____________Milli Kitabxana____________
14
vini kimi, əgər etimad göstərsəniz, baxmayaraq ki, mən bunu istəmirəm, Ali
Sovetin sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yola ancaq xalqın
ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm,
başqa məqsədim yoxdur. Burda danışan adamların bəziləri ancaq məqsəd
üçün bura gəliblər. Ona görə də mən heç kəsə heç bir qarantiya vermirəm.
Ancaq hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə
böyük potensial var, hamını birləşdirib, bu vəziyyətdən çıxmaq olar.
____________Milli Kitabxana____________
15
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏLAHİYYƏTLƏRİNİ HƏYATA KEÇİRƏN
AZƏRBAYCAN RESPUBLİKASI
ALİ SOVETİNİN SƏDRİ
HEYDƏR ƏLİYEVİN BƏYANATI
1993-cü il iyunun 24-də Azərbaycan Respublikasının Milli Məclisinin
qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətləri
Azərbaycan Respublikası Ali Sovetinin sədrinə verilmişdir.
Azərbaycan Respublikası adından bəyan edirəm ki, Azərbaycan
dövlətinin daxili və xarici siyasətində heç bir dəyişiklik baş verməyəcəkdir.
Bildirirəm ki, Azərbaycan demokratiya, siyasi plüralizm və azad İqtisadiyyat
yoluna davam edəcəkdir. Azərbaycan dövləti insan hüquqlarına və bütün
beynəlxalq hüquq normalarına riayət edəcək, respublikamızda başlanmış
demokratik islahatlar bundan sonra daha geniş və sürətlə həyata
keçiriləcəkdir. Dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalanma
prinsipləri əsasında başlanmış iqtisadi əməkdaşlıq davam etdiriləcək, ayrı-
ayrı xarici şirkətlərlə imzalanması nəzərdə tutulmuş bütün müqavilələrlə
bağlı götürülmüş öhdəliklər sivilizasiya normaları çərçivəsində yerinə
yetiriləcəkdir. Ölkəmizin daxili ictimai-siyasi vəziyyəti sabitləşdikcə, həmin
məsələlərlə daha fəal məşğul olmağa imkan yaranacaqdır.
Son günlər görülən tədbirlər nəticəsində xalqımız üçün çox təhlükəli olan
vətəndaş müharibəsinin qarşısı alınmış və ölkəmizdə daxili siyasi gərginlik
müəyyən qədər azalmışdır. Lakin Ermənistan tərəfdən Azərbaycan
Respublikasına qarşı aparılan müharibə və xüsusən də son günlərlə
həmsərhəd rayonlara edilən hərbi hücumlar daxili siyasi iqlimə güclü təsir
göstərir.
Respublikanın daxilində dövlət böhranının mövcud olduğu və bu
səbəbdən Azərbaycanın Silahlı Qüvvələrinin parçalandığı, həmin məsələlərə
Azərbaycanın dövlət orqanları tərəfindən lazımi nəzarətin olmadığı bir
şəraitlə Ermənistan fürsətdən istifadə edib Azərbaycan ərazilərinə yeni
hücumlar etmişdir.
İyunun 12-dən etibarən Ermənistan hərbi qüvvələri Ağdam və Ağdərə
istiqamətlərində hücum edərək Ağdərə rayon mərkəzini və bir neçə kəndimizi
ələ keçiriblər. Qarabağ bölgəsinə daxil olmayan Gədəbəy rayonu da intensiv
hərbi hücumlara məruz qalıb. Görülən müdafiə tədbirləri nəticəsində həmin
hücumların qarşısı alındı və iki-üç gün bundan qabaq atəş müəyyən qədər
dayandırıldı. Lakin iyulun 1-də Ermənistan hərbi qüvvələri Azərbaycanın
____________Milli Kitabxana____________
16
başqa bir bölməsinə - Füzuli və Cəbrayıl rayonlarına güclü hücum etdilər.
Nəticədə bir neçə kəndimiz ələ keçirilmiş, bəziləri vəhşicəsinə yandırılmışdır,
dinc sakinlər arasında həlak olanlar var. Azərbaycanda olan 500 mindən çox
qaçqına son hücumlar nəticəsində ev-eşiyindən məhrum olmuş daha minlərlə
soydaşımız əlavə olunmuşdur. ABŞ, Rusiya və Türkiyənin münaqişəyə dinc
vasitələrlə son qoyulmasına dair təşəbbüsünün, BMT Təhlükəsizlik Şurasının
822 nömrəli qətnaməsinin elan olunduğu və ümumiyyətlə, bu qanlı savaşın
qarşısının alınmasına müəyyən ümidlər yarandığı bir vaxtla Ermənistanın bu
təcavüzkar hərəkətləri vəziyyətin xeyli kəskinləşməsinə səbəb olmuşdur.
Güman edirəm ki, beynəlxalq ictimaiyyət və bütün dövlətlər bu təcavüzü
qətiyyətlə pisləməlidir. Azərbaycan dövləti adından bir daha bəyan etmək
istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Türkiyənin
təşəbbüsü ilə ATƏM çərçivəsində göstərilən bütün cəhdlərin və qəbul
olunmuş qərarların tərəfdarıyıq. Azərbaycan Respublikası ATƏM Minsk
konfransının sədri cənab M.Raffaellinin başçılığı ilə göstərilən sülh məramlı
cəhdləri alqışlayır və bunun həyata keçirilməsi üçün hər cür şərait
yaradılacağına təminat verir, ümid edir ki, cənab Raffaellinin iyulun 5-də
regiona səfəri "doqquzların" təşəbbüsünün reallaşmasına təkan verəcəkdir.
Münaqişənin sülh yolu ilə nizama salınmasının tərəfdarı olan Azərbaycan
hökuməti dünya dövlətləri rəhbərlərini, BMT, ATƏM və digər nüfuzlu
beynəlxalq təşkilatları Ermənistanın 5 ildən artıq davam edən və son günlər
daha da şidlətlənən təcavüzünü qətiyyətlə pisləməyə, təcavüzkarı cilovlamaq
məqsədilə təcili, təsirli və qəti tədbirlər görməyə çağırır.
Biz həm də dünya dövlətlərini və beynəlxalq təşkilatları indiki ağır
şəraitlə Azərbaycan Respublikasına çox zəruri olan humanitar yardım
göstərməyə çağırırıq.
Bakı şəhəri,
2 iyul 1993-cü il
____________Milli Kitabxana____________
17
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ
PREZİDENTİ ƏLAHƏZRƏT
BİLL KLİNTON CƏNABLARINA
Hörmətli cənab prezident!
Böyük ölkənizin istiqlaliyyətinin 217-ci ildönümü münasibətilə sizi
ürəkdən təbrik edir, sizə və bütün Amerika xalqına səadət, əmin-amanlıq və
tərəqqi arzulayıram.
Fürsətdən istifadə edib sizi əmin etmək istəyirəm ki, Azərbaycan -
Amerika münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə inkişaf etməsi
üçün əlimdən gələni əsirgəməyəcəyəm. Demokratiya, insan hüquqlarına və
milli azlıqların hüquqlarına, BMT Nizamnaməsinə, bütün beynəlxalq hüquq
normalarına hörmət prinsipləri Azərbaycan Respublikasının dövlət
siyasətinin əsasını təşkil edəcəkdir.
Zənnimcə, sizin ölkənizlə əməkdaşlıq, Qərb ölkələri barəsində açıqlıq
bizə demokratik islahatlar keçirməkdə, bazar İqtisadiyyatı yaratmaqda kömək
edəcək. Azərbaycan xalqının əsl mənada azad və müstəqil xalqlar cərgəsinə
inamla qoşulmasına imkan verəcəkdir.
Səmimiyyətlə, sizin
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Bakı şəhəri,
2 iyul 1993-cü il
Dostları ilə paylaş: |