MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə44/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   40   41   42   43   44   45   46   47   ...   256

____________Milli Kitabxana____________

107


Mənə bildirirlər ki, siz Əlikram Hümbətovla yaxın adamsınız. Siz müdafiə

nazirinin müavinisiniz. Görürsünüz ki, neçə aydır bu hərbi hissə Müdafiə

Nazirliyinə tabe olmur və cinayətkar işlər görür. Əgər siz həqiqətən onunla

yaxın adamsınızsa, gedin ora, bu işləri qurtarın. Bilirsinizmi, iğtişaşı, bu

münaqişəni dərinləşdirmək bizə lazım deyil. Biz bunların üstündən keçib

getməliyik ki, ümumi işimizi təmin edək. Gedin, bu məsələni həll edin.

O mənə dedi ki, anladım, gedib məsələni həll edəcəyəm. Mən isə bundan

sonra heç nə demədim.

Dünən Vahid Musayev Müdafiə Nazirliyinin

rəhbərliyi tərəfindən ora göndərilibmiş. Təəssüf ki, o gedib ora gec çatıbdır.

Çünki bizim iki nazirimiz - daxili işlər naziri və milli təhlükəsizlik naziri

vertolyotlarla gedib ora çatanda bir neçə saat onu arayıb tapa bilməmişlər.

Sonra məlum olmuşdur ki, o, Əlikram Hümbətovun yuvasına, gizləndiyi yerə

girib, orada olmuşdur. Axşam mənə məlumat verdilər ki, orada Əlikram

Hümbətovla danışıqlar aparıb, guya onu yola gətirməyə çalışıb. Ancaq

bunların heç birisi nəticə vermədi.

Beləliklə, gecə səhərə qədər bu proseslər davam edib. Əhali dünən bütün

günü, axşam, gecə ayaq üstə meydanlarda, o hərbi hissənin ətrafında olub.

Bunların hamısı da istənilən nəticəni verməyib. Ancaq bir faciəli nəticə: bu

da ondan ibarətdir ki, Əlikram Hümbətovun dəstələri onun göstərişi ilə

əliyalın Lənkəran vətəndaşlarına atəş açmışlar. Üç adam həlak olmuş, beş

adam yaralanmışdır. Şübhəsiz ki, cani, cinayətkar, xain adamdan başqa şey

gözləmək mümkün deyildi. Ancaq bu, təkcə Əlikram Hümbətovun işi deyil.

Onu dəstəkləyən Rəhim Qazıyevin, Əlikram Hümbətovla əlaqə saxlayıb

onun yanına emissarlar göndərən Ayaz Mütəllibovun, Ayaz Mütəllibovu

Azərbaycana hakimiyyətə gətirmək istəyən Əlikram Hümbətovun və onunla

əlaqədar olan başqa adamların fəaliyyətinin cinayətkar nəticəsidir. Bu,

dəhşətli bir şeydir.

Azərbaycan xalqı beş ildir müharibə içərisindədir, şəhidlər verir. 1990-cı

il yanvarın 20-də xalqımıza qarşı hərbi təcavüz olub. Azərbaycan ilk

şəhidlərini onda verib. İndi Şəhidlər xiyabanı Azərbaycanın həm faciə

meydanına, həm də müqəddəs bir meydana dönüb.

Ondan sonra

Azərbaycanın ərazisinə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində

hər gün, hər ay, hər il şəhidlər verilir. Bəli, hər bir adamın tələf olması bizim

üçün böyük ürək ağrısıdır, matəmdir. Bu, bizim üçün faciədir, ancaq bir

tərəfdən yanvarın 20-də xalqımıza qarşı kommunist partiyasının rəhbərliyi

tərəfindən hərbi təcavüz olmuşdur, ikinci tərəfdən Ermənistanın silahlı

qüvvələri Azərbaycana hərbi təcavüz edirlər. Xalqımız yanvarın 20-də öz

milli qüdrətini, milli şərəfini, namusunu qoruyaraq şəhidlər verdi. Cəbhələrlə

Azərbaycan xalqı az torpaqlarını, öz ərazisini, öz müstəqilliyini qoruyaraq

şəhidlər verir. İndi isə Lənkəranla bu xəyanətkar adamların - onların adlarını

çəkdim və bir çoxlarının da adları çəkiləcək, - bunların fəaliyyəti nəticəsində

böyük bir




____________Milli Kitabxana____________

108


cinayət, faciə baş vermişdir. Bizim öz azərbaycanlılarımız sülh şəraitində

yaşayan, müharibə bölgəsində olmayan azərbaycanlılarımıza atəş açıblar.

Bunu öz cinayətkar niyyətlərini həyata keçirmək üçün ediblər. Üç nəfər həlak

olub.


Bu, dəhşətli bir haldır. Əlikram Hümbətovun, Rəhim Qazıyevin, Ayaz

Mütəllibovun və onları dəstəkləyən adamların əli Azərbaycan xalqının

oğullarının həlak olması ilə əlaqədar qana batıb. Bu gün mən onları

Azərbaycan xalqı qarşısında xəyanətkar elan edirəm. Şübhəsiz ki, bunlara

ədalət məhkəməsi öz qiymətini verəcəkdir. Ancaq mən bir vətəndaş kimi, bir

insan kimi, ürəyi qan içində olan bir insan kimi və Azərbaycan dövlətinin

başçısı vəzifəsini ifa edən adam kimi buna öz mənəvi-siyasi qiymətimi

verirəm. Mən hesab edirəm ki, həlak olanlar Azərbaycan Respublikasının

dövlətçiliyini müdafiə etmək, onun suverenliyini qorumaq, Azərbaycan

Respublikasının müstəqilliyini, bütövlüyünü müdafiə etmək yolunda

cinayətkar adamlar tərəfindən, Azərbaycana təcavüz edən adamlar tərəfindən

həlak edilmişlər. Onlar millət yolunda, Azərbaycan xalqının gələcək səadəti

yolunda həlak olmuşlar.

Həlak olanlar - Bayramov Sultan Nemət oğlu, 1936-cı ildə anadan olmuş,

Lənkəran şəhərinin sakinidir, ailəsi var, uşaqları var, hərbi qospitalda rentgen

texniki işləmişdir; Əliyev Etibar Böyükağa oğlu, 1953-cü ildə anadan olmuş,

dülgərdir, Lənkəran şəhərinin sakinidir, üç ovladı var; Təhməzov Paşa

Qurban oğlu, 1946-cı ildə anadan olmuş, əhaliyə məişət xidməti idarəsinin

işçisidir, Lənkəran şəhərinin sakinidir, ailəsi var, uşaqları var.

Mən rica edirəm, Azərbaycanın bütövlüyü yolunda, müstəqilliyi yolunda

həlak olanların xatirəsini yad etmək üçün bir dəqiqə ayağa qalxıb sükut edək.

Allah onlara rəhmət eləsin, qəbirləri nurla dolsun.

Bu gün Lənkəran

şəhərində Azərbaycanın bütövlüyü yolunda,

müstəqilliyi yolunda həlak olanların dəfn mərasimi keçiriləcəkdir. Biz oraya

nümayəndə heyəti göndərmişik və nümayəndələrimiz Azərbaycan

Respublikasının dövləti adından dəfn mərasimində iştirak edəcəklər.  Dünən

bu barədə məsləhətləşib belə bir qərara gəlmişik ki, həlak olmuş adamların

şücaətini, qəhrəmanlığını yüksək səviyyədə qeyd edək. Mən elan edirəm ki,

Azərbaycanın prezidenti səlahiyyətlərini ifa edən şəxs kimi fərmanımla

Bayramov Sultan Nemət oğlu, Əliyev Etibar Böyükağa oğlu və Təhməzov

Paşa Qurban oğlu Milli Qəhrəman elan olunurlar. Şübhəsiz ki, Azərbaycan

dövləti həlak olanların ailələrinə hər cür qayğı və hörmət göstərəcəkdir və

güman edirəm ki, Azərbaycan xalqı bu sadə azərbaycanlıların böyük

şücaətini heç vaxt unutmayacaqdır. Onların xatirəsi qəlbimizdə əbədi

yaşayacaqdır.

Orada beş nəfər yaralanıbdır. Onlar müalicə olunurlar. Şübhəsiz ki, indi

onların müalicəsi üçün lazımi tədbirlər görülür. Yaralıların özlərinə və

ailələrinə qayğı göstəriləcək və lazımi tədbirlər görüləcəkdir.



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə