N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   7   8   9   10   11   12   13   14   ...   107

41 
 
əmələ  gəlmiş  karbohidratlardır.  Bunlara  hemisellüloza,  pektin 
maddələri və qeyriləri aiddir.  
Hemisellülozanın  hidrolizi  nəticəsində  müxtəlif  monosa-
xaridlər  (qlükoza,  qalaktoza,  fruktoza,  mannoza,  arabinoza, 
ksiloza) əmələ gəlir. Bu polisaxarid hüceyrənin divarında ehtiyat 
kimi olur.  
Pektin  maddələri  də  heteropolisaxaridlərin  nümayəndəsi-
dir. Bunların hidrolizi zamanı müxtəlif monosaxaridlər: arabinoza, 
qalaktoza, raminoza, ksiloza, fruktoza ayrılır. Pektin maddələrində 
çoxlu miqdarda qalakturon turşusundan əmələ gəlmiş poliqalaktu-
ron turşusu və ya pektin turşusu da olur. Burada α─D─qalakturon 
turşusunun qalıqları arasında rabitə birinci və dördüncü karbonlar 
arasında α─1─4─qlikozid əlaqələri hesabına yaranır.  
Pektin  maddələrinə  ən  çox  meyvələrdə,  giləmeyvələrdə, 
liflərdə təsadüf edilir. 
Selik də heteropolisaxaridlərdəndir. Ona  k i t r ə  deyilir. 
Bu polisaxarid bitkilər zədələndikdə əmələ gəlir. Suda həll olmur, 
şişib kolloid məhlul əmələ gətirir. Kitrə hidroliz etdikdə D─qalak-
tozaya, D─qlükuron turşusuna, arabinozaya və raminozaya ayrılır.  
Selik yoncada, çovdarda, kətanda, meyvə ağaclarında olur.  
Qalaktomannanlar  tərkiblərində  qalaktoza  və  mannoza 
(1:2)  saxlayan  heteropolisaxaridlərdəndir.  Bunların  nümayəndə-
lərindən quaranı göstərmək olar. 
Qlükomannanlar da polisaxaridlərdəndir. Bunların nüma-
yəndəsi eremurandır. Eremuran bizim ölkəmizdə də vardır. Bunun 
hidrolizi zamanı qlükoza və mannoza alınır. Mannoza almaq üçün 
yaxşı  mənbədir.  Eremuran  çox  gözəl  emulqatordur,  qismən 
hidrolizdən sonra qanın əvəzedicisi kimi də işlənə bilər.  
Mukopolisaxaridlər.  Mukopolisaxaridlər  heteropolisaxa-
ridlər  qrupuna  aiddir.  Bunlardan  turş  mukopolisaxaridlərə  aşağı-


42 
 
dakılar  aiddir:  hialuron,  xondroitin─kükürd,  xondrontinsulfat 
turşuları,  heparin  və  s.  Bunlar  hidroliz  olunduqda  heksozalara, 
heksozaminlərə,  heksuron  turşularına,  sirkə  turşusuna,  sulfat  tur-
şusuna və s. ayrılır.   
Mukopolisaxaridlərə birləşdirici toxumada, gözün şüşəvari 
cismində, sinovial mayesində, toxuma və hüceyrələrarası maddə- 
lərin tərkibində, qaraciyərdə, selikdə rast  gəlinir. Bunlar boy pro-
sesində, mayalanmada iştirak edir və yapışdırıcı xassəyə malikdir.  
 
  Hialuron turşusu turş mukopolisaxaridlərdəndir, hidroliz 
olunduqda qlükozaminə, sirkə turşusuna, qlükuron turşusuna ayrı-  
lır.  Onun  tərkibində  N─asetilqlükozaminlə  qlükuron  turşusunun 
qalığı birinci və dördüncü karbonların β─1─14 rabitəsilə birləşir. 
Hialuron  turşusunun  molekul  kütləsi  bir  neçə  yüz  mindən 
bir neçə milyona yaxındır. Məhlulunun özlülüyü çox yüksək olur. 
Hialuron  turşusu  toxumalarda  (gözün  şüşəvari  cismində,  dəridə) 
və  bioloji  mayelərdə  (sinovial  mayesində,  qan  plazmasında) 
zülallarla birləşmiş şəkildə olur. Hialuron turşusu sinoviya maye-
sinə  sürüşkənlik xassəsi  verməklə, oynaqlarda zərbəni  zəiflətmək 
qabiliyyətinə malik olub, hüxeyrələri bir-birinə birləşdirir.   
A,─  və  C─xondroinsulfatlar  sulfatlaşmış  N─asetil-
D─qalaktozamin  və  D  qlükuron  turşusunun  qalıqlarından  əmələ 
gəlmiş  zəncirvari  polimerlərdir.  Bunlar  qalaktozamində  sulfat 
turşusunun vəziyyətinə görə fərqlənir. A xondroitinsulfatda sulfat 
turşusunun  qalığı  qalaktozamində  dördüncü  karbonun  yanındakı 
hidroksili,  C─xondroitin─sulfatda  isə  altıncı  karbonun  yanındakı 
hidroksili əvəz etmişdir.  
B-xondroitinsulfat (və ya dermatansulfat) bunlardan D─qlü- 
kuron turşusu əvəzinə L─induron turşusunun olması ilə fərqlənir.  
Xondroitinsulfatlar çox da irimolekullu birləşmələr deyildir. 
Onların molekul kütləsi adətən 50-100 min arasında dəyişir.  


43 
 
 Xondroitinsulfatlar qığırdaq toxumasının əsasını təşkil edir.  
Heparinin tərkibinə D─qlükozemin, D─qlükuron turşusu və 
sulfat turşusu daxildir. Onun molekul kütləsi 10-20 minə yaxındır.  
Heparin  ən  çox  qaraciyərdə,  ağciyərdə,  əzələlərdə,  qan  və 
limfada  olur.  O  qanın  ən  bioloji  fəal  spesifik  antikoaqulyantıdır. 
Odur ki, trombozun müalicəsində və s.-də işlənir. 
Neytral  mukopolisaxaridlərdə  qlükuron  və  sulfat  turşuları 
olmur.  Onlarda  fruktozaya,  sial  turşularına  (N─asetilneyramin 
turşusu) rast gəlinir. Zülallarla birləşmiş şəkildə (mukoproteidlər) 
bütün  üzv  və  toxumalarda,  xüsusən  selikdə  və  s.-də  olur.  Son 
zamanlar  karbohidratların  qarışıq  polimerləri  də  müəyyən  edil-
mişdir.  Bunlar  qlükopeptidlər,  qlükolipidlər  və  lipoqlükoproteid-
lərdir.  Qlükopeptidlərin  tərkibində  karbohidratlardan  başqa 
aminturşuları  da  vardır.  Qlükolipidlərin  tərkibində  isə  karbohid-
ratlarla  yanaşı  yağ  turşuları  da  olur.  Lipoqlükoproteinlərin  tərki-
bində  isə  karbohidratlarla  bərabər  yağ  turşuları,  aminturşuları  və 
lipoidlərə də təsadüf edilir.  
 
 
 
Mövzuya aid suallar 
1.  Bitki,  heyvan  və  insan  orqanizmində  karbohidratların 
yayılmasını xarakterizə edin. 
2. Monosaxaridlərin aldo və keto formalarını göstərin. 
3. İnsan və heyvan orqanizmində əsas əhəmiyyətli monosa-
xaridlər hansılardır? 
4. Disaxaridlərin quruluşu və bioloji rolu haqqında məlumat 
verin. 
5.  Homo  və  heteropolisaxaridlərin  əhəmiyyətli  nümayən-
dələrinin kimyəvi tərkibi və bioloji rolunu göstərin. 


44 
 
6. Monosaxariddə asimmetrik karbon atomunun vəziyyətini 
izah etməli. 
7. Karbohidratların şirinlilik dərəcəsini xarakterizə edin. 
8.  Karbohidratlar  orqanizmdə  ehtiyat  şəklində  hansı  ən  çox 
birləşmə şəklində toplanırlar? 
9. Heteropolisaxaridlərin, mukopolisaxaridlərin nümayəndə-
lərinin və onların bioloji rolunu izah etməli. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə