____________Milli Kitabxana____________
41
2-si və 4-də Ağdama hücum başlandı, bəzi kəndlər işğal olundu. Sonra biz
onları geri aldıq. Zənnimcə, indi bütün bunları təhlil etməyin mənası yoxdur.
Belə
qısa
müddətdə beynəlxalq
qüvvələrin və ayrı-ayrı dövlətlərin
müdaxiləsini təhlil etməyə də indi heç bir zərurət yoxdur. Sizə məsləhət
görərdim ki, bütün 5 ildə, axırıncı il, yeni hökumət hakimiyyətdə olan zaman
ötən ildən başlayaraq, Azərbaycanda yeni prezident olan dövrdə nə baş
verdiyini, nə qədər torpaq itirildiyini, nə qədər adamın həlak olduğunu, neçə
kəndin işğal edildiyini, nə qədər adamın qaçqına çevrildiyini və həmin
dövrdə xarici dövlətlərin, beynəlxalq ictimai təşkilatların bu hadisələrə necə
təsir göstərdiklərini təhlil edəsiniz. Bunu nə vaxt aydınlaşdırsanız, onda
sualınıza cavab verərəm.
Nejla Sammakia, "Assoşieytedpress" agentliyi: Mənim birinci sualım
cənab Raffaelliyədir. Sizin Dağlıq Qarabağ və Ağdama səfəriniz zamanı hər
iki tərəf atəşin müvəqqəti olaraq dayandırılmasına tam riayət edirdimi?
İkinci sual: izah edə bilərsinizmi ki, qoşunların çıxarılması cədvəli və
sizin təklif etdiyiniz üçtərəfli təşəbbüs barəsində Dağlıq Qarabağ
nümayəndələrinin etirazı nədən ibarət idi?
M.R a f f a e l l i: Cavabım ümumi səciyyə daşıyacaq. Dağlıq Qarabağın
etirazı əslində cədvəl, hadisələrin xronologiyası və bu cədvəldə göstərilən
müddətlər barəsində deyildi, cədvəldəki konkret müddəalarla bağlı idi.
Məsələn, müqavilədə belə bir müddəa var: azərbaycanlılar Kəlbəcərə
qayıdarkən özləri ilə yalnız yüngül silah götürə bilərlər. Soruşmaq istəyirəm:
ermənilərin etirazından danışarkən siz nəyi nəzərdə tutursunuz? Ermənilərin
(Dağlıq Qarabağ ermənilərinin) fikrincə, bu müddəa ikimənalı xarakter
daşıyır. Onun izahatı bundan ibarətdir ki, hansı silah növlərinin ağır silah
növlərinə aid olduğu ATƏM-in sənədlərində göstərilir. Bizim cədvəldə bu
müddəa o deməkdir ki, azərbaycanlılar Kəlbəcərə qayıdarkən onlar, ATƏM-
in sənədlərində göstərildiyi kimi, özləri ilə ağır silah götürmək hüquna malik
deyildirlər. Bu, orada tam aydın şəkildə izah edildi.
Erməni tərəfinin ikinci etirazı belədir: minaların olması və ya olmaması
üçün kim cavabdehdir? Axı hər yer minalanmışdır. Erməni tərəfi sual verir:
Yaxşı, bəs minalar partlasa və bədbəxt hadisə baş versə, onda necə? Biz
cavab verdik ki, minalar Kəlbəcər rayonu ərazisindədir. Lakin izah etdik:
minalardan danışarkən ermənilərin Kəlbəcər rayonu ərazisində qoyduqları
minaları nəzərdə tuturuq. Mən nümayəndə heyətinin üzvü cənab Bekmanın
terminologiyasından istifadə edirəm, erməni tərəfi minalanmış yerlərin
xəritəsini verməli və minaların zərərsizləşdirilməsinə kömək etməlidir.
Dağlıq Qarabağın axırıncı etirazı belə bir müddəaya aiddir: ATƏM-in
müşahidəçilərində hadisələrin mahiyyətini izah edən sənəd olmadığı halda,
onlar bu cür şəraitlə necə səmərəli iş apara bilərlər? Nümayəndə heyətimizin
üzvlərindən birinin
____________Milli Kitabxana____________
42
dediyi kimi, bunun cavabı belədir ki, bu təlimat sənədi tezliklə
göndəriləcəkdir. Hazırda ATƏM bu işlə məşğuldur. İş başlayan kimi,
ermənilər həmin sənədi cədvələ uyğun olaraq alacaqlar.
Beləliklə, deyə bilərəm ki, Dağlıq Qarabağın bütün etirazlarını asanlıqla
aradan qaldırmaq mümkündür.
N.S a m m a k i a: Sualımın birinci hissəsinə cavab vermədiniz. Hər iki
tərəf atəşin dayandırılmasına əməl edirdimi? Qoşunların çıxarılması nə vaxt
həyata keçiriləcək?
M.R a f f a e l l i: Cədvəlin həyata keçirilməsindən əvvəlki cavabımda
danışdım. Biz öz məktubumuzda dəqiq tarixi göstərmişik. Bununla əlaqədar
Dağlıq Qarabağ öz razılığını bildirməlidir.
H.Ə l i y e v: Vaxtımız bitdi. Cənab Raffaellidən xahiş etmək istəyirəm
ki, o, öz missiyasını hökmən axıra çatdırsın. Biz çox gözləmişik - tam bir il.
ATƏM son vaxtlar ərzində hələlik nəticələr əldə etməmişdir. Biz gözləyirik,
daha 5-b gün də gözləməyə hazırıq. Ümidvaram ki, biz ATƏM-in və Minsk
konfransı nümayəndə heyətinin təqvimini yerinə yetirməyə başlayacağıq.
Diqqətinizə görə sağ olun.
____________Milli Kitabxana____________
43
MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ
ƏLAHƏZRƏT MƏHƏMMƏD HÜSNÜ MÜBARƏK
CƏNABLARINA
Hörmətli cənab prezident!
Sizi və bütün Misir xalqını öz adımdan və Azərbaycan xalqı adından milli
bayram - İnqilab gününün ildönümü münasibətilə səmim-qəlbdən təbrik edir,
şəxsən Sizə və qardaş Misir xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik
arzulayıram.
Mən uzun illər boyu Azərbaycan və Misir xalqları arasında mövcud olan
dostluq və əməkdaşlıq əlaqələrinə böyük əhəmiyyət verirəm. İnanıram ki,
xalqlarımız arasındakı hərtərəfli və faydalı münasibətlər daha da inkişaf
edəcək və genişlənəcəkdir.
Fürsətdən istifadə edib Sizə, ailənizə və Misir xalqına öz dərin ehtiramımı
bildirirəm.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
21 iyul 1993-cü il
____________Milli Kitabxana____________
44
BMT TƏHLÜKƏSİZLİK ŞURASININ
SƏDRİNƏ
SURƏTİ: BMT-nin BAŞ KATİBİNƏ
Hörmətli cənab sədr!
Suveren Azərbaycan dövlətinin ərazicə parçalanmasına yönəldilmiş
erməni təcavüzünün davam etdirilməsi və gücləndirilməsi nəticəsində
ölkəmdə yaranmış gərgin vəziyyət məni bu məktubla Sizə müraciət etməyə
vadar edir.
Beynəlxalq hüququn prinsiplərinə və normalarına sadiq olan Azərbaycan
ona Ermənistan Respublikası tərəfindən zorla qəbul etdirilmiş qanlı
münaqişənin dincliklə aradan qaldırılmasında ATƏM-in vasitəçiliyinə,
beynəlxalq təhlükəsizlik və əməkdaşlıq ideyalarını əsas tutaraq və bu
beynəlxalq təşkilatın üzvlərinin hüquqlarına və vəzifələrinə arxalanaraq
razılıq vermişdir. Uzun və çətin nizamasalma prosesi gedişində Azərbaycan
hökuməti münaqişənin dincliklə aradan qaldırılmasına çalışaraq və
maksimum çeviklik və konstruktivizm nümayiş etdirərək, qan tökülməsini
dayandırmaq və danışıqların möhkəm əsasını yaratmaq yollarının gərgin
axtarışını aparmışdır. Lakin Ermənistanın dünya birliyi və Azərbaycan
qarşısında öz öhdəliklərini kobudcasına pozması sülh səylərimizi boşa
çıxarır.
Minsk konfransı haqqında ATƏM-in Nazirlər Şurasının qərar qəbul etdiyi
gündən bir ildən çox keçmişdir, lakin bu ideya reallıqdan indi həmişəkindən
daha uzaqdır. Əgər bir il bundan əvvəl biz Nazirlər Şurasının qərarının qəbul
edildiyi vaxtdakı vəziyyəti bərpa etməyin və bununla da Minsk konfransına
çıxmağın yeganə mümkün yolu kimi Şuşa və Laçının azad olunmasının
zəruriliyindən danışırdıqsa, indi Azərbaycan ərazisinin 17 faizindən çoxu
erməni təcavüzkarı tərəfindən qəsb edilmişdir. Qarabağın bütün dağlıq
hissəsi, Azərbaycanın Laçın rayonu (onun cənub hissəsi 1992-ci ilin
mayında, şimal hissəsi isə 1993-cü ilin aprelində tutulmuşdur), Kəlbəcər
rayonu, Naxçıvan Muxtar Respublikasının, Qazax, Füzuli, Zəngilan, Ağdam
rayonlarının kəndləri işğal olunmuşlar. Cəmi 503 yaşayış məntəqəsi qəsb
edilmişdir, qaçqınların və köçkünlərin ümumi sayı 567 min nəfərdir.
Dağlıq Qarabağı öz ərazisinə birləşdirmək haqqında xəyanətkar qərarlar
qəbul edilməsində ifadəsini tapan siyasi təcavüzdən başlayan və sonra
emissarlar, terrorçular və silahlar göndərilməsinə keçən Ermənistan bu gün
Azərbaycan torpağında genişmiqyaslı hərbi əməliyyatlar aparır, ATƏM-in və
BMT-nin çağırış və qərarlarına,
o
cümlədən də işğal qüvvələrini
Azərbaycandan çıxarmağı birmənalı tələb edən Təhlükəsizlik Şurasının 822
nömrəli qətnaməsinə məhəl qoymur. Erməni tərəfinin va-