MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə37/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   33   34   35   36   37   38   39   40   ...   256

____________Milli Kitabxana____________

92

cum nəticəsində bir neçə nəfər həlak olub və 50-yə qədər adam əsir düşüb və



heç bir müsbət nəticə əldə olunmamışdır. Əksinə, məğlubiyyət olub, nəticədə

o tərəfə əsas verilib ki, bizi günahlandırsın ki, biz əldə olunan sazişi

pozmuşuq - özümüz atəşin dayandırılmasını istəmişik, özümüz də atəşi

davam etdiririk.

Bax, belə özbaşınalıq bizim ən böyük bəlalarımızdan biridir. Ona görə də

respublikada vəziyyət həddindən artıq gərgindir və gərginləşməkdədir. Ancaq

bu gərginliyin səbəbi təkcə cəbhədə olan vəziyyət deyil. Orada böyük

təxribatlar gedib və bu məsələlər şübhəsiz ki, Milli Məclisdə müzakirə

olunacaq, açılacaqdır. Mən xalqa söz vermişəm və bu gün də xalqın

qarşısında deyirəm ki, heç bir şey xalqdan gizlədilməyəcəkdir. Çünki indiyə

qədər, bu beş ilin ərzində hər bir siyasi qüvvə, hər bir hakim öz

fəaliyyətsizliyini, necə deyərlər, ört-basdır etmək üçün, öz cinayətlərini ört-

basdır etmək üçün xalqdan çox şeyi gizlədiblər. Mən hər şeyi açacağam. Qoy

xalq hər şeyi bilsin. Əgər xalqın mənə inamı varsa - mən minlərlə teleqramlar

alıram, on minlərlə teleqramlar və məktublar alıram ki, xalq mənə ümid

bəsləyir - əgər doğrudan da belə inam varsa, bu gün mən bir daha sizin

qarşınızda çıxış edib deyirəm - xalq hər şeyi bilməlidir və biləcəkdir. Hamısı

bilinəcəkdir.

Milli Məclisin avqust ayının 16-17-də keçirilmiş iclaslarında xalq çox şeyi

bildi. Biz canlı yayım vasitəsilə xalqa bilavasitə bildirdik nə var, nə yox,

fikirlərimiz nədir, nə edirik. Ancaq məni bu gün bu televiziya studiyasına

gəlməyə məcbur edən təkcə bu deyil və hətta tamamilə bu deyil. Son vaxtlar

Azərbaycanın Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar

rayonlarında baş verən qanuna zidd, konstitusiyaya zidd hərəkətlərdir və onların

çox ağır nəticələridir. Bu barədə geniş danışmağın əhəmiyyəti yoxdur. Çünki

avqust ayının 16-da və 17-də Milli Məclisin iclaslarında bu məsələ artıq müzakirə

olundu və əhali, xalq, Azərbaycanın bütün vətəndaşları bu məsələnin nədən

başlandığını, bu proseslərin nə cür şişib yoğunladığını və nə üçün bu dərəcəyə

gəldiyini bildilər və bunun günahkarlarını da bildilər.

Bu məsələlərə qayıtmaq, vaxtınızı almaq istəmirəm. Ancaq biz bu

məsələni ətraflı müzakirə etdik. Yadınıza salmaq istəyirəm ki, Milli Məclisin

iclasında və ondan bir gün qabaq Ali Sovetdə keçirilən geniş müşavirədə

Lənkəran və onun ətrafındakı rayonlardan olan nümayəndələr, Azərbaycan

ziyalıları, məclis üzvləri, xalq deputatları bizə və o cümlədən şəxsən mənə

irad tutdular ki, nə üçün bu nalayiq hərəkətlərə, Azərbaycanı parçalamaq,

dağıtmaq cəhdlərinə indiyə qədər lazımı qiymət verilməyib, laqeyd

münasibət göstərilib və bunların qarşısı vaxtında alınmayıbdır. Mən o vaxt

izah etdim və indi bir daha demək istəmirəm: biz sadəcə olaraq bir tərəfdən

məsələyə səbrlə yanaşdıq, təmkinlə yanaşdıq, hesab etdik ki, bu rayonlarda

olan hörmətli adamlarımız, ağsaqqallarımız, ziyalılarımız bu qeyri-qanuni,

çirkin hallara yol verməyəcəklər, məsələləri özləri həll edəcəklər. Bizim

problemlərimiz, xüsusən Qarabağ bölgəsində, Ermənistan-




____________Milli Kitabxana____________

93

la həmsərhəd olan yerlərdə Azərbaycanın torpaqlarını müdafiə etmək



problemləri və başqa problemlərimiz onsuz da bizim üçün bəsdir. Hesab

etdik ki, o problemlər yerində həll olunar. Eyni zamanda o vaxtlar baş nazir

Surət Hüseynov söz verdi ki, bu məsələləri həll eləyəcək. Biz də ona ümid

bəslədik və çox səbr etdik, çox təmkinlə yanaşdıq.

Ancaq bunların heç biri nəticə vermədiyindən avqust ayının 16-da və 17-

də bu məsələni Milli Məclisin iclasında ətraflı, müfəssəl müzakirə etdik və

müvafiq qərar qəbul etdik. Bizdə olan məlumatlara görə, bizə gələn

məktublara və teleqramlara görə, ictimai rəyin öyrənilməsinə görə bu qərar

xalq tərəfindən tam yüksək dərəcədə bəyənilib, müdafiə olunur, o cümlədən

Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonları

əhalisinin demək olar ki, 99 faizi bu qərarımıza tərəfdar çıxıb, müdafiə edib

və hətta bunu gecikmiş bir qərar kimi qəbul edibdir. Ancaq gecikmiş olsa da,

belə bir qərarın qəbul olunması bu rayonlarda əhalidə böyük bir siyasi

fəallığa səbəb olub və əhali doğrudan da görüb ki, dövlət, Azərbaycanın

rəhbər dövlət orqanları belə cinayətkar, qeyri-qanuni, konstitusiyaya zidd

olan hərəkətlərə yol vermək fikrində deyil və bundan sonra da yol

verməyəcəklər.

Biz belə güman etdik ki, bu, qərar qəbul ediləndən sonra həyata

keçirilməlidir. Sizə çatdıra bilərəm ki, o rayonlardan bizə gələn məlumatlar

bunu tam aydınlığı ilə göstərir ki, bu qərar bir tərəfdən böyük ruh yüksəkliyi

ilə qarşılanıb, ikinci tərəfdən o rayonların əhalisində böyük siyasi-ictimai

fəallıq mövqeyi yaradıbdır. Eyni zamanda Əlikram Hümbətov və onun

ətrafında olan bir qrup quldur dəstəsi bizim bu qərardan çox qorxub, çəkinib

və müəyyən qədər öz fəaliyyətini dayandırıb.

Təəssüflər olsun ki, bir müddətdən sonra orada vəziyyət yenə də

dəyişməyə başladı. Bu dəyişmənin də səbəbi ondan ibarət olmuşdur ki,

avqust ayının 18-dən 19-na keçən gecə baş nazir Surət Hüseynov Gəncədə bir

müşavirə aparmış, orada bir çox rayonların icra hakimiyyəti başçıları,

nazirlər, respublikanın başqa rəhbər şəxsləri iştirak etmiş və ora Əlikram da

dəvət olunmuşdur. Milli Məclisin qərarının həyata keçirilməsi Surət

Hüseynova tapşırılmışdı və özü təklif vermişdi ki, bunu mənə həvalə edin,

mən həyata keçirərəm. Mən güman etdim ki, Gəncədə Surət Hüseynovla

Əlikram arasında görüşlərdən sonra bu qərarın həyata keçirilməsi təmin

olunacaqdır və ola bilər ki, biz bu problemlə qurtaraq və bu problem artıq

bizi narahat etməsin. Təəssüflər olsun ki, Gəncədə keçirilən müşavirədən

sonra Əlikram Hümbətov Lənkərana qayıdıb yenidən bu çirkin fəaliyyətini

davam etdirməyə başlayıbdır. Yerli televiziya ilə Milli Məclisin qərarının

əleyhinə çıxış edib, onun ləğv olunmasını tələb edib və guya Gəncənin və bir

neçə başqa regionların onlarla həmrəy oduğunu, onun bu hərəkətlərinə bəraət

qazandırdığını bildirib və deyib ki, biz bu işimizi davam etdirəcəyik, Talış-

Muğan Respublikası yaranacaqdır. Biz Məclisi saymırıq, onun qərarlarını

qəbul etmirik və Milli Məclisin qərarları ləğv olunmalıdır.




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə