____________Milli Kitabxana____________
76
lib. Biri xəlvət avtomat alır və bu da adi hala çevrilib. Amma tank, BMP, zirehli
maşın, başqa şeylər bu adamın əlinə necə düşüb? Kim bunu eləyib? Kimsə dövlət
adamları bunu eləyib.
Gəlin bu gün səmimi olaq, gəlin bu gün açıq olaq, heç kəs heç kəsdən
çəkinməsin, kimin nə sözü var desin, kimin ürəyində nə var desin, hamısını
çıxaraq, ataq ortaya, danışaq. Azərbaycanlı kimi hamımız bu məsələni bərabər
həll edək. Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu
azərbaycanlılığı anadangəlmə qəbul etmişik, indi ayrı-seçkilik salmağa nə əsas
var? Kimsə bunu eləyib, hansısa bunu eləyib. Bir qrup adamlar, məclis üzvləri də
buna səs veriblər. Amma bunlar hamısı düzələcək, haqq-ədalət yerini alacaq,
bunu indi biz eləyə bilməsək, bizdən sonra edəcəklər, ədalətsizlik uzun ömür sürə
bilməz. Ədalət həmişə ədalətsizliyə qalib gəlir.
YEKUN SÖZÜ
Beləliklə, müzakirədə 26 nəfər çıxış etdi. Və demək olar ki, hamı eyni
fikirdədir. Natiqlər düzgün qiymət verirlər bu hadisələrə. Qeyd edim ki,
müşavirəni başlayarkən mən bu proseslərin gedişi haqqında və qarşımıza çıxan
məsələlərə baxışımız haqqında geniş məlumat verdim. Ancaq qiymət verməkdən
çəkindim və istədim ki, bura dəvət olunmuş şəxslərin və xüsusən Əlikram
Hümbətovun dünənki tələbi əsasında çağırılmış deputatların fikirlərini öyrənim.
Deputatlar öz sözlərini desinlər. Bu bölgədən, yəni 7 rayondan deputat
seçilənlərin əksəriyyəti buradadır və onların da çox hissəsi çıxış etdi. Mən qəsdən
Məclis üzvlərinə söz vermədim. Deyəsən 2 nəfərdən savayı. Çünki onların
Məclisdə həmişə çıxış etməyə imkanları var. Ancaq mən yenə deyirəm. Dünən
Əlikram Hümbətov bir söz işlətdi ki. Məclisdə olan adamlar heç nədir. Siz
deputatlarla danışın. İndi budur, biz də deputatlarla danışırıq. Özü də, tək
deputatlarla yox, o bölgənin burada, bu salonda olan nümayəndələri ilə,
ziyalılarla, alimlərlə, müəllimlərlə, həkimlərlə də danışırıq. Burada 150-170
nəfərə qədər adam var. Və mən burada başqa bir fikir duymadım, başqa bir fikir
meydana çıxmadı, ona görə də hesab edirəm ki, Hümbətov Əlikramın bu təklifi
yerinə yetirildi, bu tələbi yerinə yetirildi. Biz fikir mübadiləsi apardıq. Özümüz
üçün hər şeyi aydınlaşdırdıq. Çıxış edənlərin əksəriyyəti bizə irad tutdular ki,
indiyə qədər biz bu məsələyə öz münasibətimizi bildirməmişik. Camaat, əhali,
xüsusən o bölgədən olan əhali çaş-baş qalıbdır. Bəzi hallarda fikirləşiblər ki,
bəlkə Azərbaycanın rəhbərliyi də belə bir quruma tərəfdardır. Tamamilə ədalətli
olaraq bizə irad tutdular ki, mətbuatda bu barədə heç bir şey deyilməyibdir.
Bunlar əsaslı iradlardır. Ancaq səbəbini mən aydınlaşdırmışdım və bir də qeyd
etmək istəyirəm. Biz sadəcə olaraq istəmirdik ki, bu məsələ geniş yayılsın.
