____________Milli Kitabxana____________
64
suzluqlar oldu. Ermənistanın silahlı qüvvələri bu fürsətdən istifadə edib bizim
Qarabağda bir neçə yaşayış məntəqəsini, kəndləri işğal etdilər, yandırdılar, ən
nəhayət, iyul ayının 23-də Ağdam şəhəri də işğal olundu.
Ona görə bu məsələlər də bizim başımızı çox qatmışdı, biz güman edirdik
ki, Lənkəranda, bir Lənkəranda yox, bu zonada, adlarını çəkdiyim rayonlarda
yerli əhali özü, bu rayonların ağsaqqalları, ziyalıları, nüfuzlu adamları, işbilən
adamları, bilikli adamları, hörmətli adamları özləri bu məsələləri yəqin ki,
dərk edəcəklər, bu məsələləri öz yoluna qoyacaqlar və bəlkə də bu məsələlərə
dövlət tərəfindən müdaxilə olunmasına ehtiyac yoxdur. Bir tərəfdən başımız
çox qarışıq olduğuna görə bu məsələlərlə məşğul ola bilmədik, ikinci
tərəfdən də biz belə fikirdəydik ki, yerli əhali özü, hər bir rayonun qabaqcıl
adamları bu məsələləri özləri həll edəcəklər.
Belə bir qənaət ondan irəli gəlirdi ki, bildiyimiz kimi, o rayonlarda, bizim
Azərbaycan Respublikasının o rayonlarında tarixən çox ziyalı adamlar
yaşayıb, mötəbər adamlar yaşayıb. Bu rayonlar, xüsusən Lənkəran və onun
ətrafında olan rayonlar ağayana bölgələr olublar Azərbaycanda. Orada
həmişə qanun-qayda, nizam-intizam olubdur və həm orada, həm də
Azərbaycanın başqa yerlərində, xüsusən respublikanın paytaxtı Bakıda bu
rayonlardan çox mötəbər adamlar yaşayır, yüksək dövlət vəzifələri tuturlar,
elmdə, təhsildə, mədəniyyətdə böyük rol oynayırlar, onların da böyük nüfuzu
var, hətta Azərbaycanın indi artıq tək Azərbaycanın deyil, bütün, Qafqazın
müsəlmanlarının dini rəhbəri, böyük din xadimi, bizim hörmətli şeyximiz
Allahşükür Paşazadə də bu bölgədəndir. Ancaq bir Paşazadə deyil, burada
bizim hörmətli akademiklərimiz var, professorlarımız var, böyük ad-sanı olan
elm xadimlərimiz var, mədəniyyət xadimlərimiz var. Belə güman etdik ki,
hamı birləşib bu məsələləri müəyyən qədər özləri həll edərlər.
Ancaq sonrakı dövr və bu proseslərin davamı göstərdi ki, bizim
arzularımız çin olmadı, yerinə yetmədi və biz bu işlərlə məşğul olmaq
məcburiyyətində qaldıq... Bu məsələlər haqqında biz - baş nazir Surət
Hüseynov və mən vaxtaşırı fikir mübadiləsi aparmışıq. Dəfələrlə həmin
məsələlərin yoluna qoyulması haqqında eyni fikirdə olmuşuq və baş nazir
Surət Hüseynov bu bölgədə özünün böyük imkanları olduğunu bildirərək
demişdir ki, bu məsələlərin hamısını həll etmək mümkündür. Ən nəhayət, bu
söhbətlərimizin nəticəsində biz belə qərara gəldik ki, baş nazir Surət
Hüseynov bu bölgəni ziyarət edəcəkdir. Oraya gedib vəziyyətlə yerində tanış
olacaq, bu məsələlər həll ediləcək və problemlər aradan götürüləcəkdir.
Biz bunu da nəzərə alırdıq ki, orada gedən prosesləri bəzi şəxslər bu
faktorla əlaqələndirirlər ki, o zonanın, o rayonların sosial-iqtisadi vəziyyəti
çox ağırdır, son illərlə o zonaya respublikanın dövlət dairələri tərəfindən
lazımi qədər diqqət yetirilməyib, qayğı göstərilməyib, əhalinin bəzi hallarda
yaşayışı çox ağırdır, bəzi təbii dəyişikliklər, iqlim dəyişiklikləri, eyni
zamanda bu bölgəyə, bu rayonlara diqqətsizlik orada sosial-iqtisadi vəziyyəti
gərginləşdirib və guya bu proseslər sosial-
____________Milli Kitabxana____________
65
iqtisadi vəziyyətin gərginləşməsi nəticəsində meydana çıxıb. Ona görə də biz
- baş nazir Surət Hüseynov və mən bu məsələləri müzakirə edərkən belə fikrə
gəldik ki, doğrudan da belə bir səfər səmərəli ola bilər; sosial-iqtisadi
problemlərə yerində baxılar, lazımi tədbirlər görülərdi və beləliklə də, əhali
də, xalq da və bu işlərdə marağı olan şəxslər də bilərdilər ki, bu bölgəyə
lazımi qədər diqqət yetirilməyibsə də, indən belə bunların hamısı olacaqdır,
lazımi zəmanət veriləcəkdir. Ona görə də baş nazir ora getməzdən bir gün
qabaq Azərbaycan Respublikasının bir qrup nazirləri, yüksək vəzifəli şəxsləri
ora göndərildi ki, orada vəziyyəti araşdırsınlar, aydınlaşdırsınlar və sonra baş
nazir bu məsələlərə yerində baxa bilsin.
Bildiyiniz kimi, belə bir tədbir avqust ayının 2-3-də keçirildi. Biz güman
edirdik ki, həmin tədbirdən sonra bu proseslərə son qoyulacaq və bölgədə
sabitlik yaranacaqdır. Təəssüf, ondan sonra keçən dövr göstərdi ki, biz burada
da gözlədiyimiz nəticəyə gəlib çata bilmədik. Orada bu proseslərin müəyyən
qədər aparıcısı sizə məlum olan Əlikram Hümbətovdur. Əlikram Hümbətov -
mən bilmirəm, əvvəllər o nə vəzifədə olub, ancaq indi də nə vəzifədə
olduğunu başa düşmürəm, - özünü orada ali baş komandan elan eləyib, o
mahalın başçısı elan eləyib. Hər halda heç bir əsası olmadan özünə cürbəcür
hüquqlar götürüb.
Təəssüf ki, bizim yerli dövlət orqanları, inzibati orqanlar, hüquq-mühafizə
orqanları da bir növ istər-istəməz qeyri-qanuni hərəkətlərə ya tabe olurlar, ya
biganə qalırlar, ya da ki, diqqət vermək istəmirlər, ona görə də o şəxs orada
istədiyini edir. Ona görə də biz bu proseslərlə maraqlanarkən bir neçə dəfə
bizim Azərbaycanın bu bölgəsindən olan hörmətli adamlar ilə söhbətlər
apardıq. Birinci növbədə bizim hörmətli din xadimimiz şeyx Allahşükür
Paşazadə, sonra bir neçə şəxslər, bəzi şəxslər öz təşəbbüsləri ilə bizimlə, o
cümlədən mənimlə gəlib görüşüb öz fikirlərini demişdilər və bildirmişdilər
ki, onlar gedib bu məsələlərin düz yolda, düz istiqamətdə getməsini təmin
edəcəklər. Mən də şübhəsiz ki, sizə bildirdiyim kimi, belə hesab edirdim ki,
elə bizim bu hörmətli adamlarımız bu məsələləri həll edərlər, ona görə hər
dəfə
xeyir-dua verirdim, deyirdim ki, gedin, işləri görün, aparın,
məsləhətləşin, hər halda hər şey doğru olmalıdır, düzgün olmalıdır.
Bir dəfə şeyx Allahşükür Paşazadə mənə telefon etdi və bildirdi ki, biz
Lənkəranda olduq, orada bir toplantıda iştirak etdik, orada bizi - bir 5 nəfəri
nümayəndə heyəti müəyyən ediblər və istəyirlər ki, sizinlə görüşək və orada
olan təklifləri sizə təqdim edək. Ondan əvvəl mən bir dəfə həmin Əlikram
Hümbətova telefon etdim və maraqlandım ki, o nə edir, nə üçün belə işlər
görür, o mənə dedi ki, gəlib mənimlə Bakıda görüşəcək və mənə məlumat
verəcək. Ancaq sonra vaxt keçdi, gəlmədi. Bir dəfə mənə məlumat çatdı ki, o
gəlib Bakıya, baş nazir Surət Hüseynovla görüşüb, qayıdıb gedib. Mən yenə
də, şübhəsiz ki, səbirlə gözlədim