MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə41/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   37   38   39   40   41   42   43   44   ...   256

____________Milli Kitabxana____________

100


icra hakimiyyətinin başçıları təyin olunacaqdır. Onları da müdafiə etməyə,

işləmək üçün şərait yaratmağa çağırıram.

Bir daha bütün xalqa müraciət edərək bu ağır günümüzdə ondan səbr,

təmkin və ağıllı addımlar gözləyirəm. Azərbaycan xalqına bu ağır günlərdə

səbr arzulayıram, Azərbaycan vətəndaşlarına sevgimi, məhəbbətimi

bildirirəm. Bir daha demək istəyirəm ki, mənə göstərilən etimadı

doğrultmağa çalışacağam. Sizinlə birlikdəyəm. Azərbaycan Respublikası

yaşayacaq, müstəqil dövlət kimi inkişaf edəcək. Azərbaycanın ərazi

bütövlüyü təmin olunacaq, onun daxilində milli həmrəylik, qardaşlıq təmin

olunacaqdır.

Sağ olun, diqqətinizə görə minnətdaram.



____________Milli Kitabxana____________

101


MÜSTƏQİL AZƏRBAYCANIN

DÖVLƏTÇİLİYİNİ VƏ ƏRAZİ

BÜTÖVLÜYÜNÜ QORUMAQ HƏR

BİRİMİZİN BORCUDUR

BAKIDA ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİNDƏ ÇIXIŞ

24 avqust 1993-cü il

Azərbaycan Respublikası, xalq, Azərbaycan vətəndaşları ağır günlər

keçirirlər. Bunun səbəbləri məlumdur. Azərbaycan müharibə vəziyyətindədir.

Müharibədə buraxılan səhvlər, günahlar nəticəsində biz bəzi yerlərdə

məğlubiyyətə uğrayırıq, insanlar həlak olur, didərgin düşür, kəndlərimiz

əldən gedir və bu, son illərdə Azərbaycanın həyatının adi bir amili olmuşdur.

Bəziləri buna biganədir, bəziləri belə vəziyyətə sanki öyrəşmişlər, ancaq

bütünlükdə xalq isə, şübhəsiz ki, bundan əziyyət çəkir, çox böyük çətinliklərə

məruz qalır.

Bu sahədə görülən tədbirlər və aparılan işlər hələlik öz nəticəsini vermir.

Bunun əsas səbəblərindən biri son illərdə Azərbaycanın müdafiə qüdrətinin

yaradılmaması, ordunun lazımi səviyyədə olmaması, son bir il-ilyarım

ərzində isə yox dərəcəsində olması və eyni zamanda respublikanın daxilində

ayrı-ayrı qüvvələrin olmasıdır. Onların bəziləri özlərini siyasi qüvvə

adlandırır, bəziləri isə adicə mafioz qruplar, qüvvələrdir. Hər biri öz şəxsi

niyyətlərinə, məqsədlərinə nail

olmaq üçün, şəxsi mənfəət naminə

Azərbaycanın ağır şəraitini daha da ağırlaşdırır, təxribatlar aparır.

Mən indi bu məsələləri təhlil etmək fikrində deyiləm. Tam həqiqətdir ki,

Azərbaycanda əvvəlki dövrlərdə olduğu kimi, indii də cəbhə bölgələrində

böyük təxribat işləri aparılır. Xüsusən son vaxtlarda Azərbaycanın daxilində

siyasi gərginlik artdığına görə, ayrı-ayrı qüvvələr bir-birinə qarşı durduğuna

görə və bəzi şəxslər, bəzi qruplar xalq qarşısında tamamilə ifşa olunduqlarına

görə təxribat əməllərini daha da genişləndirmişlər. Onlar həmin əməlləri

gizlətmək üçün, çirkin niyyətlərinə nail olmaqdan ötrü xalqı, milləti, torpağı

qana bulamağa, torpağı satmağa, xalqa xəyanət etməyə nəinki hazırdırlar,

hətta bunu həyata keçirirlər.

Güman edirəm ki, bugünkü həyatımız, gələcək günlər, illər xalqın indiki

dövrdə olan vəziyyətinə tam qiymət verəcək və hər bir şəxs tutduğu

vəzifədən, yaxud siyasi mənsubiyyətində asılı olmayaraq, xalqın qarşısında

cavab verəcəkdir. Birbaşa olmasa da, tarix hərənin qiymətini özünə

verəcəkdir. Eyni zamanda sizə




____________Milli Kitabxana____________

102


bildirmək istəyirəm ki, Azərbaycan xalqının qüdrəti də var, imkanı da var.

Azərbaycan xalqı və onun qabaqcıl, işıqlı fikirli adamları, xalqa sədaqətli

övladları, xalq üçün ürəyi yanan şəxsləri birləşərək Azərbaycanı bu ağır

vəziyyətdən çıxaracaqlar.

Təxribatçılar, Azərbaycanın bu ağır günündən öz şəxsi mənafeləri üçün

istifadə edənlər heç də düşünməsinlər ki, öz məqsədlərinə nail olacaqlar. Xeyr,

belə olmayacaq. Mən dəfələrlə qeyd etmişəm və yenə təkrar edə bilərəm ki,

Azərbaycan xalqı öz tarixində çox ağır dövrlər yaşamışdır. Lakin bütün

sınaqlardan çıxaraq mənliyini, xəlqiliyini, azərbaycanlılığını, müsəlmanlığını

itirməmişdir və heç vaxt da itirməyəcəkdir.

Güman edirəm ki, qara günün ömrü az olacaq, xalqımız ağ günlərə çıxacaq.

İnanıram ki, xalqımızda bu qüdrət, bu imkan, bu potensial var, sadəcə olaraq

hamımız birləşib bunlardan istifadə etməliyik, bunları hərəkətə gətirməliyik.

Son dövrün ən əcaib hadisələrindən və Azərbaycanda gərginliyi ağırlaşdıran

hallardan biri də Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar

rayonlarında bir neçə aydan bəri baş vermiş proseslər və orada Əlikram

Hümbətovun, onun ətrafında olan quldur, cinayətkar, xəyanətkar adamların -

Azərbaycanın ayrı-ayrı dairələrindən, təkcə Azərbaycanda yox, ondan kənarda

olan, ona xəyanət edən şəxslər tərəfindən dəstəklənən bu qrupların, bu dəstənin

həmin bölgədə apardıqları cinayətkar işlər, qanunsuz hərəkətlərdir.

Əgər bu, sadəcə olaraq, o bölgədə cinayətkarlıqla, qanunsuzluqla bitmiş

olsaydı, bəlkə  də Azərbaycanın ümumi həyatına və bu gününə o qədər də mənfi

təsir göstərə bilməzdi. Ancaq iş burasındadır ki, həmin bu cinayətkar dəstələr,

qruplar - Əlikram Hümbətov və onu dəstəkləyən adamlar orada Azərbaycanın

ordu hissəsinin bir qismini əlində saxlayaraq onların cəbhəyə göndərilməsinin

qarşısını alırlar. Ordumuzun hərbi texnikasının, silahlarının böyük bir qismi

onların əlindədir. Həmin hərbi hissələrdən ayrı-ayrı bölmələr, dəstələr döyüş

bölgələrində vuruşurlarsa, onları Əlikram Hümbətovun dəstəsi, onun batalyonu

adlandırırlar. Belə çıxır ki, həmin qüvvələr onun göstərişi ilə geri çəkilməli, irəli

getməli, cəbhə bölgəsini tərk etməlidirlər.

Belə hallar adətə çevrilmişdir və bəzi adamlar, xüsusən indi respublikanın

rəhbərliyində olan adamlar da hesab edirlər ki, belə də olar. Çünki təəssüf ki, son

illərdə Azərbaycanın müdafiəsi ordunun əlində olmamışdır, ayrı-ayrı silahlı

dəstələrin, qrupların, ayrı-ayrı mafioz qruplara mənsub olan silahlı dəstələrin

əlində olmuşdur. Biri bunlara könüllü dəstəsi deyir, biri Xalq Cəbhəsinin

batalyonu deyir, biri, nə bilim, kiminsə şəxsi dəstəsi deyir. Bu cür dəstələr

Vətəni, torpağı müdafiə etmək əvəzinə öz şəxsi mənafelərini güdmüşlər. Onlar

Azərbaycanı nə günə salmışlar, nə dəhşətli vəziyyətə salmışlar - indi hamıya

aydındır, hamının gözü qarşısındadır.

Ona görə də Lənkəranda və onun ətrafındakı rayonlarda gedən proseslər

Azərbaycan ictimaiyyətini, respublikanın dövlət orqanlarını - həm Ali Soveti,

həm də bütün başqa dövlət orqanlarını




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə