____________Milli Kitabxana____________
26
ri və ya iddiaları ilə bağlı deyildir. Mən artıq dedim və xatırlatmaq istəyirəm
ki, Surət Hüseynov hələ bir il bundan əvvəl prezident Əbülfəz Elçibəyin özü
tərəfindən Azərbaycan baş nazirinin müavini təyin edilmişdi. Bir daha təkrar
edirəm.
O, Azərbaycan prezidentinin bütün Qarabağda səlahiyyətli
nümayəndəsi təyin olunmuşdu. Belə ki, Surət Hüseynovun çoxlu vəzifəsi var
idi və bütün bu vəzifələri ona Azərbaycan prezidenti Elçibəy vermişdi. O ki,
qaldı indi onun baş nazir olmasına, burada nə var ki, o, sadəcə olaraq daha bir
pillə yuxarı qalxmışdır.
- Heydər Əliyeviç, Siz Surət Hüseynovla görüşübsünüz, bir insan
kimi və bir siyasətçi kimi onun haqqında nə deyə bilərsiniz?
- Surət Hüseynov, əlbəttə, olduqca cavandır və özünün dediyinə görə, onu
yaxından tanıyan adamların dediklərinə görə, Qarabağ zonasında müharibədə
Azərbaycan torpaqlarının müdafiəsi üçün müəyyən iş görmüşdür, onu tanıyır
və ona hörmət edirlər. Bundan əvvəl, o, Yevlax rayonunda iri sənaye
müəssisəsinin direktoru olmuşdur.
- Sağ olun. Bu gün biz Azərbaycan Xalq Cəbhəsi haqqında çox
danışırıq və il ərzində də danışmışıq. Sizcə, bu gün Azərbaycanda Xalq
Cəhbəsinin rolu necədir, o, nə kimi siyasi və sosial bazaya malikdir?
- Bilirsinizmi, Xalq Cəhbəsinin sosial bazası heç vaxt geniş olmamışdır.
Milli azadlıq uğrunda, Azərbaycanın milli istiqlaliyyəti uğrunda mübarizə
aparan xalq hərəkatı kimi, AXC 1988-ci ildə meydana gəlmişdir. Bu müddət
ərzində o, əlbəttə, qüvvə toplamış və həmin illərlə, kommunist hakimiyyəti
illərində Xalq Cəbhəsi kommunist rejiminə qarşı fəal çıxış edirdi və əlbəttə,
respublika rəhbərliyinin Qarabağ problemini həll etməyə qadir olmamısı ilə
əlaqədar rəhbərliyə qarşı xüsusilə fəal çıxış edirdi. Əslinə qalsa, Xalq
Cəhbəsinin özü ən əvvəl Qarabağ problemi ilə və orada başlanmış hərbi
əməliyyatlarla əlaqədar yaranmışdır. 92-ci ilin mayında, yaxud bundan bir
qədər əvvəl, Xalq Cəbhəsindən ayrı-ayrı şəxslər rəhbər vəzifələr tutmağa
başladıqda AXC-nin çoxlu tərəfdarı var idi, bu ona görə deyildi ki, onların
hamısı Xalq Cəhbəsinin üzvü idi, məhz ona görə idi ki, o vaxtlar rejimdən,
Azərbaycan rəhbərliyindən ümumi narazılıq vardı. Xalq Cəhbəsi isə
mənafelərin fəal ifadəçisi kimi çıxış edir, bu narazılığı nümayiş etdirirdi.
Buna görə də AXC ətrafına olduqca çoxlu adam toplaşmışdı və onlar xalq
tərəfindən geniş müdafiə edilirdilər.
Məhz bununla əlaqədar ötən ilin may ayında, daha doğrusu, martında
hadisələr baş verdi, prezident Mütəllibov istefaya çıxdı. Sonra üç ay, demək
olar, hakimiyyətsizlik oldu, may ayında Mütəllibov bir daha prezident
vəzifəsinə qayıtmağa cəhd göstərdi, lakin bu cəhd uğursuz oldu. Bax, onda
həmin rejimdən və Mütəllibovun atdığı düşünülməmiş həmin addımdan
narazılıq dalğası xalqı, əslində, Xalq Cəbhəsi ətrafında birləşdirdi. AXC-nin
bəzi liderləri məsul vəzifələr tutdular, ötən ilin İyununda prezident
seçkilərində isə Əbülfəz Elçibəy Azərbaycanın prezidenti seçildi.
____________Milli Kitabxana____________
27
Yeri gəlmişkən, deməliyəm ki, Xalq Cəhbəsi hakimiyyətə siyasi partiya kimi
normal demokratik mübarizədə gəlməmişdir. Sonra isə rəhbər vəzifələrə bütün
təyinatlar Əbülfəz Elçibəy tərəfindən həyata keçirilirdi. O hesab edirdi ki, Xalq
Cəhbəsinin sədridirsə, prezident seçilmişdirsə, deməli, bütün rəhbər vəzifələrə
AXC üzvlərini təyin edə bilər. Onunla Naxçıvandan telefon söhbətləri zamanı və
fevralda mən onunla görüşərkən və sonralar, artıq İyun ayında, bizim yeni
görüşümüz zamanı, mən ona demişdim ki, o, çox böyük siyasi səhvə yol verir. O,
gərək prezident seçilən kimi Xalq Cəhbəsinin sədri vəzifəsindən gedəydi, çünki
onu Xalq Cəhbəsi deyil, məhz Azərbaycan xalqı prezident seçmişdir. Lakin,
təəssüflər olsun, o, AXC-yə nəinki üstünlük verir, həm də büsbütün və tamamilə
yalnız AXC-yə arxalanırdı. Halbuki AXC öz sosial bazasını gündən-günə itirirdi.
4 İyun hadisələrinin səbəbi və Surət Hüseynov fonomeni təkcə bunda deyildir
ki, Gəncəyə qoşun göndərilmişdi, Surət Hüseynovun komandanlığı altında olan
hissəni mühasirəyə almaq və ona nə isə etmək istəyirdilər. Səbəb bu idi ki, xalqın
narazılığı artıq neçə aydı getdikcə güclənirdi. Əbülfəz Elçibəy və Xalq
Cəbhəsinin rəhbər vəzifələr tutan digər liderləri bunu İyun hadisələrindən xeyli
əvvəl başa düşmüşdülər. Hiss edirdilər ki, onların nüfuzu gündən-günə aşağı
düşür, xalq onlara olan etibarı itirir və onlar respublikanı idarə edə bilmirlər. İndi
mən müəyyən qiymət vermək istəməzdim. Əvvəla, mən bunu etmək arzusunda
deyiləm. İkincisi isə, sadəcə olaraq vaxt yoxdur - axı bu bir ildə Azərbaycanın
həyatında müsbət dəyişikliklər baş verməmişdir, əksinə, bütün sahələrdə vəziyyət
olduqca ciddi şəkildə pisləşmişdir. Xalq bunu görürdü və Xalq Cəbhəsinə olan
əvvəlki hörmət indi yoxdur, eləcə də Xalq Cəbhəsinin sosial bazası yoxdur. AXC
Azərbaycanın keçmiş rəhbərliyinə qarşı çıxış etdiyi vaxtlarda Azadlıq
meydanında mitinqlərə 200-300-400 min adam toplayırdı. İndi isə, Azərbaycan
prezidenti Elçibəyin özünün tətbiq etdiyi fövqəladə vəziyyət şəraitində Xalq
Cəbhəsinin fəal köməyilə yenə də mitinqlər keçirilir. Amma bu mitinqlərə min
beş yüz, iki min adam gəlir, qoy lap üç min olsun. Bu da sizə AXC-nin sosial
bazasının xarakteristikası.
- Cavab üçün təşəkkür edirəm. İcazə versəniz, bir neçə sual oxuyardım.
Onlar bu gün bizim televiziya suallarının, necə deyərlər, leytmotividir.
Çelyabinskdən Cəfərov Zakir: Siz Qarabağ müharibəsinə necə baxırsınız və
bu müharibə nə vaxt qurtaracaq? Tambovdan keçmiş bakılı Melkumyan
Boris: Bir rəhbər kimi, siz Qarabağ məsələsinin həllini nədə görürsünüz?
Movsesyan, Peterburq: İki il bundan əvvəl Əliyev müsahibəsində demişdi ki,
o, Qarabağ məsələsini ikicə günün içində həll edər. Soruşmaq istərdim. Siz
bunu necə etmək fikrindəsiz? Qarabağ münaqişəsinin həllinin nə kimi
yolları var və nə kimi variantlar ola bilər? – və Qarabağla bağlı digər
suallar.
- Cavab verim. Əvvəla, mən heç vaxt deməmişəm ki, Qarabağ məsələsini
ikicə günün içində həll etmək olar. Görünür, bu, nə isə səhvdir. Qarabağ məsələsi
mürəkkəb məsələdir, lakin bu məsələ məhz ona görə mürəkkəbləşmişdir ki,
vaxtında lazımınca həll