____________Milli Kitabxana____________
12
sürətlə inkişaf etməlidir. Bir sözlə, sadəcə olaraq xarici siyasət sahəsində öz
mövqeyimi bildirmək istəyirəm. Ali Sovetin sədri kimi bu istiqamətdə
fəaliyyət göstərəcəm, bizim prezidentimizin fəaliyyətinin, Ali Sovetin,
hökumətin fəaliyyətinin uğurlu olması yolunda çalışacağam.
Ancaq bunların hamısından ümdə indi Gəncədə baş vermiş hadisələri,
bununla əmələ gəlmiş gərginliyi aradan götürməkdən ibarətdir. Mən burada
Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan
vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza
tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır
vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan
torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini
təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr
kənara qoyulmalıdır. Mən müraciət edirəm bütün Azərbaycan xalqına, mən
Gəncə əhalisinə, Azərbaycan Respublikasının deputatı Surət Hüseynova
müraciət edirəm, onun silahdaşlarına müraciət edirəm və onların hamısını
müdrikliyə, insani münasibətlərə dəvət edirəm. Bizim respublikamızın indi
buna çox böyük ehtiyacı var və onlar da bilməlidir, bütün xalq da bilməlidir
ki, indi biz hamımız bir olmalıyıq. Azərbaycanın bu faciəli dövründə biz
böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün
siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar,
bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır,
hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq. Güman
edirəm ki, Gəncə əhalisi, Gəncənin ətrafındakı rayonlarda yaşayan insanlar
mənim bu səsimi eşidəcəklər, buna səs verəcəklər. Surət Hüseynov mənim bu
səsimi eşidəcək, özünü müdrik aparacaq və biz bu bəladan tamamilə qurtara
biləcəyik. Mən sizin hamınızı da bu sahədə fəaliyyət göstərməyə, birləşməyə
dəvət edirəm. Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır,
xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı gələr. Kimin
kiminlə nə haqq-hesabı var, sonra edər. Indi bunun vaxtı deyil.
Bununla əlaqədar olaraq bir məsələyə də toxunmaq istəyirəm. Bəzi
dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər
yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qısas alacaq. Kimsə
onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona
qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə
deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim
təbiətimdə qısasçılıq hissiyyatı yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar
süni surətdə yaradıblar və görsənir ki, bir mənə ləkə vurmaq üçün yox,
ümumiyyətlə, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qısasçılıq
hissiyyatına qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün
münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan
bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və
salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə
bir vəzi-
____________Milli Kitabxana____________
13
fəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət
aparmaq, qısas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və
istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız nizam-
intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna
riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla şübhəsiz ki, mən
öz əqidəmdən dönməyəcəyəm.
Güman edirəm ki, Ali Sovetlə, Azərbaycan prezidenti Əbülfəz Elçibəylə
birlikdə, hamımız birlikdə biz bu vəziyyətdən çıxa biləcəyik. Sizin hamınızı bu
yolla birliyə dəvət edirəm. Sağ olun.
İ.İbrahimov: Heydər bəy, ... Sizin Ali Sovetin sədri olmağınız vəziyyətdən
çıxmaq üçün bizə - mən bir millət vəkili kimi mənə və mənim yoldaşlarıma,
bütünlüklə Azərbaycan xalqına qarant verə bilərsiniz, yoxsa yox?
H.Ə l i y e v: Mən qeyd etdim, bir də bildirmək istəyirəm ki, Gəncədə
vəziyyət həddindən artıq gərgindir. Bu məsələlərin həll olunması böyük səylər
tələb edir. Ona görə də mən indi Gəncədəki vəziyyət haqqında, apardığım
danışıqların məzmunu haqqında məlumat verməyi məsləhət görmürəm. Mən
Gəncədən qayıdan kimi dərhal Azərbaycan prezidenti Əbülfəz Elçibəyin yanında
olmuşam, bir neçə saat bütün məlumatları Əbülfəz Elçibəyə vermişəm. Əgər mən
bu işə, bir də qeyd edirəm, öz vicdanımın tələbi ilə və ən çox Azərbaycan
Respublikasının əhalisinin cürbəcür təbəqələrinin nümayəndələrinin təkidi və
tələbi ilə, Azərbaycan prezidenti Əbülfəz Elçibəyin xahişi ilə cəlb olunmuşamsa,
demək mən burda, bu işlərin həll olunması üçün bütün imkanlarımdan istifadə
edəcəyəm. Bu barədə heç kəsin şübhəsi olmasın. Burada bu məsələnin
müzakirəsində cürbəcür sözlər deyib. By məsələnin ayrı-ayrı istiqamətlərə
yönəldilməsi məndə çox ciddi narazılıq doğurur. Mən Naxçıvandan bura özüm
gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah
Hüseynov və Azərbaycanın prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim
burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim.
Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm.
Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on
gündür ki, Azərbaycan bərbad vəziyyətdədir, barmaq-barmağa vurmayıblar,
Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar,
indi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir
kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm. 1991-ci ilin fevral
ayında bu salonda, bu tribunadan çıxış edərkən demişdim. Mən Azərbaycana
xalqımla bir yerdə olmaq və xalqımı bu ağır günündə ona kömək olmaq üçün
respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə
demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu
dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən
zalda
oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni
hiddətləndirir. Mən heç kəsə heç bir qarantiya vermirəm, mən özümü peyğəmbər
hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün, vətəndaş kimi, Ali
Sovetin deputatı kimi, Ali Sovetin sədrinin müa-