____________Milli Kitabxana____________
61
İyunun 16-da Surətin qoşunları Xalq Cəbhəsinin hərbi birləşmələri ilə
qarşılaşdı. Döyüş getdi, ölənlər oldu. Təbii ki, mən qardaş qırğınına yol verə
bilməzdim. Axı onsuz da bu illər ərzində xalqın qanı çox tökülmüşdü. Mən
Surətlə razılığa gəldim ki, onun qoşunları Bakıya girməyəcək, paytaxtda döyüş-
qırğın olmayacaqdır. Sonrasını özünüz bilirsiniz. Gəncə hadisələrini təhqiq etmək
üçün komissiya yaradıldı və komissiya belə bir qənaətə gəldi: Xalq Cəbhəsi
özünün liderləri simasında cinayət törətmişdir. Sonra Milli Məclisin sessiyası
çağırıldı. Əsas müqəssirlər deputat toxunulmazlığından məhrum edildi və həbsə
alındılar. Mən Bakıya bax, belə qayıtmışam.
A.P.: - Bəs bundan sonra nə etməli? Ölkə çapılıb-talanmış, cəmiyyət
parçalanmış, ona təfriqə salınmış, o, ruhdan düşmüşdür. İndi xalqı hansı
ideya birləşdirəcək? Əzab verilmiş, haldan düşmüş cəmiyyəti hansı
fəlsəfə, hansı ideologiya birləşdirəcək? Siz özünüz yaxın keçmişdə
kommunist ideyasının təbliğçisi olmuşsunuz, lakin indi bu ideya daha
yoxdur. Xalq Cəbhəsinin ikiəlli yapışdığı liberal ideya bir az əvvəl puça
çıxmışdır. Adamlar hansı ideyanı qəbul edəcəklər?
H.Ə.: - Yalnız milli barışıq ideyasını, ayrı heç bir ideyanı yox! Bunun
daha mənası yoxdur – sən hansı partiyaya mənsubsan, neçə yaşın var, hal-əhvalın
necədir. Bizi dəhşətli həddən yalnız ümummilli barışıq uzaqlaşdıra bilər. Bunu
xalq başa düşür, hərbçilər, kommersantlar, müəssisə direktorları başa düşürlər.
Biz heç kəsi təqib etməyəcək, gözümçıxdıya salmayacağıq. Əgər sən liberalsansa,
əgər sən Xalq Cəbhəsinin üzvüsənsə, səni heç kəs təqib etməyəcək, sənə gözün
üstə qaşın var, deməyəcəklər. Xalqa xidmət elə, xalqın yolunda özünü fəda elə.
Bax, budur ideya, budur fəlsəfə! Belə düşünürəm ki, bu ideologiyanı ədəbiyyat
və incəsənət xadimləri, din xadimləri formalaşdıracaqlar!
A.P.: - Bəs rəsmi Rusiya Bakıda baş vermiş hadisələrə, sizin siyasətə
qayıtmağınıza necə münasibət göstərdi?
H.Ə.: - Hələlik heç cür. Təkcə Ruslan Xasbulatov məni Ali Sovetin sədri
vəzifəsinə seçilməyim münasibətilə təbrik edib. Rəsmi Moskva susur. Xalq
Cəbhəsi Rusiya əleyhinə siyasət aparır, hər şey edirdi ki, Rusiya ilə
Azərbaycan yaxınlaşmasınlar. Deyəsən, bu Moskvanı da qane edirdi, Siz
Rusiyaya olan münasibətimi bilirsiniz. Azərbaycan Rusiya ilə iqtisadi,
mədəni, coğrafi-siyasi cəhətdən bağlıdır. Biz sadəcə qonşu deyilik, bizim bir
tariximiz var. Təkrar edirəm: Rusiya ilə bugünkü münasibətlər məni razı
salmır, lakin mən qəti əminəm ki, münasibətlərimiz hökmən inkişaf
etdiriləcəkdir.
A.P.: - Dağıdılmış xalq təsərrüfatı necə olacaq? Siz hansı iqtisadi
modeli irəli sürmək niyyətindəsiniz? Məsələ burasındadır ki,
Azərbaycanın tərəqqisini məhz sosialist modeli təmin edirdi.
H.Ə.: - Bizim xalq təsərrüfatının dirçəlişini mən bazar münasibətlərində
görürəm. Sivilizasiyalı bazarın bütün formalarında, sahibkarlıqda,
kommersiya banklarında, xarici kapitalın cəlb edilməsində, o cümlədən
MDB ölkələrində toplanmış
____________Milli Kitabxana____________
62
müsbət cəhətlərdə görürəm. Azərbaycan bazarının qapıları bizimlə qarşılıqlı
surətdə faydalı əməkdaşlıq etmək istəyənlərin hamısının üzünə açıqdır. Xalq
Cəbhəsi Azərbaycanın sərvətlərini - qızılını, neftini, var-yoxunu xalq üçün
qətiyyən sərfəli olmayan şərtlərlə, dəyər-dəyməzinə satırdı. Görünür, yaxşı
rüşvət almışdılar.
Mən əmr verdim ki, dünyanın ən iri neft şirkətləri ilə bağlaşmalar
dayandırılsın, çünki onlar mənə şübhəli görünürdü. Bununla əlaqədar, dünya
mətbuatında böyük hay-küy qopdu. Mən şirkətlərin nümayəndələrini qəbul
edib bildirdim: "Bu, bağlaşmaların kəsilməsi demək deyil. Biz ekspertiza
keçirəcəyik, əgər ekspertiza bağlaşmaların qarşılıqlı surətdə faydalı olduğunu
aşkara çıxararsa, onda bağlaşmalar inkişaf etdiriləcəkdir".
A.P.: - Heydər Əliyeviç, sizin 70 yaşınız var. Siz həyat məktəbi keçmiş
siyasətçisiniz, zəngin təcrübəyə maliksiniz. Həyatın hər üzünü görmüsünüz.
Surət Hüseynov 34 yaşındadır. O siyasətdə təzədir. Onu ölkədə yüksək
vəzifələrə milli faciə, müharibə gətirib çıxarmışdır. Siz necə birgə fəaliyyət
göstərirsiniz? Sizin psixoloji qarşılıqlı fəaliyyətiniz, birgə siyasi praktikanız
necə təşəkkül tapmışdır?
H.Ə.: - Surət Hüseynov Yevlaxda iri bir zavod direktoru olub, deməli
istehsalatçıdır. İqtisadiyyatın problemlərini bilir. Mən ona baş nazir vəzifəsini
təklif etdim və əminəm ki, əl-ələ verib işləyəcəyik. Mən bütün təcrübəmi
onunla bölüşəcəyəm. Əlbəttə ki, bizim üçün başlıca problem təcrübəli işçilər,
ağıllı və vicdanlı mütəxəssislər yığmaqdır.
"Azərbaycan",
12 avqust 1993-cü il
____________Milli Kitabxana____________
63
BİLƏSUVAR, CƏLİLABAD, MASALLI,
LƏNKƏRAN, ASTARA, YARDIMLI
VƏ LERİK RAYONLARINDAN SEÇİLMİŞ
XALQ DEPUTATLARI VƏ HƏMİN RAYONLARDAN
OLAN RƏHBƏR İŞÇİLƏR VƏ ZİYALILARLA
GÖRÜŞDƏ GİRİŞ SÖZÜ
13 avqust 1993-cü il
Bu axşam biz bir neçə mühüm məsələ ilə əlaqədar məsləhətləşmək və
fikirlərimizi bölüşmək məqsədilə sizi narahat etmişik, buraya dəvət etmişik.
Düzdür, indi iş vaxtı deyil, gecdir, ancaq by gün Azərbaycanın həyatı elədir
ki, səhər-axşam, gecə-gündüz yoxdur. Hər halda biz bu rejimlə işləyirik, ona
görə də mən güman edirəm ki, məhz by gec vaxtda bu toplantını yığmağımızı
siz qanuni hesab edərsiniz.
Məsələ bundan ibarətdir. Artıq bəllidir ki, son aylar Azərbaycan
Respublikasının cənub zonasında olan rayonlarda, yəni Astara, Lənkəran,
Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında bəzi proseslər
gedir. Bu proseslər həm o rayonların əhalisini, həm də Azərbaycanın
ictimaiyyətini narahat edir, çünki bu proseslər neqativ xarakter daşıyır. Bu
proseslər qanun pozuntuları ilə əlaqədardır, bəzi insanların hüquqlarını pozur
və ümumiyyətlə, Azərbaycanda gərgin olan ictimai-siyasi vəziyyəti daha da
gərginləşdirir.
Bunların nə vaxt başlandığını mən sizə dəqiq deyə bilmərəm, ola bilsin ki,
burda iştirak edən şəxslər bunu məndən yaxşı bilirlər, çünki bildiyiniz kimi,
mən buraya İyun ayının ortasında gəlmişəm. O vaxta qədər Naxçıvanda
yaşamışam və Azərbaycanın ayrı-ayrı regionlarında gedən proseslər
barəsində o qədər də məlumatım olmayıbdır. Bura gəlib işə başlayandan
sonra bu barədə Ali Sovetdə məlumat almışam. Mən Ali Sovetin sədri kimi,
işə başlayandan sonra Ali Sovetə bu məlumatlar vaxtaşırı gəlirdi, ancaq
bilirsiniz ki, o vaxtlar bizim başımız həddindən artıq qarışıq idi.
İyun ayının 4-də Gəncədə baş vermiş qanlı hadisələr, demək olar ki,
bizim vaxtımızı aldı, o hadisələrin müəyyənləşdirilməsi, təhlil, müzakirə
olunması, bildiyiniz kimi, iyul ayının 16-na qədər çəkdi. İyul ayının 15-16-da
biz Gəncədə baş vermiş qanlı hadisələri Milli Məclisin iclasında müzakirə
etdik, iyul ayının 16-da qərar qəbul etdik. Eyni zamanda, bildiyiniz kimi, o
günlərdə Azərbaycan Respublikasının daxili vəziyyətində sabitlik
pozulduğuna görə, cürbəcür qüvvələrin qarşıdurmasının mövcud olduğu bir
dövrdə, Ermənistanda gedən müharibədə də uğur-
Dostları ilə paylaş: |