____________Milli Kitabxana____________
55
- Əgər belədirsə, əvəzini görəcəksiniz. Yeri gəlmişkən, yəqin Siz
Allaha inanmırsınız...
- Əvvəllər bu barədə sadəcə olaraq düşünmürdüm. İndi inanıram.
- Nə vadar etmişdir?
- Yəqin ki, yaş. Bundan əlavə, son vaxtlar mənə əziz olan çox adamı
itirmişəm. Həyat yoldaşım Zərifə Əzizovna 85-ci ildə vəfat etmişdir.
Moskvada Novodeviçye qəbiristanında dəfn
olunmuşdur. Tanınmış
oftolmoloq idi. Üstəlik, musiqi də bəstələyir, gözəl piano çalır, oxuyurdu. Biz
otuz il birlikdə ömür sürmüşdük... Bu yaxınlarda böyük qardaşlarım və bacım
dünyalarını dəyişmişlər. Ailədə səkkiz uşaq idik. Atam dəmir yolunda fəhlə
idi, gecə-gündüz işləyirdi. Bizi anamız boya-başa çatdırmışdır. Məndən
böyük qardaşlarımdan biri akademik idi, Azərbaycanda Elmlər
Akademiyasını yaratmışdı, o biri rəssam idi. Məni də ki, tanıyırsınız. Kiçik
qardaşlarım və bacılarım sağdırlar. İndi Bakıda onlardan birinin mənzilində
yaşayıram. Uşaqlarından birinin çox da böyük olmayan otağını məndən ötrü
ayırmışlar. Orada taxt var. Mənə bəs edir.
- Bəs uşaqlarınız nə ilə məşğuldurlar?
- İki uşağım var. Qızım Sevil Şərqşünaslıq İnstitutunun aspiranturasını
bitirmişdir. Oğlum İlham isə Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunu qurtarmışdır. İki dil bilir, İngiltərəyə getməyə hazırlaşırdı, lakin
buraxmadılar. Bax, budur, bizim keçmiş sistemin yaramazlığı: atasını
vəzifədən götürdülər, oğluna da mane oldular. İndi hansısa bir şirkətdə
məsləhətçi işləyir. Kürəkənim əks-kəşfiyyatla işləyirdi. Polkovnik idi, adı da
yaxşılığa çəkilirdi. Məni vəzifədən çıxaran kimi,
onu da işdən
uzaqlaşdırdılar.
- Sizin ailə həyatınızın sevinc içində keçdiyini demək çətindir. Bütün
müdrikliyinizi səfərbər edib məsləhət verin: bu çətin dövrdən necə
salamat çıxaq?
- Düşünəcəyəm.
Söhbəti
Mixail Serlyukov
aparmışdır
"Azərbaycan",
10 avqust 1993-cü il
____________Milli Kitabxana____________
56
BOLİVİYANIN PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB
XAYME PAS SAMORAYA
Hörmətli cənab prezident!
Sizi və Boliviya xalqını milli bayram - Müstəqillik gününün elan edilməsi
münasibətilə səmim-qəlbdən təbrik edirəm. Şəxsən Sizə və bütün Boliviya
xalqına sülh, xoşbəxtlik, ölkənizə tərəqqi və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirən
Azərbaycan Respublikası
Ali Sovetinin sədri
10 avqust 1993-cü il
SİNQAPUR RESPUBLİKASININ
PREZİDENTİ
ZATI-ALİLƏRİ CƏNAB Vİ KİM VİYƏ
Hörmətli cənab prezident!
Sinqapur Respublikasının milli bayramı - Milli İnqilab günü münasibətilə
Sizi və bütün Sinqapur xalqını səmim-qəlbdən təbrik edirəm. Fürsətdən
istifadə edərək bütün Sinqapur xalqına çiçəklənmə, sülh və əmin-amanlıq
arzu edirəm.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
10 avqust 1993-cü il
____________Milli Kitabxana____________
57
EKVADORUN PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB RODRİQO BORXA SEVALOSA
Hörmətli cənab prezident!
Sizi və bütün Ekvador xalqını milli bayram - Müstəqillik günü
münasibətilə səmim-qəlbdən təbrik edirəm.
Fürsətdən istifadə edib şəxsən Sizə və Ekvador xalqına sülh, əmin-
amanlıq və xoşbəxtlik arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
10 avqust 1993-cü il
KONQO RESPUBLİKASININ PREZİDENTİ
ƏLAHƏZRƏT GENERAL DANİEL SASSU
NQESSO CƏNABLARINA
Hörmətli cənab prezident!
Konqo Respublikasının milli bayramı - İnqilab günü münasibətilə şəxsən
sizi və bütün Konqo xalqını böyük məmnuniyyətlə səmim-qəlbdən təbrik
edir, sizə və xalqınıza ən xoş arzularımı yetirir, ölkənizə sülh, əmin-amanlıq
və tərəqqi arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
12 avqust 1993-cü il
____________Milli Kitabxana____________
58
YAZIÇI ALEKSANDR PROXANOVLA
MÜSAHİBƏ
A.P.: - Heydər Əliyeviç, indi aydındır ki, Azərbaycanın ən yeni
tarixində daha bir dövr başa çatır. Xalq Cəbhəsinin il yarımlıq
"hökmranlığı" sanki bir saatın içində qurtardı. Bu "hökmranlıq" elə bil
tüstü kimi çəkilib getdi. Siz bunu nə ilə izah edirsiniz? Bu dövr
Azərbaycan üçün nə demək idi?
H.Ə.: - Bu, respublikanın qara günə qoyulması, dağıdılması demək idi.
Onlar hər şeyi - təsərrüfatı da, mənəviyyatı da , psixologiyanı da
viran
qoymuşlar. Ən dəhşətlisi bu idi ki, adamlar daha əlini ağdan qaraya vurmur,
işləmirdilər. Elə işləmək imkanının özü də yox olub getmişdi. Bilirsinizmi,
biz Lənkəranda boş yerlərdə, çöllü-biyabanlıqda misilsiz, barlı-bərəkətli
tərəvəz plantasiyaları yaratmışdıq.
O
yerləri "Ümumittifaq bostanı"
adlandırırdılar. Orada əla faraş pomidor, xiyar, digər bostan məhsulları
əkilib-becərilir və bütün bu nemətin hamısı Norilskə, Upala, Moskvaya
göndərilirdi. Respublika olduqca böyük məbləğdə gəlir götürür, Rusiyanın
sənaye mərkəzləri isə dadlı-ləzzətli tərəvəz alırdılar. Yadımdadır, Finlandiya
prezidenti Urxo Kekkonen bu yerlərə istirahətə gəlmişdi və plantasiyalara
heyran qalmışdı. Bəs hanı indi bu plantasiyalar? Hər şey başlı-başına
buraxılmış, bərbad hala salınmışdır - yenə əvvəlki düzəngahlığa, çöllü-
biyabanlığa çevrilmişdir. Camaat işsizdir.
Yaxud götürək üzümü. Aleksey Nikolayeviç Kosıgin üzümçülərə çox
kömək edirdi. Biz üzüm istehsalını ildə 2 milyon tona çatdırmışdıq. Abşeron
üzümü mənim görüb daddığım bütün sortlar içərisində ən dadlı üzümdür.
Abşeron torpaqları quru, isti, qumsal torpaqlardır, üzüm bu isti torpaqlara
uzanaraq onların hərarətini, şirəsini-şəkərini canına çəkir. Hər şey məhv olub
getdi! Bu il biz olsa-olsa 400 min ton üzüm yığa biləcəyik...
Camaat daha işləmir, dolanmaq üçün xırda ticarətə girişmişdir. İran
qulaqlarının dibində, Türkiyə də lap yaxındır. Vecsiz malları qalaq-qalaq alıb
alverlə dolanırlar. Amma di gəl ki, bir şey istehsal etmirlər! Sumqayıtın
kimya müəssisələrinin yarısı dayanmışdır! Neft hasilatı kəskin şəkildə
azalmışdır!.. Hakimiyyətə gələnlərin nə təsərrüfat, nə idarəetmə işlərindən, nə
də siyasətdən başları çıxırdı! Kiçik elmi işçi, yazıçı olan bu adamlar dövlətin
nə demək olduğunu başa düşmürlər. Halbuki özləri azadlıqdan, hürriyyətdən
və haqq-ədalətdən dəm vurur, bunlardan ağızdolusu danışırlar, axırı nə oldu -
hamılıqla oğurluğa qurşandılar! Xalq bütün bunları görürdü və buna görə də
çox məyus olmuşdu! İş-gücləri küçələrə düşüb "Mersedes"lərdə ora-bura
çapmaq və boşboğazlıq etmək idi. Elə hey danışır, dil boğaza qoymurdular!
Mənəviyyatsızlar, əxlaqsızlar, açıq-aşkar oğrular çox idi, lap çox!