____________Milli Kitabxana____________
30
təqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil
olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır. İndi başqa
zəmanədir. Mən Azərbaycanı gələcəkdə azad, müstəqil dövlət kimi görürəm.
Lakin demokratikləşdirmə, siyasi plüralizm yolu ilə, bazar İqtisadiyyatı
yolu ilə, bütün ölkələr - həm Qərb, həm də Şərq ölkələri açıq olmaq yolu ilə
getməli olan azad müstəqil dövlət kimi Azərbaycan, şübhəsiz bütün ölkələrlə
bərabərhüquqlu, qarşılıqlı surətlə faydalı münasibətlər saxlamalıdır. O
cümlədən də, əlbəttə, qonşularla. Təbii ki, Rusiya böyük ölkədir.
Azərbaycanın şimal qonşusudur. Üstəlik onu da yaddan çıxarmaq olmaz ki,
Rusiya və Azərbaycanı bir-biri ilə az qala iki yüz illik tarix bağlayır. Bütün
bu dövr ərzində həm mədəniyyətdə, həm elmdə, həm təhsildə, həm
İqtisadiyyatda, həm də adamların şəxsi həyatında mövcud olan qarşılıqlı
münasibətlər mühitini əslində elə bu əlaqələr yaratmışdır. Belə hesab edirəm
ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin indiyədək mövcud olan
səviyyəsi qənaətbəxş deyildir. Tarixi əlaqələri, qarşılıqlı iqtisadi mənafeləri,
hamımızın birlikdə yaşadığı regionun mənafelərini əsas tutaraq bu səviyyəni
qaldırmaq lazımdır. Mən əməli fəaliyyətimlə bu yolla gedəcəyəm.
- Heydər Əliyeviç, ənənəyə uyğun olarağ, bugünkü proqramda Sizin
yekun sözü söyləməyiniz üçün bizim bir dəqiqə vaxtımız var.
- Əvvəla, mən bugünkü televiziya görüşü üçün sizə təşəkkürümü
bildirirəm, ikincisi isə, bu imkandan istifadə edərək, bütün televiziya
tamaşaçılarını Azərbaycanın vəziyyətini başa düşməyə çağırıram. Əlbəttə,
Rusiyada, keçmiş Sovet İttifaqının digər respublikalarında, uzaq xarici
ölkələrlə yaşayan bütün azərbaycanlılara, təkcə azərbaycanlılara deyil,
Azərbaycanın bütün sabiq vətəndaşlarına üz tutaraq, onları qayıtmağa, bu
çətin dövrdə Azərbaycanın həyatına fəal qoşulmağa çağırıram.
Bir vaxtlar ali təhsil almaq üçün Azərbaycandan Rusiyaya, Ukraynaya,
Belarusa, başqa respublikalara olduqca çoxlu adam göndərilmişdi, onların bir
çoxu böyük alim, mütəxəssis, biznesmen olmuş və indi hər biri öz bölgəsində
layiqli yer tutur. Mən istərdim ki, onlar - istər azərbaycanlılar, istərsə də
Azərbaycanın sabiq və ya indiki vətəndaşları onun həyatına böyük maraq
göstərsinlər. Mən hazırda Rusiya ordusunda, Ukrayna ordusunda, Belarus
ordusunda xidmət edən hərbi qulluqçulara da müraciət edirəm. Bir vaxtlar
biz ali hərbi məktəblərə oxumağa xeyli azərbaycanlı göndərmişdik, onların
bir çoxu həmin ordularda xidmət edir. İndi onların Azərbaycana qayıtmasına
lüzum, böyük tələbat var, biz gərək bu ağır vəziyyətdən birlikdə çıxaq. Mən
bütün televiziya tamaşaçılarına və bu çıxışın təşkili üçün "Ostankino"
şirkətinə özlərin minnətdarlığımı bildirirəm və bütün xeyirxah adamların bu
ağır vaxtda Azərbaycan
xalqına mənəvi kömək edəcəklərinə ümid
bəsləyirəm.
"Azərbaycan",
6 iyul 1993 cü il
____________Milli Kitabxana____________
31
FRANSA RESPUBLİKASININ PREZİDENTİ
ƏLAHƏZRƏT FRANSUA MİTTERAN
CƏNABLARINA
Hörmətli cənab prezident!
Milli bayramınız olan Bastiliyanın alınması günü münasibətilə Sizi
ürəkdən təbrik edir, Sizə və bütün fransız xalqına səadət və tərəqqi
arzulayıram.
Demokratik cəmiyyət, bazar İqtisadiyyatı yaratmaq yolunu seçmiş
Azərbaycan
xalqı öz suveren dövlətini qurur və bütün dünyada
demokratiyanın və azadlığın əsl dayağı və mücəssəməsi olan Sizin böyük
ölkənizə böyük ümidlə baxır.
Fürsətdən istifadə edərək, Sizi əmin edirəm ki, Azərbaycan və Fransa
arasında münasibətlərin xalqlarımızın rifahı naminə daha yaxşı inkişaf etməsi
üçün öz tərəfimdən hər şeyi edəcəyəm.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
13 iyul 1993-cü il
____________Milli Kitabxana____________
32
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏLAHİYYƏTLƏRİNİ HƏYATA KEÇİRƏN
AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN
SƏDRİ HEYDƏR ƏLİYEVİN
VƏ ATƏM-in DAĞLIQ QARABAĞA DAİR
MİNSK KONFRANSININ SƏDRİ
MARİO RAFFAELLİNİN BİRGƏ
MƏTBUAT KONFRANSINDA BƏYANATI
14 iyul 1993-cü il
Salam, hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.
Bugünkü mətbuat konfransımız ATƏM-in Dağlıq Qarabağa dair Minsk
konfransı nümayəndələrinin son günlər bölgəmizə, Azərbaycana,
Ermənistana səfərinin yekunlarına həsr olunmuşdur. Rus dilinə tərcümə
olunduğundan ümidvaram ki, cavablarımızın rus dilində olmasına etiraz
etməyəcəksiniz, lakin, şübhəsiz suallar həm Azərbaycan dilində, həm də rus
dilində, eləcə də başqa dillərlə verilə bilər.
Mən sizi danışıqlarımız haqqında və əldə olunmuş nəticələr haqqında
qısaca hali edəcəyəm, sonra sizə ATƏM-in Minsk konfransının sədri cənab
Raffaelli məlumat verəcək və bundan sonra biz suallarınıza cavab verməyə
hazır olacağıq. Zənnimcə, üzrlü hesab edərsiniz ki, dünənə təyin edilmiş
mətbuat konfransı keçirilməmişdir. Bu onunla əlaqədardır ki, birgə, yəni
bizim cənab Raffaelli ilə birlikdə hazırladığımız və cənab Raffaellinin Dağlıq
Qarabağdan, Xankəndidən axşam saat 6-da Bakıya qayıtmasını nəzərdə tutan
cədvəl, cənab Raffaellinin dediyi kimi, bəzi texniki səbəblər üzündən və hava
şəraiti ilə bağlı səbəblər üzündən pozulmuşdur. Buna görə də onlar bu gün
gəlib çıxmışlar.
Biz görüşdükdə cənab Raffaelli Xankəndidə apardığı danışıqların
yekunları haqqında məlumat verdi. Biz fikir mübadiləsi keçirərək,
görüşlərimizə ümumən yekun vurduq və budur, sizin görüşünüzə gəlmişik.
Bilirsiniz ki, ATƏM çərçivəsində Minsk konfransı öz fəaliyyətinə 1992-ci
ilin əvvəllərində başlamışdır və istər bu konfrans, istərsə də bütövlüklə
ATƏM Dağlıq Qarabağ hadisələri ilə əlaqədar Ermənistanla Azərbaycan
arasında yaranmış münaqişəni dincliklə aradan qaldırmaq məsələləri ilə
məşğul olur. Cənab Raffaelli və onun başçılıq etdiyi nümayəndə heyəti ilə
görüş zamanı bizim ötən dövrdə Minsk konfransının fəaliyyətini, əlbəttə,
təfsilata varmadan, qısaca təhlil etməyə imkanımız oldu. Odur ki, bu məsələ
üzərində indi də dayanmağa lüzum yoxdur.
Biz, sadəcə olaraq qeyd etdik ki, Minsk konfransının, hörmətli
beynəlxalq təşkilat olan ATƏM-in və Birləşmiş Millətlər