N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   6   7   8   9   10   11   12   13   ...   107

37 
 
Burada n─nişasta molekulundaki qlükoza qalıqlarının sayını 
göstərir. Onun qiyməti 3-6 min arasında tərəddüd edir. Nişasta iki 
maddədən: amiloza və aminopektindən ibarətdir. Amoloza amino-
pektinə nisbətən bəsit maddədir, suda yaxşı həll olur. Amilozanın 
molekul kütləsi 100 mindən 600 minə qədər, aminopektininki isə 
1 milyon çatır. 
Nişastanın molekul kütləsi, adətən, bir neçə milyona çatır. 
Amiloza zəncirində α─D─qülükopiranoza qalıqları bir-biri 
ilə birinci və dördüncü karbonlar arasında α─1,4 rabitələr hesabı- 
na birləşir, şaxələnmə olmur. 
 
 
Amilopektinin tərkibində isə monosaxaridlərin qalıqları bir-
birilə  birinci  və  dördüncü  karbonlarla  α─1,4  rabitə  ilə  yanaşı, 
birinci və altıncı karbonlar arasında da α─1,6─qlükozid rabitələri 
yaratmaqla  çox  şaxələr  verir.  Son  zamanlar  müəyyən  edilmişdir 
ki,  amilopektində  hər  8-12  qlükoza  qalığından  bir  şaxə  verir. 
Şaxələrdə isə orta hesabla 12 qlükoza qalığı vardır.  
Bitkilərdə  nişasta  ehtiyat  qida  maddəsi  kimi  toplanır.  Bu 
yem  bitkilərinin  əsas  tərkib  hissələrindəndir,  ən  çox  dənli  bitki-
lərdə  (düyüdə  60-80%,  buğdada  60-70%,  qarğıdalıda  65-75%), 
soğa-naqlarda, kök yumrularında (kartofda 12-20%) olur.  
Müxtəlif  bitkilərin  nişastasında  amiloza  ilə  amilopektinin 
nisbəti  eyni  deyildir.  Nişastanın  15-25%  amiloza,  75-85%-i  isə 



CH
2
OH 

CH
2
OH 

OH 
OH 
OH 
OH 


38 
 
amilopektin  təşkil edir. Amilopektin  ən çox qarğıdalı,  düyü, arpa 
nişastasında  olur.  Noxudda,  qarğıdalının  bəzi  növlərində  isə 
nişastanın 50-75% amilozadan ibarətdir.  
 
 
Qlikogen.  Qlikogen  heyvan  nişastası  da  adlanır.  Bu  da 
homopolisaxariddir.  Qlikogen  hidroliz  olunduqda  çox  sayda 
qlükozaya  ayrılır.  Molekul  kütləsi  bir  neçə  yüz  mindən  100 
milyona  yaxın  və  daha  çoxdur.  Bunda  da  amilopektində  olduğu 
kimi  α─D  qlükopiranoza  qalıqları  α─1,5  və  α─1,‖  qlikozid 
rabitələri  ilə  birləşməklə,  şaxələnmişdir.  Şaxələnmə  orta  hesabla 
hər  8-10  qlükoza  qalığından  bir  başlanır.  Yan  zəncirlərdə  6-12 
qlüloza qalığı vardır.  
Qlikogendə şaxələnmə daha çoxdur.  
Qlikogen yüksək polidispers maddədir, isti suda yaxşı həll 
olur,  hidrofil  kolloiddir.  Optik  fəaldır,  polyarizasiya  müstəvisini 
196,6
0
 sağ fırladır, molekulunun forması sferik quruluşa yaxındır.  
Qlikogen ən çox insan və heyvanların qaraciyərində (20%-
ə qədər) və müəyyən miqdarda əzələlərində (4%) və başqa üzvlə- 
CH
2
OH 
CH
2
OH 

OH 




CH
2
 


OH 

OH 
OH 
OH 


OH 


39 
 

rində olur. 
Sellüloza.  Sellüloza  bitki  aləmində  ən  geniş  yayılmış 
homopolisaxariddir.  Karbon  birləşmələrinin  yarıdan  çoxunu 
sellüloza  təşkil  edir.  Bu  ən  çox  kətanda  (80-90%),  çətənədə, 
samanda,  bitkilərin  oduncağında  (40-50%)  və  pambığın  lifində 
(90-98%)  olur.  Bitkilər  ildə  10
11
  tona  yaxın  sellüloza  sintez  edir. 
Bitkilərdə sellüloza başqa karbohidratlarala (hemisellüloza, liqinin 
və s.) birlikdə olur. 
Sellüloza  hidroliz  edilərkən  D─qlükozanın  β─forması 
əmələ  gəlir.  Sellülozanın  molekul  kütləsi  10-20  milyon  arasında 
dəyişir,  qlükoza  qalıqlarının  miqdarı  3000-dən  10 000-ə  qədər 
olur  və  zəncirvari  şaxələnir.  Qlükoza  qalıqları  biri  digəri  ilə 
birinci və dördüncü karbonlar arasında β─1─4 qlükozid rabitələri 
hesabına birləşir.    
 
 
 
Sellüloza mikrofibrillər şəklində bitki hüceyrələri divarının 
əsas quruluş materialı sayılır.  
Sellüloza  müxtəlif  kimyəvi  təsirlərə  çox  davamlıdır. 
Yalnız Şvesyser reaktivində (mis-ammonyak kompleksi) həll olur.  
İnulin.  İnulin  homopolisaxariddir.  Suda  yaxşı  həll  olur. 
Molekul  kütləsi  5-6  min  arasındadır.  Hidroliz  olunduqda 
β─D─qlükopiranozaya ayrılır. İnulinin molekulunda fruktozaların 
əlaqəsi birinci karbonla ikinci karbon arasında yaranır. 


CH
2
OH 
OH 

CH
2
OH 

CH
2
OH 

OH 
OH 
OH 
OH 


40 
 
Lixenin  şibyələrdə  olan  homopolisaxariddir.  Molekul 
kütləsi  10-40  min  olur.  Hidroliz  olunduqda  β─D─qlükopira-
nozaya ayrılır. Qlükoza molekullarının əlaqəsi birinci və dördüncü 
karbonlar  arasında  yaranır.  Bu  polisaxarid  şimal  maralları  üçün 
əsas yem sayılır.  
Aqar-aqar yosunlarda olan polisaxariddir. Hidroliz olun- 
duqda qalaktozanın D─ və L─formalarına ayrılır.  
Dekstranlar  bakterioloji  mənşəli  şaxəli  polisaxariddir. 
Bunların özlülüyü və osmotik xassələri qanınkına yaxın olduğun-
dan  və  toksiki  təsir  göstərmədiklərinə  görə  qismən  depolimerləş-
dirilərək  qanplazmasının  əvəzediciləri  kimi  işlənir.  Bunlarda 
antigenenlik  xassəsi  də  vardır.  Dekstranlar  sənaye  üsulu  ilə  külli 
miqdarda istehsal olunur. 
Dekstranlar  da  D─qlükozanın  polimerləridir.  Bunlarda 
qlükoza  qalıqları  birinci  və  altıncı  karbonlar  vasitəsilə 
(α─1─6─rabitələrlə) birləşir.  
Pentozanlar.  Pentozanlar  pentozaların  biopolimerləridir. 
Bu qrup polisaxaridlərə arabanlar, ksilanlar və qeyriləri aiddir.  
Arabanlar  hidroliz  olunduqda  L─arabinozaya  ayrılır. 
Arabanlar suda yaxşı həll olur. Molekul kütlələri 6000-ə yaxındır.  
Ksilanlar  ən  çox  bitkilərin  oduncağında  olan 


n
O
H
C
4
8
5
 
polisaxaridlərdir. Bunlar samanda, bitkilərin budaq hissələrində və 
az  miqdarda  üzüm  şirəsində  də  olur.  Hidroliz  olunduqda 
β─D─ksilozaya  ayrılır.  Molekulda  β─1,4─qlikozid  rabitələri  ilə 
birləşmişdir.  
 
 
1.3.2 Heteropolisaxaridlər 
 
 
Heteropolisaxaridlər müxtəlif növ monosaxaridlərdən  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə