbülfəz Elçibəy prezidentlik vəzifəsini həyata keçirə bilmədiyinə görə

parlamentin onu bu vəzifədən kənar etməyə ixtiyarı var. Bu həqiqətdir,

parlamentin belə hüququ var. Bu təkliflər əsaslı təkliflər olmuşdur. Fəqət

bilirsiniz ki, mən bu təklifin qəbul olunmasına yol vermədim. Təkcə ona görə

ki, istədim hər şey demokratik şəkildə olsun, xalqın iradəsi ilə olsun. Yada

salmaq istəyirəm ki, 1992-ci il iyunun 7-də Əbülfəz Elçibəy xalq tərəfindən

prezident seçilmişdir. 1992-çi il iyunun 17-də Əbülfəz Elçibəy bu salonda

Qurana, Azərbaycanın Konstitusiyasına and içib ki, prezident vəzifəsini

ləyaqətlə yerinə yetirəcəkdir. 1993-cü il iyun ayının 17-də düz bir il sonra,

Əbülfəz Elçibəy bu vəzifəni ataraq qaçıb Kələki kəndində gizlənmişdir.

İndi xalq qoy özü desin: Nə olmalıdır, nə etməliyik? Əgər xalq yenə də bu

vəziyyətdə yaşamaq istəyirsə, öz fikrini bildirsin. Yaxud başqa vəziyyətdə

yaşamaq istəyirsə, yenə də fikrini bildirsin. Mən bu sözlərimlə nə xalqa, nə

də ayrı-ayrı seçicilərə heç bir təsir və təzyiq göstərmək istəmirəm. Mən ancaq

vəziyyəti danışıram və demək istəyirəm ki, iki aydan artıqdır prezident

yoxdur, mən həm Azərbaycan parlamentinin sədri vəzifəsindəyəm, həm də

Azərbaycan prezidentinin səlahiyyətini həyata keçirirəm. Bu iki vəzifəni eyni

vaxtda aparmaq mənə nə qədər ağır da olsa, mən bunu aparıram və nə qədər

ki, xalq mənə etimad göstərir, o vaxtadək aparacağam. Ancaq Azərbaycan

xalqını, bu böyüklükdə Azərbaycan Respublikasını, müstəqil Azərbaycan

dövlətini şəxsi ambisiyalara görə, eqoizm əhval-ruhiyyəsindən irəli gələn

fikirlərə görə artıq bu vəziyyətdə saxlamaq olmaz. Əgər xalqa Əbülfəz

Elçibəy lazımdırsa, desinlər, gəlsin otursun burada. Əgər lazım deyilsə, -

yəqin ki, bunu əksəriyyət hiss etmişdir, mən də bu fikirdəyəm, Əbülfəz

Elçibəy bir il müddətində də sübut etmişdir ki, o prezidentlik edə bilmir və

Azərbaycanın bu ağır vəziyyətində də kənddə oturmaqla prezidentlik etmək

olmaz, - öz münasibətini bildirsin.

Ancaq mən yenə deyirəm, bütün işlər demokratik əsaslarla getməlidir. Biz

xarici ölkələrdən müşahidəçilər dəvət etmişik. Seçki komissiyaları düzgün

işləməlidir. Buraya İcra hakimiyyətinin başçıları, şəhər və rayon seçki

komissiyalarının sədrləri, bir çox rayonların ictimai təşkilatlarının rəhbərləri,

siyasi partiyaların, təşkilatların, inzibati orqanların nümayəndələri dəvət

olunublar. Tam demokratik şəkildə, tam aşkarlıq şəraitində ölçün-biçin. Eyni

zamanda bir şey hamı üçün hər şeydən üstün olmalıdır: Azərbaycanın

bugünkü ağır vəziyyəti, bu günü və gələcəyi, onun müqəddəratı, Azərbaycan

xalqının bu ağır



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə