NƏRİMAN SEYİDƏLİYEV
30
edir. Hər kəs iyunun 25-də sübh tezdən durub
gündoğana baxsa, orada o quyruğa oxşayan ul-
duz dəstəsini görür» [9. S.302].
H.Zərdabinin publisistikasında feili fra-
zeoloji vahidlərə nisbətən ismi frazeoloji va-
hidlər çox azdır. Biz yalnız üçünü nümunə
göstəririk ki, bu da ədibin qəzeti ilə bağlıdır:
boş söz, təmiz adam, köhnə qurd.
Boş söz ifadəsi çox yerdə işlədilib: cəfən-
giyat, mənasız faydasız, dəyərsiz söz mənasını
bildirir. Ən çox da danışıqda işlədilir. H.Zərdabi
boş söz ifadəsini savadsız xalqın yazılanlara
inanmaq istəmədiyini kinayə ilə işlədir.
Təmiz adam ifadəsi ‘heç bir fırıldaq, kə-
lək, hiylə bilməyən şəffaf, namuslu, hər şeydə
düz, obyektiv adam’ mənasını ifadə edir.
H.Zərdabi təmiz adam ifadəsi ilə o dövrkü fı-
rıldaqla, əyri yollarla məşğul olan yüzbaşı və
sudyaları (mirzələri) tənqid edərkən işlətmiş-
dir, hansı ki onlar təmiz adamları da ləkələmək
istəyirlər. O, fırıldaqla məşğul olan həmin
adamlar haqqında yazırdı: İş burasındadır ki,
belədə kəndlərin yüzbaşı və sudyaları o mir-
zələrdir... Camaat inanıb intixab elədiyi yüz-
başı və sudyalarımız bu mirzələr dəftərə nə
yazmağını bilməyib, onun sözünə inanıb oraya
möhür basırlar. Bu mirzələrə inanmaq olar-
mı?.. O mirzələrə inanmaq çətindir və onların
çoxu həqiqət hər nə istəyirsə eləyir. Bizim
kənd əhli heç ağ gün görməyib. Onu həmişə
söyüb döyüblər, ondan rüşvət alıblar. Belə
pərvəriş tapan adamı heç inandırmaq olmaz
ki, dünyada təmiz adam olar [9. S.216–217].
Yeri gəlmişkən, qeyd edək ki, burada ağ
gün görməmək ifadəsi yerinə düşüb və Zərdabi
xalqın bu çirkin zümrələr qarşısında necə bəd-
bəxt, qaragünlü, aciz olduqlarını, xoşbəxt bir
gün görmədiklərini göstərmişdir.
Köhnə qurd ifadəsini Zərdabi «Həyat»
qəzetində çap etdirdiyi «Keçən günlərdən»
məqaləsində işlətmişdir [10]. Hazırda da bu
ifadə danışıqda çox işlədilir. Bəzi bölgələrdə
qoca qurd kimi də deyilir – Heç bir hiyləyə al-
danmayan, uymayan, təcrübəli, ayıq, zirək,
çoxbilmiş adam haqqında deyilir. H.Zərdabi bu
ifadəni Göyçay rayonunun o vaxtkı naçalniki
barədə işlətmişdir. Həmin naçalnikin adı qısa
olaraq, C... kimi verilmişdir. Ədib onun bir çox
əməlləri haqqında məlumat verdikcə təkrar-
təkrar yazırdı: C... köhnə qurd idi [9. S.222].
H.Zərdabi publisistik məqalələrində dini
söz birləşmələri də işlətmişdir ki, bunların bir
çoxu Allah sözü ilə bağlıdır. Həmin ifadələr
aşağıdakılardır:
Allaha şükür – ‘xoşbəxtlikdən, yaxşı ol-
du ki’: Niyə Allaha şükür, təvana kəslərimiz
çoxdur [9. S.96] [Qəzetin nəşri ilə əlaqədar];
Allah lənət eləsin – ‘qarğış kimi işlədi-
lir’: Allah lənət eləsin o kəslərə ki, bu böhtanı
bizim şəriətə deyib, şəriətimizi bihörmət və sizi
sərgərdan ediblər [9. S.96];
Allaha şükür etmək (eləmək) – ‘sevin-
mək, razı olmaq, naşükür olmamaq’: ...əgər
gələn il ənvai-müsibət ilə qəzeti çıxarda bilsək,
gərək Allaha şükür edək [9. S.98];
Allah rəhmətinə getmək (evf.) – ‘öl-
mək’: ...içəri gedib gördüm başına döndüyüm
Şahpəri Allah rəhmətinə gedib [9. S.100];
Allahdan buyruq – tənbəllik haqqında,
işləməyib (müftə) yemək istəyənlər haqqında
deyilir. Bəzən Allahdan buyruq, ağzıma quy-
ruq kimi də işlədilir: Xülasə, heç həvəs ilə zəh-
mət çəkən yoxdur. Hamımız tənbəllik edib iş-
dən qaçırıq, ya bekar oturub Allahdan buyruq
deyirik [9. S.117];
Allah rəhm eləsin – ‘səbir etmək, dözmək,
kömək olmaq, yazığı gəlmək’ mənasında: Əgər
əhyana zikr olan səbəblərin birinə görə qəzetimiz
bərhəm olmalı olsa, bunu vaxtında yazıb müştəri-
lərimizə məlum edib, onların pulunun artdığının
özlərinə qaytaracağıq. Allah «Əkinçi»yə rəhm
eləsin [9. S.125];
HƏSƏN BƏY ZƏRDABİ PUBLİSİSTİKASININ FRAZEOLOGİYASI
31
Allahlıq iddiasına düşmək – ‘ağalıq
etmək, hökmranlıq etmək’: ...oranın bəzi təva-
nəsi firon kimi, Allahlıq iddiasına düşüb, ka-
sıbları bizim İrandan gələn hamballar kimi
yovmiyyə çörəyə möhtac olub [9. S.146].
H.Zərdabi publisistik əsərlərində bəzən
atalar sözü və məsəllərə də yer vermişdir. Yığ-
camlığı, obrazlılığı, dərin mənalılığı ilə fərqlə-
nən atalar sözü və məsəllərdən H.Zərdabi çox
ustalıqla istifadə etmişdir. O, məqalələrinin bi-
rində Kim qazana, kim yeyə məsəlini işlətmiş-
dir. Bunu işlətməklə, müəllif müftəxorları tən-
qid etmişdir, başqalarının əməyi, zəhməti he-
sabına dolananları nəzərdə tutmuşdur. O, ya-
zırdı: Ey müsəlmanların millət təəssübü çəkən
kəsləri, bir açın gözünüzü, dünyaya tamaşa
edin... Xoş o kəslərə ki, «kim bilir, kim qaza-
na, kim yeyə, əbləh odur ki, dünya üçün qəm
yeyə» – deyib gələcəkdən bixəbər olub onun
qəmini çəkməyiblər [9. S.76].
Əlindən bir iş gəlməyən, xeyriyyəçiliklə
işi olmayan, dədə-babadan qalma mərdimazar-
çılıqla məşğul olan kəslər haqqında, xeyirə-
şərə yaramayanlar haqqında ev buzovundan
öküz olmaz məsələni işlətmişdir [9. S.96–97].
Öz əlaqəsi uğrunda çalışan, axıra qədər
mübarizə aparan adam, iddiaçı haqqında, işi
yarımçıq qoymayıb axıra çatdırmaq haqqında,
bəsdir deyənə qədər iş görmək üçün çalışanlar
və s. haqqında H.Zərdabi at ölüncən otlar mə-
səlini çəkir: Ona binaən bu vaxtda meydan xali
qalmasın deyilən məlum edirik ki, gələn il yenə
qəzet üç həftədə bir çıxacaq və qiyməti 3 manat
olacaq. Bir məsəldir: at ölüncən otlar. Biz də
«bəsdir» sözünü müştərilərdən və ya qeyridən
eşidincə gərək danışaq [9. S.101].
Özündən, işindən razı qalan, avazı, mah-
nısı özünə xoş gələn adamlar özündən başqa
heç kimin işini bəyənməyənlər haqqında eş-
şəyin anqırmağı özünə xoş gəlir atalar sözünü
işlətmişdir [9. S.126].
Hər işin vaxtında görülməsi, onun bir an
da belə gecikdirilməməsi üçün dəmiri isti-isti
döyərlər atalar sözü işlədilir. H.Zərdabi də də-
miri qızmışkən onu döymək gərək kimi işlət-
mişdir: Ey millət təəssübü çəkən qardaşlar,
əgər qəzetin xeyrini başa düşüb onun baqi
olmağını istəyirsinizsə, indi vaxtdır, dəmir qız-
mışkən onu döymək gərək. Yoxsa sonra onu
qızdırmaq düşvar olur [9. S.102].
Başqa bir məsəl Cidanı torbada gizlət-
mək olmaz ifadəsidir. Bəzən torba əvəzinə çu-
val da işlədilir. Mənası aşağıdakı kimidir: ‘bir
işin üstünü örtmək, başqalarından gizlətmək
mümkün olmadıqda, yəni hamıya aşkar olduq-
da’ bu ifadə işlədilir.
H.Zərdabi yazır: Bir məsəldir ki, cidanı
torbada gizlətmək olmaz. Habelə bu halda
təzə xəbər çox olduğunu gizlətmək məqdur de-
yil. Amma bu xəbərlər elə xəbərlərdir ki, hər
kəs onların barəsində az danışıb çox eşitmək
istəyir [9. S.103]. Əlbəttə, söhbət gödək (qısa)
nizədən, yox uzun ölçülü nizədən gedir. Nizə
var bir metr, yarım metr, nizə də var uzunluğu
iki-üç metr və artıq.
H.Zərdabidə işlənən Zəmanə sənə saz
olmasa, sən zəmanəyə saz ol məsəli fars şairi
Məsudinin (1046–1121) bir şeirindən yayılıb.
Mənası: ‘Nə qədər ki, öz muradına çatmamı-
san, çalış ki, zəmanə sənə saz olmasa da, sən
zəmanəyə saz ol (zəmanənin gərdişi sənə xoş
gəlməsə də, sən onu qəbul et. Yəni palaza bü-
rün, el ilə sürün)’.
H.Zərdabi bu məsəli hansı məqamda
yazdığı məqalənin məzmunundan irəli gəlmiş-
dir. O, yazır: Dünya bir şeydir ki, həmişə döv-
ran edir və insan bu tövr dünyanın gərdişinə
görə gərək, habelə öz rəftarını da dəyişdirsin.
Necə ki, məsəldir deyərlər: zəmanə sənə saz
olmasa, sən zəmanəyə saz olginən. Pəs olmaz
ki, dünyada həmişə bir qayda ilə rəftar olsun
[9. S.60].
Xalq danışıq dilində it yiyəsini tanımır
ifadəsi vardır ki, bu, məsəl kimi də işlədilir:
‘həddindən çox adam, tünlük, qələbəlik, basa-
bas olan yer’ haqqında deyirlir. H.Zərdabi
yazır: Salisən, bizim qəzeti çıxardan bircə mə-
nəm və əgər mənim başıma bir iş gəlsə, gərək
Dostları ilə paylaş: |