____________Milli Kitabxana____________
35
Buna görə də, necə olursa-olsun, cənab Raffaellinin missiyasının başa
çatması, Minsk konfransının öz proqramının və qoşunların Kəlbəcər
rayonundan çıxarılmasının nəzərdə tutulmuş cədvəlinin yerinə yetirilməsinə
başlaya bilməsi üçün biz güzəştli variant tapdıq: cənab Raffaelli özünün
nümayəndə heyəti ilə Bakıdan Tbilisiyə uçur, Tbilisidən hərbi vertolyotlarla
Xankəndiyə yollanır, Xankəndidən geriyə, Tbilisiyə və oradan da Bakıya
qayıdır.
Cənab Raffaelli və onun bütün nümayəndə heyəti iyulun 12-də Ağdamda
olarkən orada baş vermiş dağıntıları, Ermənistan birləşmələrinin təcavüzkar
hərəkətləri üzündən Ağdam rayonunda yaranmış çətin vəziyyətin nəticələrini
öz gözləri ilə görmüşlər.
Yəqin ki, bu barədə cənab Raffaelli özü də danışacaq, mən bunu ona görə
deyirəm ki, o yaddan çıxarmasın. O demişdir ki, bir il əvvəl Ağdamda
olmuşdu və əlbəttə, ötən dövrdə burada çox mühüm, çox ciddi dəyişikliklər
baş verməsindən olduqca təəssüflənir. Bunu deyərkən o, erməni silahlı
birləşmələrinin hərbi əməliyyatları, hücumları, atəşləri nəticəsində şəhərin
dağılmasını nəzərdə tutur. Iyulun 12-də biz axşam cənab Raffaelli ilə
görüşərkən o, əlbəttə, dedi ki, orada heç bir mina yox idi və ümumiyyətlə,
erməni tərəfinin irəli sürdüyü tələblərin nə ilə bağlı olduğu aydındır.
Buna görə də biz Xankəndiyə Tbilisidən getmək variantına razılaşdıq və
cənab Raffaelli dünən səhər təyyarə ilə Tbilisiyə, sonra isə, indi məlum
olduğu kimi, vertolyotlarla Xankəndiyə uçmuşdur. Biz dünən onun Tbilisidən
Bakıya qayıdacağını gözləyirdik. Lakin artıq sizə dediyim kimi, axşamdan
xeyli keçmiş biz mətbuat konfransını günün axırına təyin etdik, sonra isə saat
23-ə keçirdik. Lakin sonradan məlum oldu ki, orada hansısa texniki səbəblər
olmuşdur və hava şəraiti imkan verməmişdir. Bir sözlə, nümayəndə heyətinin
üzvləri Xankəndidə gecələməli olmuş və bu gün səhər vertolyotlarla
Yerevana yola düşmüş, oradan təyyarə ilə buraya, Bakıya gəlmişlər.
Bir az əvvəl yekun danışıqlarımız oldu və biz sizin yanınıza, mətbuat
konfransına gəldik. Əlbəttə, mən təfsilata varmayacağam, lakin biz çox
təəssüflənirik ki, Minsk konfransı, cənab Raffaellinin nümayəndə heyəti
tərəfindən təklif olunmuş və bizim də qəbul etdiyimiz, habelə, cənab
Raffaellinin dediyinə görə, Ermənistan Respublikasının rəhbərliyi tərəfindən
də qəbul olunmuş cədvəl Dağlıq Qarabağda qəbul edilməmişdir. Cənab
Raffaellinin bu gün bizə dediyi kimi, orada bəzi mülahizələr irəli
sürülmüşdür. Bu mülahizələr razılığa gəlməyə imkan verməmişdir ki, onlar
bu sənədi yenə də imzalasınlar və bundan sonra cədvəlin həyata
keçirilməsinə başlansın. Halbüki hələ srağagün axşam biz cənab Raffaelli ilə
məsələni müzakirə edərkən o demişdi ki, onlar bacardıqca tez qayıtmalıdırlar.
Buna görə də dünən axşam nümayəndə heyətinin üzvləri bizimlə
danışıqlardan sonra Romaya yola düşməli idilər ki, orada nəzərdə tutulmuş
təqvimin əməli surətdə həyata keçirilməsinə başlasın-
____________Milli Kitabxana____________
36
lar. Təqvimdə isə iyulun 16-da müşahidəçilərin Kəlbəcər rayonuna gəlməsi,
iyulun 18-də onların yerləşdirilməsi və iyulun təxminən 20-21-də erməni
silahlı birləşmələrinin Kəlbəcər rayonundan çıxarılması nəzərdə tutulur.
Bunun bizim üçün çox mühüm məsələ olduğunu nəzərə alaraq, təkrar
edirəm, cənab Raffaelli ilə danışıqlara əməli şəkildə yanaşmaq yollarını biz
həmişə axtarıb-aramışıq. Hətta müəyyən dərəcədə güzəştə də getmişik,
məsələn, Xankəndiyə necə gedib çıxmaq problemində, habelə digər hallarda
da. Bunların hamısı ona görədir ki, cədvəlin yerinə yetirilməsinə daha tez
başlansın.
Lakin indi, mənim başa düşdüyüm kimi, daha doğrusu, cənab Raffaellinin
özü bu barədə konkret olaraq demişdir ki, bu cədvəl, onların nəzərdə
tutduqları kimi, ayın 16-də yerinə yetirilməyəcək, çünki cənab Raffaelli və
onun nümayəndə heyəti indi Dağlıq Qarabağın rəhbərliyindən bəzi məsələlər
barəsində rəsmən məlumat istəməli və onlardan rəsmi cavab almalıdırlar.
Cənab Raffaellinin dediyinə görə, onlar orada üç bənddən ibarət bəzi
mülahizələrini bildirmişlər. Onun dediyinə görə, ilk iki bəndi əsassız sayır,
üçüncü bənd isə, cənab Raffaellinin bildirdiyi kimi, bir sıra məsələlərlə
bağlıdır və mən də elə hesab edirəm ki, bunlar çox asanlıqla həll oluna bilər.
Misal
üçün, söhbət
ondan gedir ki, erməni silahlı birləşmələrinin
Kəlbəcərdən çıxarılmasına başlanır, oraya müşahidəçilər daxil olacaqlar,
Azərbaycan tərəfinin nümayəndələri daxil olacaqlar, hansı silah növü
olacaq... Belə bir variant nəzərdə tutulur ki, orada yüngül silah olacaq. Bəs
yüngül silah nə olan şeydir, yüngül silah dedikdə nə nəzərdə tutulur, yaxud
müşahidəçilərin nə kimi mandatı olacaqdır...
Mən cənab Raffaellinin məlumatından belə başa düşdüm ki, bütün bu
məsələlər sırf texniki və asan həll edilə bilən məsələlərdir. Hər halda
nümayəndə heyətinin başçısı hesab edir ki, bu səbəbləri aradan qaldırmaq
üçün onlar Dağlıq Qarabağın rəhbərlərinə rəsmi sorğu verməli, rəsmi cavab
almalı və öz təqvimini yalnız bundan sonra, bir neçə gün keçdikdən sonra,
həyata keçirməyə başlamalıdırlar.
Cənab Raffaelli bu gün bizə məlumat verdi ki, iyulun 16-da Vyanada
Minsk konfransı, ATƏM-in 9 iştirakçısı bu məsələ üzrə yenidən
toplaşacaqdır. Həmin məsələ orada müzakirə ediləcəkdir. Cənab Raffaellinin
bu məlumatından belə başa düşmək olardı ki, söhbət məsələnin bir qədər
təxirə salınmasından gedir, hərçənd Dağlıq Qarabağ rəhbərlərinin və ya
hazırda Dağlıq Qarabağı idarə edən adamların mövqeyi kifayət qədər aydın
deyil, hətta şübhəlidir.
Məsələn, şəxsən məndə bu, böyük təəccüb doğurdu. Dünən Moskvadan
gecə saat 12-də "Novosti" proqramında belə bir xəbər verildi ki, Dağlıq
Qarabağda Minsk konfransının, cənab Raffaellinin nümayəndə heyətinin
təklifləri ilə razılaşmayıblar və məsələlərin həllini guya Azərbaycanda daxili
siyasi vəziyyətin sabit olmaması ilə əlaqədar bir aylığa təxirə salıblar. Bu cür