N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   39   40   41   42   43   44   45   46   47

R E S E N Z İ Y A L A R  
 
98 
olan  V.Bartoldun  sözünün  mötəbərliyinə  şüb-
hələnmək qeyri-elmi görünərdi. «Qopuz çalan, 
nəğməkar – şaman Qorqudun haqqındakı əfsa-
nənin  mənşəyi  necə  olur-olsun,  Qorqudun  adı 
ilə bağlı bu epik silsilə, çətin ki, Qafqaz mühi-
tindən  kənarda  yaradıla  bilərdi.  Müəllif  doğru 
olaraq qeyd edir ki, dastandakı hadisələri kon-
kret coğrafiyadan uzaqlaşdırıb Türküstan (Orta 
Asiya),  Anadolu  və Qafqaz koordinatları  içində, 
Sırdərya, Dəclə və s. Qara dəniz sahilləri arasında 
labirint düzəldənlər  var (s.50, 255–359). Bu  hal-
da  dastandakı  hadisələrin  real  hərəkət  xətti 
əsas götürülmür. Türkoloq  isə reallıqlara əsas-
lanaraq  dastanda  baş  verən  hadisələrin  məka-
nını  aydınlaşdırır.  Tarixən  türklərin  yaşadığı 
ərazilər  yer  adları,  toponimlər  əsasında  müəy-
yənləşdirilərək  yazılır:  «“Dədə  Qorqud  kita-
bı”ndakı tarixi hadisələrin və bədii süjetin coğ-
rafiyası barədə, mübahisə olsa da, ümumi fikir 
birliyi  vardır. Şübhəsiz, dastan konkret  bir  za-
man  kəsiyində  yaranmadığı  kimi,  onu  mütləq 
coğrafi  koordinata  yerləşdirmək  zorakılıq  sa-
yılardı. Bu, oğuznamədir; oğuzlar tarixən müx-
təlif  ərazilərdə  dövlətlər  yaratdığından  burada 
oğuzların tarixi  coğrafiyasının  izləri görünmə-
lidir.  Oğuzların  tarixi  coğrafiyası,  Sibiri  çıx-
maqla,  təxminən  bugünkü  türk  dövlətlərini 
əhatə  edir.  Həmin  coğrafiyada  çoxlu  oğuzna-
mələr  yaranmışdır.  Əlimizdə  olan  əsər,  deyil-
diyi  kimi,  məhz  Azərbaycan  oğuznaməsidir» 
(s.12).  Bununla  da,  dastanın  fiziki-relyef  coğ-
rafiyası  haqqında  fikirlər  təhlil  edilir,  qorqud-
şünasların fikrinə əsaslanaraq yazılır ki, həmin 
coğrafiya tarixi bugünkü Azərbaycandır.  
Əsərdə  dastanın  yazıya  alınma  tarixi  də 
çox  dəqiq  şəkildə  əsaslandırılmışdır.  Məlum-
dur ki, əldə olan mənbələrdə, xüsusən Türkiyə 
qorqudşünaslarının  fikrincə,  dastanın  Drezden 
nüsxəsi  XVI  əsrin  yazı  nüsxəsi  sayılır.  Bunun 
səbəbləri əsərdə dəqiqləşdirilərək yazılır ki, dil 
faktları da həmin tarixi göstəriciləri təsdiqləyir 
ki,  hadisələr  islamdan  əvvələ  gedir.  Ümu-
miyyətlə,  Türkiyə  qorqudşünasları  dastanların 
XIV–XVI  əsrlərdən  əvvəl  yarandığını  qəti 
rədd  edirlər.  Müəllif  bunun  səbəblərini  aydın-
laşdıraraq  yazır  ki,  qədimliyə  şübhə  edən  tür-
kiyəli mütəxəssislər, görünür, abidənin içindən 
çox,  əlyazmanın  üstünü  əsas  götürürdülər. 
Drezden nüsxəsinin üstündə belə bir qeyd var: 
«Tarixi-vəfati-Osman – sənə 993» (1584 mila-
di).  Bu  rəqəm  birinci  növbədə,  əldəki  əlyaz-
manın  köçürülmə  tarixi  haqqında  düşüncə  do-
ğurub,  sonra,  ümumiyyətlə,  yazıya  almanın 
dövrü  –  əldə  olunan  ilkinliyi,  yoxsa  keçmiş 
nüsxədən köçürülmüş olması barədə mübahisə 
açıb və nəhayətdə söhbət dastanların yaranma-
sı, boyların tamamlanması fikrinə qədər böyü-
yüb.  Müəllif  Azərbaycan  qorqudşünaslığında 
isə  əldə  olan  Drezden  nüsxəsinin  XI  əsrdəki 
yazıdan  köçürülməsini  əsaslandıraraq  qeyd 
edir  ki,  Drezden  nüsxəsinin  sonunda  təmmət 
sözündən  aşağıda  butalar  arasında  uyğur  yazı 
üsulu  ilə  alt-alta  ərəb  rəqəmləri  ilə  466-cı  mi-
ladi  1074-cü  ildə  yazılmış  nüsxədən  köçürül-
məsini  hifz  edən  tarixi  mənbədir.  Xüsusən 
uyğur  yazı  üsulunu  əks  etdirməsi  təsadüfi  de-
yildir.  Bu  dövr  türk  tarixində  uyğur  mədəniy-
yətinin  renessansıdır.  Deməli,  uzun  əsrlər  boyu 
şifahi  yaşayan  bu  oğuznamə  həmin  yüksəlişlə 
bağlı yazıya ilk dəfə alınmış, ya da daha əvvəllərə 
aid  bir  nüsxədən  köçürülmüşdür.  Məlumdur  ki, 
aparılan  araşdırmalar  dastanın  tarixini  şumerlərə 
qədər aparır. Lakin dastanın  yazılı tarixinin stan-
dartlaşdırılmasını  tənqid  edərək  müəllif  yazır: 
«Bu  bizim türk tariximizi əsrlərin,  minillərin də-
rinliyindən  eramızın  IX–XI  əsrlərinə  gətirməklə 
tariximizi,  əcdadımızı  cavanlaşdırmağa,  yəni 
bizi  tarixsizləşdirməyə  çalışan  bəzi  üzdəniraq 
tarixçilərimizin hərəkətləri qədər mürtəcə dav-
ranışdır.  Bu  “Kitab”  –  dərsliyimizin  1300  illi-
yini qəbul etmiş dünya mədəniyyətinə etimad-
sızlıqdır,  bu,  qədim  və  zəngin  tariximizin  üs-
tündən qələm çəkənlərin sözüdür» (s.7).  
Dastandakı  oğuzun  tarixi  keçmişi,  mifo-
loji  düşüncəsi,  adət-ənənələri,  antropoloji  əla-
mətləri  haqqında  tarixi-elmi  bilik  sistemli  şə-
kildə təhlil edilir. Bununla yanaşı dövlətdə, cə-
miyyətdə kult anlayışı önə çəkilir və dövlət ilə 


R E S E N Z İ Y A L A R  
 
99 
ailə  kultlarının  bir-birini  tamamlaması  xüsusi 
vurğulanır.  Dastandakı  məlumatlardan  çıxış 
edilərək  Azərbaycan  oğuzlarının  antropoloji 
quruluşu  kitabda  geniş  şəkildə  izah  edilərək 
yazır:  «Boyda  Qalın oğuz  xalqının  antropoloji 
quruluşu barəsində məlumat var – bu, vacib ta-
rixi detaldır. Dirsə xanın qadınının görünüşün-
dən  bir  cizgi:  “Qara,  qıyma  gözləri  qan-yaşla 
dolu”; Həmin ana oğlu Buğaca belə xitab edir: 
“Qara  qıyma  gözlərin  uyğu  almış,  açqıl  axı”; 
Dirsə  xan  oğluna  söylər:  “Ağ  üzlü,  ala  gözlü 
gəlinlər gedərsə, bənim gedir”» (s.157). Aydın 
olur ki, bu xalqın içində qıpçaq (qıyma göz) və 
oğuzlar  (ağ  üzlü,  ala  gözlü)  mövcuddur.  Ba-
yandır  xanın  ağ  meydanındakı  buğa  döyüşü 
göstərir ki, bugünkü toreodor yarışlarının sələ-
fi yerinə görə, türk – oğuz eli olub. Hətta oğuz 
cəmiyyətində  qadına  –  anaya  münasibət  də 
dastanın ilk boylarından məlum olur.  
Tədqiqatda Qorqudun kimliyi, tarixi şəx-
siyyət olub-olmaması kimi mübahisəli məsələ-
lər öz  həllini tapmışdır. Əslində orta əsr tarix-
çiləri  Qorqudu  tarixi  şəxsiyyət  kimi  təqdim 
etmişdilər.  Əlbəttə,  «Dədə  Qorqud  kitabı»nda 
tarixilik  var.  Tədqiqatçıların  qeyd  etdiyi  kimi, 
monqolaqədərki  hətta  islamaqədərki  oğuzların 
ictimai  həyat  mənzərələrinin  öyrənilməsində 
dastanda əksini tapan faktlardan elmi məlumat 
kimi mütləq  istifadə etməliyik. Həmin ölçü ilə 
Qorqud şəxsiyyəti də, fikrimizcə, tədricən mü-
əyyənləşib, tarixi və etnik funksiyaları ümumi-
ləşdirilib tanıdığımız Dədə Qorqud portreti ya-
ranmışdır.  Əslində  tarixi  şəxsiyyət  olub-olma-
ması  ilə  bağlı  mübahisələrdən  əsasını  «Dədə 
Qorqud»un  müəllifliyi  və obraz  xüsusiyyətləri 
ilə əlaqədar olan məsələdir. Onun dilində olan-
lar Dədə Qorqud obrazı  haqqında  mübahisələr 
yaradır. Ən çox da «Dədə Qorqud»u aktuallaş-
dıran  dastanın  Drezden  nüsxəsində  «Kitabi 
Dədə-Qorqud» adlandırılmasıdır. Vatikan nüsxə-
sində  isə dastan  «Hekayəti – Oğuznameyi – Qa-
zan  bəg  və  qeyri»  adlanır.  Müəllifin  fikrincə, 
Qorqud  sözünün  ilkin  semantikasında  ‘ünvan’ 
ifadə  edilib,  həmin  «Qorqud»  ünvanı  «Kitab» 
yarananda  o  qədər  arxaikləşmişdi  ki,  ona  baş-
qa  Dədə  titulu  qoşulmuş  və  Dədə  Qorqud  ol-
muşdur.  Göründüyü  kimi,  ünvan  titul  kimi 
uzun  yol  keçmiş,  dastanda  artıq  xüsusi  ismə 
çevrilmişdir.  Türkün  tarixi,  etnik  yaşayış  tərzi 
ilə  bağlı  obraz  anlayışlar  içərisində  Qorqud 
daha  çox  ümumtürk  məzmunu  daşıyanlardan-
dır. Ona görə də etnosun düşüncəsində Qorqud 
buna  hər  cəhətdən  kömək  olan  qüvvə  kimi 
mövcud olub. Qorqudun tarixi varlığı vəzir – tan-
rı – peyğəmbər – övliya – baxşı – ozan mərhələ-
lərini  keçə-keçə,  yəni  tarixi  funksiyaları  yaşaya-
yaşaya  obrazlaşdırılması  təhlil  edilərək  yazılır: 
«Deməli,  etnosun  yaddaşında  Qorqudun  ilk 
Tanrı,  onun  ardınca  da  peyğəmbər  xislətləri 
hələ  yaşayır  və  o  keyfiyyətləri  xalq  müxtəlif 
transformasiyalarla  öz  əfsanə  yaradıcılığında 
yaşadır. Bütün bu anlayışlar sistemi əsas verir, 
deyək  ki,  “qorqud” sözü  vaxtilə  xanlıq-xaqan-
lıq  sistemində  titul  olmuşdur.  Bu  titul  sözün 
mənşəyindəki  “qorumaq”  məzmununa  bağlan-
mışdır.  “Qorqud”  sözü  peyğəmbər  mənasının 
bazasında  qoruyan,  hifz  edən,  himayə  edən 
anlayışını əks etdirən bir titul kimi işlənmişdir. 
Bu titulu daşıyan şəxs öz ağlı, fövqəladə idrakı 
ilə  dövləti, dövlətçiliyi,  hökmdarları  və  demə-
li, vətəni, xalqı bəlalardan, hücumlardan qoru-
yub saxlamışdır» (s.140).  
Müəllif  onu  da  qeyd  edir  ki,  Dədə  Qor-
qud  qəbirlərinin  türkün  müxtəlif  coğrafiyala-
rında  səpələnməsi  göstərir  ki,  həqiqətən  bu 
qorqudlar  müəyyən  dövrlərdə,  müxtəlif  regi-
onlarda yaşayıblar, bunlar Qorqud titullu şəxs-
lər  olublar.  Deməli,  qəbirlərin  olması  onların 
sahiblərinin mövcudluğundan xəbər verir, yəni 
gəncliyində Qorqud oğuz alplarından olmuş, at 
çapıb, qılınc işlədib, qocalanda müdrikliyi alp-
lığını üstələyir.  
Tədqiqatda önə çəkilən məsələlərdən biri 
də  qədim türk  cəmiyyətinin  real təsvirinin  ve-
rilməsidir ki, bununla da dastan tarixi mənbəyə 
çevrilir.  Bu  tarix  türkün  tarixi  dövlətçiliyinə, 
etnik  psixologiyasının  dini  inanc  düşüncəsini, 
ailə quruluşu, təbiət-iqlim  mənsubiyyətini tam 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə