____________Milli Kitabxana____________
18
İSTANBULDA İQTİSADİ ƏMƏKDAŞLIQ
TƏŞKİLATININ 2-ci GÖRÜŞÜNÜN
İŞTİRAKÇILARINA
Zati-aliləri, hörmətli dostlar!
İcazə verin, mötəbər məclisinizi salamlayım, sizin hamınıza uğurlu və
səmərəli iş arzulayım. Əminəm ki, keçirilən bu məclisin həsr olunduğu
iqtisadi əməkdaşlığın inkişafı regionlarımızın və xalqlarımızın yaxınlığına
xidmət edəcək, onlara dinclik, səadət və firavanlıq bəxş edəcəkdir.
İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin - Türkiyənin, İranın, Pakistanın,
Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın,
Tacikistanın, Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri,
material ehtiyatları vardır. Onlardan birgə istifadə olunması əsl müsəlman
intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafına töhfə verəcəkdir.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
5 iyul 1993-cü il
____________Milli Kitabxana____________
19
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏLAHİYYƏTLƏRİNİ HƏYATA KEÇİRƏN
AZƏRBAYCAN RESPUBLİKASI
ALİ SOVETİNİN SƏDRİ
HEYDƏR ƏLİYEVİN BƏYANATI
1993-cü il 2 iyul tarixli bəyanatımla mən ABŞ, Rusiya, Türkiyə
dövlətlərinin, BMT, ATƏM və dünya ictimaiyyətinin diqqətini Ermənistan
silahlı qüvvələrinin Azərbaycan ərazisinə intensiv hücumları ilə yaranmış
vəziyyətə cəlb edərək onları təcavüzün dayandırılması üçün lazımi tədbirlər
görməyə çağırmışdım. Qarabağ məsələsinin sülh yolu ilə həll olunması üçün
təşəbbüskar olduqlarına görə bu dövlətlərin səyi ilə BMT Təhlükəsizlik
Şurasıiın 822 nömrəli qətnaməsinin həyata keçirilməsinin zəruriliyi
bildirilmişdi.
Məlum olduğu kimi, ATƏM-in Minsk konfransının sədri cənab
M.Raffaelli iyulun 5-də Azərbaycana gəlməli idi. Respublikanın rəhbərliyi
cənab M.Raffaellini qarşılamağa hazırlaşaraq lazımi tədbirləri həyata
keçirmiş və onun proqramını qəbul etmişdi. Çox böyük təəssüf və təəccüb
hissilə qeyd edirəm ki, buraya dəvət olunmuş dövlətlərin səfirləri, yəni
onların təmsil etdikləri dövlətlər lazımi tədbirlər görməyiblər. Bunu bəyan
edərək ona əsaslanıram ki, iyulun 2-dən sonra Ermənistan silahlı qüvvələrinin
Azərbaycan ərazisinə təcavüzkarlığı nəinki dayandırılmadı, hətta iyulun 3-4-
dən daha da genişləndi.
Ona görə də bizə məlum deyil, ABŞ, Rusiya, Türkiyə dövlətlərinin bu
istiqamətdə fəaliyyətləri nədən ibarət olub? Bununla bərabər biz c-b
M.Raffaellinin Azərbaycana gəlməsinə çox böyük ümid bəsləyirdik.
İnanırdıq ki, c-b Raffaellinin səfəri və nəzərdə tutulmuş proqramın həyata
keçirilməsi Ermənistan silahlı qüvvələrinin hücumunu dayandıra biləcəkdir.
Təəssüf ki, bu gün səhər bizə məlumat çatıb ki, c-b M.Raffaelli Bakıya
gəlməyəcəkdir və ümumiyyətlə səfərini təxirə salıbdır. C-b M.Raffaellinin
qəbul etdiyi qərarın səbəbləri bizə məlum deyildir. Onun bu addımını biz
başa düşə bilmprik, belə qərardan narazılığımızı və narahatlığımızı bildiririk.
Sonradan məlum oldu ki, cənab M.Raffaelli bu qərarını xarici agentliklərin
ermənilərin guya Ağdamı tutması haqqında yaydığı məlumat əsasında qəbul
edib. Əgər böyük siyasi, diplomatik addımlar ayrı-ayrı agentliklərin yaydığı
qeyri-mötəbər və yoxlanılmamış informasiyalar əsasında qəbul olunursa bu,
sadəcə olaraq, bizdə təəccüb doğurur və bunu anlaya bilmirik. Beləliklə, c-b
M.Raffaellinin öz planından geri çəkilməsi və regiona nəzərdə tutulan çox
əhəmiyyət-
____________Milli Kitabxana____________
20
li səfərini təxirə salması o deməkdir ki, Azərbaycanın ümid bəslədiyi ATƏM
artıq özünü münaqişənin nizama salınması prosesindən kənara çəkərək təcrid
edir və bizi Ermənistanla təkbətək vuruşmağa məcbur edir. Bu isə problemin
dinc vasitələrlə həlli perspektivlərinə ciddi zərbə vurur və regionda
müharibənin daha da şiddətlənməsi deməkdir. Belə bir vəziyyətlə barışmaq
isə qətiyyən mümkün deyildir. Bunun qarşısını almaq üçün ABŞ, Rusiya,
Türkiyə üzərlərinə götürdükləri missiyanı yerinə yetirməlidirlər və verdikləri
vədlərə sadiq olmalıdırlar. Bu ölkələrin səfirlərinin iyul ayının 2-dən sonrakı
vaxtda bu işə bəslədikləri münasibət bizi heç cür razı sala bilməz. Əgər
böyük dövlətlər təşəbbüsü öz üzərlərinə götürüblərsə və onlar Azərbaycan
hökumətini Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasına daim dəvət
ediblərsə, onlar da öz öhdəliklərini yerinə yetirməlidirlər. Birləşmiş Millətlər
Təşkilatı Təhlükəsizlik Şurasından xahiş edirik ki, bu məsələyə qarışsın, öz
imkanlarından və səlahiyyətlərindən istifadə edib lazımi tədbirlər görsün.
İyul ayının 2-dən indiyədək Ermənistan silahlı qüvvələri tərəfindən
aparılan hücumlar nəticəsində bir çox kəndlər və yaşayış yerləri əldən gedib,
dağıdılıb, yandırılıbdır. Xeyli insan həlak olub, çoxları öz yaşayış yerlərini
tərk ediblər və hazırda çöllərdə çox ağır vəziyyətdə yaşayırlar. Bunların
hamısı, şübhəsiz, Ermənistanın məhz indi, bu günlərlə çox qəti təcavüzkar
mövqedən çıxış etdiyini sübut edir. Bildirmək istəyirik ki, biz yenə də
Ermənistan tərəfindən edilən hərbi təcavüzün qarşısını dinc yolla almaq üçün
bütün imkanlardan istifadə etməyə çalışmışıq. Şəxsən mən bilavasitə
Ermənistan Respublikasının rəhbərləri ilə, Rusiyanın xüsusi tapşırıqlar üzrə
səfiri V.Kazimirovla, ABŞ və Türkiyənin Azərbaycandakı səfirləri ilə telefon
danışıqları aparmışam, təcavüzün dərhal dayandırılmasını xahiş etmişəm,
məsələnin asudə, sülh yolu ilə həllinə dəvət etmişəm. Təəssüf ki, bunlar
nəticə verməyibdir və Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində indi
də qanlı döyüşlər davam etməkdədir.
Biz xahiş edirik ki, bu ağır vəziyyətdə hərə öz üzərinə düşən vəzifəni
layiqincə yerinə yetirsin. Heç kəs, o cümlədən burada iştirak edən xarici
ölkələrin nümayəndələri də şübhə etməməlidirlər ki, bunların hamısı
Ermənistan silahlı qüvvələrinin təcavüzüdür və başqa cür qiymətləndirilə
bilməz. Güman edirik ki, belə bir faciəli vəziyyətdə bu böyük dövlətlər gərək
öz qəti tədbirlərini görsünlər. Bəyanatı bitirərək bir daha qeyd etmək istəyirik
ki, biz cənab M.Raffaellinin təcili gəlməsini gözləyirik və Azərbaycan
tərəfindən cənab Raffaellinin missiyasının