Güman edirdik ki, bu məsələni birinci növbədə onu başlayanlar özləri həll
edəcəklər, özləri bu işdən əl çəkəcəklər. Ikinci növbədə bu
bölgədən olan
deputatlar, nüfuzlu adamlar, ziyalılar, hörmətli adamlar məsələni yoluna
qoyacaqlar. Üçüncü də mən sizə dedim ki, bizim baş nazir Surət Hüseynovla
danışıqlarımız olmuşdu və baş nazir də ümidvar
____________Milli Kitabxana____________
77
etmişdi ki, bu məsələ yoluna qoyulacaq. Baş nazirin, nazirlərin avqust ayının 2-3-
də həmin bölgəyə səfərindən sonra biz güman edirdik ki, bu məsələlərə son
qoyulacaq. Bu səbəbdən də biz indiyə qədər məsələnin üstünü açmamışıq, yəni
ona öz münasibətimizi bildirməmişik, mətbuatda, televiziyada bu məsələnin
işıqlanmasına yol verməmişik. Ancaq indi məsələlərin hamısı açıldı və aydın
oldu. Hamı danışandan sonra mən də, öz fikrimi deyə bilərəm. Bəli, Azərbaycanı
parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən,
bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur. Dağlıq
Qarabağda 5 il bundan öncə başlanan proseslər Azərbaycanı parçalamaq yolunda
atılan ilk addım idi. Təəssüf ki, Azərbaycanın rəhbərləri, Azərbaycanın ağıllı
adamları, Azərbaycanın ziyalıları bu proseslər başlayan kimi onların qarşısını
almadılar və bu, bir müharibəyə çevrildi. Müharibə getdikcə genişləndi,
Azərbaycanı idarə edən adamlar bu müharibəni apara bilmədilər və çox vaxt
satqınlıqlara yol verdilər. Və beləliklə də indi Azərbaycan torpaqlarının 17 faizi
Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. Bu, Azərbaycanın
parçalanması prosesinin bir cinahıdır. O biri cinahı həmin bu gördüyümüz
məsələdir. Başqa cəhətlər burada bəzi natiqlərin söylədikləri fikirlə bağlıdır. Ona
görə də bu məsələyə belə sadə yanaşmaq olmaz ki, guya Əlikram Hümbətov bir
sərsəm adamdır, yaxud da anlaşılmaz adamdır, bunu özbaşına eləyir. Xeyr. Bu
böyük bir planın Azərbaycanı dağıtmaq, Azərbaycanı məhv etmək, Azərbaycan
xalqını yox etmək planının tərkib hissəsidir. Təəssüf olsun ki, keçmiş dövrlərdə
olduğu kimi, əsrlər boyu olduğu kimi, indi də Azərbaycanın öz içində
xəyanətkarlar az deyil. Bu xəyanətkarlar Əlikram kimi adamları ortaya salır və
Azərbaycanı parçalamaq istəyirlər. Öz şəxsi mənsəblərinə çatmaq üçün, öz şəxsi
məqsədlərinə nail olmaq üçün, vəzifə tutmaq üçün, hakimiyyətə gəlmək üçün.
Bəli, Lənkərana tez-tez gedib gələn adamların, yaxud Lənkəranla heç əlaqəsi
olmayan, lakin iki gündən bir Lənkərana baş çəkən adamların məqsədi budur.
İstəyirlər ki, bu faktordan istifadə eləyib vəzifə tutsunlar. Bir faktor alınmadı,
ikincisindən istifadə etsinlər, o da alınmadı, üçüncüsündən istifadə etsinlər. İki
gün bundan öncə Moskvadan bura gəlmiş böyük bir hərbçi generalla görüşdüm.
Rusiyanın Ali Sovetinin üzvüdür, general-polkovnikdir, keçmişdə müdafiə
nazirinin müavini olub, desant qoşunlarının rəhbəri olub. Deyir mən yaxşı
tanıyıram Azərbaycanı da, Ermənistanı da. Deyir ki, vaxtı ilə öz torpaqlarınızı
qorumadınız. Mən deyirəm görürsünüz də, biz necə məğlub olduq. Deyir, məğlub
olmadınız, sizin torpaqlarınızı öz adamlarınız satdılar. Xəyanət etdilər. Həmin
xəyanət bu gün də davam eləyir. Orda da davam eləyir, başqa yerdə də davam
eləyir. Və bu xəyanəti eləyən adamlar o qədər alçaq, o qədər ləyaqətsiz
adamlardır ki, öz şəxsi mənafeləri üçün, öz şəxsi məqsədləri üçün bu xalqı ağır
vəziyyətə gətirib çıxardılar. Mənim fikrim budur. Kim başqa fikirdədirsə, öz
işidir. Mən ötən müddətdə çox cəhdlər etdim. Burada bəzi natiqlər deyirlər ki,
danışıq aparmaq lazımdır, filan eləmək lazımdır. Bəli, mən də belə fikirdəyəm.
Və mən indiyədək