MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə36/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   32   33   34   35   36   37   38   39   ...   256

____________Milli Kitabxana____________

90

AZƏRBAYCAN MİLLİ TELEVİZİYASI İLƏ



XALQA MÜRACİƏT

23 avqust 1993-cü il

Hörmətli həmvətənlər! Bacılar və qardaşlar! Bu gün mən sizə

müraciət etmək məqsədilə televiziya studiyasına gəlmişəm və bəzi məsələlər

haqqında mülahizələrimi, fikirlərimi sizə çatdırmaq istəyirəm.

Azərbaycan xalqı, Azərbaycan Respublikasının vətəndaşları ağır günlər

keçirirlər, həyatımız son dərəcə gərgin vəziyyətdədir. Bu gərginlik iyul ayının

əvvəlindən başlamış proseslərlə müəyyən qədər bağlıdır və ondan sonra

həmin prosesləri normal hala salmaq üçün mühüm tədbirlər görülməsinə

baxmayaraq, bu proseslər hələ də tamamilə ləğv olunmayıbdır və gərginlik

davam edir.

Azərbaycan Respublikası beş ildən artıqdır ki, Ermənistanın silahlı

qüvvələri tərəfindən təcavüzə məruz qalıbdır. Azərbaycan xalqı öz torpağını,

öz Vətənini qorumaq üçün müharibə aparır, vuruşur, döyüşür. Təəssüf ki,

sizə məlum olan səbəblərdən bu döyüşlərdə bizim qələbəmiz hələ ki, yoxdur

və Azərbaycan Respublikasının torpaqlarının bir qismi işğal olunubdur. Son

vaxtlarda bəzi yaşayış məntəqələrimizi, qəsəbələrimizi itirmişik, yeni-yeni

ailələr qaçqın düşüb, insanlar qaçqın düşüb və bu da respublikada olan gərgin

ictimai-siyasi vəziyyəti daha da  gərginləşdiribdir.

Mən bu çıxışımda heç də cəbhədə vəziyyət, yəni Ermənistanla

Azərbaycan arasında olan müharibə vəziyyəti haqqında geniş danışmaq

istəmirəm, ona təhlil vermək istəmirəm, bu barədə əvvəlki çıxışlarımızda və

Milli Məclisin iclaslarında bəzi sözlər deyilibdir. Təəssüflər olsun ki, son

vaxtlar bizim ordu hissələri torpağımızı layiqincə qoruya bilmirlər və

cürbəcür təxribatçı qrupların xalqa, millətə, dövlətə xəyanəti nəticəsində bəzi

yaşayış məntəqələrimiz əldən getmişdir. Təkrar edirəm, bu məsələni təhlil

etmək istəmirəm. Sadəcə olaraq, bir-iki kəlmə ilə sizə bildirmək istəyirəm ki,

son dövrdə torpaqlarımızın müdafiəsindəki məğlubiyyətlər heç də

Azərbaycan xalqının acizliyindən, yaxud da ki, bizim döyüşçülərin vuruşmaq

qabiliyyətinin olmamasından irəli gəlmir. Bunun daha dərin səbəbləri var.

Bir neçə gün bundan öncə, Füzuli və Cəbrayıl rayonlarında təhlükəli

vəziyyət yarandığı zaman, ümumiyyətlə, o bölgədə əhali arasında böyük

həyəcan hissi olduğunu bilərək biz müşavirə keçirdik. O bölgəyə Azərbaycan

Respublikasının rəhbər vəzifəli şəxslərini göndərdik. Baş nazirin birinci

müavini Vahid Əhmədov, baş nazirin müavini Abbas Abbasov, nazirlər, xalq

deputatları, başqa məsul işçilər, inzibati orqanların işçiləri



____________Milli Kitabxana____________

91

yerdə vəziyyətlə tanış



olandan sonra aydın

oldu ki, bizim bu

məğlubiyyətlərimiz, bu bölgədə yaranan ağır vəziyyət birinci növbədə

daxildəki təxribatların nəticəsidir.

Məsələn, biz dünən müşavirə keçirirdik. Elə bu gecə oradan gələn bizim

vəzifəli şəxslər məlumat verdilər ki, Cəbrayıl rayonunda camaatı haya-küyə

salıb qorxudub qaçırdan, təxribat edən yalnız və yalnız oranın icra başçısı və

onun ətrafında olan layiqsiz adamlardır. Onlar şəxsi məqsədlərinə nail olmaq

üçün, öz şəxsi çirkin mənafelərini həyata keçirmək üçün xalqı da bədbəxt

eləməyə, torpağı da, yaşadıqları dədə-baba yurdunu da dağıtmağa hazır olan

adamlardır. Oradan mənə xəbər verirlər ki, bir batalyon döyüşdən çıxır, çünki

bu, hansısa Əlisoyun batalyonudu. Xalq Cəhbəsinin; bir batalyon çıxır,

deyirlər ki, bu, Rəhim Qazıyevin batalyonudur, müharibə eləmək istəmir; bir

batalyon çıxır, deyir bu, nə bilim filankəsin batalyonudur, müharibə eləmək

istəmir. Hərəsi bir tərəfə qaçır və bu əli silahsız, müharibəyə hazır olmayan

sakinlər isə, əlbəttə ki, vətənindən ayrılmaq istəmir, torpağından, evindən-

eşiyindən ayrılmaq istəmirlər, amma rəhbərlərin bu təxribatı nəticəsində

haya-küyə düşürlər, qorxurlar, qaçırlar.

Belə hadisə Füzuli rayonunda da olmuşdur. Oranın əvvəlki icra hakimi

getmiş, sonra bu proseslər vaxtı kimin tərəfindən, hansı qüvvələr tərəfindən,

guya ki, hansı hərbi hissələr tərəfindənsə gətirilib ora icra hakimi qoyulmuş,

o da çox çirkin işlər görmüş və bunlar da Füzuli və Cəbrayıl rayonlarında

vəziyyəti həddindən artıq gərginləşdirmişdir. Dünən xəbər verdilər ki, guya

Füzuli rayonu Ermənistan qoşunları tərəfindən işğal olunubdur. Ondan bir

gün qabaq belə məlumat gəlirdi ki, Ermənistanın silahlı qüvvələri ora daxil

olurlar.


Mən sizə açıq bildirmək istəyirəm ki, son vaxtlar daxilimizdə olan bu

təxribatlar nəticəsində,

orduda

olan bəzi pozğunluqlar nəticəsində



kəndlərimizin, şəhərlərimizin əldən getməsi ilə, yaxud bunun təhlükəsi ilə

əlaqədar olaraq biz Ermənistanın rəhbərliyi ilə bilavasitə əlaqə saxlamışıq və

ayın 23-nə qədər, yəni bax, bu günə qədər atəşin kəsilməsi və danışıqlar

aparılması məsələsini irəli sürmüşük. Bəli, biz bu yola getmişik və mən hesab

edirəm ki, düzgün eləmişik. Çünki insanlarımız qırılır, kəndlərimiz dağılır,

içimizdə olan təxribatçılar öz çirkin niyyətlərini həyata keçirmək üçün xalqa,

millətə, torpağa xəyanət edirlər. Biz danışıqlar aparıb müəyyən bir sazişə

gəlməyi qərara almışıq. Ancaq bu dövrdə yenə də içimizdə təxribatlar baş

verir.

Dünən mən Ermənistanın prezidenti Levon Ter-Petrosyanla telefonla



daha iki dəfə danışmışam. Təəssüf ki, onun verdiyi və bizim sonra

yoxlatdığımız məlumata görə, biz atəşin dayandırılması, sülh danışıqları

aparılması haqqında saziş əldə etdiyimiz halda Ağcabədi tərəfdən bir

batalyon - Lənkəranda peyda olmuş, özbaşına özünü hərbi komandan təyin

etmiş Əlikram tərəfindən oraya göndərilmiş bir batalyon - heç kəsin göstərişi

olmadan o tərəfə hücum edib, əldə olunmuş sazişi pozubdur. Hü-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə