____________Milli Kitabxana____________
53
dadmaq istəmişəm. İstəmirəm. Hakimiyyətdən çəkilməyə də hazıram.
Lakin bu gün adamlar mənə baxırlar. Özü də ümidlə baxırlar. Hərçənd mən o
adamlardan deyiləm ki, deyəm: Siz məni seçin, dərhal müharibəni qurtarım və
yarım ildən sonra yağ-bal içində yaşayacaqsınız, - yox! Mən Elçibəy deyiləm.
Milli Məclisin - bizim Ali Sovetin deputatları məndən soruşurlar ki, bizə nə vəd
edirsiniz? Birmənalı cavab verdim: heç nə! Mən peyğəmbər deyiləm və sabah nə
olacağını da bilmirəm. Bəlkə daha da pis olacaq. Lakin bir şeyi bilirəm: bu
dəhşətli anda hər şeyi atıb getmək - adamlara xəyanət etmək deməkdir.
- Sizin ən ağır yükünüz müharibədir. Necə bilirsiniz, onu tezliklə
qurtarmaq üçün real imkan varmı?
- Burada olduğum ilk dəqiqələrdən başlayaraq ancaq münaqişənin dinc yolla
aradan qaldırılması barədə düşünürəm. İndi qarabağlılar strateji baxımdan
əhəmiyyətli bir sıra yüksəklikləri ələ keçirmişlər və danışıqlar sanki onlara lazım
deyildir. Ermənistan rəhbərliyi isə özünü elə aparır ki, guya Dağlıq Qarabağ
xadimlərinə təsir göstərə bilmir. Lakin nə qədər müharibə aparmaq olar? Adamlar
mənasız yerə həlak olurlar. Bu barədə daha danışa bilmirəm...
- Deyəsən, Azərbaycanın əvvəlki rəhbərliyi Türkiyədən başqa heç kimi
sevmirdi. Hər halda Türkiyədə istehsal edilən məhsulların, açıq deyim ki,
heç də yüksək keyfiyyətli olmayan məhsulların axını məhz bunu təsdiq edir.
Bəs lap deyək ki, keçmiş SSRİ-nin "qardaş" respublikalarının dostluğu necə
oldu?
- Mən bu barədə demişəm, özü də tamamilə rəsmi şəkildə: Azərbaycan
keçmiş SSRİ-nin istisnasız olaraq bütün respublikaları ilə yaxşı münasibətlər
saxlamalıdır.
- Ermənistanla da ?
- Hamı ilə.
- Rusiya prezidenti ilə şəxsi münasibətləriniz necədir?
- Hələlik şəxsi əlaqəmiz olmayıb. Boris Nikolayeviç həmişə səfərlərdə olur.
Lakin, hesab edirəm ki, hər şey normal olacaqdır. Yeltsinə böyük hörmətim var.
Onun da problemləri başından aşır. Özü də çox ağır problemlərdir. Lakin
deməliyəm ki, o, zəif adam deyil. Siyasətçi üçün isə bu, mühüm keyfiyyətdir.
- Heydər Əliyeviç, haradasa on il əvvəl Siz bazar münasibətləri haqqında
bəlkə də eşitmək belə istəməzdiniz.
Əslində, hamımıza ağlasığmaz
görünürdü - bu, faktdır. "Qərbin bu törəməsinə" Sizin münasibətinizi
bilmək maraqlı olardı.
- Prinsip etibarilə hesab edirəm ki, iqtisadiyyatın başqa yolu yoxdur.
İndiyədək mövcud olan və bizim yeganə düzgün sistem hesab etdiyimiz sistem
özünü doğrultmadı. Əlbəttə, biz bazarı qaydaya salmalıyıq. Lakin bunu ağılla
və... ehtiyatla etmək lazımdır.
-
Tabeliyindəkilərin rüşvətxorluğa qurşanmaları barədə verilən
məlumatlara Elçibəyin necə yanaşdığını mənə danışıblar, deyirmiş ki,
qorxmaq lazım deyil. Doyandan sonra dayanacaqlar. Bu da reallıqdır. Belə
məlumatlara Siz necə yanaşmaq niyyətindəsiniz?
