____________Milli Kitabxana____________
72
görüşü hazırlayarkən, bəzi adamlar təklif verdi ki, bu deputatlar olmasın,
ancaq Bakıda yaşayan, bu zonadan bizim çox mötəbər adamlarımız var, -
həm alimlər, elm xadimləri, həm də bizim dövlət orqanlarında yüksək
vəzifələrdə işləyənlər, nazirlər, başqa şəxslər, - ona görə də mən belə hesab
etdim ki, geniş müzakirə, fikir mübadiləsi aparmaq üçün bu adamlardan da
kim istəyirsə, buraya dəvət etmək lazımdır. Mən sizə bu məlumatları verərək,
bu məsələni sizin müzakirənizə verirəm, birinci növbədə deputatların
müzakirəsinə verirəm, sizə müraciət edirəm ki, öz münasibətlərinizi
bildirəsiniz. Açıq-aydın.
Burada televiziya kameraları var, narahat olmayın, onlar qoyulub ki,
burada danışılan şeylərin hamısı əks olunsun, ancaq onların heç birisi
verilməyəcək. Bunun da səbəblərindən biri ondan ibarətdir ki, avqust ayının
6-da mənim iş otağımdan baş nazir Surət Hüseynov Əlikram Hümbətovla
danışdı. Sonra bizə məlum oldu ki, o danışan vaxt orada həmin o təsis
qurultayı keçirilirmiş. Axşam bizə məlum oldu ki, Surət Hüseynov mənim
yanımdan danışdı və o danışığın hər kəlməsi mənə məlumdur, - bizə məlum
oldu ki, Əlikram bu danışıqdan sonra gedib orada məlumat verib ki, mən
indicə Ali Sovetin sədri Heydər Əliyevlə danışdım, baş nazir Surət
Hüseynovla danışdım, onlar da bizim bu tədbiri bəyənirlər və deyirlər ki, biz
etiraz etmirik, bu tədbiri keçirin.
Mən dünən bu sözləri Əlikram Hümbətova dedim. O mənə qayıtdı ki,
mən belə deməmişəm, mən sadəcə olaraq demişəm ki, Heydər Əliyev də,
Surət Hüseynov da demokratiya tərəfdarıdır, ona görə də bir halda ki, onlar
demokratiya tərəfdarıdır, biz demokratik şəkildə bir şey keçiririksə, onlar
buna etiraz eləməz.
İndi hansı düzdür, hansı əyridir, mən bilmirəm, bizə gələn məlumatlar
belə idi, ancaq ona sual verəndə belə dedi. Ona görə mən hesab etdim ki, bu
gün kimin nə sözü var qoy hamısı lentə yazılsın ki, sonra daha heç kəs heç
nəyi dəyişdirə bilməsin, inkar eləyə bilməsin.
Ancaq bir cəhətə sizin nəzər-diqqətinizi cəlb etmək istəyirəm, o da ondan
ibarətdir ki, bu müddətdə ki, həmin proseslər gedir, bir az da qızışır, bizə çox
məktublar gəlib, müraciətlər olub, dəfələrlə mənə iradlar tutulub ayrı-ayrı
istiqamətlərdən, ayrı-ayrı mənbələrdən ki, nə üçün Azərbaycanın dövlət
orqanları Ali Sovet, şəxsən Heydər Əliyev bu məsələlərə öz münasibətini
bildirmir. Bir çoxları deyirlər ki, bu qanunsuzluqları biz görürük, bunlara
müəyyən qədər dözürük, ona görə ki, bunlar Azərbaycanın rəhbərliyi
tərəfindən, o cümlədən Ali Sovetin sədri Heydər Əliyev tərəfindən ya
bəyənilir, ya da bunlara etiraz yoxdur, ona görə də biz öz sözümüzü deyə
bilmirik, bilmirik burada silahlı qüvvə olmalıdır, yoxsa olmamalıdır? Kimsə
silah gücü ilə adam tutmalıdır, yoxsa tutmamalıdır? Biz bunları bilmirik.
Yəni bizi ittiham edirlər, o cümlədən şəxsən məni ki, nə üçün siz susursunuz,
nə üçün siz öz mövqeyinizi bildirmirsiniz? Mən artıq sizə izah etdim hansı
səbəblərə görə biz indiyə qədər bu məsələyə
____________Milli Kitabxana____________
73
müdaxilə etməmişik və bu məsələ barədə heç bir yerdə heç bir müzakirə
açmamışıq.
Hətta siz bilirsiniz, iyul ayının 15-də Milli Məclisin gündəliyi tərtib olunanda,
Ali Sovetin sabiq sədri İsa Qəmbərov təklif elədi ki, "Talış-Muğan Respublikası"
haqqında məsələni də gündəliyə salaq. Mən bu məsələni gündəliyə salmadım və
dedim ki, İsa Qəmbərov, əgər bu məsələ indiyə qədər müzakirə olunmayıbsa,
indiyə qədər bu məsələ baş verib və indiyə qədər Ali Sovet buna laqeyd qalıbsa,
İsa Qəmbərov özü günahkardır, indi isə İsa Qəmbərov vəzifədən istefa verəndən
sonra, bu gün biz mühüm məsələləri müzakirə etdiyimiz bir vaxtda bu məsələləri
ortalığa atıb gündəliyə salmaq təklifi verəndə ara qarışdırmaq istəyir. Ona görə də
mən qoymadım bu, gündəliyə düşsün, hesab etdim ki, düz də etdim. Çünki bu,
ara qarışdırmaq məqsədi daşıyır.
Bir də qayıdıram, bu səbəblərə görə indiyə qədər fikrimizi açıq deməmişik ki,
bu məsələ öz-özünə həll olunsun, çünki biz hesab etmirdik ki, bu elə böyük bir
problemdir ki, biz buna müdaxilə etməliyik. Ancaq bunlar həll olunmadığına görə
və Əlikram Hümbətovla söhbətimiz nəticəsiz qaldığına görə və Əlikram
Hümbətov təklif etdiyinə görə ki, nə üçün bu deputatlar, burada seçilən
deputatların hamısı ilə biz hesablaşmırıq, ona görə də mən bu görüşü lazımlı
hesab etdim və ona görə də bu görüşdə biz bu gün varıq.
Mən sözlərimi dedim. Təsvir etdim, təfsilatı ilə dedim, istərdim ki, birinci
növbədə deputatlar və onlarla yanaşı iştirak edən, bu bölgə ilə əlaqədar olan
şəxslər öz fikirlərini desinlər, kimin nə sözü var, buyursun. Mən birinci növbədə
deputatlara müraciət edirəm.
...Mən Əhməd
1
müəllimin çıxışı ilə əlaqədar bir neçə söz demək istəyirəm.
Şübhəsiz ki, son illərdə Azərbaycanın ictimai-siyasi həyatında böyük səhvlərə yol
verilib. Əgər Azərbaycan xalqı özündə qüdrət və imkan taparsa, əgər Azərbaycan
xalqı bizə imkan verərsə, mən sizə, bütün azərbaycanlılara söz verirəm ki, bu
səhvlərin hamısını aradan qaldıracağıq, amma bizə imkan vermək lazımdır.
Münasibət barədə. Bilirsiniz, respublikanın yüksək vəzifələrinə heç bir
təcrübəsi, heç bir biliyi, heç bir mənəvi haqqı olmayan adamlar gəldiyi halda,
dərəbəylik, özbaşınalıq, şübhəsiz ki, təbii bir hala çevrilmişdir. Məsələn, bir
nazir, daxili işlər naziri kimi istəyir tutur, kimi istəyir döyür, kimi istəyir asır-
kəsir. Əlbəttə, çox pis, sirayətedici xəstəlik əmələ gəlir. Bu xəstəlik başlayır
dövlət orqanlarının bəzi nümayəndələri tərəfindən və dövlət orqanları tərəfindən
buraxılan səhvlər nəticəsində.
Ancaq gəlin tarixə nəzər salaq, mən də azərbaycanlıyam, Azərbaycanda
yaşamışam, həyatımın əksər hissəsi Azərbaycanda keçib. Siz bilirsiniz ki, 14 ilə
yaxın Azərbaycana rəhbərlik eləmişəm.
1
N.Tusi adına Az rbaycan Dövl t Pedaqоji Univеrsitеtinin dоsеnti
hm d hm dоv.