____________Milli Kitabxana____________
59
Bəs Qarabağ? Onlar bu müharibədə qalib gəlmədilər, münaqişəni siyasi
yollarla söndürmədilər! Çox kəndlərimizi, çox torpaqlarımızı itirdik! Dünən
yanıma bir kolxoz sədri gəlmişdi. Deyirdi: "Əlbəttə, dəhşətdir ki, orada
minlərlə baş mal-qara, minlərlə hektar torpaq itirdik, amma ən böyük
rüsvayçılıq budur ki, biz ata-babalarımızın müqəddəs saydığımız məzarlarını
itirdik. İndi düşmən bu məzarları murdarlayır, onların üstündə öz qələbələrini
bayram edir!".
Fevral ayında mən Elçibəylə görüşdüm. Səkkiz saat danışdıq. Mən ona
dedim: "Belə siyasət uğursuzluğa məhkumdur". O, çox düşüncəsiz cavab
verdi: "Biz idarə etməyi öyrənirik. Qoy təcrübəsizlər təcrübə toplasınlar.
Toplamazlar, biz onları işdən çıxarar və yerlərinə başqalarını qoyarıq".
Dedim: "Harda görünüb ki, xalqın başında dəlləklik öyrənəsiniz. Onun
üzərində eksperimentlər aparırsınız?" Bu, Gəncədə birbaşa cinayətlə
nəticələndi, qanla qurtardı. Buna görə də xalq onları rədd etdi!..
A.P.: - Bilirəm ki, Naxçıvanda, balaca bir respublikada siz qayda-
qanun yaratmağa, layiqli həyat səviyyəsini qoruyub saxlamağa müvəffəq
oldunuz. Sizin üçün, əgər belə demək caizsə, "Naxçıvana sürgünlük" nə
demək idi?
H.Ə.: - Xalq Cəbhəsinin yeni peyda olmuş başçılarının biri televiziyaya
çıxıb, lovğa-lovğa bildirmişdi: "Əgər lazım gələrsə, mən Naxçıvana gedib
Əliyevin başına güllə çaxaram!" Mənə qarşı iki dəfə qəsd təşkil etdilər, iki
dəfə məni öldürmək istədilər. Amma oxları daşa dəydi, niyyətləri baş
tutmadı. Onlar Əliyevə divan tutmaq üçün Naxçıvanı blokadaya aldırdılar.
Bizi ərzaqdan, neftdən məhrum etdilər. Elektrik enerjisini büsbütün kəsdilər.
Bizdə soyuqlar və aclıq başlandı. Südəmər körpələr xəstəxanalarda soyuqdan
donub ölürdülər. Camaat bağ-bağatı qırıb od qalayırdı. Ev-eşiyi isitmək üçün
meyvə ağaclarının 70 faizini kəsib doğradılar. Nə qədər meşə qırıldı. Lakin
mən də sağ qaldım, xalq da.
İran və Türkiyə rəhbərləri ilə aramızda şəxsi dostluq münasibətləri
yarandı. İran prezidenti öz təyyarəsini Naxçıvana göndərdi. Mən onunla
Tehrana gedib, yardım barəsində razılığa gəldim. Biz elektrik xətti çəkdik və
İrandan enerji almağa başladıq. Eləcə də yanacaq və ərzaq... Türkiyə
prezidenti Dəmirəlin özü mənə 100 milyon dollar kredit təklif etdi. O da öz
prezident təyyarəsini göndərdi və mən onun yanına, Ankaraya uçdum. Mən
Türkiyəyə yol çəkdirdim, Araz çayı üstündən körpü saldırdım və mal
təchizatını təşkil etdim. Lakin başlıca nailiyyətim budur ki, mən Ermənistanla
silahlı münaqişəyə yol vermədim. Vəziyyət çox gərgin idi, ciddi hadisələr baş
verirdi, lakin mən çıxış yolu tapdım, nəticədə torpağımız al-qana boyanmadı.
Mən çox sadə yaşayır, aza qane olurdum, məişət şəraitimiz ağır idi. Bu
sözlərim xalqıma da aiddir. Lakin biz sağ qaldıq və əmin-amanlığımızı
qoruyub saxladıq. Bakıdan yanıma tez-tez adamlar gəlir, dilə tuturdular ki,
siyasətə qayıdım. Lakin mən istəmirdim. Xalq Cəbhəsinin siyasətinə
qoşulmaq istəmirdim. Çünki bu siyasət fəlakətə doğru aparırdı.
____________Milli Kitabxana____________
60
A.P.: - Siz indi "Yeni Azərbaycan" Partiyasının liderisiniz. Mən bilən,
onun artıq 100 min nəfər üzvü var. Siz hər halda Bakıya qayıtmısınız,
siyasətə qoşulmusunuz, sizinlə birlikdə partiyanız da siyasət meydanına
atılıbmı?
H.Ə.: - Mən buraya heç də partiyanın lideri kimi gəlməmişəm. Mən buraya
tamam könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə
görə gəldim. Başa düşəndə ki, xalqım vətəndaş müharibəsi həddindədir, onda
mən buraya gəldim. Vətəndaş müharibəsi isə xalqın məhv olması, dövlətin sonu
deməkdir! Odur ki, gəlməyə bilməzdim. Təkrar edirəm: Mən buraya partiya ilə
birlikdə yox, tək, ürəyimin hökmü ilə gəldim ki, xalqıma ən dəhşətli fəlakətdən
yaxa qurtarmaqda kömək edim.
A.P.: - Mən bilirəm, sizi şəxsən Elçibəy çağırıb, sizi Xalq Cəbhəsi dəvət
edib. İndi isə siz onu siyasətdən uzaqlaşdırmısınız. Burada ziddiyyət
yoxdurmu?
H.Ə.: - ... Xalq Cəbhəsi gördü ki, işlər fənadır, sonları çatmaqdadır və xalq
onları sadəcə olaraq didib-dağıdacaqdır. Buna görə də Elçibəy məni çağırmağı
qərara aldı ki, vəziyyəti xilas edim. O, Naxçıvana mənə zəng vururdu, lakin mən
dəstəyi götürmürdüm. O, yenə zəng vurdu. Mən dəstəyi yenə də götürmədim.
İyunun 7-də onlar Bakıdan mənə təyyarə göndərdilər. Mən təyyarəni geri
qaytartdırdım. İyunun 8-də onlar təzədən təyyarə göndərdilər. Mən Elçibəylə
telefonla danışdım və Bakıya getməkdən imtina etdim. İyunun 9-da Surətin
qoşunları Bakının 100 kilometrliyində idi. Elçibəy yenidən mənə təyyarə
göndərdi. Yalvarıb-yaxardı ki, Bakıya gəlim, mən razılaşdım.
Nə gizlədim, oraya gedib fəlakətli vəziyyəti görməyə qorxurdum, buna
baxmayaraq, başa düşürdüm ki, hökmən getməliyəm, çünki xalqın taleyi həll
olunurdu. Xülasə, mən Bakıya gəldim və biz Elçibəylə bir neçə saat danışdıq. O,
mənə baş nazir vəzifəsini təklif etdi. Onun silahdaşları Pənah Hüseynov hələ də
həmin vəzifədə qalmaqda idi. Mən imtina etdim. Onların hamısı Elçibəyin yanına
toplaşdılar və məni dinlədilər. Mən onların cinayətkar idarəetmə üsulu barəsində
nə düşünürdümsə, hamısını üzlərinə dedim. İsa Qənbərov dözməyib dilləndi:
"Biz elə düşünürdük ki, siz bizə məsləhət verəcəksiniz, siz isə bizə ittihamnamə
oxuyursunuz!" Bəli, məhz belə idi.
İyunun 11-də İsa Qəmbərov Ali Sovetin sədri vəzifəsindən istefa verdi,
deputatlar mənə bu vəzifəni tutmağı təklif etdilər. Mən boyun qaçırdım. Onlar
məni dilə tutmaqda davam etdilər.
Mən dedim: "Gəlin sessiyanı bir neçə günlüyə təxirə salaq. Mən Surət
Hüseynovla görüşmək istəyirəm". Mən onunla tanış deyildim və təyyarə ilə
Gəncəyə, onun yanına getdim. Biz Surətlə, yalan olmasın, bütün gecəni danışdıq.
Səhərisi o, məni şəhərə apardı. Mən döyüşlərin izlərini, dağıdılmış tikililəri, yanıb
külə dönmüş mənzilləri gördüm, cinayətin izlərini gördüm. Bakıya qayıdıb Ali
Sovetin təklifini qəbul etdim və iyunun 15-də sədr vəzifəsinə seçildim. Mən bunu
yalnız bir məqsədlə - vətəndaş müharibəsi təhlükəsini sovuşdurmaq məqsədi ilə
etdim.