N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə24/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   20   21   22   23   24   25   26   27   ...   80

Enerji amilini xarici siyasətin aktual məsələsinə çevirməklə, Azər-
baycan özünün təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik
sistemi ilə sıx əlaqələndirirdi. Həmin bağlantını yaratmaq Azərbaycanın
xarici siyasəti üçün olduqca əhəmiyyətli idi. Çünki torpaqlarının
müəyyən hissəsi işğal edilmiş ölkənin ərazi bütövlüyünü təmin
etmək şansı əldə etməsi üçün bütövlükdə dövlət kimi təhlükəsizliyinə
təminat lazım idi. Bu təminatı yalnız regional və beynəlxalq
təhlükəsizlik sistemində Azərbaycanın yerini dəqiq müəyyənləşdirməklə
əldə etmək mümkün idi.
Bu dövrdə konkret mexanizm çərçivəsində enerji amilindən
istifadə etmək əvvəlcədən düşünülmüş qərar idi. Çünki dünyanın
bütün inkişaf etmiş ölkələrinin enerjiyə böyük ehtiyacı vardır və onu
daha etibarlı yolla nəql etmək zərurəti keçən əsrin 90-cı illərində
daha aydın dərk edilirdi. Azərbaycan enerji amilini xarici siyasətinin
əsas elementlə rindən birinə çevirməklə, regional və qlobal səviyyədə
cərəyan edən geosiyasi və geoiqtisadi proseslərin mahiyyətini dəqiq
anladığını sübuta yetirdi. Bu məqam indi də xarici siyasətdə güclü bir
vasitə kimi öz pozitiv rolunu oynamaqdadır.
Yuxarıdakı mülahizələrdən duyulur ki, Azərbaycan suverenliyini
və təhlükəsizliyini təmin etmək üçün xarici siyasət vasitəsi ilə
regional və qlobal səviyyədə uyğun siyasi mühit yaratmalı idi. Bu
məqsəd geniş spektrli və şaxəli xarici siyasət yeritməyi qarşıya
vəzifə kimi qoyurdu. Xarici siyasətin vəzifələrini həmin bucaq
altında bir neçə qrupda birləşdirmək olar. Birinci qrupa Azərbaycanın
beynəlxalq və regional təşkilatlarda təmsil olunmasını, dünyanın
bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq
əlaqələri yaratmasını, dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik mü-
nasibətləri qurmasını aid etmək olar. İkinci qrupa ölkənin azad
bazar iqtisadiyyatı yolu ilə irəliləməsi üçün müvafiq beynəlxalq
şəraitin yaradılmasını, Azərbaycanın bütün beynəlxalq təşkilat-
larda, o cümlədən iqtisadi təşkilatlarda fəal iştirakının təmin
edilməsini, ölkənin mənafeyinə tabe edilmiş xarici iqtisadi siyasət
yeridilməsini, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə in-
teqrasiyasının təmin edilməsini aid edə bilərik. Nəhayət, üçüncü
79


qrupa əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmiş
beynəlxalq normaların həyata keçirilməsinə şərait yaradılması,
regionda mehriban qonşuluq münasibətlərinə üstünlük verilməsi,
Azərbaycana qarşı xarici təzyiqlərin qarşısını alan beynəlxalq
himayənin və xarici ölkələrlə geniş informasiya mübadiləsinin
mexanizmlərinin formalaşdırılması daxildir.
Təbii ki, bu bölgü şərtidir, çünki reallıqda xarici siyasət vahid sis-
temdir, onun komponentləri bir-birini tamamlayır. Belə bir təsnifat
bizə güclü dövlət quruculuğu prosesində Azərbaycanın xarici
siyasətinin önəmli istiqamətlərini aydın təsəvvür etmək üçün lazımdır.
Göründüyü kimi, 1993-cü ilin ikinci yarısından Azərbaycan sistemli
bir xarici siyasət kursu götürmüşdür. Onun tərkibində qlobal geosiyasi
mühitin nəbzini tutan, beynəlxalq münasibətlər sistemində dövlətimiz
üçün əlverişli şərait yaradan, ölkənin bütün regionlarda yerləşən
dövlətlərlə əməkdaşlığını təmin edən istiqamətlər var. Bununla
yanaşı, həmin kursda bazar iqtisadiyyatına keçid qarşısında yaradılan
əngəlləri aradan qaldırmağı və insan haqlarına əməl olunmasını
təmin edəcək istiqamətlər də yer alıb.
Bu istiqamətlər sistem halında Azərbaycanda güclü dövlət və de-
mokratik cəmiyyət quruculuğu prosesini uğurla başa çatdırmaq üçün
lazım olan xarici və daxili şərait yaratmalıdır. Bu vəzifələrin fövqündə
ölkənin ərazi bütövlüyünün təmini, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həlli xarici siyasətin başlıca vəzifəsi
olduğu təəssüratı yaranır. Bu münaqişə həll edilməsə, başqa məsələlərin
tam həllinə təminat yoxdur. Faktiki olaraq, bu problemin həlli Azər-
baycanın güclü müstəqil dövlət olaraq tarixi sınağıdır. Çünki ərazi
bütövlüyü təmin edilməyən ölkənin davamlı və təminatlı inkişafı
son dərəcə çətin vəzifədir. Münaqişə qaldıqca hətta dövlətin varlığı
belə təh lü kədə olur. Buna görə də Azərbaycanın ərazi bütövlüyünün
təmini hər üç qrupun hər bir bəndində öz ifadəsini tapır. Bütövlükdə
xarici siyasət kursu bu problemi özündə əks etdirir.
İndi xarici siyasətin istiqamətləri üzərində bir qədər geniş dayanaq.
Birinci qrup müasir geosiyasi şəraitdə qlobal dəstəyə nail olmağı
nəzərdə tutur. Bunun üçün dünyanın bütün dövlətləri ilə (idealda)
bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq qurmaq vacibdir.
80


Burada birtərəfli qaydada öz xeyrinə addım atmaq siyasi və geosiyasi
baxımdan uğurlu hesab edilə bilməzdi. Çünki dünyanın geosiyasi
xəritəsi plüralizm prinsipi üzrə formalaşır və orada hər kəsin bir-
birinə hörmətlə yanaşması əsas şərtdir. Müxtəlif regional inteqrativ
təşkilatlarla sıx əlaqə faktiki olaraq, həmin regionun bütün dövlətləri
ilə sistemli əməkdaşlığa nail olmaq deməkdir. Məsələn, Azərbaycan
keçən əsrin 90-cı illərinin ortalarından Avropa İttifaqı ilə çoxsaylı
əməkdaşlıq sazişləri imzaladı. Bu sazişlər ayrılıqda iqtisadi, humanitar,
insan haqları, nəqliyyat, enerji və s. sahələrə aid idi. Lakin ümumilikdə
söhbət vahid bir qurum kimi Avropa İttifaqı ilə əməkdaşlığın
qurulması və onun strateji inkişaf yolunun müəyyənləşdirilməsindən
gedirdi. Avropanın bir çox dövləti ilə bu cür əməkdaşlığı müxtəlif
beynəlxalq qurumlar çərçivəsində inkişaf etdirməklə, Azərbaycan
qarşısına qoyduğu əlverişli beynəlxalq mühit yaratmaq vəzifəsini
yerinə yetirmiş oldu. Eyni qayda ilə GUAM ölkələri ilə əməkdaşlıq
quruldu. Gürcüstan, Ukrayna və Moldova ilə enerji sahəsində
yaradılan əməkdaşlıq lokal geosiyasi məkanda Azərbaycan üçün
əlverişli mühitin formalaşmasına gətirib çıxardı. Hazırda həmin
ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq xətti davam etdirilir. Gürcüstan
Azərbaycanı bölgədə strateji tərəfdaşı kimi qəbul edib, Ukraynanın
ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıqda çox maraqlı olduğu
məlumdur, Moldova da Azərbaycanla iqtisadi və enerji tranziti
sahələri üzrə daha yaxından əlaqələr qurmağa çalışır. Azərbaycanın
postsovet məkanında yeritdiyi xarici siyasət başda Rusiya olmaqla,
Baltikyanı ölkələr də daxil olmaqla (Ermənistan istisnadır), hər bir
dövlətin rəsmi Bakı ilə konstruktiv əməkdaşlığa hazır olmasına
şərait yaratdı.
Azərbaycanın bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı
faydalı əməkdaşlıq əlaqələri yaratmasının ən optimal mexanizmi
bey 
nəlxalq və regional təşkilatlarda təmsil olunması idi. Müasir
dövrün xüsusiyyəti bundadır ki, əsas geosiyasi və geoiqtisadi prob-
lemlərin həlli məhz bu cür təşkilatlardakı fəaliyyət zamanı reallaşa
bilər. Azərbaycanın BMT, ATƏT, Avropa Şurası, YUNESKO, İƏT,
MDB, GUAM, QDİƏT və başqa beynəlxalq qurumlara üzvlüyü,
81


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə