____________Milli Kitabxana____________
33
Təşkilatının nüfuzu böyük olsa da, Dağlıq Qarabağla bağlı münaqişənin
dincliklə aradan qaldırılması sahəsində istər ATƏM-in, istərsə də Minsk
konfransının ötən dövrdə gördüyü iş, göstərdiyi səylər, təəssüflər olsun, heç
cür bir nəticə verməmişdir. Biz böyük təəssüflə qeyd edirik ki, bir tərəfdən
həmin dövrdə həm Minsk konfransı, həm də ATƏM münaqişənin dincliklə
aradan qaldırılması istiqamətində fəaliyyət göstərmişdir, digər tərəfdən, bu
dövrdə müharibə getmiş, qan tökülmüşdür, erməni silahlı birləşmələri
Azərbaycan ərazisinə dəfələrlə təcavüzkar basqınlar etmişlər və bu müddət
ərzində Azərbaycan ərazisinin bir hissəsini erməni silahlı birləşmələri işğal
etmiş, ələ keçirmişlər.
Xatırlatmağa dəyər ki, bu müddət ərzində Azərbaycan Respublikası Şuşa
kimi bir şəhəri itirmişdir, yəni erməni silahlı birləşmələri Şuşanı və Şuşa
rayonunu işğal etmişlər. Laçın rayonu da işğal olunmuşdur. Bu, ötən ilin
mayında və cari il martın axırlarında - aprelin əvvəllərində baş vermişdir.
Erməni silahlı birləşmələri Kəlbəcər rayonunu tamamilə zəbt etmiş və
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini tamamilə ələ keçirərək,
onun hüdudlarından kənara çıxmış, Ağdam, Füzuli, Zəngilan rayonlarında
yaşayış məntəqədərini, hətta Azərbaycanın Qərb hissəsində bəzi əraziləri
tutmuşlar. Bundan belə qənaətə gəlmək olar ki, bu müddət ərzində
beynəlxalq təşkilatların, o cümlədən ATƏM-in və Minsk konfransının səyləri
bir nəticə verməmişdir. Mən bütün bunları sadəcə ötəri xülasə kimi
xatırladıram ki, indi beynəlxalq təşkilatların - Birləşmiş Millətlər Təşkilatının
və ATƏM-in xətti ilə daha səmərəli tədbirlər görülməsinin lüzumunu nəzərə
çarpdırım. Bununla yanaşı qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu erməni
silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra BMT Təhlükəsizlik
Şurasının 822 nömrəli qətnaməsi qəbul edilmiş və bundan sonra ATƏM-in və
Minsk konfransının fəaliyyəti xeyli güclənmişdir. Bizə məlumdur ki, üçtərəfli
sənəd imzalanmışdır, onu Azərbaycan Respublikası, Ermənistan Respublikası
və Dağlıq Qarabağ icmalarının nümayəndələri imzalamışlar və bu sənəd
əsasında ATƏM-in Minsk konfransı erməni silahlı birləşmələrinin Kəlbəcər
rayonu ərazisindən çıxarılmasından başlayaraq münaqişənin artıq əməli
surətlə, dincliklə aradan qaldırılmasına dair plan təklif etmişdir.
Bu planın, ATƏM-in və Minsk konfransının cədvəlinin iyun ayında
həyata keçirilməsi nəzərdə tutulmuşdu, lakin həmin ayda baş vermiş məlum
hadisələrlə əlaqədar planın həyata keçirilməsi təxminən bir aylığa təxirə
salınmışdır. Bildiyiniz kimi, biz Minsk konfransının sədri cənab Raffaellinin
və onun nümayəndə heyətinin iyulun 5-də Azərbaycana gəlmək niyyətində
olduğu barədə xəbər almışdıq və nümayəndə heyətini qarşılamağa hazır idik.
Amma indi müəyyənləşdirildiyi kimi, cənab Raffaelli öz səfərini yenə də
hansısa bir anlaşılmazlığa görə, səhih informasiya olmadığına görə, iyulun
9-dək təxirə salmışdır. Biz bu-
____________Milli Kitabxana____________
34
nunla da razılaşdıq, çünki ATƏM-in, Minsk konfransının fəaliyyətinə böyük
ümidlər bəsləyirdik və indi də bəsləyirik.
Biz ikinci proqramı iyulun 9-da aldıq, lakin proqramın elə həmin gündə də
həyata keçirilməsi ümumən baş tutmadı. Nəhayət, iyulun 9-dan 10-na keçən gecə
cənab Raffaelli öz nümayəndə heyəti ilə birlikdə Bakıya gəldi və iyulun 10-da
danışıqlarımız başladı.
Deməliyəm ki, danışıqlarımız qarşılıqlı anlaşma, açıqlıq ruhunda, əməli ruhda
gedirdi və biz, əlbəttə, gördük ki, cənab Raffaellinin nümayəndə heyəti nəzərdə
tutulmuş proqramın və hazırlanmış cədvəlin əməli surətdə yerinə yetirilməsini
təmin etmək arzusundadır. Cənab Raffaelli buraya öz səfərinin ııpoqpamını
Bakıya gəlməzdən əvvəl göndərmişdi, o mənada ki, ayın 9-da gəlməlidir. Lakin
sonra hər şey bir gün sonraya keçirildi. Bakıda Azərbaycan rəhbərliyi ilə görüş,
sonra Yerevana səfər, Ermənistan rəhbərliyi ilə görüş, oradan da Bakıya
qayıtmaq və Ağdamda olmaq, Ağdamdan Xankəndiyə getmək. Xankəndilə
olmaq, Ağdamdan keçib Bakıya qayıtmaq və bu arada nümayəndə heyətinin
fəaliyyətinə yekun vurmaq planlaşdırılırdı.
Lakin biz bu proqramı minnətdarlıqla qəbul etdik və onu həyata keçirməyə
başladıq. İyulun 10-da ətraflı söhbətimiz oldu, biz bütün məsələlərlə qarşılıqlı
anlaşma olduğunu gördük. İyulun 11-də cənab Raffaelli öz nümayəndə heyəti ilə
birlikdə Yerevanda oldu və axşam tərəfi Bakıya qayıtdı, iyulun 11-də axşam biz
yenidən görüşdük. Cənab Raffaelli bizə Ermənistan rəhbərliyi ilə, prezident
Levon Ter-Petrosyanla, başqa şəxslərlə danışıqlarının nəticələri barəsində
məlumat verdi və qarşıya iyulun 12-də Ağdama, habelə Xankəndiyə səfər
məsələsi çıxdı.
Lakin bu zaman qarşıya problem çıxdı. Onu Ermənistan tərəfi, ələlxüsus,
cənab Raffaellinin dediyi kimi, indi Qarabağı idarə edən şəxslər irəli
sürmüşdülər. Onlar bildirmişdilər ki, Ağdamdan Xankəndiyə getmək mümkün
deyildir, çünki guya orada erməni silahlı birləşmələrinin tutduqları mövqelərdə
bütün sərhəd minalanmışdır, buna görə də Xankəndiyə Ermənistandan keçib
getmək lazımdır. Bu məsələ cənab Raffaelli hələ Yerevanda olarkən onun
qarşısına qoyulmuşdu. Yerevandan Laçın dəhlizi vasitəsilə Xankəndiyə getmək
variantı təklif olunmuşdu. Əlbəttə, cənab Raffaelli və onun başçılıq etdiyi bütün
nümayəndə heyəti bununla razılaşmamışdı, o, hələ Bakıda olarkən bunu bizə
bildirmişdi və Yerevandan qayıtdıqdan sonra da demişdir.
Əlbəttə, biz buna heç cür razı ola bilməzdik. Ona görə də iyulun 11-də axşam
çox böyük vaxt sərf etdik ki, gərək Xankəndiyə Ağdamdan keçməklə necə
getmək olar, çünki nümayəndə heyəti ayın 12-də Ağdamda olmalı idi. Lakin
erməni tərəfi məsələni qəti qoyanda ki, orada ərazi minalandığına görə
təhlükəsizliyə təminat vermir, Xankəndiyə Azərbaycanın Füzuli rayonundan
keçərək getmək variantı təklif edildi. Lakin Ermənistan tərəfdən cavab alındı ki,
orada da hər yer minalanmışdır. Əlbəttə, biz buna inanmadıq və indi də
inanmırıq. Zənnimcə, cənab Raffaelli də deyəcək ki, o özü də buna inanmırdı.
Bununla belə, bəyanat verilmişdi ki, erməni tərəfi təhlükəsizliyi təmin etmir.