____________Milli Kitabxana____________
51
- Kişiyə yaraşan sifət deyil. Bir də ki, sərxoşluq etmək məgər
kişilikdəndir?
- Doğma kəndində indi də içməyinə ara vermir.
- İndi prezidentin səlahiyyəti Sizin əlinizdədir. Yeni komandanı necə
təşkil edəcəksiniz?
- İndiyədək bir neçə təyinat olmuşdur. Yüksək vəzifəli şəxslərdən yeni
komanda yaratmaq indi xüsusilə çətindir: hər şej, o cümlədən adamların
qəlbləri də o dərəcədə dağılmışdır ki... Bir də ki, Ali Sovetin sədri vəzifəsinə
təyin edilməyim məndən ötrü gözlənilməz oldu. Mən heç öz komandamı da
hazırlamağa macal tapmadım.
- Heydər Əliyeviç, Siz son illər necə yaşamısınız? Biz ucundan-
qulağından eşidirik. Dedi-qodu çoxdur, həqiqəti isə bilmirik...
- 87-ci ildə, məni Sov.İKP MK Siyasi Bürosundan istefaya "göndərəndə",
özümə söz verdim ki, dövlət fəaliyyətinə bir daha qayıtmayacağam. Uzun
müddət buna əməl etdim, hətta siyasətlə də məşğul olmadım. 1990-cı il
yanvarın 19-da gözlənilmədən Qorbaçov zəng etdi. Məni qəbul etmək,
dinləmək barədə təkidlə etdiyim xahişlərə üç il məhəl qoymamışdı.
Xahişlərim isə şəxsi məsələlərlə bağlı deyildi - məni Qarabağdakı hadisələr
narahat edirdi... Yox, keçmiş "yoldaş" məni qəbul etmirdi ki, etmirdi. İndi
isə, budur... deyir: Bakıda vəziyyət pisdir, Azərbaycana nə isə bir əlac
tapmaq lazımdır. Axı siz onun həyəcanlı-hamar nitqini eşitmisiniz. Buna görə
də başa düşə bilmədim: Ona görə pisdir ki, mən günahkaram, yaxud məndən
kömək istəyir? Sonra söhbət kəskin şəkil aldı, mən təfərrüata varmaq
istəmirəm, lakin biz yenə acılı-ağrılı fikirlərlə ayrıldıq. Ən başlıcası isə, heç
cür təsəvvürümə gətirə bilmirdim ki, o, Bakıya qoşun yeritmək və oradakı
iqtişaşları güc işlətməklə yatırtmaq barədə artıq rəpap qəbul etdikdən sonra
mənə zəng etmişdir. Faciə baş verdi. Bundan sonra bütün gecəni yata
bilmədim. Hey fikirləşirdim. Həhajət, başa düşdüm ki, adamlar fəlakətə düçar
olanda kənarda qala bilmərəm.
- Partiyadan da buna görəmi çıxdınız?
- Bir il sonra. Azərbaycan partiya MK-sının birinci katibi Mütəllibov...
partiyadan çıxmağımla əlaqədar dərhal mənim fəaliyyətimi yoxlamaq üçün
komissiya təşkil etmişdi. Mənim isə bundan xəbərim yox idi. Bu əsnada
xarici jurnalistlərdən biri zəng edib həmin məsələni şərh etməyimi xahiş edir.
Mən də cavab verdim: axmaq adamdan nə gözləyirsiniz? Mən bəziləri kimi,
qorxaq deyiləm, həm də yenidən Azərbaycanın xalq deputatı idim. Məsələnin
nə yerdə olduğunu öyrənmək üçün Bakıya gəldim. Bir neçə gün sonra isə
Moskvada qiyam baş verdi. Mütəllibov da
onu dərhal müdafiə etdi. Ali
Sovetin sessiyası toplandı. Mən orada çıxış edərək qiyamçıları, ən başlıcası,
onların Azərbaycandakı əlaltılarını ittiham etdim. Mütəllibovun bəzi çirkin
əməllərindən xəbər tutdum və onu prezident seçməkdən qəti şəkildə
çəkindirdim. Məni iclası qəsdən pozmaqda təqsirləndirdilər. Amma
sessiyanın ikinci günü yenə çıxış etdim. Gecə isə...
____________Milli Kitabxana____________
52
Qardaşımın evində qalırdım. Gecənin bir vədəsi xeyirxah bir adam qapını
döydü və mənə dedi ki, ciddi tədbir hazırlanmışdır, evə atəş aça bilərlər. Buradan
gedin. Səhər saat beşdə qardaşımla aeroporta yollandıq. Hara getməli? Moskvaya
qayıtmaq istəmirdim. Buna görə də Naxçıvana uçdum. Hər halda Vətənimdir...
Orada isə mitinq gedirdi. Nə qədər qaçırdım olmadı, adamlar məni Naxçıvan Ali
Sovetinin sədri vəzifəsini tutmağa razı sala bildilər. Adamlar isə az deyildi - 60
min nəfər idi. Qışqırırdılar: "Ə-li-yev!" Bütün günü, mən razılıq verənə qədər,
dağılışmadılar.
- Beləliklə də özünüzə verdiyiniz sözdən geri çəkildiniz...
- İnanın, bu, müstəsna haldır. Mən özüm-özümə söz vermişdim... Bilirdim
ki, Naxçıvanda vəziyyət mürəkkəbdir. Muxtar Respublika Azərbaycanın əsas
ərazisindən aralı düşmüşdür. Ermənistanla böyük bir ərazidə sərhədi var.
Əvvəllər Mütəllibov təzyiq edirdi: Bizim parlament prezident seçkilərində iştirak
etməməyi qərara almışdı. Sonra Elçibəy müxalifət bloku yaratdı. Axı ilk vaxtlar
mənim müavinlərim Xalq Cəbhəsinin adamları idi. Baş nazir də həmçinin.
Günlərin birində məlum oldu ki, onlar ən adi fırıldaqçılar imiş. Qovmaqdan başqa
çarəsi yox idi. Onlar güman edirdilər ki, cəbhəçilərin nümayəndələridirlərsə,
deməli, istədiklərini edə bilərlər. Lakin mən tələbkar adamam. Boyunlarının
ardından vurub yola saldım.
- Rüşvətxorlardan yaxanız qurtardı, amma yanacaqsız və çörəksiz
qaldınız...
- Lakin əvəzində Türkiyə və İran rəhbərləri ilə olan köhnə şəxsi əlaqələr kara
gəldi. Axı biz onlarla qonşuyuq.
Türkiyədən elektrik xətti çəkdik. Ərzaq üçün 10 milyon dollar kredit,
cürbəcür humanitar yardım da aldıq. Qışda şaxta otuz dərəcəni keçirdi. Ağacların
70 faizi kəsilib yandırıldı. Yada salmalı deyil, səhərlər əl-üz yumaq olmurdu, üz
qırxmaq üçün su qızdırmağa belə bir şey tapılmırdı...
- Mən Sizi saqqallı təsəvvür edə bilmirəm.
- Nə deyirsiniz, belə hallar olmuşdur. Xalq Cöbhəsi həmyerlilərimə diz
çökdürmək istəyirdi: fikirləşirdi ki, xalq boğaza yığılacaq və özü Əliyevi kənar
edəcək. Adamlara dedim: Mən sizinləyəm, acından ölsək də, birlikdə öləcəyik.
Lakin inanırdım ki, qışdan çıxacağıq.
- Bəs necə oldu ki, Ermənistanla silahlı münaqişədən yaxa qurtara bildiniz?
- Bizim ümumi sərhədimizin uzunluğu 300 kilometrə çatır. Mən Ermənistan
rəhbərliyi ilə müntəzəm əlaqə saxlayırdım. Onlarla dil tapa bildim. Naxçıvanlılar
elə belə də deyirdilər: hər cür şaxtaya-aclığa dözərik, təki vuruşmayaq.
- Bu gün bütün Azərbaycanın taleyi Sizin əlinizdədir. Çox ağır yük deyilmi?
- Bir daha demək istəyirəm ki, bugünku vəzifəni tutmaq arzucunda deyildim.
Hakimiyyətin ləzzətini görmüşəm - düşünüldüyü qədər şirin deyil. Bəzilərinə elə
gəlir ki, yenidən bu ləzzəti