____________Milli Kitabxana____________
10
nın və Türkiyənin təşəbbüsü nəticəsində imzalanmış sənəd bizim müharibə
şəraitindən tədricən çıxmağımız üçün ilk addımdır. Yəqin ki, bu sahədə
gələcəkdə daha da güclü tədbirlər görülməlidir ki, Azərbaycan Respublikası
bütün ərazisinin sahibi olsun və bizim xalqımız müharibə şəraitindən çıxa bilsin.
Beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir.
Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə
geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın
pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və
cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır.
Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının
qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar
olmalıdır. Yəni bizim respublikamız bir sənə bundan öncə başladığı yola davam
etməlidir. Bu düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha
qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam.
İndi bizim respublikanıi gərgin vəziyyətdə olmasının əsas səbəblərindən biri
iyun ayının 4-də Gəncədə baş vermiş hadisələrdir. Hadisələr dəhşətlidir, qan
tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar,
cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmişlər hansı tərəfdən asılı
olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır. Bu məsələ ilə
deputat-istintaq komissiyası məşğul olur. Biz isə gərək tezliklə yaranmış
gərginliyi aradan qaldıraq. Dünən prezident Əbülfəz Elçibəylə danışıqlarımız
olub, Gəncədə də mən danışıqlar aparmışam, mənimlə gedən şəxslərlə və
təkbətək. Ona görə mən güman edirəm ki, bizim bütün səylərimiz bu gərginliyi
aradan götürməyi, bu qarşıdurmanı aradan götürməyi təmin edə biləcəkdir.
Ancaq demişəm, bir də deyirəm: heç vəchlə silah işlədilməsinin tərəfdarı ola
bilmərəm. Bu gərginlik, qarşıdurma ancaq sülh yolu ilə, barışıq yolu ilə, qarşılıqlı
anlaşma yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. Güman edirəm ki, bizim
xalqımızın müdrikliyi,
nüfuzlu adamların, Azərbaycanın ziyalılarının,
Azərbaycanın ağcaqqallarının hamısının bir yerdə səyi və bizim hamımızın bir
yerdə çalışmamız şübhəsiz ki, bunları təmin edə biləcək.
Biz Azərbaycanda demokratik müstəqil respublika quraraq sivilizasiyalı
cəmiyyət uğrunda mübarizə aparapaq, ümumi dünyəvi bəşəri dəyərlərin
hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən,
əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi
nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki,
Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca
böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam
müstəqil demokratik (bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam
demokratik hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir
cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm
tarixi
____________Milli Kitabxana____________
11
ənənələrimiz, həm dini mənbəyimiz olan İslam dini - hamısı birlikdə çox
böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli
istifadə edək.
Azərbaycanda gərginlik bir tək Qarabağ problemi ilə, jəni Ermənistanın
Azərbaycana təcavüzü ilə əlaqədar olan səbəblərdən deyil. İndi Gəncə
hadisələri baş verdi. Təəssüf ki, gərginliyi yaradan səbəblərdən biri də
Azərbaycanda uzun illər bir yerdə yaşayan millətlər, etnik qruplar arasındakı
münasibətlərin bir qədər pozulmasıdır. Azərbaycan on illərlə, yüz illərlə bu
torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni
olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş
milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni
hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu
əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan
bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu
bizim əsas vəzifələrimizdən biridir. Güman edirəm ki, biz buna nail olacağıq.
Xarici siyasət sahəsində keçən bir il müddətində çox iş görülüb. Ancaq
görüləsi işlər daha da çoxdur. Güman edirəm ki, Azərbaycan Respublikası
demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər
yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasəti hansı istiqamətlə
getməsindən asılı olmayaraq, biz normal münasibətlər yaratmalıyıq. Birinci
növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət
münasibətləri yaradılmalıdır. Bu baxımdan Türkiyə Cümhuriyyəti ilə olan
əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Qonşu İran
İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf
etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimalda olan qonşumuzdur.
Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında
münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır.
Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün
dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan,
Pribaltika dövlətləri, Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr
yaratmalıyıq. Bizim üçün bu çox lazımdır. Çünki bu dövlətlərlə bizim iqtisadi
əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüz
illiklərlə çox yaxın olub. Bunları qırmaq olmaz, əksinə, inkişaf etdirmək
lazımdır. Şübhə etmirəm ki, məhz belə siyasət Azərbaycan Respublikasının
müstəqil dövlət kimi formalaşmasına və inkişaf etməsinə kömək edəcəkdir.
Azərbaycan Respublikası artıq ümumi dünya miqyasına çıxıbdır.
Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatları tərəfindən son
zamanlar müsbət münasibətlər hamımızı sevindirir və güman edirəm ki, bu
münasibətlər daha da genişlənib inkişaf etdirilməlidir. Bütün Avropa ölkələri
ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən İngiltərə, Fransa, Almaniya
və başqa Avropa ölkələri ilə. Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə,
türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da