MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə46/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   42   43   44   45   46   47   48   49   ...   256

____________Milli Kitabxana____________

111


qarşıdurma yarada bilməz. Kimin daxilində belə niyyəti varsa, mən

xəbərdarlıq edirəm, çəkilsinlər kənara. Heç kəs münaqişə yarada bilməz.

Azərbaycan bütövdür. Azərbaycan xalqı birdir və bu birliklə də biz bu ağır

vəziyyətdən çıxacağıq.

Füzuli, Cəbrayıl bölgələrində son günlər vəziyyət çox ağırdır. Bu barədə

mən dünən xalqa müraciətimdə qısaca dedim. Biz demək olar ki, gecə-

gündüz bu işlərlə məşğuluq, əlimizdən gələn tədbirləri görürük. Mən indi bu

məsələləri geniş açmaq istəmirəm. Ancaq təəssüflər olsun ki, dünən də,

ondan bir gün qabaq da Füzulidən, Cəbrayıldan gələn məlumatlar göstərir ki,

bu torpaqları satan, birinci növbədə, oranın ayrı-ayrı mafioz qüvvələri və həm

də Cəbrayılda, həm də Füzulidə icra hakimləri olmuşlar. Onlar və onlarla

əlaqədar adamlar, bəzən ordu hissəsindən olan adamlar Ermənistanın silahlı

dəstələri tərəfindən heç bir hücum olmadan gəlib xalqı qorxudurlar,

qaçırdırlar, var-dövlətini qarət edirlər, özləri də çıxıb qaçırlar.

Mən dünən də Ermənistanın rəhbərləri ilə danışıqlar aparmışam. Məcbur

olmuşuq, Dağlıq Qarabağın rəhbərləri ilə bizim adamlar danışıqlar aparıblar.

Moskva ilə danışıqlar aparmışam. Vəziyyət çox ağırdır, çox böhranlıdır. Ona

görə də bu gün biz xüsusi təyyarə göndərmişik. Rusiya Xarici İşlər

Nazirliyinin məsul işçisi, xüsusi tapşırıqlar üzrə səfir Vladimir Nikolayeviç

Kazimirovu dəvət eləmişəm. Bu gün o, bizim nümayəndələrlə bərabər Füzuli

və Cəbrayıl bölgələrinə gedəcək, orada olan vəziyyəti araşdıracaqlar.

Demişəm ora jurnalistlər də getsin, başqa nümayəndələr də gedəcəklər.

Güman edirəm ki, biz bu vəziyyətdən də çıxacağıq.

Ancaq təəssüf doğuran budur ki, bizim hissələr o yerlərdən pərakəndə

vəziyyətdə çıxırlar, vuruşmurlar, döyüşmürlər. Məsələn, dünən həm Moskva

ilə, həm Yerevanla əlaqəyə girmişik, həm də bizim adamlar Xankəndi ilə

əlaqəyə giriblər. Deyirlər ki, oradan həm hərbi hissə, həm də camaat qoyub

qaçıbdır. Qaraxanbəyli deyilən bir yerdə ermənilərin kəşfiyyat qrupu gəlib

görüb ki, bir dənə sağ-salamat tankı, iki dənə zirehli texnikanı, iki-üç maşını

başlı-başına buraxıb çıxıb gediblər. Ermənilər də görürlər ki, burada heç kəs

yoxdur, bütün bu texnikanı dartıcı maşınlara qoşub öz ərazilərinə aparmaq

istəyirlər.

Bax, görün, mən bir fakt deyirəm. Bunları açıb demək istəmirdim. Çünki

əhali, zənnimcə, bunların hamısını bilməməlidir. Ancaq biz bu faktların

çoxunu bilirik. Dəhşətli vəziyyətdir və bunların hamısını mən dünən də

dedim. Biri Rəhim Qazıyevə qulluq edir, biri, nə bilim, Əlisoy batalyonudur,

biri Xalq Cəbhəsinə qulluq edir, biri də bilim, həmin o Əlikram Hümbətova

qulluq edir, biri o birisinə qulluq edir. Təxribat təxribatın içərisindədir.

Bizim Azərbaycan xalqı, tarix boyunca yüksək mənəvi keyfiyyətlərə

malik xalq olub. Indi də belədir. Mən təxribatları xalqa aid edə bilmərəm.

Ancaq bizim ayrı-ayrı azərbaycanlıların bu qədər satqın, bu qədər xəyanətkar,

bu qədər ləyaqətsiz olması insanın ürəyini partladır, insanı dəhşətə gətirir.

