____________Milli Kitabxana____________
103
narahat etməyə bilməzdi. Ancaq bu məsələnin bəzi adamların təklifi ilə guya
sülh, danışıq yolu ilə həll olunması fikrini qəbul edərək çox vaxt itirdik. Bu
müddətdə bəzi adamlar bizə vəd edirdilər ki, məsələ sülh yolu ilə, danışıqlar
vasitəsilə həll olunacaqdır. Həmin dövrdə isə bu adamlara imkan yaranırdı,
bəlkə də bu adamların özləri də imkan yaratdılar ki, Əlikram və onun
ətrafındakı cinayətkar adamlar daha da quduzlaşsınlar, cinayətkar
hərəkətlərini yerinə yetirə bilsinlər və eyni zamanda siyasi pərdə altında -
"Talış - Muğan Respublikası" yaratmaq, beləliklə Azərbaycanı parçalamaq,
talış köklü Azərbaycan vətəndaşlarını respublikanın başqa hissəsinə qarşı
qoymaq kimi hallara əl atdılar. Bu məsələlərin hamısı sizə məlumdur.
Nəhayət, avqustun 16-17-də bu salonda Milli Məclisin iclasında həmin
məsələlər geniş müzakirə olunaraq qərar qəbul edilmişdir. Ona görə də bu
proseslərin mənbəyi, başlanğıcı və necə deyərlər, aparıcı qüvvələri, onları
dəstəkləyənlər, ilham verənlər, bu xəyanətkar, cinayətkar yola sövq edən
adamlar artıq məlumdurlar. Bir neçəsinin adı çəkilib, bəzilərinin adları ola
bilər, sonra çəkiləcəkdir. Onların adları məlumdur, ona görə də sizin vaxtınızı
almaq istəmirəm. Ancaq onu bildirmək istəyirəm ki, avqustun 17-də Milli
Məclis iki günlük müzakirədən sonra Lənkəranda və onun ətrafındakı
rayonlarda baş verən hadisələrə, Əlikram Hümbətovun özünün və onun
silahlı dəstələrinin cinayətkarlıqlarına, ümumiyyətlə, orada gedən proseslərə
öz münasibətini bildirərək bu barədə qəti qərar qəbul etdi. Qərar artıq
məlumdur. Baş nazir Surət Hüseynova tapşırıldı ki, bu qərarın üç gün
müddətində həyata keçirilməsi təmin olunsun.
Təəssüf ki, bu qərarın yerinə yetirilməsi təmin olunmadı. Qərar qəbul
edildikdən sonra Lənkəranda və onun ətrafındakı rayonlarda əhali, xalq
Azərbaycanın dövlət orqanlarının bu hadisələrə, proseslərə münasibətini tam
bildikdən sonra ayağa qalxdı, öz hüquqlarını müdafiə etməyə çalışdı,
cinayətkar, qanunsuz hərəkətlərə qarşı etirazını bildirməyə başladı. Beləliklə
də, bu qərarımızın ilk təsiri çox müsbət oldu. Əlikram Hümbətov və onun
ətrafında olan adamlar müəyyən qədər anladılar ki, dövlətlə, xalqla mübarizə
aparmaları, yaxud da dövlətə qarşı təcavüz etmələri artıq mümkün deyildir.
Onlar özlərinin fəaliyyət çərçivəsini yavaş-yavaş dağıtdılar və güman etmək
olardı ki, əgər bizim qərarımız qətiyyətlə yerinə yetirilsəydi və lazımi şəxslər,
tapşırılmış şəxslər bununla məşğul olsaydılar, bəlkə də qərar tezliklə həyata
keçirilər, cinayətkarlıq, qanunsuzluq hallarına son qoyar və bu bölgədə
sabitliyi təmin edə bilərdik.
Lakin təəssüf ki, belə olmadı. Avqustun 19-da Gəncədə baş nazir Surət
Hüseynov bir müşavirə keçirdi. Əlikram Hümbətov da oraya dəvət olundu,
təmtəraqla qəbul edildi. Bundan conpa isə Əlikram Hümbətov Lənkərana
qayıdaraq orada televiziya ilə böyük təbliğat apardı - həm özü, həm də
ətrafında olan adamlar çıxış etdilər. Gəncədə onların dəstəkləndiklərini,
onlarla həmrəy olduqlarını bildirdilər. Beləliklə də, onlarda yeni bir canlanma
____________Milli Kitabxana____________
104
başlandı. Xalqa qarşı təcavüzü nəinki davam etdirməyə, hətta gücləndirməyə
başladılar.
Biz yenə də bu məsələlərə təmkinli, səbrli yanaşdıq. Çalışdıq adamları başa
salaq ki, belə qanunsuz hərəkətlərin, xalqa, konstitusiyaya zidd hərəkətlərin axırı
yoxdur. Ancaq buna nail ola bilmədik. Fəqət, Lənkəran şəhəri və rayonunun,
Astara, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar, Lerik rayonlarının əhalisi ayağa
qalxdı, öz hüquqlarını müdafiə etməyə çalışdı. Adamlar Əlikram Hümbətovun bu
çirkin əməllərinə qarşı etirazlarını açıq, cəsarətlə bildirdilər və bu, orada mitinqlər
keçirilməsi ilə başlandı. Srağagün Lənkəran şəhərində böyük mitinq oldu. Bu
barədə mən dünən xalqa müraciətimdə məlumat vermişəm, vaxtınızı alıb təkrar
etmək istəmirəm. Həmin mitinqdə minlərlə lənkəranlı Əlikram Hümbətovu
xəyanətkar, cinayətkar, satqın adam kimi qiymətləndirdi. Onu aradan təcrid
etməyə çalışdılar. O, silah işlətmək istədi, lakin bunu edə bilmədi. Beləliklə də,
xalq müəyyən qədər öz təzyiqini göstərərək, Əlikram Hümbətova sübut etdi ki,
onun əlində nə qədər çox silah olsa da, ətrafında cinayətkar, quldur dəstə olsa da,
xalqın qarşısında dura bilməz. Həm Əlikram, həm də onu dəstəkləyən adamlar
yəqin ki, bunu hiss etdilər. Ancaq Əlikram və onun dəstələri xalqa təcavüz etmək,
ona qarşı silah işlətmək yoluna düşdülər.
Biz əhalinin bu hərəkətini şübhəsiz ki, bəyəndik və bildirdik ki, siz düzgün
hərəkət etmisiniz. Bizim başqa yolumuz yoxdur. Bu proseslər bir neçə aydır ki,
davam edir. Təəssüf ki, əvvəllər, yəni İyun ayına qədər Azərbaycana rəhbərlik
etmiş şəxslər -Azərbaycan prezidenti Əbülfəz Elçibəy, respublika parlamenti,
Milli Məclis və onun rəhbərləri, Nazirlər Kabineti Əlikram Hümbətovun, onu
dəstəkləyən Rəhim Qazıyevin və başqalarının hərəkətlərinə qiymət
verməmişdilər, bu məsələdə barışdırıcı, yaxud da passiv mövqe tutmuşdular.
Sonrakı dövrdə isə, - mən bunu açıq demək istəyirəm, - xüsusən iyun
ayının sonundan başlayan dövrdə baş nazir Surət Hüseynov bu məsələni öz
üzərinə götürmüşdür və Əlikram Hümbətovla yaxın əlaqələri olduğuna görə
bu məsələnin sülh yolu ilə həll olunmasını boyunna almışdır. Biz ona
inanaraq belə hesab etmişdik ki, onsuz da daxilimizdə ağır proseslər çoxdur,
sərhəd bölgələrində müharibə gedir, qan tökülür. Ona görə də burada güc
işlətmək, silah tətbiq etmək, qan tökmək lazım deyil. Baş nazir bu məsələni
həll etməyə söz vermişdir və qoy həll etsin. Lakin bilirsiniz ki, baş nazirin
avqustun 3-də Lənkərana getməsi də bir nəticə vermədi. Sizə bildirdiyim
kimi, avqustun 12-də Əlikram Hümbətovla, baş nazir Surət Hüseynovla
birlikdə bizim apardığımız danışıqların da nəticəsi olmadı. Avqustun 13-də
geniş müşavirə keçirdik. Ondən da bir nəticə hasil olmadı. Nəhayət, avqustun
16-da bu məsələni Milli Məclisin müzakirəsinə çıxardıq.
Sizə bildirmək istəyirəm ki, əgər iyun ayına qədər Azərbaycanın dövlət
başçıları bu məsələyə nədənsə,
-
səbəbini özləri izah edərlər,
-
toxunmayıblarsa, biganə qalıblarsa və o bölgədə xalqın, əhalinin hüquqlarının
pozulmasına lazımi qiymət ver-