____________Milli Kitabxana____________
66
və nəhayət, həmin 5 nəfərdən ibarət nümayəndə heyəti mənim yanıma gəldi -
şeyx,
Hüseynağa Qəniyev, bağışlasınlar, o birilərinin ad-familiyaları yadımdan
çıxıb, - söhbət elədik, bir neçə təkliflər yazılı surətdə mənə verildi, mən qəbul
etdiyimiz şəxslərin yanında Lənkərana telefon etdim, Əlikram Hümbətovla
danışdım və onu dəvət etdim. Dedim ki, mən nümayəndələri qəbul etmişəm,
söhbət etmişəm, ancaq lazımdır ki, siz özünüz gələsiniz burada danışaq, o söz
verdi ki, gələcək, bir müddətdən sonra gəldi. Gəldi, görüşdük, təkbətək təxminən
4 saat söhbət elədik.
Söhbətimizin bir qismi, demək, söhbətin əsas mövzusu Əlikram Hümbətov
tərəfindən yönəldilirdi, mən də sərbəstlik verdim ki, Əlikram Hümbətov bütün
fikirlərini açsın, desin, mən də onlara münasibət bildirə bilim, söhbətin bir 30
faizi, əgər vaxt etibarilə götürsək, Azərbaycanda olan vəziyyətə, qanunsuzluğa,
özbaşınalığa, keçmiş iqtidarın günahlarına, səhvlərinə həsr olunmuşdu. Təxminən
35 faizi də həsr olunmuşdu bizim Qarabağda gedən müharibəyə və bununla
əlaqədar ordumuzda olan bərbad vəziyyətə, ordunun pis şəraitdə olmasına, başqa
məsələlərə.
Ən nəhayət, söhbətin son mövzusunu Əlikram Hümbətov həsr etdi belə bir
mövzuya ki, Azərbaycanda inzibati ərazi bölgüsünə baxılmalıdır, inzibati ərazi
bölgüsü müəyyən olunmalıdır. Mən çalışdım aydınlaşdıram ki, inzibati ərazi
bölgüsü nə deməkdir, nə istəyir. Azərbaycanın ərazisi müəyyən rayonlara,
şəhərlərə bölünüb və bu tarixən artıq məlumdur. On illərlə, bəlkə də 50-60-70
ildir ki, belə bir inzibati ərazi bölgüsü var və ola bilər ki, həyat bəzən bu inzibati
ərazi bölgüsünün müəyyən yerlərdə dəyişdirilməsini tələb edir, bunlara baxıla
bilər, amma ümumən Azərbaycanda inzibati ərazi bölgüsünə baxılmasını və
bunun yenidən təyin olunmasını, şübhəsiz ki, nə anladım, nə də qəbul edə bildim
və dedim ki, mən bunu başa düşmədim. Axırda gətirib çıxartdı "Talış-Muğan
Respublikası" mövzusuna. Mən istəmədim bu barədə söhbət aparım, - mən
olan
şeylərin hamısını açıb sizə səmimi deyirəm ki, bu prosesləri nə cür
apardığımızı biləsiniz, - mən istəmədim bu söhbəti davam etdirim, dedim ki,
bu mövzu hüquqi bir mövzu deyil, bu barədə mən danışmaq istəmirəm, ancaq
bir halda ki, siz bu mövzuya toxunursunuz, bizim baş nazir Surət Hüseynovla
şərtimiz var, mən də şərtə sadiq bir adamam.
Şərtimiz də ondan ibarətdir ki, Surət Hüseynovla Heydər Əliyev belə
qərara gəliblər ki, ikisi birlikdə Əlikram Hümbətovla həmin bu mövzu
haqqında söhbət aparsınlar. O gün də baş nazir Surət Hüseynov Bakıda
deyildi, Gəncədəydi, ona görə də mən dedim ki, gəlin, söhbətimizi bununla
tamamlayaq, siz qayıdın öz yerinizə, bir neçə gündən sonra baş nazir Surət
Hüseynov Gəncədən Bakıya qayıdacaq, mən onunla danışaram, müvafiq vaxt
təyin edərik, sizi dəvət edərik, gələrsiniz bu barədə birlikdə söhbət edərik.
Mən bu məsələ barəsində sizinlə tək söhbət eləmək istəmirəm.
Bununla da bizim söhbətimiz tamamlandı. Mən bizim bu görüş haqqında
mətbuat orqanlarına heç bir məlumat vermədim, çünki bunun əhəmiyyəti də
yox idi, bu, sadəcə işgüzar bir görüş idi, bö-
____________Milli Kitabxana____________
67
yük əhəmiyyət kəsb edən bir şey deyildi, ancaq sonra eşitdik ki, Əlikram
Hümbətov bəzi mətbuat orqanlarına, informasiya orqanlarına məlumat verib
ki, Heydər Əliyevlə görüşüb, 4 saat söhbət eləyib, filan mövzulara baxılıb,
bəzi şeylərdə fikir birliyi olub, bəzi şeylərdə fikir ayrılığı olub, - öz işidir.
Beləliklə, mən yenə deyirəm, görüşümüz bununla da bitdi. Sonra
nümayəndə heyəti mənim yanımda olanda - Allahşükür Paşazadə, Hüseynağa
Qəniyev və başqa şəxslər, - mən danışdım Hümbətovla və danışdıq ki,
gələcək, ancaq sonra gəlmədi, bu məsələlər də elə müəyyən qədər közərən bir
səviyyədə qaldı.
Ona görə də mən artıq sizə məlumat verdim ki, biz baş nazir Surət
Hüseynovla birlikdə qərar qəbul etdik ki, baş nazir bu işlərlə məşğul olacaq
və bu proseslərin tamamlanmasına və bunlara son qoyulmasına təminat
verəcək. Dediyim kimi, avqust ayının 2-də nazirlər, avqust ayının 3-də baş
nazir orada müşavirə keçirdi. Avqust ayının 4-də Surət Hüseynov mənə
məlumat verdi ki, orada məsələlərin hamısı haqqında qarşılıqlı anlaşma olub
və iki gün içərisində oradan bəyanat veriləcəkdir ki, bu proseslər əsassızdır
və beləliklə də bu məsələlər bitir. Ancaq iki gün keçdi, heç bir şey olmadı.
Sonra avqust ayının 5-də axşam bizə məlumat gəldi ki, Əlikram
Hümbətov öz silahlı qüvvələri ilə Cəlilabad rayonunun prokurorluq işçilərini
həbs edib Lənkərana aparıb. Bu, böyük həyəcan doğurdu. Təəssüf ki, mən
qeyd edirəm, Əlikram Hümbətovda silahlı qüvvələr var, şübhəsiz ki,
qanunsuz silahlı qüvvələrdir və o, silahlı qüvvələrdən də istədiyi kimi istifadə
edir. İstədiyi adamı həbs edir, istədiyi adamı buraxır, bu da inzibati orqanlar
tərəfindən laqeydliklə qəbul olunur. Belə bir hadisə də baş vermişdi və axşam
bu siqnallar bizə böyük həyəcanla gəldi çatdı. Biz yığışdıq - baş nazir Surət
Hüseynov, mən, daxili işlər naziri, milli təhlükəsizlik naziri, respublikanın
baş prokuroru, - bir az müzakirə elədik məsələni, biz elə bu məsələni
müzakirə eləyərkən yenə də siqnallar gəldi ki, orada Cəlilabadda qarşıdurma
var, əgər onlar buraxılmasa, ola bilər qan tökülsün, filan olsun. Hətta sonra
axşam belə bir şayiə gəldi ki, Allahşükür Paşazadəyə sui-qəsd hazırlanır, ya
nə olur. Mən telefonla şeyxi axtardım, tapdım, onunla danışdım, dedi ki, mən
Lənkəranla əlaqəyə girmək istəyirəm, girə bilmirəm və biz təşkil elədik ki,
şeyx Lənkəranla əlaqəyə girsin, sonra mənə telefon eləyib dedi ki, yaxşı ki,
mən danışdım, çünki orada kimsə deyib ki, şeyxi burada həbs eləyiblər, onun
qohum-əqrabası tökülüb gəlib, bu məsələ burada yat-yut oldu.
Ancaq bu axşam bizə bir belə məlumat gəldi ki, ondan bir gün öncə
Əlikram Hümbətov Azərbaycanda, xüsusən Bakıda yaşayan, o bölgədən olan
bir 50 nəfər adama dəvətnamə göndərib, avqust ayının 6-da orada "Talış-
Muğan Respublikası"nın yaradılması ilə əlaqədar təsis konfransı, ya
qurultayı, adı nədir onun bilmirəm, keçirir. Biz xəbərdarlıq elədik ki, elə
şeylərə yol verilməsin. Avqust ayının 6-da prokurorların tutulması ilə
əlaqədar olaraq