____________Milli Kitabxana____________
21
həyata keçirilməsinə tam zəmanət veririk. Ancaq bu zəmanət ikitərəfli
olmalıdır. Əgər doğrudan da Ermənistan Respublikası və onun Dağlıq
Qarabağda olan qüvvələri münaqişənin sülh yolu ilə həllini istəyirlərsə, onlar
da buna zəmanət verməlidirlər. Üç böyük dövlət - Amerika Birləşmiş Ştatları,
Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı bu zəmanətin cənab
M.Raffaelliyə verilməsi üçün Ermənistan Respublikasına lazımi təsir
göstərməlidirlər. Biz cənab M.Raffaellinin tezliklə gəlib işə başlamasını
gözləyirik.
Bakı şəhəri,
5 iyul 1993-cü il
____________Milli Kitabxana____________
22
"OSTANKİNO" DÖVLƏTLƏRARASI
TELEVİZİYA ŞİRKƏTİNƏ MÜSAHİBƏ
- Heydər Əliyeviç, gün aydın. Sizi salamlamağımıza şadıq və
icazənizlə birbaşa suallara keçək, suallar isə televiziya tamaşaçılarından
kifayət qədər alınmışdır. Telefon zənglərinin xeylisində əsasən bir
məsələyə toxunulur.: Bu gün Azərbaycandakı ictimai siyasi vəziyyəti
necə qiymətləndirirsiniz və sizcə, ən yaxın zamanda nə etmək lazımdır?
- İndi Azərbaycanda ictimai-siyasi vəziyyət son dərəcə mürəkkəbdir. O,
həmişə mürəkkəb olmuşdur, lakin bu il iyunun 4-dən sonra, Gəncə
şəhərindəki məlum qanlı hadisələrdən sonra xüsusilə kəskinləşmişdir və o
vaxtdan gərgin olaraq qalır. Baxmayaraq ki, sonralar görülmüş tədbirlər və
bəzi təşkilati tədbirlər, jəni Respublika rəhbərliyindəki dəyişikliklər bu
gərginliyi müəyyən dərəcədə aradan qaldırmışdır. Ən başlıcası isə, zənnimcə,
Respublikamızı ciddi şəkildə hədələyən vətəndaş müharibəsinin qarşısını ala
bilmişik, qarşıdurma müəyyən qədər zəifləmişdir. Bununla belə, vəziyyət
hələ də mürəkkəb olaraq qalır, lakin Ermənistan silahlı qüvvələrinin son üç
gündə Azərbaycan ərazisinə başladıqları hücum bu çətinlikləri artırır.
- Heydər Əliyeviç, Siz necə təsəvvür edirsiniz, vəziyyəti müəyyən
dərəcədə sabitləşdirmək üçün bu gün Azərbaycanda hansı tədbirləri
görmək lazımdır?
- Başlıcası budur ki, biz gərək milli barışığa, bütün siyasi qüvvələrin sıx
birliyinə nail olaq. Biz gərək qarşıdurma amilini, vətəndaş müharibəsinin baş
verməsi imkanını tamamilə aradan qaldıraq. Əlbəttə, Respublikanın özündə
ictimai-siyasi vəziyyəti sabitləşdirmək üçün səylərimizi də birləşdirməliyik.
Təbiidir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə
müdaxilə ilə bağlı məsələləri də həll etmək gərəkdir.
- Cənab Əliyev, bir çox müşahidəçilər Sizin hakimiyyətə gəlməyinizi
"konstitusiyaya zidd" hal kimi qiymətləndirmişlər. Xahiş edirik,
deyəsiniz, sizcə, siyasətdə elə məqsədlər varmı ki, onların naminə
qanunu pozmaq olar? Bununla bağlı ikinci sual: prezident Əbülfəz
Elçibəyin taleyi necədir, bu gün onun vəziyyəti və perspektivləri necədir,
o, öz istefası ilə razılaşıbmı?
- Əvvəla, deməliyəm ki, daşıdığım vəzifəyə gəlişimi konstitusiyaya zidd
hesab etmirəm. İyunun 15-də parlamentin bir çox deputatlarının, habelə
prezident Əbülfəz Elçibəyin özünün tövsiyələri ilə mən Azərbaycan Ali
Sovetinin sədri seçilmişəm. Bu, konstitusiyaya tam uyğun olan qərardır.
Bildiyiniz kimi, bundan bir neçə gün əvvəl Ali Sovetin sədri İsa Qəmbərov
istefa vermişdi. Buna görə də mən Azərbaycan Ali Sovetinin sədriyəm.
İkincisi, mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmiş-
____________Milli Kitabxana____________
23
lər. Məni təkidlə dilə tutmuşlar. Gəncə hadisələrindən sonra bir neçə gün
ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların
nümayəndələri, nüfuzlu aqsaqqallar mənə müraciət etmişlər. Azərbaycan
prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdir. O, üç dəfə -
ajın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon
söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də
imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq, iyunun
9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim.
Vəziyyətin gərginliyini zəiflətmək üçün burada mən Əbülfəz Elçibəylə,
digər siyasi xadimlərlə birlikdə çalışırdım, iyunun 15-də, təkrar edirəm,
parlamentin sədri seçildim. Burada konstitusiyaya zidd, hüquqa zidd heç nə
yoxdur.
İyunun 24-dən başlayaraq, prezidentin vəzifələrinin yerinə
yetirilməsinin mənə həvalə edilməsinə gəldikdə isə, bunu izah etmək olar.
Prezident Əbülfəz Elçibəy İyunun 17-dən 18-nə keçən gecə xəlvəti, heç
kəsə, o cümlədən də mənə xəbər vermədən təyyarə ilə Bakıdan çıxıb
getmişdir. Halbuki təyyarə Bakıdan uçmazdan bir saat əvvəl biz bir yerdə
idik. Yalnız səhər bizə məlum oldu ki, onun təyyarəsi Naxçıvana enmişdir,
buradan prezidenti Xalq Cəhbəsinin üzvləri dağ kəndi Kələkiyə aparmışlar.
O, indiyədək oradadır. Mən İyunun 18-dən 24-dək Əbülfəz Elçibəylə
telefonla daim danışıqlar aparmışam, Azərbaycan Elmlər Akademiyasının
prezidenti başda olmaqla ziyalıların nümayəndələrinin böyük bir qrupu -
akademiklər, professorlar, yazıçılar, aqsaqqallar mənim təşəbbüsümlə oraya
getmişlər. Onlar prezidentlə görüşmüşlər, onu onlar da dilə tutmuşlar ki, o,
Bakıya qayıtsın. Mən onu israrla dəvət edirdim. O, dəvətimizi qəbul etməli,
onunla razılaşmalı və indiyədək Kələki kəndində qalır. Prezidentin, demək
olar ki, bütün vəzifələrinin Ali Sovetinin sədrinə həvalə edilməsi haqqında
fərmanı da elə onun özü imzalamış, öz fərmanıyla yalnız vətəndaşlığa qəbul
və qanunların imzalanması hüquqlarını özündə saxlamışdır. Qalan hər şeyi o,
Azərbaycan Ali Sovetinin sədrinə həvalə etmişdir.
Eyni zamanda bu vəziyyət Azərbaycan parlamentinin iclasında dalbadal
bir neçə gün müzakirə olunmuşdur, elə parlamentin üzvləri də təkidlə təklif
edirdilər ki, mən bu vəzifələri öz üzərimə götürüm. Mən razılaşmırdım,
yalnız Əbülfəz Elçibəyin özü belə fərman verdikdən sonra razılaşdım.
Açığını desək, respublika, demək olar, idarəedilməz olmuşdu, çünki
prezident yoxdur; baş nazir yox idi - o, artıq çoxdan istefa vermişdi, tək mən
qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətindən istifadə edərək
həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə
götürdüm. Təkrar edirəm, mən buna can atmırdım, mən bunu istəmirəm.
Əgər günü bu gün Əbülfəz Elçibəy buraya qayıdarsa, o, öz prezident
vəzifələrini yerinə yetirə bilər.
O ki qaldı Əbülfəz Elçibəyin taleyi barədə ikinci suala, o, Kələki
kəndində yaşamaqda davam edir, onu Xalq Cəbhəsindən olan bir dəstə silahlı
adam qoruyur. O, indi də oradadır, məncə, heç nə