____________Milli Kitabxana____________
24
ilə məşğul olmur. Bəlkə istirahat edir, bəlkə də bir iş görür. Bu, mənə məlum
deyildir.
- Heydər Əliyeviç, xahiş edirəm, belə bir suala cavab verəsiniz. Siz
həm Elçibəyin komandasına qarşı, həm də onun özünə və onun xəttinə
qarşı sərt müxalifətdə olmusunuz. Elçibəy Sizi respublika Ali Sovetinin
sədri olmağa dəvət edərkən nəyə ümid bəsləyirdi və Sizi bu dəvətə razılıq
verməyə sövq edən nə idi?
- Siz sualı o qədər də düz qoymursunuz. Mən Əbülfəz Elçibəyə qarşı sərt
müxalifətlə olmamışam, ümumiyyətlə, müxalifətdə deyildim. Mən sadəcə
olaraq Naxçıvanda yaşayır, Ali Məclisin sədri vəzifələrini yerinə yetirirdim.
Mənim Əbülfəz Elçibəylə nadir hallarda telefon söhbətlərim olurdu. Əlbəttə,
prezident kimi, Əbülfəz Elçibəy Naxçıvan Muxtar Respublikasına da
lazımınca diqqət yetirmirdi, halbuki Naxçıvan blokada ilə əlaqədar ağır
vəziyyətdə idi və bu gün də ağır vəziyyətdədir. Əlbəttə, o, Ali Məclisin sədri
kimi mənə lazımi diqqət yetirmirdi. Odur ki, münasibətlərimiz, əslinə qalsa,
hansısa sərt qarşıdurma ilə deyil, məhz bu cür xarakterizə edilirdi.
Mənim Əbülfəz Elçibəylə ilk görüşüm bu ilin fevralında olmuşdur,
bunadək onunla heç vaxt görüşməmişdim və şəxsən tanış deyidim. Mən
Bakıya böyük qardaşımın vəfatı ilə əlaqədar gəlmişdim, biz prezidentlə
görüşdük, olduqca çoxlu məsələ müzakirə etdik, bir çox məsələlərlə sanki
bir-birimizi başa düşdük. Mən ona öz məsləhətlərimi də, arzularımı da ,
tövsiyələrimi də dedim. Bunlardan onun, istifadə edib-etməməsi öz işidir.
Bizim münasibətlərimiz bundan sonra da normal olmuşdur. Əbülfəz Elçibəy
məni dəvət edərkən nəyə ümid bəsləyirdi? Sualın birinci hissəsi ilə əlaqədar,
yəni guya aramızda kəskin qarşıdurma olması ilə əlaqədar onu deməliyəm ki,
belə şey olmamışdır. Azərbaycanda vəziyyət son dərəcə kəskinləşdikdə,
bayaq dediyim kimi, bir çox bölgələrdən və əhalinin bir çox təbəqələrinin
nümayəndələri arasında səslər eşidilirdi ki, Əliyevi dəvət etmək lazımdır,
Əbülfəz Elçibəy, görünür, bu fikrə gəlmişdi ki, burada, belə çətin şəraitlə
mənim köməyim gərəkdir. O, telefonla mənə zəng vurduqda belə də izah
etdi: Vəziyyət mürəkkəbdir, xahiş edirəm, Bakıya gələsiniz, vəziyyəti, gəlin,
birlikdə müzakirə edək və bu vəziyyətdən çıxış yolu tapaq. Bax, onun dəvəti
əslinə qalsa, məhz bununla izah edilir.
- Heydər Əliyeviç, mənim, daha doğrusu, mənim yox, bizim televiziya
tamaşaçılarının Sizə belə bir sualı var. Son vaxtlar mətbuatda, xüsusən
xarici mətbuatda, belə ifadə edək, kifayət qədər çoxlu fərziyyə irəli
sürülmüşdür ki, Sizinlə Surət Hüseynov arasındakı qarşılıqlı
münasibətlər sistemi, necə deyərlər, dostluq xarakteri, müəyyən saziş
xarakteri daşıyır. Azərbaycanda baş vermiş bütün bu hadisələr
barəsində Sizinlə Azərbaycanın baş naziri arasında qabaqcadan hansısa
sazişin olması fikrinə necə baxırsınız?
____________Milli Kitabxana____________
25
- Mən bu məsələni aydınlaşdıra bilərəm, özü də bu vacibdir. Əvvəla, mən
Surət Hüseynovu tanımırdım, heç vaxt onun hətta üzünü də görməmişdim.
Yeri gəlmişkən, baxmayaraq ki, mənə indi məlum olduğu kimi, Surət
Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır, respublika baş nazirinin
müavini, Azərbaycan prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi
idi. O, mən bilən, televiziya ilə, demək olar, heç vaxt çıxış etməmişdi. Mən
Naxçıanda yaşayırdım və həmin dövr ərzində onu hətta televiziya ekranında
bir dəfə də olsun görməmişdim. Mənim onunla heç vaxt heç bir əlaqəm
olmayıb. İyunun 4-də bu hadisələr baş verdikdə mənə yenə də aydın deyildi
və bilmirdim ki, orada nə olmuşdu. İyunun 9-da Bakıya gəldikdə mənə onun
haqqında danışmağa başladılar. Mən onu yenə də tanımırdım. Sonra, İyunun
13-də Gəncəyə getməzdən əvvəl mən ona zəng vurdum, biz söhbət etdik.
İyunun 13-də Gəncəyə gəldim və onunla ilk dəfə olaraq görüşdüm. Deməli,
aramızda hansısa bir sazişin və ya hansısa dostluq münasibətlərinin
olmasından söhbət belə gedə bilməz. Bütün gecə mən onunla danışıqlar
apardım və iyunun 14-də Bakıya qayıtdım. Bundan sonra isə o, ta Bakıya
gələnə qədər onunla telefon əlaqəsi saxladım. Aramızda heç bir saziş, heç bir
dostluq əlaqəsi olmamışdır.
- Əgər olarsa, mən Sizin Hüseynovla qarşılıqlı münasibətlərinizə aid
mövzunu davam etdirərdim. Surət Hüseynov müəyyən ultimativ tələblər
irəli sürürdü və əslində, Bakı ilə güc mövqeyindən danışırdı. Siz onun
tələbini yerinə yetirdiniz, o, baş nazir vəzifəsi aldı və qüvvə nazirlikləri
üzərində kuratorluq aldı. Xahiş edirəm, deyəsiniz, Sizə elə gəlmirmi ki,
bu nümunə Azərbaycanın gələcək siyasəti üçün təhlükəlidir. Hər halda
güc mövqeyindən danışmaq, görünür, siyasi qarşılıqlı münasibətlərin
heç də ən konstruktiv metodu deyildir, heç də ən təhlükəsiz metod
deyildir?
- Bəli, əlbəttə, Surət Hüseynov müəyyən dərəcədə güc mövqeyindən çıxış
edirdi. Lakin bu, onun prezident Əbülfəz Elçibəylə və onun komandası ilə
qarşılıqlı münasibətləri ilə bağlı idi. Surət Hüseynov hesab edirdi ki, İyunun
4-də hərbi hissəyə qarşı və onun özünə qarşı təcavüzkar əməllər törədilmişdir
və buna görə də o, həmin vaxtdan təkid edirdi və indi də təkid edir ki,
prezident Elçibəy və onun bütün komandası istefa verməlidir. Yeri
gəlmişkən, Azərbaycan prezidenti onun bəzi tələblərini, əslində, yerinə
yetirmişdir: baş nazir istefa vermiş, parlamentin sədri istefa vermiş, üç nazir -
müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirləri istefa vermişlər. Bir sözlə,
Surət Hüseynovun bu tələbləri Əbülfəz Elçibəy tərəfindən yerinə
yetirilmişdir. Əgər o, hesab etsəydi ki, bu tələblər hüquqa ziddir, qanuna
ziddir, onda gərək bunu etməyəydi, amma etmişdir. Buna görə də iyunun 15-
də, mən Azərbaycan parlamentinin sədri seçilən günü bu istefaların hamısı
Əbülfəz Elçibəy tərəfindən qəbul olunmuşdu.
Qaldı Surət Hüseynovun iddialarına, əlbəttə, belə iddialar var idi. Lakin
baş nazir vəzifəsinə təyin edilməsi onun tələblə-