37
Burada
n─nişasta molekulundaki qlükoza qalıqlarının sayını
göstərir. Onun qiyməti 3-6 min arasında tərəddüd edir. Nişasta iki
maddədən: amiloza və aminopektindən ibarətdir. Amoloza amino-
pektinə nisbətən bəsit maddədir, suda yaxşı həll olur. Amilozanın
molekul kütləsi 100 mindən 600
minə qədər, aminopektininki isə
1 milyon çatır.
Nişastanın
molekul kütləsi, adətən, bir neçə milyona çatır.
Amiloza zəncirində
α─D─qülükopiranoza qalıqları
bir-biri
ilə birinci və dördüncü karbonlar arasında
α─1,4 rabitələr hesabı-
na birləşir, şaxələnmə olmur.
Amilopektinin tərkibində isə monosaxaridlərin qalıqları bir-
birilə birinci və dördüncü karbonlarla α─1,4 rabitə ilə yanaşı,
birinci və altıncı karbonlar arasında da α─1,6─qlükozid rabitələri
yaratmaqla çox şaxələr verir. Son zamanlar müəyyən edilmişdir
ki, amilopektində hər 8-12 qlükoza qalığından bir şaxə verir.
Şaxələrdə isə orta hesabla 12 qlükoza qalığı vardır.
Bitkilərdə nişasta ehtiyat qida maddəsi kimi toplanır. Bu
yem bitkilərinin əsas tərkib hissələrindəndir, ən çox dənli bitki-
lərdə (düyüdə 60-80%, buğdada 60-70%, qarğıdalıda 65-75%),
soğa-naqlarda, kök yumrularında (kartofda 12-20%) olur.
Müxtəlif bitkilərin nişastasında amiloza ilə amilopektinin
nisbəti eyni deyildir. Nişastanın 15-25% amiloza, 75-85%-i isə
O
O
O
CH
2
OH
O
CH
2
OH
O
OH
OH
OH
OH
40
Lixenin şibyələrdə olan homopolisaxariddir. Molekul
kütləsi 10-40 min olur. Hidroliz olunduqda β─D─qlükopira-
nozaya ayrılır. Qlükoza molekullarının əlaqəsi birinci və dördüncü
karbonlar arasında yaranır. Bu polisaxarid şimal maralları üçün
əsas yem sayılır.
Aqar-aqar yosunlarda olan polisaxariddir.
Hidroliz olun-
duqda qalaktozanın D─ və L─formalarına ayrılır.
Dekstranlar bakterioloji mənşəli şaxəli polisaxariddir.
Bunların özlülüyü və osmotik xassələri qanınkına yaxın olduğun-
dan və toksiki təsir göstərmədiklərinə görə qismən depolimerləş-
dirilərək qanplazmasının əvəzediciləri kimi işlənir. Bunlarda
antigenenlik xassəsi də vardır. Dekstranlar sənaye üsulu ilə külli
miqdarda istehsal olunur.
Dekstranlar da D─qlükozanın polimerləridir. Bunlarda
qlükoza qalıqları birinci və altıncı karbonlar vasitəsilə
(α─1─6─rabitələrlə) birləşir.
Pentozanlar. Pentozanlar pentozaların biopolimerləridir.
Bu
qrup polisaxaridlərə arabanlar, ksilanlar və qeyriləri aiddir.
Arabanlar hidroliz olunduqda L─arabinozaya ayrılır.
Arabanlar suda yaxşı həll olur. Molekul kütlələri 6000-ə yaxındır.
Ksilanlar ən çox bitkilərin oduncağında olan
n
O
H
C
4
8
5
polisaxaridlərdir. Bunlar samanda, bitkilərin budaq hissələrində və
az miqdarda üzüm şirəsində də olur. Hidroliz olunduqda
β─D─ksilozaya ayrılır. Molekulda β─1,4─qlikozid rabitələri ilə
birləşmişdir.
1.3.2 Heteropolisaxaridlər
Heteropolisaxaridlər müxtəlif
növ monosaxaridlərdən