____________Milli Kitabxana____________
45
sitəçinin qanuni tələblərinin yerinə yetirilməsindən tamamilə imtina etməsi,
üstəlik, qeyri-məqbul şərtlər irəli sürməsi nəticəsində ATƏM-in həmin
qətnamənin həyata keçirilməsinə yönəldilmiş səylərinə əngəl törədilmişdir.
Ermənistan Respublikasının bu əməlləri nəticəsində Mario Raffaellinin
bölgəyə əvvəlki səfərləri kimi, axırıncı səfəri də BMT Təhlükəsizlik Şurası
qətnaməsinin tezliklə həyata keçiriləcəyinə və qan tökülməsinin çoxdan
gözlənilən dayandırılmasına bəslənilən ümidlər üçün heç bir əsas
verməmişdir.
Dağlıq Qarabağda fəaliyyət göstərən erməni silahlı birləşmələrinin
Ermənistan Respublikasına tabe olmadıqları barədə erməni tərəfinin dedikləri
tamamilə əsassızdır. Bütün ağır silahların, döyüş sursatının, canlı qüvvənin
göndərilməsini, habelə hərbi əməliyyatlara bilavasitə rəhbərlik edilməsini
Ermənistan Respublikası ilhaq olunmuş Laçın rayonu vasitəsi ilə həyata
keçirir.
Ermənistan yaranmış fasilədən istifadə edərək, Raffaellinin missiyası
getdikdən sonra yeni güclü hücuma başlamışdır. Həmin hücum zamanı
Ermənistanın silahlı qüvvələri Ağdam şəhərini işğal etmişlər. Bu xəyanətkar
hərəkət hələ heç başlanmamış olan sülh prosesinə sarsıdıcı zərbə endirmişdir.
Bundan əvvəl Azərbaycan hökuməti Təhlükəsizlik Şurasına xəbərdarlıq
etmişdi ki, prosesin uzadılması daha böyük fəlakətə gətirib çıxara biləcək
təhlükəli vəziyyət yaradır.
İndiki şərait BMT nizamnaməsinə uyğun olaraq Təhlükəsizlik Şurasına
verilmiş səlahiyyətlər əsasında onun işə qarışmasını təkidlə tələb edir.
Təcavüzkarın cilovlanmasına, qan tökülməsinin dayandırılmasına və işğal
olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə yönəldilmiş təxirəsalınmaz
tədbirlər gərəkdir.
Deyilənlərlə əlaqədar Təhlükəsizlik Şurasının dərhal çağırılmasını xahiş
edirəm.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
26 iyul 1993-cü il
____________Milli Kitabxana____________
46
"MƏN XALQA MİNNƏTDARAM"
"ROSSİYSKİ FERMER" QƏZETİNİN MÜXBİRİ
İLƏ SÖHBƏT
- Heydər Əliyeviç, güman ki, Siz hələ bizim qəzeti görməmisiniz?
- Xeyr, təəssüflər olsun, "Rossiyski fermer" qəzetini ilk dəfə görürəm.
Sağ olun, asudə vaxtımda oxuyaram.
- Görüşümüzün vaxt-vədəsindən belə başa düşürük ki, Sizin üçün
asudə vaxt olduqca şərti anlayışdır...
- Həqiqətən belədir. Gördüyünüz kimi, indi gecədən xeyli keçib, saat
ikinin yarısıdır. Biz isə işləyirik. Özü də təkcə bu gün yox, hər gün belədir,
gecəni gündüzə qatıb çalışırıq. İşə səhər tezdən başlayıram, onu, bir qayda
olaraq, gecə saat dörd radələrində qurtarıram. Əlbəttə, ölkədə vəziyyət elədir
ki, gərək istirahət barəsində düşünməyəsən. Bir də ki, mən həmişə bu qayda
ilə işləməyə öyrəşmişəm. Bu iş rejimi mənim üçün adi bir rejimdir.
- Sirr deyilsə, Siz bu qüvvəni haradan alırsınız, axı bu yaxınlarda
yetmiş yaşınız tamam oldu, yoxsa Sizə yoq kömək edir? Hər halda belə
şayiələr gəzir.
- Xeyr, mən yoqla məşğul olmamışam və məşğul olmuram. Görünür,
təbiətin özü mənə hansısa bir qüvvə verib. Xarakterim isə qüvvə və
bacarığımı səfərbərliyə almağa vadar edir. Daha nə deyim? Ömrümdə heç
vaxt siqaret çəkməmişəm. İçkini də rəmzi olaraq dilimə vurmuşam – sağlıq
deyiləndə badəni ancaq qaldırmaqla kifayətlənmişəm.
- Azərbaycanın axırıncı prezidenti by məsələdə, deyəsən, başqa yolla
gedir...
- Deyəsən, elə belədir. O, yəni Elçibəy iş-güclə məşğul olmaqdansa, indi
öz kəndində, deyilənlərə görə, oturub araq-çaxır içir. Nəticə etibarilə əsas
məsələ heç də bunda deyildir. Ölkə üçün, belə rəhbərliyin ucbatından zillət-
zülm çəkən xalq üçün, inanın, adamın ürəyi ağrıyır.
- Sizin gəlişinizdən sonra vəziyyət dəyişirmi?
- Bu qədər dağıntı, viranəlik olduğu bir şəraitlə işə başlamaq, iş görmək
çox çətindir.
- İşin öhdəsindən gələcəksinizmi?
- Əlimdən gələni edəcəyəm. Mən heç kəsə söz verməmişəm və vəd etmək
fikrində də deyiləm. Parlamentdə söhbət mənim seçilməyimdən gedərkən
mənə belə bir sual verdilər: mən nə vaxt və nə etmək niyyətindəyəm? Cavab
verib dedim: Heç nə vəd edən deyiləm. Bu hakimiyyət mənə gərək deyil,
mən ona can atmamışam, elə bu dəqiqəcə çıxıb gedə bilərəm. Getdim də.
Amma məni saxladılar və yekdilliklə seçdilər.
____________Milli Kitabxana____________
47
- Yəqin, hər halda ürəklərinə dammışdı ki, qələbə sizinlədir. Amma
aralarında elələri də vardı ki, Sizin gözdən salındığınız illərdə dalınızca
danışır, ayağınızın altına qazır, Sizi ləkələməyə çalışırdı.
- Əlbəttə, belələri az deyildir. Mən həyatda çox böyük sarsıntılar
keçirməli oldum. Onlara yalnız möhkəm əsəblər və güclü xarakter sayəsində
dözmək mümkün idi. Yüksək vəzifələrə irəli çəkdiyim, təyin etdiyim,
inandığım adamlar mən istefa verdikdən sonra birdən məndən üz döndərdilər,
mənə xəyanət etdilər.
- Belələri çoxmu idi?
- Əksəriyyəti belə idi. Onlar öz yerlərində qalmağa, vəzifələrindən bərk-
bərk yapışıb onu əldən verməməyə və öz ailələrinin yağ-bal içində üzməsini
təmin etməyə var qüvvələri ilə çalışırılar.
- Vəzifələrinin itirilməsi təqdirində ailələri, qohum-əqrəbaları üçün
narahat olmağa onların əsasları var idimi?
- Başıma gələnlərin, praktikamın göstərdiyi kimi, əfsuslar olsun var idi.
Əvvəlki sistem bu mənada yaman amansız və qəddar idi. Eybi yoxdur, mən
özüm çox təqiblərə, böhtanlara məruz qalmışam, mənə çox şər atıblar. Lakin
hər şeyə dözmüşəm. Bəs qohum-əqrəbamın nə günahı? Təəssüflər olsun ki,
onlar da az əziyyət çəkməmişlər. Oğlum İngiltərə üzrə mütəxəssisdir. Oraya
işləməyə getməli idi, özü də bütün rəylərə və obyektiv göstəricilərə görə buna
tamamilə layiq idi. Halbuki o, İngiltərəyə getsəydi, bunun işə xeyri olardı.
Amma mən istefaya çıxan kimi, onun karyerasının üstündən çalın-çarpaz xətt
çəkdilər. Gözəl bir mütəxəssis olan oğlum öz çörək pulunu kommersiya
strukturlarında qazanmaq məcburiyyətində qaldı. Kürəkənim əks-kəşfiyyatda
xidmət edirdi, o da əla perspektivli mütəxəssis idi. Amma mənim gözdən
salınıb qəzəbə düçar olmağım onun da karyerasının üstündən xətt çəkdi.
- Necə bilirsiniz, Sizə xain çıxan adamları başa düşmək olarmı?
- Bilirsinizmi, həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu,
tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir. Mənim üçün burada suallar
yoxdur. O ki qaldı bu adamlara - Allah özü hər şeyi görür. Mən kinli adam
deyiləm, heç kəsi də gözümçıxdıya salmaq, təqib etmək fikrim yoxdur.
- Deyəsən, Siz artıq ateist deyilsiniz, dindarsınız?
- Bəli, mən Allaha inanmağa başlamışam. Məni bu inama həyatda
qarşılaşdığım sınaqlar, ictimai şüurla
baş vermiş köklü və böyük
dəyişikliklər, digər sırf şəxsi səbəblər gətirib çaxarmışdır.
- O cümlədən də inanıb etibar etdiyiniz adamlardan məyusluq,
insanların vəfasından, xeyirxahlığından məyusluq?
- Yox, nə deyirsiniz? Əksinə, bu illər ərzində neçə-neçə gözəl, cəsarətli,
prinsipial adamlar gördüm, onlarla tanış oldum. Başqa məsələdir ki, əvvəllər
onlar mənə tanış deyildilər. Bu adamlar məni axtarıb tapır, mənə ürək-dirək
verir, gözdən salınmış xadimlə ünsiyyət üstündə özlərinin də rüsvay
ediləcəyindən qorx-