NƏRİMAN SEYİDƏLİYEV
28
«Daxiliyyə» adı altında məqalədə (baş məqalələr-
də) öz əksini tapmışdır. Onun işlətdiyi frazeoloji
vahidlərdə, demək olar ki, anlaşılmayan söz yox-
dur. Aşağıdakı nümunələr də bunu təsdiq edir:
sözünə əməl etmək [9. S.60]; bir-birinə dəymək
[9. S.86]; gözübağlı saxlamaq [9. S.89]; dalınca
düşmək [9. S.89]; yadından çıxmaq [9. S.92]; irəli
getmək (inkişaf etmək) [9. S.92]; tarixə düşmək
[9. S.93]; yola düşmək [9. S.96]; yola getmək
[9. S.96]; fikrə getmək [9. S.97]; söz arasına söz
salmaq (fikri yayındırmaq) [9. S.97]; dünyaya gəl-
mək [9. S.100]; canını almaq [9. S.100]; yaddan çı-
xarmamaq [9. S.103]; zəhləsini qaçırmaq [9. S.110];
qara günə qalmaq [9 S.113]; üstünə düşmək
(danlamaq) [9. S.114]; qəflət yuxusundan oyan-
maq [9. S.120]; meydana girmək [9. S.120]; it sa-
hibini tanımır [9. S.125]; fikrinə düşmək [9. S.141];
yolunu kəsmək (mane olmaq) [9. S.209]; geri sal-
maq [9. S.210]; hesabını çəkmək (nəticə çıxar-
maq) [9. S.231]; günü qara olmaq [9. S.232] və s.
H.Zərdabinin əsərlərində feili frazeoloji
birləşmələr çoxluq təşkil edir və yuxarıdakı nü-
munələrdən də göründüyü kimi, həmin vahidlər
xalq dili ilə sıx bağlıdır, danışıqda çox işlədilir.
Feili frazeoloji birləşmələrdə, əsasən isim
və feil komponentləri iştirak edir. Dünya dil-
lərində olduğu kimi, Azərbaycan dilində də feili
frazeologizmlərin bir qismi semantiklə bağlı
olur. Bu cür ifadələr dildə daha zəngindir.
H.Zərdabinin publisistikasında da bunun
şahidi oluruq. Məsələn, əl sözü ilə bağlı aşağı-
dakı frazeoloji vahidlər işlədilmişdir:
əlini işə vurmamaq – ‘heç bir iş görmə-
mək’: Amma o cavan olub əlini işə vurmayan
zaman hər kəs belə qardaşı ya gərək başdan
eləsin, ya onu işlətsin [9. S.63];
əlindən dad eləmək – ‘bezmək, təngə gəl-
mək, həddən artıq narazılıq bildirmək’: Keçən za-
man muğrularımızın əlindən dad edirdik [9. S.77];
əldən çıxmaq – ‘itirmək, yox olmaq, iti-
rilmək, aradan çıxmaq, istehsal edilməmək’:
Əgərçi bizlərdə adətdir ki, umurat əhlini üzünə
tərif edib dalda qeybətini edirlər və umur əl-
dən çıxanda o kəs hamısının yadından çıxır...
[9. S.92];
ipini əlində saxlamaq – ‘tabe etmək,
asılı vəziyyətdə saxlamaq’: Saniyə elmi-əbdan
hədisi 1293 ildir ki, xalqın ipini əllərində sax-
layan şəxslərə məlumdur [9. S.88];
əldən getmək – ‘məhv olmaq’: Bu şeylə-
rin birisi dil və birisi din və məzhəbdir. Elə ki,
bunların birisi əldən getdi, tayfanın beli sınan
kimidir [9. S.237];
ipi əlinə düşmək – ‘tabe olmaq, əsarə-
tində olmaq’: Belə ki, xəlifələrin yerində sol-
tanlar, şahlar, xanlar əyləşdi və xalqın ipi ru-
hanilərin əlinə düşdü [9. S.89];
əl çəkmək – ‘imtina etmək; əl götür-
mək’: Ondan (dil və məzhəbdən) xilas olmaq
istəyən gərək dünyadan əl çəkib bir guşədə
otursun, bu da dəxi olmaz və olmayanda onun
var-yoxu mürur ilə əldən çıxacaq [9. S.38].
Baş sözünün iştirakı ilə işlədilən frazeo-
loji vahidlər:
başa düşməmək – ‘anlamamaq’: Siz da-
nışdığınızı onlar başa düşməyib, əhvalınızı şə-
riətə namüvafiq hesab edib, sizə kifir deyib in-
cidəcəklər [9. S.92];
başına iş gəlmək – ‘çətin vəziyyətə düş-
mək, hadisə üz vermək’: Salisən, bizim qəzeti
çıxardan bircə mənəm və əgər mənim başıma
bir iş gəlsə, gərək qəzet moquf olsun [9. S.125];
başağrısı vermək – ‘narahat etmək, incit-
mək’: Amma o pullar ilə bir miskinxana açıb
orada dilənçilik edənlərdən 10–15-ni yığıb on-
ların yemək, içmək, geyinməyini verib sənətlər
öyrətsək, bir və ya iki ildən sonra bu dilənçilər
HƏSƏN BƏY ZƏRDABİ PUBLİSİSTİKASININ FRAZEOLOGİYASI
29
sənətkar olub, bizə başağrısı verməzlər...
[9. S.209];
başını qoltuğuna çəkmək – ‘dünyadan
xəbərsiz olmaq, qəflət yuxusunda olmaq’:
Keçmişdə ki, hər tayfa bir tərəfdə başını qoltu-
ğuna çəkib dünyadan bixəbər oturub zində-
ganlıq edirdi, bu azuqə davası o qədər məlum
etmir idi [9. S.235].
İnsan bədən üzvləri adlarını bildirən söz-
lərdən ibarət aşağıdakı frazeoloji vahidləri də
nümunə göstərə bilərik:
ağızdan-ağıza düşmək – ‘geniş yayılmaq,
dildən-dilə keçmək’: Hər kəs öz təsəvvürünü
əqlilə danışır və bu danışıq ağızdan-ağıza düşüb,
Koroğlu nağılı kimi nağıl olubdur ki, bu nağılın
öz əslinə heç səbahəti yoxdur [9. S.63];
gözünü açmaq – ‘ayıltmaq; ayılmaq;
savadlandırmaq’: Çünki qəzetin muradı xalqın
gözünü açmaqdır... [9. S.88];
ürəyi getmək – ‘bayılmaq’: Qulluqçular
«ağanın ürəyi gedibdir» – deyib, kimi soyuq
su gətirdi ki, onun başına töksün, kişi qarsını
boğmağa başladı [9. S.214];
ağzına düşmək – ‘həmişə təkrar olaraq
dilə gətirmək, yayılmaq’: ...o şeirlər xalqın
ağzına düşüb, qeyri-müsəlman vilayətlərinə də
gedib çıxıb, onları da ayıltmağa səbəb olsunlar
[9. S.241];
gözübağlı saxlamaq – ‘hər şeydən xə-
bərsiz etmək, heç bir xəbərdən hali olmağa im-
kan verməmək, kor etmək, savadsız etmək’:
Hökumət əhli öz nəfindən ötrü xalqı gözü bağlı
saxlamaq üzün məktəbxanalarda ancaq şəriət
ədiblərinin ya boş sözləri bir-birinə yapışdırıb
ibrət ilə danışmağın dalınca düşüb, xalqı yox-
sul və sərgərdan edib özləri keyf və ləzzəti-
dünyaya məşğul oldular və nə ki, özləri təzə-
dən xalq üçün məktəbxanalar açmadılar, hətta
olan məktəbxanalarda da mollalıq məsələləri-
ni araya salıb, xalqı elm yolundan uzağa sal-
dılar [9. S. 89–90].
H.Zərdabinin publisistikasında insan bədən
üzvlərindən başqa, müxtəlif sözlər vasitəsi ilə ya-
ranan frazeoloji vahidlər də çoxdur, məs.: yolunu
kəsmək (‘mane olmaq’) [9. S.209–210]; ortalığa
çıxarmaq (‘yaratmaq’) [9. S.215]; dünyaya gəl-
mək [9. S.100]; fikrini birləşdirmək (‘bir rəydə
olmaq’) [9. S.102]; qəflət yuxusundan oyan-
maq (‘baş vermiş hadisələrdən xəbərdar ol-
maq’) [9. S.120]; sözünü eşitmək (‘deyilənə əməl
etmək’) [9. S.226]; ikiqat olmaq (‘baş əymək,
təzim etmək’) [9. S.118] və s.
Xalq arasında quyruq doğmaq və yaxud
quyruq donmaq ifadəsi var. Bu, yay fəslinin ya-
rıdan keçdiyini bildirən ifadədir. Bu gün təxmi-
nən 5–15-i avqustarası baş verir.
Bəziləri belə şərh edir ki, guya havalar
həmin gündən soyumağa başlayır. Bu, bəlkə
də, həqiqətə uyğun deyil, çünki xalq arasında
avqust ayına qora bişirən ay da deyirlər, yəni
ən çox isti olan aydır. Amma yalnız gecələr, az
da olsa, havanın soyumağı hiss olunur.
H.Zərdabi bu ulduzun necə əmələ gəldi-
yini, göründüyünü belə şərh edir: «Bizim göy
üzündə gecələr görükən ulduzların hamısı hə-
mişə görünməyir. Elə ulduz var ki, ilin bir
vaxtında görünür, qeyri vaxtlarda görünməyir
və bir də ulduzlar çox olduqda onları bir-birin-
dən aralamaqdan ötrü onları dəstə-dəstə edib
hər bir dəstəyə bu dəstə oxşadığı şeyin, ya
heyvanın adını qoyurlar ki, onları tanımaq
asan olsun. Bu ulduz dəstələrinə cürbəcür ad
qoyublar. O cümlədən onların bir dəstəsinə
quyruq deyirlər ki, həqiqətən heyvan quyruğu-
na şəbahəti var.
Zikr olan zaman ki, yayın ortası olur və
günün istisinin yer üzündə qalan hissəsi fəza-
dan yox olan hissəsinə bərabər olur ki, ondan
sonra yerin üzü mirur ilə soyuyur. O quyruğa
oxşayan ulduz dəstəsi bizim yerimizdə tülu
Dostları ilə paylaş: |