____________Milli Kitabxana____________
54
- Onu deyim ki, keçmiş prezidentin baş prokuroru həbsxanada oturur. İndi
həmin vəzifəyə təyin etdiyimiz adama bu barədə ən ciddi göstərişlər
verilmişdir.
- Sizinlə Bakıda söhbət edib neft barədə soruşmamaq mümkün deyil.
Küveytin şöhrətini kölgədə qoyacağınız gün nə vaxt gələcək?
- Bu sual çoxlarını maraqlandırır.
İyun ayında keçmiş baş nazirin səyləri sayəsində bir çox xarici şirkətlərlə
respublikamız arasında neftə dair bəyannamə hazırlanıb imzalanmışdı. Mən
Ali Sovetin sədri seçildikdən sonra Nazirlər Kabinetindən bir neçə nəfər
yanıma gələrək dedilər ki, bu məsələdə qaranlıq qalan çox şey var. Xaricdə
hay-küy qaldırdılar, guya əsrin sövdələşməsi pozulur. Biz izah etdik ki, heç
nəyi pozmaq niyyətində deyilik, sadəcə olaraq məsələni araşdırmaq istəyirik.
Axı bəyannamədən sonra növbə müqavilələrindir və əgəp hər şey
qaydasındadırsa, onda həmin müqavilələr imzalanacaqdır. Lakin məni
şübhəyə salan o idi ki, bütün bunlar, necə deyərlər, üstüörtülü, tələm-tələsik
edilmişdi. Axı neft Azərbaycanın sərvətidir, təkcə bizim deyil, həm də
nəvələrimizin və onlardan sonra gələnlərin sərvətidir. Gələcək nəsillərimiz
barədə düşünməmək olarmı?
- Sizə kələk gəlmək olmaz?
- Heç cəhd göstərmək də lazım deyil.
- Sizin barənizdə çox şey məlumdur. Həm də heç nə məlum deyil. Siz
kommunist ideallarına inanırdınız. Bu gün nəyə inanırsınız?
- Haqq-ədalətə. Mən ki, qayıtmışam, deməli, təcrübəm, zəkam, biliyim
adamlara lazım olmuşdur. Deməli, dünya xali deyil, haqq və ədalət var. Axı,
məni istefaya göndərməklə insafsızlıq etmişdilər. Sevdiyim, inandığım
adamların 95 faizi birdən-birə mənə arxa çevirdi. Çünki başqa adam gəlmişdi
və fərdi maşının, bağın əldən çıxmamasının, uşaqların yerbəyer edilməsinin
və i.a. qayğısına qalmaq lazım idi. Onlar vicdanlarını bu şeylərə satdılar.
- Belə şeyi bağışlamaq olar?
- Mən onların hamısının günahından keçmişəm.
- Bəs Siz adamlara hansı keyfiyyətlərinə görə hörmət edirsiniz?
- Ağlına, elminə, ziyalılığına görə.
- Bəs uşaqlıqda kim olmağı arzulayırdınız?
- Şer yazırdım. Şəkil çəkirdim. Rəssam olmaq arzusunda idim, lakin sonra
fikrimdən daşındım və memarlıq fakültəsinə daxil oldum. Müharibə başlandı,
dərslər kəsildi. Halbuki mən tikmək istəyirdim. Özü də gözəl binalar tikmək
istəyirdim!
- Deməli, Siz xarakter etibarilə yaradıcı adamsınız? Həyatınız boyu
heç nə dağıtmamısınız?
-
Bakıdakı uçuq-sökük daxmaları dağıtmışam. Adamlar həmin
daxmalarda yaşamır - zillət çəkirdilər. Biz həmin adamları abad mənzillərə
köçürdük. Həyatım boyu yaxşı çox şey tikmişəm. Uçurduqlarım isə adamlara
mane olanlar idi... Adamlar bunu unutmamışlar.