MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə35/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   31   32   33   34   35   36   37   38   ...   256

____________Milli Kitabxana____________

87

istifadə etmək problemi qoyulmayıb, müəssisənin məhsulları kənarda qalıb.



Bu müqavilələr, gərək çox dolğun və düzgün yazılsın. Heç kəs heç kəsi

aldatmağa çalışmasın, hərə gərək öz tərəfinin mənafeyini qorusun. Qarşılıqlı

münasibətlər, qarşılıqlı iqtisadi əlaqələr ən yüksək səviyyədə olmalıdır.

Güman edirəm ki, xarici ölkələrin neft şirkətlərinin burada iştirak edən

nümayəndələri, mənim bu sözlərimi düzgün anlayacaq və düzgün qəbul

edəcəklər. Bir daha deyirəm ki, Azərbaycan Respublikasının ən zəngin

sərvəti olan neft yataqlarının xarici şirkətlərlə birgə istismarına müsbət

yanaşıram. Ancaq bu münasibətlər və bu bağlaşmalar gərək ağıllı və səliqəli

olsun. Müqavilələrin bu əsasda olmasını biz təmin edəcəyik, mən sizə dövlət

tərəfindən zəmanət verə bilərəm.

Eyni zamanda qeyd etmək istəyirəm ki, əgər dünyanın böyük ölkələrinin

neft şirkətləri Azərbaycanın neft yataqlarına maraq göstərirlərsə, güman

edirəm ki, o ölkələrin dövlət dairələrini Azərbaycan Respublikasının

bugünkü ictimai-siyasi vəziyyəti də maraqlandırmalıdır. Güman edirəm ki,

neft şirkətlərinin əksəriyyəti təmsil olunduqları dövlət dairələri ilə sıx

bağlıdırlar. Onların burada fəaliyyət göstərməsi bu dövlətlərin Azərbaycana

olan münasibətinin daha da yaxşılaşacağına ümid verir.

Bu  sözləri sizə çatdıraraq əlavə etmək istəyirəm ki, Azərbaycan

Respublikası, müstəqil Azərbaycan dövləti bütün ölkələrlə qarşılıqlı faydalı

əlaqələr qurmağı bundan sonra da  davam etdirəcəkdir. Azərbaycan

demokratik respublika kimi, sivilizasiyalı dövlət kimi bundan sonra inkişaf

edəcəkdir. Azərbaycan Respublikasında bütün beynəlxalq hüquq normaları,

beynəlxalq qanunlar tətbiq olunacaqdır. Azərbaycan Respublikasında insan

hüquqları bundan sonra da qorunacaqdır, bu işlərə daha ciddi fikir

veriləcəkdir. Heç kəsin şübhəsi olmasın ki, Azərbaycanın bir demokratik

respublika kimi, bundan sonra inkişaf etməsinə kimsə mane ola bilər.

Azərbaycan dünya demokratik ölkələri birliyinə daxil olmuş bir dövlətdir və

siyasi plüralizmin və insan hüquqlarının qorunması prinsipləri əsasında

bundan sonra da inkişaf edəcəkdir.

Güman edirəm ki, bu şərtlər Azərbaycan Respublikası neft şirkətinin

xarici ölkələrin neft şirkətləri ilə əlaqələrinin qurulmasının əsas amillərindən

biri olacaq.

Biz xarici ölkələrin burada təmsil olunan şirkətləri ilə

iqtisadi


əlaqələrimizin davam etməsinin tərəfdarıyıq və buna kömək edəcəyik. Bütün

məsələlərə lazımi səviyyələ, yüksək elmi səviyyədə baxılmasına şərait

yaradacağıq.

Sizin hamınıza işlərinizdə müvəffəqiyyət arzu edirəm və bugünkü

toplantıdan sonra Azərbaycan Respublikasının neft şirkəti ilə xarici

şirkətlərin əlaqələrinin daha da düzgün istiqamətdə inkişaf etməsinə əmin

olduğumu bildirmək istəyirəm.



____________Milli Kitabxana____________

88

QABON RESPUBLİKASININ PREZİDENTİ



ZATİ-ALİLƏRİ ƏL-HƏCİ ÖMƏR BONQO

CƏNABLARINA

Hörmətli cənab prezident!

Sizi və bütün Qabon xalqını öz adımdan və Azərbaycan xalqı adından

milli bayram - Müstəqillik günü münasibətilə səmimi-qəlbdən təbrik edir,

şəxsən sizə və hər bir Qabon ailəsinə sülh, əmin-amanlıq və xoşbəxtlik

arzulayıram.

Hörmətlə,



HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

17 avqust 1993-cü il

İNDONEZİYA

RESPUBLİKASININ

PREZİDENTİ ƏLAHƏZRƏT

GENERAL SUXARTO

CƏNABLARINA

Hörmətli cənab prezident!

Sizi və İndoneziya xalqını milli bayramınız - Müstəqillik günü

münasibətilə səmimi-qəlbdən təbrik edir, şəxsən sizə və bütün İndoneziya

xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

Hörmətlə,



HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

17 avqust 1993-cü il


____________Milli Kitabxana____________

89

BMT TƏHLÜKƏSİZLİK ŞURASININ



SƏDRİNƏ

SURƏTİ: BMT-nin BAŞ KATİBİNƏ

Hörmətli cənab sədr!

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 822 və

853 nömrəli qətnamələr qəbul edilməsindən artıq kifayət qədər vaxt

keçmişdir. Lakin indiyədək heç bir əsər-əlamət yoxdur ki, Ermənistan

Respublikası, Dağlıq Qarabağ ermənilərinin uydurma rəhbərliyi belə yüksək

hörmətli beynəlxalq təşkilatın qərarını yerinə yetirmək niyyətindədirlər.

Tamamilə aydındır ki, nəinki işğal olunmuş, yandırılmış və talan edilmiş

Kəlbəcər və Ağdam rayonları, həm də digər Azərbaycan əraziləri tərk

edilməmişdir. BMT Təhlükəsizlik Şurasının qərarlarına və bütün beynəlxalq

hüquq normalarına təcavüzkar həyasızcasına məhəl qoymur. Füzuli

rayonunda azərbaycanlılar yaşayan dinc kəndləri zəbt etməkdə və

yandırmaqdadır, Füzuli şəhəri üzərinə güclü hücum əməliyyatı aparır,

Cəbrayıl, Qubadlı istiqamətində ərazimizin içərilərinə doğru hücumu

genişləndirir. Bərdə şəhərini və başqa yaşayış məntəqədərini ələ keçirməyə

çalışır.


Açıq təcavüz faktı o dərəcədə aşkardır ki, hər hansı əlavə faktlar gətirmək

lüzumsuzdur, əminəm ki, onlar sizə BMT-nin Bakıdakı nümayəndəsi, bu

yaxınlarda Füzulidə olmuş cənab Mahmud əl-Səidin məruzələrindən

məlumdur.

İzah olunanlarla əlaqədar xahiş edirəm, Təhlükəsizlik Şurası dərhal

çağırılsın və təcavüzkarı dayandırmaq, qan tökülməsinə son qoymaq,

Azərbaycan Respublikasının yüz minlərlə müdafiəsiz dinc sakinini qorumaq

üçün, nəhayət, kəsərli və təxirəsalınmaz tədbirlər görülsün.



HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

18 avqust 1993-cü il


Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə