____________Milli Kitabxana____________
83
həmin illərdə daim böyük iftixar hissi ilə qeyd etmişik ki, Azərbaycanın
neftçiləri - həm alimləri, həm də neft sənayesində çalışanlar böyük sovetlər
ölkəsinin hər yerində fəaliyyət göstəriblər və öz təcrübələrini, bilik və
bacarıqlarını yeni-yeni neft yataqlarının aşkara çıxarılmasına sərf ediblər və
bununla da, Azərbaycan neftçilərinin şan-şöhrətini aləmə yayıblar.
Bütün dünyaya məlumdur ki, ilk dəfə dənizdə qara qızıl çıxarılması
Azərbaycan neftçilərinin fəaliyyəti nəticəsində həyata keçmişdir. 1949-cu
ildə Neft daşlarında ilk quyunun fontanından sonra dənizdə neft çıxarılması
təcrübəsindən bütün dünya istifadə etmişdir. Bu sahədə Azərbaycan
neftçilərinin xarici ölkələrdə fəaliyyəti tarixdən heç vaxt silinməyəcəkdir.
Sirr deyildir ki, Sovet İttifaqı 1920-1940-cı illərdə yeni bir dövlət kimi öz
sənayesini məhz Azərbaycan, Bakı neftinin sayəsində inkişaf etdirə bilib.
İkinci dünya müharibəsində Sovet İttifaqının döyüş qüdrətini təmin etmək
üçün neft və neft məhsulları strateji rol oynayırdı və o vaxt ölkənin bu
məhsullara olan ehtiyacının 75 faizdən çoxunu Bakı verirdi.
Bütün bunlar tarixi həqiqətdir. Ancaq illər ötdükcə tarixi daha düzgün
anlayır, ona daha real qiymət veririk. Bir daha təkrar edirəm, əgər 1920-ci ilə
qədərki dövrü biz xarici ölkələrin Azərbaycan neftini istismar etdiyi bir dövr
kimi qəbul etmişiksə, əgər son 70 illik dövrü yaxın illərin mətbuatında belə
qələmə verməyə çalışıblar ki, guya bu dövrdə Azərbaycan nefti vəhşicəsinə
talan olunub, Azərbaycan xalqına, dövlətinə heç nə çatmayıbsa, indi biz yeni
bir mərhələdəyik. Bu tarixi dövrlərə düzgün qiymət verərək lazımi nəticə
çıxarmalı, ibrət dərsi alaraq işi düzgün təşkil etməliyik.
Mən bu sözlərlə heç də indi Azərbaycanda neft çıxarılmasının, bu sahədə
elmi tədqiqatların inkişafına təsir göstərmək fikrində deyiləm. Mən, sadəcə
olaraq, bir neçə məqamları yala salıram və məqsədim ondan ibarətdir ki, bu
gündən işimizi daha da səmərəli quraq.
Bir həqiqət də ondan ibarətdir ki, son dövrdə, xüsusən 60-70-ci illərdə
Azərbaycanın neft sənayesinin potensialı çox güclü inkişaf etmişdir. Neft
sənayesi indi iri həcmli əsas fondlara malikdir, alimlərimiz, geoloqlarımız,
neftçilərimiz quruda və dənizdə yeni-yeni zəngin neft yataqları aşkar ediblər.
Bu sərvətlərdən istifadə olunması, şübhəsiz ki, birinci növbədə, Azərbaycan
xalqının, müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını
təmin etmək üçün çox mühüm amildir.
Neft yataqları torpağın təkində
olan
ən zəngin sərvətlərdəndir.
Azərbaycanın neft yataqları, dediyim kimi, bir əsrdən çoxdur ki, istifadə
olunur, dünyanın bir çox ölkələrinə göndərilir. Ancaq yerin təkində neft
sərvətləri hələ çoxdur və ondan səmərəli istifadə olunması indiki və gələcək
nəsillərin müqədləs borcudur. Neft sərvətimiz, ilk növbədə, müstəqil
Azərbaycan Respublikasının inkişafı, xalqının sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması, vətəndaşların maddi rifahının yüksəldilməsi üçün istifadə
olunmalıdır. Məhz buna görə də bugünkü top-
____________Milli Kitabxana____________
84
lantıda mən bu sözləri deməyi özümə borc bilirəm. Biz əgər bu gün bir sıra
xarici ölkələrin şirkətləri ilə yeni əlaqələr qurub respublikanın neft
yataqlarından daha səmərəli istifadə olunması mərhələsinə qədəm qoyuruqsa,
deməli, hər addımımızı ölçüb-biçməliyik. Allahın, taleyin xalqa bəxş etdiyi
bu zənginlikdən ağılla, düşüncə ilə istifadə olunmalıdır.
Şübhəsiz ki, neft yataqlarının istismarında iqtisadi marağı olan xarici ölkə
şirkətlərinin mənafeyi təmin edilməlidir. Mən açıq deyirəm, Azərbaycan
dövlətinin bu sahədə mövqeyi tam aydın, mənfəətlər isə qarşılıqlı olmalıdır.
İlk növbədə, dövlətin, xalqın mənafeyinə üstünlük verilməlidir, eyni
zamanda, xarici şirkətlərin iqtisadi mənafeyi ödənilməli və bu işlər qarşılıqlı
fayda, qarşılıqlı anlaşma zəminində təşkil olunmalıdır.
Son illərdə Azərbaycanda baş verən proseslərdə, mətbuat səhifələrində,
ayrı-ayrı ictimai-siyasi xadimlərin çıxışlarında belə fikirlər söylənilib ki,
əsrlər boyu Azərbaycanın sərvətləri yabançı dövlətlər tərəfindən vəhşicəsinə,
insafsızcasına dağıdılıb, Azərbaycan xalqına bu sərvətlərindən heç nə
çatmayıb. Yəqin ki, belə hallar olub və bundan sonra biz buna yol verə
bilmərik. Təəssüf ki, son dövrdə Azərbaycanın neft sənayesi səriştəsiz
rəhbərlərin əlinə keçib və bu işlərdə dərin məsuliyyət duya bilməyən həmin
adamların fəaliyyəti nəticəsində bəzi müqavilələrin hazırlanmasında səhvlərə
yol verilib.
Məhz buna görə də biz iyun ayının 24-də xarici şirkətlərlə demək olar ki,
bağlanmaq ərəfəsində olan müqavilələrin müvəqqəti olaraq dayandırılması
qərarını qəbul etdik. Bu heç də o demək deyil ki, biz bu şirkətlərlə müqavilə
bağlamaqdan imtina edirik, yaxud bu şirkətlərin Azərbaycanda fəaliyyət
göstərməsinin qarşısını alırıq. Yox. Sadəcə olaraq, biz bu məsələləri daha
dərindən araşdırmaq istəyirik. Təkrar edirəm, Azərbaycanın ən böyük sərvəti
olan neft yataqlarının bundan sonra xalqın inkişafı naminə istifadə
olunmasının daha səmərəli təşkilinə çalışırıq. Başqa heç bir məqsədimiz
yoxdur və ola da bilməz. Ona görə də 24 iyun tarixli qərarımızdan sonra
xarici mətbuatda cürbəcür yazılar və ayrı-ayrı şirkətlər tərəfindən narazılıqlar
bizim üçün anlaşılmaz oldu. Çalışdıq ki, onların hamısına izahat verək və
belə güman edirik ki, anlaşılmazlığı aradan qaldıra bildik.
İndi biz bu məsələnin yeni mərhələsini başlayırıq. Qarşımızda mühüm
məsələlər durur. Təəssüf ki, neft və qaz hasilatı son illər kəskin surətdə
azadıb. Bunun müəyyən obyektiv səbəbləri var. Ancaq əsas səbəb işin
yarıtmaz təşkili, neft sənayesinə lazımi diqqət verilməməsi, neft sənayesində
potensial imkanlardan səmərəli istifadə olunmamasıdır. İndi Azərbaycanda
ildə 10 milyon ton neft, 6 milyard kubmetr qaz çıxarıdır. Şübhəsiz, vəziyyət
bizi narahat etməyə bilməz. On il əvvəl Azərbaycanda 14-15 milyon ton neft
və təxminən 14-15 milyard kubmetr qaz çıxarılırdı. Mənim bildiyimə görə,
70-ci, 80-ci illərdə neftçilərimizin, geoloqlarımızın, alimlərimizin, elmi
institutlarımı-