MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə27/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   23   24   25   26   27   28   29   30   ...   256

____________Milli Kitabxana____________

70

Milli Məclis hüquqsuz bir orqandır, Ali Sovet var, Ali Sovet yoxdur, Ali



Sovetin sədri Heydər Əliyev hüquqsuz bir adamdır, gəlib bura, qeyri-

qanunidir. Burada qanun pozulduğuna görə, guya Lənkəranda, o biri

bölgələrdə qanunların pozulması təbii bir haldır. Ona görə Ali Sovet

çağırılmalıdır.

Dedim axı, siz Ali Sovetin deputatı deyilsiniz, Ali Sovetin deputatları

bunu çağırmalıdır, Ali Sovetin deputatları da əgər bunu təklif edirsə, Ali

Sovet çağırılar, burada bir problem yoxdur, siz bununla nəyi bağlayırsınız,

mən başa düşə bilmirəm.

Ancaq məlumdur, onun məqsədləri məlumdur, mən güman edirəm, siz də

bunu anlayırsınız.

İkincisi, Nazirlər Kabinetinin də, baş nazirin də səlahiyyətləri çatmır, ona

səlahiyyətlər vermək lazımdır. Referendum ki, siz təyin eləmisiniz, bu

referendum olmayacaq, mən bunu pozacağam, - mən onun sözlərini deyirəm,

- bizə belə referendum lazım deyil. Bəs nə lazımdır? Referendumda bir sual

qoyulmalıdır, prezident üsul-idarəsi lazımdır, yoxsa yox və camaat da

deməlidir ki, yox. Beləliklə, prezident üsul-idarəsi tamamilə pozulmalıdır,

bütün səlahiyyətlər Nazirlər Kabinetinə verilməlidir, referendum da

olmamalıdır. Belə iki prezident var, bundan sonra prezident lazım deyil.

Mən dedim ki, iki prezident lazım deyil, iki prezident yoxdur, bir prezident

var, o da Əbülfəz Elçibəydir və demokratik ölkələrin təcrübəsi üzrə, demokratik

prinsiplər əsasında biz Məclisdə bir neçə dəfə bu məsələni müzakirə etdik.

Konstitusiyanın müvafiq maddəsini, 121-7-ci maddəsini tətbiq edib, Əbülfəz

Elçibəyi artıq öz vəzifəsini yerinə yetirmədiyinə görə işdən kənar edə bilərdik.

Amma çox məsləhətləşdik, həm hüquqçularla, həm siyasətçilərlə, həm də xarici

ölkələrin demokratik idarələri ilə məsləhətləşdik. Ümumi fikir belə oldu ki, bir

halda ki, prezidenti xalq seçib, xalq da öz fikrini deməlidir. Ona görə prezidentə

etimad məsələsi referenduma qoyulmalıdır. Biz də referendum təyin etmişik, bu

da Milli Məclisin qərarı ilə olub. Buna, demək olar ki, etiraz edən olmayıb, ya da

bir-iki nəfər olub, amma ümumi rəpap əksəriyyət tərəfindən qəbul olunub. Ona

görə də indi Əlikram Hümbətov Ali Sovetin deputatı olmadığı halda ultimatum

verir ki, referendum pozulmalıdır, referendumun istiqaməti dəyişilməlidir - filan.

Əgər bunlar olmasa demək "Talış Muğan respublikası", belə bir şey. Deyəndə ki,

bu barədə söhbət ola bilməz, hətta o məni hədələməyə də keçdi. Mən deyəndə ki,

axı sizin səlahiyyətiniz nədir, siz səlahiyyətsiz bir adamsınız, nə üçün qanunu

pozursunuz?

O dedi ki, mənim səlahiyyətim avtomatdır, yəni ki, Heydər Əliyevi avtomatla

məcbur eləmək olar, yaxud da ki, öldürmək olar, yaxud filan. Mən ona da dedim,

sizə də deyirəm, Heydər Əliyevin bir ömrü var, onun da çoxu gedib, azı qalıb, nə

vaxt kəsiləcək o vaxt da kəsiləcək. Mən demişəm və bir də deyirəm, ömrümün

bundan qalan hissəsini xalqıma bağışlamışam. Xalqım da bundan nə qədər

istifadə edəcək, o qədər də istifadə edəcək. Ola bilər 5 gün olsun,



____________Milli Kitabxana____________

71

ola bilər bir ay olsun, ola bilər ondan çox olsun, ondan da artıq olsun. Ona görə



Əlikram kimi adamların məni hədələməyi, bir onun yox, ümumiyyətlə, məni

hədələyən adamların hamısına deyirəm, heç birisi güman etməsin ki, bu

hədələr məni bir şeydən çəkindirə bilər, xalqın yolunda mən özümü qurban

verməyə hazıram, bu harada baş verəcək, mənim üçün fərqi yoxdur. Ancaq

bu cür tərbiyəsizlik, bu cür ədəbsizlik şübhəsiz ki, məni narahat edir. Ona

görə də bunların hamısını sizə çatdırıram.

Beləliklə, söhbətimiz tutmadı. Ancaq bu söhbətdə bir çox iddialar irəli

sürərək, bir çox ittihamlar edərək, dedi ki, siz burada hüquqsuzsunuz. Milli

Məclisdə neçə adam var o bölgədən? Dedim hansı bölgəni deyirsiniz?

Biləsuvardan bu tərəfi o, bölgə hesab edir. Bu bölgədən 41 deputat var, niyə

bu deputatları çağırmırsınız. Milli Məclisdə bu bölgədən cəmi 8 deputat var,

onlar bu bölgəni təmin eləyə bilməz. Siz o deputatları çağırın.

Dedim ki, bilirsiniz, baxmayaraq ki, sizin heç bir iddia eləməyə

hüququnuz yoxdur və heç bir səlahiyyətiniz yoxdur, amma bir halda ki, siz

müəyyən bir prosesləri aparırsınız, mən sizin verdiyiniz bütün təklifləri

müzakirə etməyə hazıram və verdiyiniz təkliflərin hamısına da lazımi

səviyyədə baxmağa hazıram, o cümlədən Ali Soveti siz təklif edirsiniz, mən

bunu qəbul eləyə bilmərəm, ancaq əgər Ali Sovetin deputatları təklif

eləyirlərsə, mən Ali Sovetin sədri kimi istənilən vaxt Ali Sovetin sessiyasını

çağıra bilərəm və heç kəs də bununla məni qorxutmasın və heç kəs də güman

eləməsin ki, mən qorxuram ki, Ali Sovetin sessiyası çağırılanda, Əlikram

Moskvadan Mütəllibovu gətirib burada prezident qoyacaq. Heç kəs də məni

qorxutmasın.

Yəni deyirəm bu problem yoxdur, ancaq bu Əlikram Hümbətovun da

səlahiyyəti deyil, bu, Ali Sovetin deputatlarının səlahiyyətidir və Ali Sovetin

rəhbərliyinin səlahiyyətidir. Ona görə də dedim, başqa təklifiniz nədir,

Nazirlər Kabinetinin səlahiyyəti, dedim, bunun sizə dəxli yoxdur, bu

məsələni biz həll edirik və hansı səlahiyyət harada olmalıdır, bu bizim

işimizdir, yəni Ali Sovetin işidir, Nazirlər Kabinetinin işidir və hər bir

adamın buna müdaxilə etməyə ixtiyarı yoxdur. Lazım olarsa, buna Milli

Məclisdə baxılacaq, lazım olarsa bu, geniş xalq müzakirəsinə verilə bilər,

amma bir adamın iddiası ilə, bir adamın tələbi ilə, bir adamın ultimatumu ilə

biz bu işə baxa bilmərik. O ki qaldı siz deyirsiniz 41 deputat, mən bilmirəm

nə qədər deputat var o bölgədə, amma mən dərhal, bu söhbətimiz qurtaran

kimi, saat təxminən 12 idi, göstəriş verdim ki, tez eləyin bu deputatların

siyahısını çıxarın və sabah bu deputatları dəvət eləyək, Əlikram bunu tələb

eləyir. Ona görə də mən bəlkə  də sizin vaxtınızı çox aldım, ancaq hər şeyi

təfsilatı ilə sizə çatdırmaq istəyirəm. Ancaq bu tələblə, bu tələbə riayət

eləyərək, bu bölgədən seçilmiş, o rayonlardan seçilmiş Azərbaycan

Respublikasının xalq deputatları ilə bu gün görüşməyi lazım bildim. Həm Ali

Sovetin rəhbərliyi, həm Nazirlər Kabinetinin rəhbərliyi, həm də Prezident

Aparatının rəhbərliyi bu görüşdə iştirak edir və həmin




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə