MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə45/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   41   42   43   44   45   46   47   48   ...   256

____________Milli Kitabxana____________

109


Siz, bütün Azərbaycan əhalisi əmin ola bilər ki, biz Vətən yolunda, xalq

yolunda, Azərbaycanın suverenliyi, bütövlüyü yolunda həlak olan, canını

qurban verən, şəhid olan adamların hər birinin şücaətini, qəhrəmanlığını heç

vaxt unutmayacağıq. Onlar həmişə, daim xalqın yaddaşında yaşayacaqlar.

Lakin bu faciəyə baxmayaraq, orada səhərə qədər fəaliyyət göstərən

inzibati orqanlarımız təəssüf ki, lazımi nəticəyə gələ bilməmişlər. Bizə

verilən məlumatlardan belə aydın olur ki, Vahid Musayev guya Əlikramın o

quldur yuvasında olaraq, sonra bizim nazirlərlə əlaqə saxlayaraq onun oradan

çıxmasını, yəni qan tökülmədən, əlavə hərbi əməliyyat aparılmadan

çıxmasını təmin etməyə söz vermiş, əhali qərargahı əhatəyə alıb səhərə qədər

mühasirədə saxlamışdır. Guya belə məlum olmuşdur ki, Əlikram Hümbətov

gəlib təslim olacaqdır. Lakin bizə verilən məlumatlara görə o, hamını aldadıb.

Səhərə yaxın oradan üç maşın çıxıbdır. Guya bu maşınlar nəzarət altında

imiş. Onların birində Əlikram və onun bir-iki nəfər adamı çıxıb qaçıbdır və

aldığımız məlumatlara görə, Lənkəranın meşələrində gizlənir. İndi orada

axtarışlar gedir.

Əlikram Hümbətov guya ona daim tabe olan silahlı qüvvələri, -məsələn,

Prişibdə onun bir polku var, onu deyə bilmərəm, ancaq bəzi adamlar bunu

bizim beynimizə yeridiblər, - həmin o silahlı qüvvələrin hamısı ondan imtina

edibdir. Onun qərargahında, o quldur yuvasında olan əsgərlərin çoxu

silahlarını təhvil verib çıxıb, ətrafında olan başqa adamların çoxu ondan

imtina edib, uzaqlaşıbdır. Ancaq bir qrup, sayca az da olsa, silahlı adamlar,

onunla bilavasitə cinayət etmiş adamlar Əlikramla bərabər qaçıblar (düzdür,

onun şəxsi qoruyucuları da, başqaları da tutulubdur). Onlar qaçıblar, indi

axtarışlar gedir və güman edirəm ki, oradakı inzibati orqanlarımız və buradan

gedən qüvvələr onu axtarıb tapacaqlar və o, ədalət məhkəməsi qarşısında

cavab verəcəkdir. Nəinki o, həm də ona havadarlıq edənlər, ona istiqamət

verənlər - ya Ayaz Mütəllibov olsun, Rəhim Qazıyev olsun, yaxud da ki,

başqaları olsun - onun başını sığallayan adamların hamısı cavab verəcəkdir.

Buna heç kəsin şübhəsi olmasın.

Dünən bizi qorxudurdular ki, guya Ağcabədi zonasında həmin o hissədən

olan batalyonlar var, onlar guya Əlikram Hümbətovun göstərişi ilə döyüş

bölgələrini tərk edib çıxırlar. Ancaq bu yalandır. Orada olan döyüşçülər,

əsgərlər, Azərbaycanın övladları öz yerlərindədirlər, fəaliyyət göstərirlər və

onların da hamısı Əlikram Hümbətovdan imtina edibdir.

Bunların hamısı onu göstərir ki, Əlikram Hümbətov heç bir kəsdir. Biz

bunu dəfələrlə demişik ki, o, ayrı-ayrı qrupların əlində bir alətdi, bir silahdır.

Dünən televiziya ilə müraciətimdə bildirdim ni, o hətta İrana keçmək

niyyətində olmuşdur. Mən İran hökumətinə, İranın səfirliyinə xəbərdarlıq

elədim. Onlar dedilər ki, siz narahat olmayın, İranda onu heç kəs qəbul edə

bilməz. Ancaq belə şayiələr yaranır ki, guya bir tərəfdən onu Moskva

dəstəkləyir, nə bilim, kiminsə, haranınsa, agentidir, bir tərəfdən

İran

dəstəkləyir. Bunların hamısı yalandır. Mən demi-




____________Milli Kitabxana____________

110


şəm - nə Rusiya dövləti, nə İran dövləti belə bir quldur adamla təmasda ola

bilməzlər.

Ancaq Rəhim Qazıyev kimi, Ayaz Mütəllibov kimi adamlara və onlarla

birgə olanlara lazım idi ki, belə bir mif, belə bir əhval-ruhiyyə, camaatda

vahimə yaratsınlar, əhalini qorxutsunlar və beləliklə, bizə təzyiq etsinlər.

Mən dünən televiziya ilə müraciətimdə dedim. Bir də deyirəm ki, bunların

hamısı indi Azərbaycanda vəziyyəti düzəltmək üçün, daxili sabitlik yaratmaq

üçün, cəbhələrdə vəziyyəti düzəltmək üçün apardığımız tədbirlərə mane

olmaq və şəxsən mənə, Heydər Əliyevə təzyiq göstərmək məqsədi güdür.

Mən dəfələrlə demişəm, bu gün bir daha bəyan edirəm ki, heç bir kəs

mənə təzyiq edə bilməz. Mən öz iradəmdən, - bu isə xalqın iradəsidir, bir

namuslu vətəndaş kimi mənim şəxsi iradəmdir, istifadə edərək Azərbaycanın

bu vəziyyətdən çıxması üçün son damla qanıma qədər çalışacağam və heç kəs

də məni qorxuda bilməz.

Görürsünüz, iki aydır bizim başımızı aldadırlar ki, Əlikram Hümbətov

belə olsa, elə olsa, nə bilim, dünya dağılacaqdır. Heç bir şey olmadı. Düzdür,

üç adam canını qurban verdi, şəhid oldu. Ancaq lazımdır ki, o qan Vətəni

qoruyarkən tökülsün. Düzdür, bu Azərbaycan övladları Vətəni ermənilərdən,

başqa düşmənlərdən qorumaq üçün yox, daxili düşmənlərimizdən qorumaq

üçün, Azərbaycanın dövlətçiliyini saxlamaq üçün həlak olublar, şəhid

olublar. Bu, Vətənin Vətən olmasını bir daha sübut edir.

Bir daha qeyd edirəm ki, biz qəbul etdiyimiz qərarı həyata keçirəcəyik.

İradəmiz möhkəmdir və Azərbaycanda sabitliyi təmin edəcəyik, Azərbaycanı

bu ağır vəziyyətdən çıxaracağıq. Kim ki, bu yolda bizə mane olacaq, o bizim

düşmənimizdir, xalqımızın düşmənidir. Güman edirəm ki, bu gün bu

proseslər başa çatacaqdır. Bir daha qeyd edirəm ki, Əlikram Hümbətov kimi

quldurun ətrafında yaranmış mif artıq dağıldı, xalq ona öz münasibətini

göstərdi. Lənkəran rayonunun İcra hakimi Dilruba Camalova fəaliyyətdədir.

Qadın bir çox kişilərdən, minlərlə kişidən qeyrətli çıxdı. Başqa rayonlara -

Astara rayonuna da, Cəlilabad rayonuna da, Biləsuvar rayonuna da icra

hakimləri artıq təyin olunubdur. Digər rayonlara da təyin ediləcək. Bu

rayonlarda Azərbaycanın qanuni hakimiyyəti dünən, bu gün bərpa olunub və

bərpa olunacaqdır. Azərbaycan dövlətini, dövlətçiliyini bütün bölgələrdə

təmin etməyə heç kəs mane ola bilməz.

Düzdür, biz heç də belə fikirdə deyilik ki, bunlar asan yolla gedəcək.

Müqavimətlər də olacaq. Son vaxtlar yaranmış cürbəcür quldur dəstələri

Azərbaycanın bəzi regionlarında cinayətkar işlər görürlər. Məsələn, Yevlaxda

bir banda yaranıb, iki dəfə gedib Balakən rayonuna, orada insanlara təcavüz

edib və süni olaraq azərbaycanlılarla avarlar arasında qarışıqlıqlar yaradıbdır.

O dəstə kimin tərəfindən idarə olunur - adamlar bunu da bilirlər. Ancaq orada

nə avar, nə də azərbaycanlı bir-birinə qarşı durmayacaqdır. Və heç bir yerdə

durmayacaqdır. Azərbaycanda millətlər arasında, etnik qruplar arasında heç

kəs münaqişə, yaxud



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə