____________Milli Kitabxana____________
28
edilməmişdir. Mən tarixə qayıtmaq istəmirəm, bu, artıq beşillik bir tarixdir.
İndi məsələ
son dərəcə kəskinləşmişdir, buna görə də bu qarşıdurmanı heç
olmasa dayandırmaq, atəşi dayandırmaq cəhdləri baş tutmur.
Sizə məlumdur ki, son aylarda silahlı erməni birləşmələri olduqca çoxlu
yaşayış məntəqəsini, Azərbaycanın Kəlbəcər rayonunu bütövlüklə ələ
keçirmişlər, bir çox yaşayış məntəqələri nəinki keçmiş Dağlıq Qarabağ
vilayətinin ərazisindədir, həm də bu keçmiş muxtar vilayətin hüdullarından
kənardadır. Güclü hücum isə davam edir.
Mən srağagün xarici dövlətlərin Azərbaycandakı səfirlərini dəvət etməli
və bəyanat verməli oldum, ona görə ki, İyunun 12-dən 28-dək fəal döyüş
əməliyyatları gedirdi. Bu əməliyyatlar nəticəsində erməni silahlı birləşmələri
Azərbaycanın bir sıra kəndlərini qəsb etmişlər, bəzi kəndlərə od vurulub
yandırılmışdır, olduqca çoxlu adam qırılmışdır. Ayın 28-də həm bizim, həm
Ermənistan rəhbərliyinin, həm də digər qüvvələrin səyləri ilə bir növ razılıq
əldə edilmişdi ki, atəş dayandırılsın. Lakin, təəssüflər olsun, iyulun 2-də
Füzuli, Cəbrayıl rayonlarına hücuma başlanmışdır. Mən iyulun 3-də bəyanat
verməli oldum, dünən isə Yerevanla, Ermənistan rəhbərləri ilə də danışıqlar
apardım, çox xahiş etdim ki, atəşi dayandırsınlar. Axı, məlum olduğu kimi
Amerika Birləşmiş Ştatları, Rusiya və Türkiyə Qarabağ problemini
bütünlüklə olmasa da, heç olmasa bəzi problemləri BMT Təhlükəsizlik
Şurasının 822 nömrəli qətnaməsi əsasında müəyyən dərəcədə dincliklə həll
etmək təşəbbüsünü irəli sürmüşlər. Bu məsələ ilə ATƏM də fəal məşğul olur,
cənab Raffaelli başda olmaqla ATƏM-in Minsk konfransı problemin
tənzimlənməsi planını müəyyənləşdirmişdi və bu planın, nəzərdə tutulmuş
təqvimin həyata keçirilməsinə başlamaq lazım idi. Lakin hərbi əməliyyatlar
buna imkan vermir.
Bir neçə gün bundan əvvəl cənab Raffaelli bu bölgəyə öz səfərinin
proqramını Azərbaycan və Ermənistan rəhbərliyinə göndərmişdir. O, sabah
14 diplomatla Bakıya gəlməli, buradan Yerevana getməli, sonra Ağdamda,
Xankəndidə olmalı və ATƏM çərçivəsində müəyyən edilmiş planın yerinə
yetirilməsinə başlamalıdır. Lakin cənab Raffaelli həm bizim tərəfimizdən,
həm Ermənistan Respublikası tərəfindən, həm də Dağlıq Qarabağda olan
silahlı qüvvələr tərəfindən təminatlar tələb etmişdir ki, bu danışıqları aparsın
və öz vəzifəsini həyata keçirsin. Biz cənab Raffaellinin yolunu səbirsizliklə
gözləyirik. O, sabah Bakıya gəlməlidir.
Mən dünən də, bu gün də Yerevanla, rəhbərlərlə intensiv danışıqlar
aparmışam, vəziyyəti onlara izah etmişəm və atəşi dayandırmağı, hərənin öz
əvvəlki mövqeyində qalmasını təklif etmişəm, hərçənd ki, son günlər
Ermənistan silahlı birləşmələri Azərbaycanın yaşayış məntəqələrini ələ
keçirmişlər, bu gün səhərdən isə onların Ağdam istiqamətində fəal hücumu
başlanmışdır. Studiyaya gəlməzdən əvvəl mənə dedilər ki, Ağdam
rayonundakı Boyəhmədli kəndi Ermənistan silahlı qüvvələri tərə-
____________Milli Kitabxana____________
29
findən işğal olunmuşdur. Vəziyyət indi bax, belədir. Yaxşı, atəş dayandırılmadığı
halda, ATƏM-in missiyası BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsinə
müvafiq surətdə həyata keçirilməliyi halda, Qarabağ problemini necə həll etmək
olar?!
Hesab edirəm ki, biz bu yolla addım-addım irəliləməliyik. Birinci şərt atəşi
dayandırmaq, bundan sonra qarşıdurmaya yol verməməkdir.
Problemi tədricən
həll etmək lazımdır. Beş il ərzində yığılıb qalmış olan bu problemi bir günün
içində həll edə bilməzsən. Lakin ümid bəsləyirəm ki, həm Ermənistan
Respublikasının rəhbərliyi və əlbəttə, Dağlıq Qarabağdakı silahlı birləşmələr,
həm də öz üzərlərinə bu cür təşəbbüs və bununla yanaşı, mən bəyan edirəm, çox
böyük məsuliyyət götürmüş olan böyük ölkələr - Amerika Birləşmiş Ştatları,
Rusiya və Türkiyə bu məsələlərlə fəal məşğul olacaqlar. Biz bu problemi ümumi
səylərlə həll etməliyik.
- Heydər Əliyeviç, məlum olduğu kimi, Rusiya rəhbərliyi Sizin Bakıya
qayıtmağınızı alqışlamışdır. Xahiş edirəm deyəsiniz, son vaxtlar Siz Rusiya
prezidenti Boris Yeltsinlə heç olmasa telefonla danışmısınızmı? Başqa bir
sual. Necə bilirsiniz, Zaqafqaziyadakı vəziyyəti bu gün Rusiya
siyasətçilərindən kim daha realistcəsinə qiymətləndirir?
- Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinlə mən telefonla danışmamışam.
Parlamentin sədri seçilərkən Rusiya Federasiyası parlamentinin sədri Ruslan
Xasbulatovdan rəsmi təbrik almışam. Başa düşürəm ki, bu rəsmi təbrikdir, bir çox
ölkələrin parlamantlərinin sədrlərindən də belə təbriklər almışam. Mənim
Qarabağ problemi ilə məşğul olan xüsusi tapşırıqlar üzrə səfir Vladimir
Nikolayeviç Kazimirovla telefon əlaqəm olmuşdur. Dünən mən bir neçə dəfə
onunla telefonla danışmışam. Mənim başqa əlaqələrim olmamışdır. Əlbəttə, belə
əlaqələr olmalıdır. Lakin, zənnimcə, Rusiya Felerasiyasının rəhbərliyi bu
cəhətdən Azərbaycana müvafiq maraq göstərməlidir.
Siz bilirsiniz, indi Azərbaycanın mürəkkəb problemləri ilə başım o qədər
qarışmışdır ki, Rusiyanın siyasi həyatını təhlil etməyə imkanım yoxdur. Orada da
vəziyyət son dərəcə mürəkkəbdir. Rusiya Federasiyasının bəzi regionlarında da
silahlı münaqişələr gedir, Rusiyada ictimai-siyasi, iqtisadi vəziyyət də olduqca
mürəkkəbdir. Lakin mən Rusiyanın xalq tərəfindən seçilmiş prezidenti Boris
Yeltsinə böyük hörmət bəsləyirəm və hesab edirəm ki, Rusiya prezidenti Boris
Yeltsin Rusiyanın bütün qüvvələrini, bütün siyasi qüvvələrini birləşdirə, Rusiya
dövlətinin qarşısında duran çətinlikləri aradan qaldıra biləcəkdir.
- Heydər Əliyeviç, Siz Rusiya - Azərbaycan münasibətlərinin indiki
vəziyyətindən razısınızmı, iqtisadi və siyasi baxımdan bu əlaqələrin
gələcəyini necə görürsünüz?
- Azərbaycan parlamentinin sədri seçilərkən mən parlamentin iclasında çıxış
etdim və bəyanat verdim. Sizin sualınızın cavabında da deyə bilərəm: mən belə
hesab edirəm ki, Azərbaycan müs-