Görün, biz nə qə-



____________Milli Kitabxana____________

112


dər ləkələndik. Təkcə ona görə jox ki, torpaqlarımız əldən gedibdir. Ona görə

ki, torpağımıza təcavüz edən ermənilər deyirlər ki, sizin adamlarınız heç biz

gəlməmiş çıxıb qaçırlar. Bunu onlar deyirlər.

Fuzuli, Cəbrayıl gedib. Neçə nəfər adam ölüb orada, neçə nəfər həlak

olub, desinlər. Yoxdur. Ona görə də mən bu məsələni geniş açmağı lazım

bilmirəm. Biz gecə yarıya qədər, ola bilsin, səhər saat 4-ə qədər bu

məsələlərlə məşğul olmuşuq, müzakirə aparmışıq. Qaçqınlara lazımi yardım

göstərmək və o rayonların geri qaytarılmasını, adamların yenidən oraya

dönməsini təmin etmək istəyirik. Bu gün nümayəndə heyətimiz Moskvanın

nümayəndəsi ilə birlikdə

oraya gedəcəkdir.

Xarici dövlətlərin

Azərbaycandakı səfirliklərinin nümayəndələrini dəvət etmişəm, jurnalistləri

də dəvət etmişəm. Vertolyotlarla oraya gedəcəklər. Güman edirəm ki, bir

neçə günə bu bölgədə vəziyyəti müəyyən qədər sabitləşdirəcəyik.

Ən nəhayət, bir məsələyə də toxunmaq istəyirəm. Bu gün buraya Məclis

üzvləri, xalq deputatları, respublikanın nazirləri və komitə sədrləri, rəhbər

işçiləri, rayonların

icra başçıları dəvət

olunublar. İcra hakimiyyəti

başçılarının bəziləri əvvəldən həmin vəzifədə olanlardır. Bəzisi bu qarışıqlıq

vaxtı kimlər tərəfindənsə, naməlum adamlar tərəfindən gətirilib qoyulmuş

İcra başçılarıdır. Bəziləri şəxsən mənim fərmanımla təyin olunmuşlar. Ancaq

onların hamısı əgər azərbaycanlıdırsa, hamısında azərbaycanlı qanı vardırsa,

fərqi yoxdur, beş ay bundan qabaq təyin olunmuşdur, kimsə onu özbaşına

gətirib qoyub, yaxud indi biz onu təyin etmişik - fərqi yoxdur. Əgər doğrudan

da, onlar öz xalqını, vətənini azacıq da olsa sevirlərsə, dədə-babalarının

qəbirlərinə hörmət edirlərsə, özlərinin bu gününü, övladlarının   gələcəyini

düşünürlərsə, gərək namuslu olsunlar. Mən onlara müraciət edirəm. Onlar bu

gün gərək mənəviyyatca yüksəlsinlər, gərək bütün çirkin əməllərindən əl

çəksinlər, bu gün gərək ümumxalq mənafeyindən çıxış etsinlər. Rica edirəm

sizdən, şəxsi ambisiyalarınızı kənara qoyun, şəxsi instinktlərinizi, şəxsi

mənafelərinizi, şəxsi məqsədlərinizi kənara qoyun, düşünün, Azərbaycan

Respublikasının dövlətçiliyi təhlükə altındadır. Uzun illərdən, əsrlərdən bəri

Azərbaycan dünyada müstəqil dövlət kimi tanınmışdır. İndi bu, təhlükə

altındadır. Azərbaycanın ərazi bütövlüyü təhlükə altındadır. Düşünün bunu,

fikirləşin və anlayın ki, hər biriniz məsuliyyət daşıyırsınız. Mən hamınızı

deyirəm. Birinci növbədə xalqın qarşısında, öz ailəniz, qohum-əqrəbanız,

övladlarınız, ata-babalarınızın ruhu qarşısında məsuliyyət daşıyırsınız.

Müstəqil Azərbaycan dövləti qarşısında məsuliyyət daşıyırsınız. Ona görə də

bu gün hər biriniz öz iş yerinizdə bu məsuliyyət hissi ilə işləməlisiniz,

çalışmalısınız.

İndi bizim qarşımızda iki vəzifə durur. Birincisi, erməni təcavüzünün

qarşısını almaq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq, xalqı bu

qırğından qurtarmaq. İkincisi isə, Azərbaycanın daxilində sabitliyi təmin

etmək, bu çəkişmədən




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə