N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə25/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   21   22   23   24   25   26   27   28   ...   80

onun təsir imkanlarını xeyli artırdı. Sirr deyil ki, Azərbaycan keçən
əsrin 90-cı illərində dünyada az tanınırdı. Ölkəmizin həqiqi simasının
tanınmasına nail olunmalı idi. Qeyd edək ki, bir neçə təşkilatda
paralel fəaliyyət diplomatiya sahəsində yeni metodlara yiyələnməyi
qəti tələb edirdi.
O dövrdə “kreativ diplomatiya” adlanan üsuldan geniş istifadə
edilməli idi. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyəti
“kreativ diplomatiya”nın bariz nümunəsi idi. Azərbaycan bu quruma
üzv olmaq üçün ciddi addımlar atdı. Əvvəlcə ölkəmizə “xüsusi
dəvət olunmuş qonaq” statusu verildi. 1996-cı ilin sentyabrında
Azərbaycanın AŞ-yə qəbul olunmasını nəzərdə tutan qətnamə qəbul
edildi. Artıq 1997-ci ilin yazında AŞPA Cənub Qafqazdakı münaqi-
şələrin həlli imkanlarını müzakirə etdi. Həmin ilin oktyabrında isə
Prezident Heydər Əliyev Strasburqda AŞ üzvü olan ölkələrin dövlət
və hökumət başçılarının 2-ci zirvə toplantısında iştirak etdi. Bu
hadisə ilə Azərbaycanın AŞPA-da diplomatik fəallığının əsası qoyuldu.
2000-ci ilin iyununda isə AŞPA Azərbaycanın AŞ-yə tamhüquqlu
üzv kimi qəbul edilməsi ilə bağlı müsbət rəy verdi. Nəhayət,
Azərbaycan Ulu öndərin böyük səyləri hesabına 2001-ci ilin yanvarında
AŞ-nin tamhüquqlu üzvü oldu. Yanvarın 25-də Strasburqda bu
hadisəyə həsr edilmiş təntənəli mərasim keçirildi.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə geniştərkibli nümayəndə
heyətində mən də vardım. Bu tarixi hadisənin qürurunu indiyə qədər
yaşayıram. Ümummilli liderin orada söylədiyi nitq Azərbaycan döv-
lətçiliyinin tarixində ayrıca bir hadisə idi. Həmin nitqdə çox aydın,
dəqiq və inandırıcı formada Ulu öndər Azərbaycanın xarici siyasətinin
mahiyyətini bir daha izah etdi. Ulu öndərin nitqində söylədiyi fikirlər
indiyə qədər qulaqlarımda səslənir. Prezident deyirdi: “...Bu gün
Avropa parlamentarizminin mərkəzində – Strasburqda, Avropa
Şurasının bu möhtəşəm sarayında həm Azərbaycan Respublikası,
həm də Avropa üçün çox mühüm əhəmiyyətə malik olan bir hadisə
baş verir – Azərbaycan Avropa ailəsinə qəbul edilir. Bununla da Av-
ropanın yalnız tarixi və mədəni baxımdan deyil, siyasi baxımdan da
tamlaşması, bütövləşməsi başa çatır. 1991-ci ildə Sovet İttifaqının
dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan etdi.
82


Azərbaycan yalnız son on ildə deyil, tarixinin son iki əsri ərzində
ardıcıl olaraq Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə
can atmışdır. Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə
yerləşən Azərbaycan dinlərin, tarixlərin və mədəniyyətlərin qovuşduğu
mərkəzə, iki qitə və iki sivilizasiya arasında körpüyə çevrilmişdir.
Azərbaycan xalqı öz Şərq köklərindən ayrılmayaraq, Qərb siviliza-
siyasının sintezinə əsaslanan nadir bir mədəniyyət yaratmış, Qərbin
mütərəqqi dəyərlərini Qafqazda, Yaxın və Orta Şərqdə yaymışdır”
(2.3.8). Çıxışın təkcə bu hissəsində peşəkar siyasətçi faktiki olaraq
həm dövlətimizin xarici siyasətinin təməlində duran əsas prinsipi
(mədəniyyəttutumlu suverenliyin təmin edilməsi), həm qarşıda duran
başlıca vəzifələri (Azərbaycan Avropaya, Qərb mədəniyyətinə, ümum-
bəşəri dəyərlərə can atır), həm də onları həyata keçirməyin əsas me-
xanizmini (Azərbaycan geomədəni məkan kimi Şərqlə Qərbin
sintezini təmin edəcək, iki qitə, iki sivilizasiya arasında körpü rolunu
oynamaqda davam edəcəkdir) dolğun ifadə etmişdi.
Yuxarıda xarici siyasətin başlıca vəzifəsinin “Azərbay canın müs-
təqilliyini və suverenliyini təmin etməkdən” ibarət olduğunu vurğu-
layanda, bu kimi dərin məqamları nəzərdə tuturduq. Ulu öndər öz
konkret fəaliyyəti ilə siyasi-diplomatik incəliklə həmin vəzifənin
öhdəsindən necə gəlməyin nümunəsini göstərmişdir. Bütövlükdə bu
olayı Azərbaycan diplomatiyasının beynəlxalq qurumlarda xarici si-
yasətin hər bir xəttini reallaşdırma mexanizmlərindən biri kimi də
qəbul etmək olar. Geosiyasi baxımdan əhəmiyyətlisi odur ki, Azər-
baycanın iki sivilizasiya və iki qitə arasında körpü olduğu dünyaya
çatdırılırdı. Qərbin siyasətçi, analitik və politoloqlarının dəyərlən-
dirmələri göstərir ki, Heydər Əliyevin Azərbaycana verdiyi bu
geosiyasi qiymət özünü doğruldub.
Qeyd etdiyimiz hadisə ilə Qərbin ən böyük və mötəbər qurumla-
rından birində Azərbaycanın siyasi-diplomatik fəaliyyəti yeni
mərhələyə keçdi. Bu fəaliyyət dövlətimizin AŞPA-dakı nümayəndə
heyətinə İlham Əliyevin rəhbərlik etdiyi müddətdə daha da intensivləşdi
və yeni məzmun aldı (2001-2003-cü illər). AŞPA-da Azərbaycan tə-
83


rəfinin qaldırdığı məsələlər bir neçə istiqamətdə ortaq diplomatik
fəaliyyət sayəsində diqqətə çatdırılırdı. Ermənistan nümayəndə heyəti
etiraf etməli oldu ki, Azərbaycan diplomatiyası həmin dövrdə daha
fəal oldu və səmərəli nəticələr əldə etdi. AŞPA-dakı intensiv fəaliyyət
Ermənistan diplomatiyasının fəaliyyətini kölgədə qoydu. Həmin
fəallığın nəticəsi olaraq, 2005-ci ildə AŞPA Ermənistanın təcavüz-
karlığını təsdiqləyən sənəd qəbul etdi.
Bütün bu uğurların əldə edilməsində yuxarıda qeyd etdiyimiz
“kreativ diplomatiya” üsulu ciddi rol oynadı. Bu metod, eyni zamanda,
bütün beynəlxalq təşkilatlardakı fəa liyyəti vahid məqsədə uyğunlaş-
dırmağı və bir-birini tamamlayan addımlar atmağı təmin etdi. Unut-
mayaq ki, dövlətin beynəlxalq və regional təşkilatlarda mövqeyi
möhkəmləndikcə, onun geosiyasi statusu da yüksəlir. Bu yol ardıcıl
davam etdirildikdə, dövlətin regional və qlobal səviyyədə geosiyasi
oyunçuya çevrilməsi prosesi uğurla nəticələnir.
Azərbaycanın AŞPA-ya üzv olmaq və sonra orada fəallaşmaq is-
tiqamətində atdığı addımların qısa xülasəsi göstərir ki, Azərbaycan
diplomatiyası böyük səylər hesabına beynəlxalq təşkilatlarda mövqeyini
möhkəmləndirir. Xarici siyasətin ardıcıl və sistemli aparılması bu
prosesdə həlledici rol oynayır. Prezident Heydər Əliyev xarici siyasətin
ardıcıl yeridilməsi və səmərəliliyinə daim diqqət yetirirdi. Proses dəqiq
mexanizmlə həyata keçirilirdi. Ona görədir ki, qısa zamanda Azərbaycan
diplomatiyası AŞPA-da ölkəmizə olan münasibəti müsbətə doğru
dəyişdi, Ermənistanın təcavüzkarlığı tam sübuta yetirildi. AŞPA-nın bu
problemlə bağlı qəbul etdiyi sənədlər dediyimiz fikri sübut edir.
AŞPA Azərbaycanın beynəlxalq qurumlarda fəaliyyətini xarakterizə
edən istiqamətlərdən biridir. Ölkəmiz demək olar ki, bütün beynəlxalq
qurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində
dünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşmış və
bu təsəvvür artıq oturuşmuşdur. Hesab etmək olar ki, bu, Azərbaycanın
xarici siyasətinin ən sanballı uğurlarından biridir.
Dövlətin beynəlxalq geosiyasi mühitdə dayanıqlı yer tutması və
uğurlu siyasət aparması üçün dünya iqtisadi sisteminə inteqrasiya
84


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə