MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə34/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   30   31   32   33   34   35   36   37   ...   256

____________Milli Kitabxana____________

85

zın birgə fəaliyyəti nəticəsində 20 böyük neft yatağı aşkar edilibdir. Bu neft



yataqlarının zəngin potensialı var. Əgər onlardan səmərəli istifadə olunsaydı,

indi Azərbaycanda neft və qaz çıxarılması üzrə göstəricilər nəinki azalmazdı,

hətta artardı da.

Ancaq son dövrdə bir xoşagəlməz meyl meydana çıxıbdır. Tam

məsuliyyət hissi ilə deyə bilərəm ki, bu meyl ondan ibarətdir ki, neftdən

xəbəri olmayan, neft terminini bilməyən, neft sənayesindən bixəbər,

meydanlarda qışqıran, çayxanada vaxt keçirən adamlar neftin taleyini həll

edirlər. Bu adamlar neftdən necə istifadə olunmasını, neft sənayesini hansı

yollarla inkişaf etdirməyi anlamırlar. Ona görə də neft sənayesi özbaşına

buraxılıbdır. Təxirəsalınmaz əsas vəzifəmiz mövcud imkanlardan, bugünkü

neft sənayesi potensialından istifadə edib neft və qaz çıxarılmasını artırmaq,

neft sənayesini inkişaf etdirməkdir.

Təxminən son 2-3 ildə bəziləri belə fikir yayırlar ki, bizim neft

ehtiyatlarımız çox zəngindir, biz xarici şirkətlərlə əlaqə yaradacağıq ki, onlar

gəlib neftin çıxarılmasında, emalında və onun nəql olunub dünya bazarında

satılmasında bizə köməklik göstərəcək və bununla da, Azərbaycan çətin

vəziyyətdən çıxacaqdır. Şübhəsiz, biz bu yolu inkar etmirik və bu yol neft

sənayemizin inkişafı üçün müasir dövrdə əsas yollardan biridir. Ancaq neft

istehsalını günbəgün, aybaay, ilbəil aşağı salıb gözləsək ki, 2-3 ildən sonra

neft şirkətləri ilə bağlanan kontraktlar nəticəsində neftin istehsalı artacaq,

sonra nefti satıb valyuta alacağıq, Azərbaycanı inkişaf etdirəcəyik, onda bəs

bu iki-üç il ərzində xalqın vəziyyəti nə cür olacaq?

Ona görə də mən neft sənayesinin burada iştirak edən nümayəndələrinə,

alimlərimizə və ümumiyyətlə, bütün neftçilərə demək istəyirəm ki, Azərbaycan

neftçiləri öz əməyi, bacarığı, sənətinə sadiqliyi ilə bütün dünyada şöhrət tapıblar.

Neftçilərimizin bugünkü nəsli tarixi nailiyyətlərdən, sələflərinin təcrübəsindən

faydalanaraq, mövcud şəraitdə neft sənayesini qaldırmalı, neftçıxarma prosesini

inkişaf etdirməli, neft və qaz hasilatını artırmalıdırlar. Açıq demək lazımdır, neft

bəzi rəhbərlərin əlində yalnız kommersiya vasitəsinə çevrilib, belələri ancaq öz

mənfəətlərini güdür. Bu, Azərbaycan xalqına xəyanətdir. Biz buna dözə bilmərik.

Mən salonda hörmətli alimlərimizi, Azərbaycanın adlı-sanlı neftçilərini

görürəm. Bu adamların ömrü Azərbaycanın neft sənayesinin inkişafı ilə bağlıdır.

Onların ömür yolları bizim hamımızın gözünün qabağındadır. 1950-60-cı illərlə,

hətta 70-ci illərdə neft sənayesinə dövlət tərəfindən, bütün ictimaiyyət tərəfindən

böyük diqqət vardı. Neftçilərin adı hörmətlə, şərəflə çəkilirdi və onlar böyük

qayğı ilə əhatə olunmuşdular. Bəs indi? Hanı o şöhrət, hanı o qayğı? Naşı

adamlar belə böyük sahəyə, böyük bir elmə, böyük bir sənayeyə rəhbərlik edə

bilməzdilər. Məhz onlar bizi belə bir vəziyyətə gətirib çıxarıblar.

Mənim bu fikirlərimi Azərbaycan neftçiləri, alimləri, istehsalçıları və

neftlə əlaqəli bütün adamlar düzgün qəbul elə-




____________Milli Kitabxana____________

86

dilər və razılaşdılar ki, indi neft sənayesinin potensialından səmərəli istifadə



olunmalıdır.

Qeyd etdim ki, neft sənayemizdə yeni bir mərhələ yaranıbdır. Təxminən XIX

əsrin ikinci yarısında, XX əsrin əvvəllərində Azərbaycanın neft yataqları əsasən

Avropa şirkətləri tərəfindən istismar olunurdusa, sonrakı dövrdə neft dövlət

sektoruna keçdi və indi də dövlətin əlindədir. Ancaq üçüncü mərhələdə biz

yenidən xarici şirkətlərlə əlaqə qurub neft sənayesini inkişaf etdirməyə başlayırıq.

Çalışmalıyıq ki, bu mərhələ müstəqil Azərbaycan Respublikası üçün faydalı

olsun.


Unutmamalıyıq ki, neft Azərbaycanın tükənməz sərvətidir, amma bu heç də o

demək deyil ki, neft tükənməzdir. Yox. Neft yataqlarının da müəyyən bir səddi

var. Əgər biz neft yataqlarından elmi əsaslarla, ağılla, qənaətlə istifadə edə

bilməsək, gələcək nəsillər bizi bağışlamaz. Ona görə də qısa bir mərhələdə böyük

gəlir götürmək arzusuna uyan adamlar dərindən düşünməlidirlər. Elə etmək

lazımdır ki, gələcək nəsillər də Azərbaycanın bu nadir sərvətindən kifayət qədər

istifadə edə bilsinlər.

Ona görə də biz yeni mərhələdə xarici neft şirkətləri ilə əlaqə qurarkən bu

əsas məsələni unutmamalıyıq. Ayrı-ayrı adamların bu proseslərdə öz şəxsi

mənafelərini güdməsi bütün Azərbaycan xalqına, müstəqil Azərbaycan dövlətinin

həm İqtisadiyyatına, həm milli qüdrətinə, həm də dövlətçiliyinə böyük zərbədir.

Buna yol vermək olmaz və mən sizi əmin edirəm ki, bu vəzifəni tutduğum

dövrdən belə bir mövqedəyəm və buna yol verməyəcəyəm.

Azərbaycanın dənizdə zəngin neft yataqları var: "Azəri", "28 Aprel" və s. Bu

yataqların hamısı burada əyləşmiş alimlərimizin, geoloqlarımızın, neftçilərimizin

böyük əməyi sayəsində kəşf olunub. İndi imkan vermək olarmı ki, yüz minlərlə

adamın illər boyu çəkdiyi zəhmətin nəticəsindən ayrı-ayrı üzdəniraq işbazlar

istifadə etsinlər? Buna yol vermək olmaz! Mən buna heç vaxt yol verməyəcəyəm.

Bu məsələlərə, bilirsiniz ki, 70-ci illərdə çox ciddi fikir verilib. 70-ci illərin

sonunda Xəzərin dərin yerlərində neft yataqlarını kəşf edəndən sonra biz oradan

neftin çıxarılması və nəqli işi ilə məşğul olduq. Məhz o vaxtlar, hələ Sovet

İttifaqının tərkibində ikən, Azərbaycanda dərin özüllər zavodunun tikintisinə

başladıq.

Yəqin burada oturanların çoxu bilmir, ancaq həmin zavodun məhz

Azərbaycanda tikilməsi asan problem deyildi. Belə ki, biz SSRİ-nin

təsərrüfat potensialına daxil idik, fəaliyyətimizdə sərbəst deyildik. Ancaq

mən sizə çatdırmaq istəyirəm ki, o zaman bizim çox böyük və ardıcıl

tədbirlərimiz nəticəsində Moskvadan bu zavodun məhz Azərbaycanda

tikilməsi qərara alındı. Azərbaycanda, ümumiyyətlə, sovetlər ölkəsində

zavodu tikmək üçün avadanlıq yox idi. Avadanlıq almaq üçün SSRİ-nin

valyuta fondundan 400 milyon dollar xərcləndi. Amerikadan avadanlıq və

texnologiya alındı. Mənə belə məlumat verdilər ki, hətta hazırlanmış yeni

müqavilələrdə zavodun istehsal etdiyi dərin özüllərdən



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə