MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə26/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   22   23   24   25   26   27   28   29   ...   256

____________Milli Kitabxana____________

68

Ali Sovetdə, mənim iş yerimdə görüşdük: baş nazir Surət Hüseynov, daxili



işlər naziri Vaqif Novruzov, baş prokuror Əli Ömərov və mən. Müzakirə

etdik, aydınlaşdırmaq lazım idi ki, kim günahkardır, kim kimə nə deyib, kim

kimə deməyib, kim kimi incidib, yaxud kim kimi təhqir edib. Bu zaman

məlum oldu ki, artıq Lənkəranda belə bir qurultay gedir, belə bir müzakirə

gedir. Baş nazir Surət Hüseynov mənim iş otağımdan Lənkəranla əlaqəyə

girdi, Əlikram Hümbətovla danışdı və prokurorların həbsi ilə əlaqədar ona bir

neçə söz dedi, biz hesab etdik ki, orada elə bir problem yoxdur. Ancaq axşam

bizə belə məlumat gəldi ki, artıq orada bu tədbir həyata keçirilir, orada

"Talış-Muğan Respublikası"nın yaranması haqqında, guya, qərar qəbul

edilib.


Kimin səlahiyyəti var bu qərarı qəbul etməyə? Orada Əlikram Hümbətov

"Talış-Muğan Respublikası"nın prezidenti seçilib, baş nazir təyin olunub. Ali

Sovetin sədri təyin olunub - filan. Bəzi məsələlər təyin olunub. Mən yenə

müraciət etdim Azərbaycanın baş naziri Surət Hüseynova ki, bu məsələləri

aydınlaşdırmaq lazımdır: nədir, nə təhərdir, nə cürədir. Sonra belə bir fikir

meydana çıxdı ki, Azərbaycanın baş naziri Surət Hüseynovun nümayəndəsi

bir də Lənkərana gedəcək, orada Əlikram Hümbətovla danışıqlar aparacaq və

Əlikram Hümbətov Bakıya gəlib bizimlə danışıqlar aparacaqdır.

Nümayəndə getdi, qayıtdı və Surət Hüseynova məlumat verdi ki, Əlikram

Hümbətov üçüncü gün bu gün beşinci gündür, - yəni srağagün - Bakıya

gələcək və biz üçümüz - yəni Surət Hüseynov, Əlikram Hümbətov və mən,

üçümüz görüşüb danışacağıq və bu məsələlərə son qoyulacaq, üçüncü gün o

gəlmədi, dördüncü gün məlumat aldıq ki, Əlikram Hümbətov gəlib günün

birinci yarısında baş nazirin yanında olub.

Dünən, yəqin televiziyadan məlumatınız var. Moskvanın baş naziri, meri

Yuri Mixayloviç Lujkov Bakıya gəlmişdi, biz onunla məşğul idik, mən də,

dövlət katibi də, baş nazir də və Nazirlər Kabinetinin bir çox rəhbər işçiləri

də bununla məşğul idi. Ona görə belə sözləşdik ki, bu tədbirləri qurtarandan

sonra axşamtərəfi biz görüşəcəyik. Belə də oldu. Tədbirlər qurtarandan sonra

təqribən axşam saat səkkizin yarısında biz Ali Sovetdə görüşməli olduq,

əvvəldən də danışmışdıq Surət Hüseynovla. Surət Hüseynov mənə məlumat

vermişdi ki, görüşdə biz üçümüz olacağıq, yəni üç nəfər - Əlikram

Hümbətov, Surət Hüseynov və Heydər Əliyev. Fəqət, mənim yanıma görüşə

gələndə iş otağına Rəhim Qazıyev də daxil oldu. Mən Rəhim Qazıyevin bu

məsələylə əlaqədar ora gəlməsinə təəccüb etdim, çünki biz əvvəldən nəzərdə

tutmamışdıq ki, Rəhim Qazıyev bu söhbətdə iştirak etməlidir, ancaq,

şübhəsiz, mənə məlumdur ki, Rəhim Qazıyev dəfələrlə Lənkəranda olub,

dəfələrlə Əlikram Hümbətovla görüşüb, onunla danışıqlar aparıb və hətta

məlum idi ki, baş nazir öz nümayəndəsini iki gün ondan öncə bir daha

Lənkərana, Əlikram Hümbətovla görüşməyə göndərərkən Rəhim Qazıyev

bunu bilmiş və dərhal ora getmiş, cəhd etmiş, nəticədə Əlikram Hümbətovla

Azərbaycanın




____________Milli Kitabxana____________

69

baş naziri Surət Hüseynovun nümayəndəsi arasında aparılan söhbətlərin



iştirakçısı olmuşdur.

Bunlar bizə məlumdur. Ancaq bunlara baxmayaraq, mən hesab etmirdim ki,

bu işlərdə Rəhim Qazıyev iştirak etməlidir, çünki əgər Rəhim Qazıyev indiyə

qədər dəfələrlə Lənkəranda olubsa, cürbəcür görüşlər aparıbsa, yəqin ki, bu

görüşlər orada gedən proseslərin düzgün istiqamətə yönəldilməsini təmin

etməliydi və həmin prosesləri bu dərəcəyə gətirib çıxarmayaydı. Əgər bu

proseslər bu dərəcəyə gəlib çıxıbsa, onda Rəhim Qazıyevin burada fəaliyyəti

nədən ibarətdir, müsbət xarakter daşıyır, ya mənfi xarakter daşıyır, bunu həyat

göstərəcək. Ona görə mən hər şeyi açıq deyirəm və izahat vermək istəyirəm. Mən

bizim dünənki söhbətimizdə Rəhim Qazıyevin iştirakını lazım bilmədim və

ondan rica etdim ki, bizə mane olmasın, biz üçümüz söhbətimizi aparaq.

Təəssüf ki, bu söhbət istədiyimiz nəticəni vermədi. Mən Əlikram Hümbətovla

ikinci dəfədir görüşürdüm. Birinci dəfə, dediyim kimi, 4 saat söhbətimiz

olmuşdu. O sakit bir şəraitdə keçmişdi. Ancaq dünən o, həyəcanlı, həddindən

artıq iddialı bir vəziyyətdə idi. Mən söhbəti başlayanda ki, biz bu bölgədə, cənub

rayonlarında, mərkəzdə Lənkəran olmaq şərtilə gedən bu proseslər haqqında

söhbət aparmaq istəyirik, o dedi ki, mən buraya bundan ötrü gəlməmişəm, siz

səhv eləyirsiniz, mən buraya gəlmişəm Azərbaycanda olan məsələləri müzakirə

etmək üçün, Azərbaycanın rəhbərliyində olan vəziyyəti müzakirə etmək üçün və

başqa şeylər üçün. Mən ona dedim ki, sizi bundan ötrü dəvət etməmişik, bunu

yəqin ki, Azərbaycanın səlahiyyətli orqanları, Ali Soveti, Nazirlər Kabineti özləri

müzakirə edərlər və edəcəklər. Əgər əlavə adamların bu işə cəlb olunması

lazımdırsa, biz bunu edəcəyik, o cümlədən əgər Əlikram Hümbətov da bu işə cəlb

olunacaqsa, biz cəlb edəcəyik. Amma sizin bura gəlib burada bu söhbətin

mövzusunu hökm etməyə heç bir hüququnuz yoxdur, ona görə söhbət ancaq bu

rayonlarda, cənub rayonlarında - Lənkəranda, Astarada, Yardımlıda, Lerikdə,

Masallıda, Cəlilabadda,- Biləsuvarda olan proseslərdən gedir: bu proseslər nə

proseslərdir, nə üçün baş verib, nə üçün qanunsuzluqlar var, nə üçün silahlı

qüvvələr orada qeyri-qanuni hərəkət eləyir, filan.

Bu mümkün olmadı, Əlikram, dəfələrlə, - biz 3 saata yaxın söhbət etdik, -

dəfələrlə mənim təkidimdən imtina etdi, başladı ultimatumlar verməyə, hətta

sizə deyim ki, mənə qarşı təhqiramiz  sözlər də, kobud, bəhtançı  sözlər də

işlətdi. Şübhəsiz ki, mən bunların hamısına dözdüm, çünki istəyirəm ki,

məsələlər hamısı qarşılıqlı anlaşma səviyyəsində getsin. Ancaq bu adam,

görünür ki, bu səviyyəyə malik adamdır. Ona görə mən əvvəl təəccübləndim,

amma sonra hesab etdim ki, təəccüblənmək lazım deyil. O, axırda da, əvvəldə

də eyni şeyləri təkrar edir ki, bu məsələlər kənarda olmalıdır, - mən dediyim

məsələlər, - yəni ultimatum qoyub ki, onlar həll edilməsə, "Talış-Muğan

Respublikası" da

olacaq, ancaq bunlar həll edilsə, "Talış-Muğan

Respublikası" ləğv olunacaq, demək, hər şey bir adamdan asılıdır, nə istəyir,

onu eləyir.

Məsələlər də ondan ibarətdir ki, Ali Sovet çağırılmalıdır,



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə