MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə32/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   28   29   30   31   32   33   34   35   ...   256

____________Milli Kitabxana____________

80

bətdən sonra biz artıq məsələni açmalıyıq, ictimaiyyət bunu bilməlidir. Mən



görüş başlanarkən dedim ki, burada kameralar yazır, lakin heç yerə

verilməyəcək. Ancaq mən öz dediyim sözlərin ağasıyam. İstəyirəm mənim

çıxışlarım verilsin. Əgər etiraz eləmirsinizsə, qoy sizinkilər də verilsin. Çıxış

eləyənlərin etirazı yoxdur ki, verilsin. Mən deyirəm, verilsin, qoy camaat

bilsin. Düzü əvvəlcə fikirləşirdim ki, məsləhətləşəcəyik, amma söhbət çox

geniş alındı. Heç mən belə gözləmirdim. Ona görə də bir halda ki, mənə

burada dedilər camaat rəhbərliyin sözünü gözləyir, qoy verilsin. Burada

rəhbərliyin hamısı danışdı. Qoy camaat bilsin. Rəhbərliyin də sözünü bilsin,

deputatların da sözünü bilsin.

İkinci tərəfdən biz güman edirik ki, bugünkü danışığımız, bugünkü

müzakirəmiz yəqin Əlikrama və onun ətrafında olan qüvvələrə öz təsirini

göstərəcəkdir. Arzu edirik ki, onlar bugünkü bu müşavirədən özləri üçün

nəticə çıxarsınlar və qeyri-qanuni hərəkətlərdən əl çəksinlər. Onların

niyyətlərinin heç birisi baş tutası deyil. Bunlara biz yol verməyəcəyik. Ancaq

yaxşı olar ki, bu prosesi şəxsən özləri dayandırsınlar. Eyni zamanda mən bu

cənub zonasının buraya toplaşan nümayəndələrinə müraciət edirəm. Həm o

yerlərdən gələnlərə, həm də Bakıda yaşayanlara. Mən xahiş edirəm, deputat

da, Məclis üzvü də, nazir də, idarə rəisi də bu istiqamətdə öz fəaliyyətini

göstərsin. Və hamı bilsin ki, başqa yol yoxdur. Bu məsələ həll olunmalıdır.

Bu prosesə son qoyulmalıdır və beləliklə Azərbaycanda baş vermiş bu qeyri-

qanuni proseslər tamamilə ləğv olunmalıdır. Mən sizdən xahiş edirəm ki,

hərə öz sahəsində öz fəaliyyətini göstərsin. Neytral mövqe tutmaq, bitərəf

qalmaq, laqeydlik göstərmək, yaxud yaxanı kənara çəkmək indi yaramaz. Və

heç kəs də gərək belə mövqedə olmasın. Hərə öz sahəsində çalışmalıdır. Bizə

lənkəranlıların müraciəti göndərilib. Onu böyük bir qrup imzalayıb. Mən

hesab edirəm ki, bu müraciət də mətbuatda verilməlidir. Bundan sonra

sizlərdən kim bu barədə mətbuatda, televiziyada söz deyib bu proseslərin

tezliklə dayanmasına kömək etmək istəsə, hamısına imkan verəcəyik. Biz

televiziya şirkətinə göstəriş verərik ki, belə çıxışlar hazırlasın, belə söhbətlər

aparsın, müzakirələr keçirsin. Sizdən və başqalarından xahiş edirəm bu

çıxışlarda iştirak edəsiniz ki, sözlə, məntiqlə, qarşılıqlı hörmət tərzində bu

adamlara bir də çatdıraq ki, qeyri-qanuni hərəkətlərdən əl çəkmək lazımdır.

Əgər başqa bir təklif yoxdursa, gəlin bununla qurtaraq. Ancaq mənim

fikrimcə, bir halda ki, bu məsələ açılıbdır, Milli Məclisdə müzakirə

olunmalıdır. Buna dövlət tərəfindən münasibət göstərilməlidir. Biz indi

söhbəti apardıq, ayrı-ayrı şəxslərin münasibəti bildirildi. Amma buna dövlət

orqanları öz münasibətini bildirməlidir. Bu məsələ yaxın günlərdə Milli

Məclisdə müzakirə olunmalıdır. Bəli, daxili işlər naziri Vaqif Novruzova

göstəriş verilir şərait yaratsın ki, bura dəvət olunan şəxslərin hamısı öz

evlərinə, yerlərinə gedə bilsinlər, çünki komendant saatıdır. Saat ikini keçib,

üçə az qalır. Xahiş eləyirəm, bunu təmin eləyəsiniz. Bir də bu şəxslərin

təhlükəsizliyini təmin eləyəsiniz. Sağ olun.




____________Milli Kitabxana____________

81

"ENERGİYA, EKOLOGİYA, İQTİSADİYYAT"



İKİNCİ BEYNƏLXALQ SİMPOZİUMUN

İŞTİRAKÇILARINA

Beynəlxalq məclisin iştirakçılarını səmərəli nəticələr əldə ediləcəyinə

səmimi ümidlərlə salamlayıram. Onun mürəkkəb dövrümüzdə keçirilməsi,

məclisdə bir çox ölkələrdən olan geniş profilli tədqiqatçı alimlərin iştirakı

sübut edir ki, XXI əsrin astanasında bütün dünya birliyi qarşısında duran

problemlərin həlli kollektiv və gərgin iş tələb edir. Bunun dərin rəmzi mənası

var ki, beynəlxalq simpozium haqlı olaraq dünya elmi və sənayesinin

beşiklərindən biri sayılan Bakı şəhərində toplaşmışdır. Onun bütün

iştirakçılarını salamlayaraq, ümidvar olduğumu bir daha bildirmək istəyirəm

ki, fundamental elmlər sahəsində Azərbaycanda olan nəzəri və praktiki

potensial, Azərbaycan alimlərinin bir çox ölkələrdəki həmkarları ilə geniş

yaradıcılıq əlaqələri simpoziumun səmərəli işi üçün bütün lazımi şəraiti

yaradacaqdır. Bəşər birliyinin müasir inkişafının bütün istiqamətlərinə dair

optimal qərarlar axtarılması, gələcəyə doğru irəliləyişi təmin edəcək qeyri-

standart yolların axtarışı buna imkan yaradacaqdır ki, biz ekoloji dövr

adlanan yeni dövrün sınaqlarından layiqincə çıxacağıq.

Sizə uğurlar və ümumi tərəqqiyə nail olmağa yönəldilmiş bütün planların

həyata keçirilməsini arzulayıram.



HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

17 avqust 1993-cü il


____________Milli Kitabxana____________

82

APARICI NEFT ŞİRKƏTLƏRİNİN



VƏ KORPORASİYALARININ

NÜMAYƏNDƏLƏRİ

İLƏ GÖRÜŞDƏ ÇIXIŞ

17 avqust 1993-cü il

Hörmətli qonaqlar! Hörmətli neftçilər, alimlər və mətbuat işçiləri!

Hamınızı səmimi-qəlbdən salamlayır və bu gün başladığınız böyük və çox

mühüm əhəmiyyət kəsb edən işinizdə sizə uğurlar arzulayıram. Bugünkü

toplantı müstəqil Azərbaycan Respublikasının neft yataqlarının bundan sonra

istifadə olunması problemləri ilə əlaqədardır. Bildiyiniz kimi, Azərbaycan

qədim neft diyarıdır və Bakıda neft çıxarılmasına hələ ötən əsrdən

başlanmışdır. Tarixə nəzər salsaq böyük iftixar hissi ilə qeyd edə bilərik ki,

Azərbaycan dünyada ilk dəfə neft hasil edən və dünyanın bir çox ölkələrinə

neft məhsulları göndərən bir ölkə olmuşdur. İcazə verin, qısa da olsa, neft

sənayesinin inkişaf mərhələləri haqqında bir neçə kəlmə söyləyim.

Azərbaycanda neft çıxarılmasına və emal olunmasına başlanan kimi Bakı

dünyanın inkişaf etmiş ölkələrinin saysız-hesabsız neft şirkətlərinin diqqətinn

cəlb etmişdir. Məlumdur ki, Azərbaycanda neft çıxarılması, onun emalı ilk

dövrdən həm Azərbaycanın iş adamlarının, həm də xarici şirkətlərin

fəaliyyəti ilə bağlı olmuşdur. Bu dövrdə Bakı dünyada bir neft məkanı kimi

şöhrət tapmışdı. Sonrakı dövrü götürsək, 1920-ci ildən sonra Azərbaycan

nefti keçmiş sovetlər ölkəsinin inkişafında müstəsna rol oynamışdır. O

dövrün nailiyyətləri də, çatışmazlıqları da sizin hamınıza yaxşı məlumdur.

Biz indi Azərbaycanın neft sərvətlərindən istifadə olunmasının, necə

deyərlər, üçüncü mərhələsinə keçmişik.

Əgər 1920-ci ilə qədərki dövrə nəzər salsaq, görərik ki, Azərbaycan nefti

xarici ölkələrin iri şirkətləri tərəfindən istismar olunaraq daşınıb və xalq

neftdən çox az mənfəət götürüb.

Əgər son 70 ildəki dövr haqqında danışsaq, yenə də fikirlər müxtəlifdir.

Azərbaycanın neft sərvətləri bütün Sovet İttifaqını təmin edir və eyni

zamanda, Azərbaycan Respublikasına, Azərbaycan xalqına böyük mənfəət

gətirirdi. Burada həqiqət var və mənə elə gəlir ki, bunu inkar etməyə və bu

barədə əsassız fikirlər söyləməyə lüzum yoxdur. Tarix hər şeyi öz yerinə

qoyacaqdır. Ancaq məlumdur ki, bu dövrdə Azərbaycan keçmiş Sovet

İttifaqında, bütün dünyada neft akademiyası kimi məşhur idi, Azərbaycanda

dünya şöhrətli neftçilər - istehsalatçılar, neft ustaları, neft və geologiya

sahəsində çalışan alimlər yetişmişlər. Onlar keçmiş Sovet İttifaqının digər

regionlarında da fəaliyyət göstərərək neft yataqlarının kəşfiyyatında,

istismarında və hasilatının təşkilində mühüm rol oynamışlar. Biz



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə