MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə31/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   27   28   29   30   31   32   33   34   ...   256

____________Milli Kitabxana____________

78

bu yol ilə getmişəm. İyul ayının 15-dən mən Ali Sovetin sədriyəm. Artıq



avqustun 13-dən keçdi 14-nə. Bu günlərdə iki ay tamam olur. Mən bu

müddətdə məsələyə səbrlə, təmkinlə, hörmətlə yanaşmışam və bütün

qüvvələrə etibar eləmişəm, ətrafımda olan, respublikanın rəhbərliyində olan,

Ali Məclisin tərkibində olan adamlara etibar eləmişəm, ümid bəsləmişəm ki,

bu məsələni həll edəcəyik. Sülh yolu ilə, danışıq yolu ilə, başqa dinc

vasitələrlə. Burada çıxış edənlərin bəziləri dedi ki, niyə Heydər Əliyev

onunla danışıb, niyə qəbul eləyib, niyə görüşüb? Mən razı deyiləm bu fikirlə.

Danışmaq da lazım idi. Bəli bir dəfə də danışmışdıq, dünən ikinci dəfə də

danışdıq. Çünki bu imkanlardan istifadə etmək lazımdır.

Ancaq bu imkanlardan istifadə etdikdən sonra mən dünən gecə bu fikrə

gəldim ki, artıq bu məsələni açmaq lazımdır, danışmaq lazımdır. Yəni

istəyirəm biləsiniz ki, şəxsən Ali Sovetin sədri kimi, bir vətəndaş kimi mənim

vicdanım təmizdir. Mən bütün imkanlardan istifadə eləmişəm. Bütün

ətrafımda olan adamların imkanını bu məsələyə cəlb etməyə çalışmışam. Və

hamını sövq etmişəm ki, bu məsələni əlbir həll etsinlər. Ancaq bunlar heç bir

nəticə verməyib.

Biz bundan sonra da şübhəsiz ki, lazımi tədbirlər görməliyik. Ancaq bir

şey aydındır:

Əlikram Hümbətovun hərəkətləri Azərbaycanın

Konstitusiyasını, qanunlarını pozan hərəkətlərdir. Əlikram Hümbətovun

ixtiyarında olan silahlı dəstələr qeyri-qanuni silahlı dəstələrdir. O silahlı

dəstələri Əlikram Hümbətova verən adamlar Azərbaycan xalqına xəyanət

ediblər. Ona görə də belə bir gərgin vəziyyət yaranıb. Bunların hamısına son

qoyulmalıdır. Bunlara siyasi qiymət verilməlidir. Bunların yolları, şübhəsiz

ki, cürbəcür ola bilər. Ancaq fikir başqa cür ola bilməz. Mənim fikrim

belədir. Bu hərəkətlər qanuna zidd hərəkətlərdir. Hər hansı bir adamın

qanunsuz tutulması üstündə cəza verilir. Amma görün burada nələr

danışdılar. Görün nə qədər adamı, vəzifəli adamları qanunsuz-filansız

tutublar, aparıblar, dustaq saxlayıblar, gizlədiblər. Bu nə dəhşətli şeydir?! Biz

buna necə laqeyd qala bilərik? Yaxud necə deyə bilərik ki, burada təəccüblü

heç nə yoxdur? Necə ola bilər bu?

Mənim fikrim belədir. Qiymətim də budur. Burada dedilər, mən yenə də

qeyd edirəm: Bəli, həmin zonada, həmin bölgədə sosial-iqtisadi problemlər

var. Ancaq gəlin fikirləşək: Azərbaycanın hansı zonasında sosial-iqtisadi

problemlər yoxdur? Dedilər Lənkəranda işsizlər var. Azərbaycanın hansı

zonasında işsizlər yoxdur?

Burada çıxış edənlər qeyd etdilər ki, 600 minə qədər qaçqın var. Evi yox,

eşiyi yox, çöllərdə yaşayır. Biz getdik Qarabağa. Ağcabədidə olduq. Bərdədə

olduq. İnsanlar çöllərə tökülüb. İndi hələ ki, hava istidir, yaşamaq odur. Ağac

altında, çadır altında yaşayırlar. İlan vurur onları. Bəs onlar insan

deyildirlərmi? Onlara sosial-iqtisadi təminat lazım deyilmi? Belə çıxır ki,

onlar da respublika yaratmalıdırlarmı? Onlar da silahlı dəstələr qurub

cürbəcür cinayət etməlidirlərmi? Demək istəyirəm ki,



____________Milli Kitabxana____________

79

Lənkəran rayonunun, Lənkəran zonasının, bu cənub zonasının sosial-iqtisadi



problemləri tamamilə şəksizdir. Bu məsələ ilə biz məşğul olmuşuq. Nazirlər

Kabineti müvafiq qərarlar qəbul edib və edəcəkdir. Məsələlər həll olunacaqdır.

Ancaq bu da həqiqətdir ki, Lənkəranın və bu zonanın bugünkü sosial-iqtisadi

vəziyyəti başqa zonaların vəziyyətindən üstündür. Bunu da tamamilə açıq demək

lazımdır.

Orada hansı işlərin görüldüyünü burada dedilər. Bəli, qaz da çəkilib. Yaxşı

yadıma saldılar. 1970-72-ci illərdə İrandan Sovet İttifaqına qaz kəməri çəkildi,

Astaradan, Lənkərandan keçən qaz kəməri. Mən o qaz kəmərinin çəkilməsində və

açılışında iştirak etmişəm. Sovetlər İttifaqının Ali Sovetinin sədri Podqornı, İran

şahı Məhəmməd Rza Pəhləvi və mən bu mərasimin iştirakçısı olmuşuq. Sonralar

fikirləşdim ki, qaz kəməri İrandan gəlir Azərbaycana, buradan da Rusiyaya. O

vaxt həmin qaz kəməri ilə üç milyard kubmetr qaz gəlirdi, indi az gəlir. O vaxt

Lənkəran bölgəsində qaz yox idi. Bəli, o dövrdə, məhz o dövrdə, məhz

Azərbaycan rəhbərliyinin qayğısı nəticəsində bu bölgəyə qaz çəkildi. Ancaq indi

deyirlər ki, ora qaz heç kifayət etmir. Mən bunu bu yaxın günlərdə bilmişəm.

İranın səfiri Əli Əsğər Nəhavəndian ilə danışarkən o dedi ki, İrandan biz qazı az

alırıq, aldığımızın pulu da  verilməyib. İndiyə qədər biz borcluyuq İrana. Mən

xahiş etdim ki, siz qazı verin, gərək sonra haqqını ödəmək üçün pulu haradan

tapırıq. Birinci növbədə düşündüm ki, qazı oradan artırsınlar, biz də Lənkəran

bölgəsinə qazı artırarıq. Mən bu işlə məşğulam. Mən bunu düşünürəm. Ancaq

bilin ki, Azərbaycanın başqa bir bölgəsi, Naxçıvan il yarımdır qazsızdır. Beş ay

elektrik enerjisi olmadı, yollar kəsildi, adamlar soyuqdan dondu orda, uşaqlar

öldü, ağacların 70 faizi kəsildi. Camaat adicə gerosin tapa bilmirdi ki, lampasını

yandırsın. O şəraitdə yaşayırdılar, indi də yaşayırlar. Mən özüm o şəraitdə

yaşamışam. Ancaq orda, Naxçıvanda böyük bir diviziya var idi. Rusiyanın

diviziyası. Lənkərandakı diviziyadan da böyük idi. Mən şəxsən o diviziyanın

silahlarının hamısını təhvil aldım, özünü də oradan çıxartdım. Ancaq mən bir

dənə də silah götürmədim. Bir dənə tapanca götürmədim. Və o hərbi hissənin

sahibi olmadım. Çağırdım müdafiə nazirini, dedim, gəlin təhvil alın. Diviziyanın

düşərgəsi indi bizim Müdafiə Nazirliyinin hərbi hissəsidir. Bəs nə təhər ola bilər

ki, birisi hardasa hansısa hissəni alıb və əmlakını, sursatını mənimsəyib. Bu nə

məsələdir? Sözü ona gətirirəm ki, Naxçıvan Muxtar Respublikasında da sosial

problemlər var, 70 minə qədər işsiz var. Bir zavod işləmir. Bir fabrik işləmir. Heç

bir tikinti getmir? Niyə? Çünki dəmir yolu bağlıdır, avtomobil yolu bağlı, təyyarə

ilə nə daş gətirmək olar, nə sement, nə taxta, nə də dəmir. Heç bir şey gətirmək

mümkün deyil. Sadəcə olaraq orada insanların yaşamasını təmin etmək haqqında

söhbət gedir.

Yenə də deyirəm: Lənkəran bölgəsinin sosial problemləri, şübhəsiz ki,

mövcuddur və onlar həll olunacaq. Ancaq bunların heç birisi belə qeyri-

qanuni hərəkətlərin törədilməsinə, belə proseslərin  getməsinə əsas vermir.

Mən güman eləyirəm ki, bugünkü söh-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə