MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə29/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   25   26   27   28   29   30   31   32   ...   256

____________Milli Kitabxana____________

74

Azərbaycanda rəhbər işlədiyim dövrdə Azərbaycanın ən hörmətli bölgəsi



Lənkəran zonası idi. Lənkəran zonasının adı Amerikadan gəlirdi, İngiltərədən

gəlirdi, Fransadan gəlirdi. Lənkəran zonasının, - mən zona deyəndə bütün o

rayonları deyirəm, - oranın folkloru, onun mədəniyyəti, oranın ayrı-ayrı

mədəniyyət nümunələri dünyanın böyük-böyük ölkələrində nümayiş etdirilirdi.

O dövrdə biz Lənkəran teatrı yaratdıq. Bu təsadüfi deyildi. Lənkəran teatrı tək

Lənkəran şəhərinin, yaxud rayonunun yox, o bölgənin əhalisinin mənəvi

yüksəlməsində, mədəni tərbiyəsində, mədəniyyətinin qalxmasında çox böyük rol

oynayır. Teatrın nə qədər böyük əhəmiyyəti var, bunu biz hamımız bilirik,

hamımız bundan bəhrələnmişik. Mən özüm, məsələn, gənc vaxtlarımda ən gözəl

mənəvi qidanı teatrdan almışam.

Lənkəranda nə qədər tikintilər getdi, bir Lənkərandamı, Astaradamı,

Masallıdamı, Lerik, Yardımlı rayonları xatirinizdədir ki, ağır vəziyyətdə idi.

Lerik, Yardımlı rayonlarında üzümçülük tətbiq etdik. Yadınızdadırmı, adamlar

ondan nə qədər mənfəət götürdülər. Mənim yadımdadır. O vaxtlar təklif olunanda

ki, Lerikdə, Yardımlıda üzümçülük tətbiq olunsun, çox adam deyirdi orada üzüm

bitməz, yetişməz. Ancaq, bizim alimlərin bir çoxu, o cümlədən mənim böyük

qardaşım Həsən Əliyev mənim yanıma gəldi, o rayonlarda, dedi mən olmuşam.

Onun torpağını, iqlimini öyrənmişik, o rayonlarda maldarlıq yaxşı inkişaf etmir,

buğda əkilir, məhsul alınmır, bağçılıq o qədər bəhrə vermir. Üzüm salın.

Belə də oldu. İndi burada çıxış eləyən natiq dedi ki, orada 5 min ton üzüm

olmuşdu, amma orada 5000 tondan da artıq üzüm olmuşdu. Mən 82-ci ildə

Azərbaycandan gedəndə, ondan sonra 83-84-cü illərdə Lerik rayonunda, səhv

etmirəmsə, 20 min tona qədər üzüm istehsal olunurdu. 17 min ton, bağışlayın.

Kiçik bir rayon üçün 17 min ton üzüm bilirsiniz nədir? Bunlar hamısı diqqət

deyilmi?

Xanbulançay dəryaçası tikilib. O tikinti bütün bölgənin İqtisadiyyatının,

xüsusən kənd təsərrüfatının inkişafına nə qədər təsir elədi. Masallıda

Viləşçay dəryaçası. Axı bu dəryaçaların tikilməsi üçün dövlətdən, Sovetlər

ölkəsindən nə qədər vəsait alındı, nə qədər adamlar bu bölgədə işlədi, hamısı

bu bölgədən ötrü idi. Çay fabrikləri tikildi, Lənkəranda ilk dəfə aeroport

tikdik, Lənkərana təyyarələr uçdu. Moskvadan, Rusiyanın başqa yerlərindən

gələn qonaqlar Lənkərana təyyarə ilə gedib-gəlirdilər.

Çox şeylər saya bilərəm, Lənkəranda böyük bir konserv kombinatı, başqa

obyektlər tikildi, bunların hamısı həmin bölgəyə olan diqqətdi, bu da təbiidir,

heç kim heç kimə minnət qoymur, çünki Azərbaycanın hər yerinə, hər

bölgəsinə diqqət verilməlidir. Ancaq gəlin etiraf edək ki, o dövrdə bu zonaya

olan diqqət başqalarından qat-qat yüksək olub. Axı bunu da unutmaq lazım

deyil.


Ancaq sonrakı dövrdə, xüsusən son illərdə təəssüf ki, belə olmayıb. Mən

söhbət edirdim ordan gələn nümayəndələrlə, mənə deyirlər ki, Heydər

Əliyev, axırıncı dəfə respublikanın başçısı



____________Milli Kitabxana____________

75

kimi Siz orada olmusunuz. Sizdən sonra bir respublika başçısının ayağı ora



dəyməyib. Əlbəttə ki, bu təəccüblüdür. Mən orada son dəfə 82-ci ildə

olmuşam. 82-ci ilin sonunda mən, bilirsiniz ki, Azərbaycandan getmişəm,

indi gəlmişəm. Ancaq bu müddətdə bir nəfər respublikanın birinci şəxsi ora

getməyib, bu təəccüblüdür. Ona görə məsləhət bildik ki, baş nazir Surət

Hüseynov getsin ora. Yəni demək istəyirəm ki, ora diqqət də çox olub, ancaq

son vaxtlar səhvlər də buraxılıb. Ümumi səhvlər, ola bilər bu bölgə barəsində

də səhvlər olub, ancaq bu səhvlərin heç birisi belə bir prosesin meydana

çıxmasına və belə bir əcaib halın mövcud olmasına əsas vermir. Mən xahiş

edirəm, bunu nəzərə alasınız.

Burada Əhməd müəllim də dedi, bizim başqa natiqlər də dedi ki, bunlar

hamısı Azərbaycanı dağıtmaq, parçalamaqdır. Onsuz da Azərbaycan son 5

ildə faciə içində yaşayır. Torpaqlarımızın 17 faizi erməni işğalçıları

tərəfindən işğal olunub, indi də gəlin bu tərəfdən onu parçalayaq, gəlin onu

dağıdaq. Bu dövlət dağılır, respublika dağılır, mən dəfələrlə demişəm.

Bu mənim bir vətəndaş kimi fikrimdir, amma eyni zamanda mən indi

Azərbaycanın dövlət başçısıyam, Ali Sovetin sədriyəm, Ali Sovetin sədri

kimi deyirəm: Azərbaycanda bütün vətəndaşlar eyni hüquqa malik olmalıdır.

Siz əgər televiziya ilə izlədiniz, gördünüz, Moskvanın meri ilə görüşdə də

mətbuat konfransında o sualı mənə verdilər, mən dedim: "Milliyyətindən,

dilindən, irqindən və sairədən asılı olmayaraq hamı eyni hüquqa, hamı

bərabər hüquqa malik olmalıdır".

Dünən mənə sual verdilər, ruslar haqqında - 500 minə qədər rus var,

ruslar sıxılıb indi, nə üçün? Axı bunlar əsrlərlə burada yaşayan adamlardır,

bunlar, Azərbaycanın vətəndaşıdırlar. Rus üçün, burada yaşayan, burada

doğulmuş, dədəsi, babası burada doğulmuş, qəbri burada olan rus üçün bura

vətəndir axı. Nə üçün indi hesab eləyək ki, bura kimin üçünsə vətəndir, kimin

üçünsə vətən deyil? Azərbaycan bir respublika kimi, indi bir müstəqil dövlət

kimi, öz ərazisində yaşayan hər bir şəxs üçün vətəndir. Hər bir şəxs

bərabərhüquqlu vətəndaşdır. Burada şübhə olmasın və bu barədə olan

əyintiləri, bu barədə olan qanunsuzluqları, ədalətsizlikləri biz aradan

götürəcəyik, ancaq yenə də bir şey qanunsuz olursa, o biri qanunsuz işlə

qanunsuzluğu aradan götürmək olmaz. Bir şey ədalətsizliklə olubsa,

ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Ədaləti bərpa etmək lazımdır.

Qanunsuzluğu aradan qaldırmaq lazımdır. Qanunsuzluğa qanunsuzluqla

cavab vermək lazım deyil. Bu, düzgün deyil, burada məntiq yoxdur. Ona

görə də mən sadəcə olaraq Əhməd müəllimin çıxışından sonra bir balaca

izahat vermək istədim və bəzi cəhətlərə sizin nəzər-diqqətinizi cəlb etdim

biləsiniz ki, bizim o vaxtımız deyil.

Bir də ola bilməz ki, bir adamın, iki adamın, üç adamın iradəsi ilə nə isə

yaransın. İstəyir onun əlində nə qədər silah olursa-olsun. Bir də

araşdırmalıyıq ki, bu silahlar ayrı-ayrı adamların əlinə nə cür düşür? Biri

gedib xəlvət tapanca alır, bu indi adi hala çevri-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə