____________Milli Kitabxana____________
39
E.A x u n d o v a, "Azadlıq" radiostansiyası: Mənim birinci sualım cənab
Raffaelliyə, ikincisi isə Heydər Əliyevədir. Cənab Raffaelli, Siz Qarabağ
məsələsinə dair sülh danışıqlarının növbəti dövrəsini keçirdiniz. Sizcə, bu
problemin dincliklə həlli üçün kim və hansı tərəf hər halda daha böyük
çeviklik və daha böyük siyasi iradə göstərdi? Dediniz ki, Dağlıq Qarabağ
rəhbərlərinin Sizə verdikləri sənəd üç bənddən ibarətdir. İlk iki bəndi siz
özünüz əsassız hesab etdiniz. Üçüncü bənd isə, fikrinizcə, asanlıqla həll edilə
bilər və bu, sırf texniki məsələdir. Əgər belədirsə, həmin sənəd erməni
tərəfinin yalnız bu vəziyyəti davam etdirməyə və problemin dincliklə həllini
uzatmağa, Heydər Əliyev demişkən, hətta tamam pozmağa can atması demək
deyilmi? Belə bir amil yoxdurmu?
M.R a f f a e l l i: Ümidvaram ki, belə deyildir. Buna görə də hamı səy
göstərməli, lazımi səy göstərməlidir ki, dialoq meylli mövqelər üstünlük
təşkil etsin. Yəni, mən nəzərə almalıyam ki. izahat üçün sorğular verilmişdir.
Biz də bu suallara müvafiq cavablar vermək istəyirik. Təbiidir ki, rədd cavabı
alınarsa, dediyiniz problem ortaya çıxacaqdır.
E.A x u n d o v a: Heydər Əliyeviç, sualım sizədir. Siz Ermənistan
prezidenti Levon Ter-Petrosyanla tez-tez ünsiyyətdə olmusunuz və indi də
əlaqə saxlayırsınız. Bir vaxtlar hər ikiniz gələrək məsələsini həll etməyə və
bu münaqişənin güclənməsinə yol verməməyə müvəffəq olmusunuz.
Təəssüratınız necədir: onunla razılığa gəlmək olarmı? Qarabağ problemini
hazırda Ermənistanda hakimiyyətlə olan liderlərin iştirakı ilə həll etmək
mümkündürmü? Yoxsa Ter-Petrosyan bu siyasi oyunla hər halda sıravi
fiqurdur?
H.Ə l i y e v: Əvvəla, mən Ter-Petrosyanla tez-tez ünsiyyətlə olmuram,
onunla yalnız son dərəcə zəruri hallarda telefon danışıqları aparıram.
İkincisi, indi, cənab Rafaellinin burada olduğu dövrdə, cənab Raffaellinin
nümayəndə heyətinin Xankəndiyə necə gedib çıxması məsələsində yaranmış
çətinliklərlə əlaqədar telefon söhbətlərimiz olmuşdur, bu söhbətlər dünən
axşam, cənab Raffaelli Bakıya gec qayıtdıqda da olmuşdur. Ermənistan
prezidenti Levon Ter-Petrosyan telefon danışıqlarında əmin edir ki, o, hazırla
hər cür səy göstərir ki, ATƏM-in, indiki konkret halda Minsk konfransının
missiyası yerinə yetirilsin. Yeri gəlmişkən, o, mənə xatırlatdı ki, birinci dəfə
sənədi Azərbaycan tərəfi və Ermənistan Respublikasının rəhbərliyi
imzaladıqdan sonra onu Dağlıq Qarabağın erməni icmasının rəhbərliyi
imzalamamışdır, lakin onun səyləri və ya təzyiqi nəticəsində bu sənəd
imzalanmışdır. Mən bu söz ləri nəzərə alıram. Əminəm ki, müharibə heç
vaxt heç bir xalqa xoşbəxtlik gətirməmişdir, bunu Ermənistandakı təcavüzkar
əhvali-ruhiyyəli adamlar da başa düşməlidirlər. Zənnimcə, bunu Levon Ter-
Petrosyan da başa düşür.
N a i l ə Y a q u b o v a, "
Yeni Müsavat": Cənab Raffaelli, mənim
birinci sualım sizədir. Siz qrupunuzun işinin nəticələrini müsbət hesab
etdiniz. Bununla bərabər BMT-nin 822 nömrəli
____________Milli Kitabxana____________
40
qətnaməsinin həyata keçirilməsində fasiləni LQR rəhbərliyinin rəsmi
təklifinin olmasının zəruriliyi ilə izah etdiniz. Bu, Azərbaycanın həmin
respublikanı tanımadığı halda, onun rəsmən tanınması demək deyilmi? Bu nə
ilə bağlıdır? Bu, dövlətimizin, yoxsa sizin missiyanızın zəifliyidir?
M.R a f f a e l l i: Mən belə düşünmürəm ki, bu cür danışıqların
aparılması yeni dövlətlərin və ya yeni qurumların tanınması deməkdir.
Danışıqlar o kəslərlə aparıdır ki, onlar bilavasitə yerlərdədir. Dağlıq
Qarabağın statusu problemi isə müharibənin əsasını təşkil edən siyasi
problemdir, bu mövzu Minsk konfransının mövzusudur. Rəhbər tutduğumuz
əsas prinsip belədir: dövlətin bütövlüyünü və onun sərhədlərini dəyişdirmək
qeyri-mümkündür. Bunu yalnız dinc yolla, danışıqların gedişində etmək olar.
H.Əl i y e v: Mən buna onu əlavə edə bilərəm ki, bu, Azərbaycan
tərəfinin zəifliyi deyildir. Cənab Raffaelli dedi ki, birinci sənəd həm
Azərbaycan rəhbərliyi, həm də Ermənistan rəhbərliyi tərəfindən
imzalanmışdır. Azərbaycan rəhbərliyi bu sənədi imzalayarkən, əlbəttə, onu
əsas tuturdu ki, sənədi hazırda Dağlıq Qarabağda hakimiyyətdə olanlar da
imzalamalıdırlar.
N.Y a q u b o v a: Heydər bəy, ikinci sualım sizədir. Elçibəy
hökumətinin səriştəsizliyini sübut etmək istəyənlər birinci dəlil kimi bu
hökumətin müharibədəki məğlubiyyətlərini göstərirlər. Lakin bizə o da
məlumdur ki, müharibə təkcə Ermənistan ilə Azərbaycan arasında getmir,
onun miqyası genişdir. İstərdim deyəsiniz, yeni hakimiyyət gəldikdən sonra
Azərbaycanın nə qədər torpağı işğal edilmiş, nə qədər adam həlak olmuş və
əsir düşmüşdür? Bunun günahını kimin ayağına yazmaq olar? Yəni, bu
faciələrdə beynəlxalq qüvvələrin və indiki hakimiyyətin rolu necədir?
H.Ə l i y e v: Yeni hökumət? Hansını deyirsiniz?
N.Y a q u b o v a: Bu gün hakimiyyətdə olanı.
H.Ə l i y e v: Bu gün hakimiyyətdə olanlar işə yenicə başlamışlar. Siz
əvvəlcə aydınlaşdırın ki, bundan qabaq hakimiyyətlə və hökumətdə olanların
vaxtında nə qədər torpaq işğal edilmiş, nə qədər insan həlak olmuş və nə
qədər adam qaçqına çevrilmişdir. Sonra bunların hamısını aydınlaşdırarıq.
N.Y a q u b o v a: Heydər bəy, mən dedim ki, Ermənistan ilə Azərbaycan
arasında müharibə təkcə iki respublikanın apardığı müharibə deyil. Bugünkü
məğlubiyyətlərlə, yəni Sizin hakimiyyətə gəlişinizdən sonrakı
məğlubiyyətlərlə beynəlxalq qüvvələrin və indiki hakimiyyətin rolu necədir?
Mənim sualım budur.
H.Ə l i y e v: Bu günlərdə baş verən hadisələr barədə əvvəlki mətbuat
konfransında danışmışam. İyunun 12-dən 28-dək erməni silahlı qüvvələri
müxtəlif istiqamətlərlə Azərbaycan torpaqlarına hücuma keçmişdi. O zaman
hansı hakimiyyətin olduğunu və hakimiyyətdə kimin olduğunu bilirsiniz.
Prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə gecən gecə buradan
getmişdir. O, indi də prezident vəzifəsində qalır, elə deyilmi? Lakin iyunun
28-də atəş dayandırıldı. Amma sonra, sizə məlum olduğu kimi, iyulun